www.vivo-book.com
19
– Orası elədir. Amma Di Macio ayrı aləmdir,
oyunun
taleyi
ondan
asılıdır.
İkinci
liqada
bruklinlilər
filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler
sənin yadındadır? Yadına gəlir Əski parkdakı oyunda topa
necə zərbə ilişdirirdi?!
– Əsl ustadır! Hələ indiyəcən
topu onun tək uzağa
vuran ikinci bir oyunçu görməmişəm.
– Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb
onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də
gedib demədin, utandın.
– Yadımdadır, necə yadımda deyil. Çağırmamaqda
böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi?
Ömrümüz uzunu onunla balığa getməyimizdən danışıb
qürrələnərdik!
– Getsəydi, lap Di Macionun özünü də balıq
ovuna
aparardım, – qoca dərindən köks ötürdü. – Deyirlər vaxtilə
onun da atası balıqçıymış. Kim bilir,
bəlkə elə o da bizim
kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.
– Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən
yaşda olanda o ən məşhur komandalarda oynayırmış.