Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   2   3   4   5   6   7   8   9   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
10 
– Ona görə ki, mən qəribə qocayam.
– Bəs birdən çox iri balığa rast gəlsən, tilovuna ən 
zırpısı düşsə, tutub çıxartmağa gücün çatar?
– Mənə elə gəlir ki, çatar. Bu işdə gücdən daha çox 
fənd lazımdır.
– Gedək, şeyləri yavaş-yavaş aparaq evə, – oğlan bunu 
deyib ayağa durdu, – oradan da mən toru götürüb, sardina 
tutmağa gedərəm.
Onlar təzədən sahilə qayıtdılar və köməkləşib 
avadanlığı qayığın içindən çıxartdılar. Qoca dorağacını 
çiyninə aldı, oğlan isə içərisində qəhvəyi rəngli tilov ipi olan 
köhnə zənbili, eləcə də qarmağı, dəstəli nizəni götürdü və 
yola düzəldilər. İçində tələ yemi saxladıqları qutunu, yekə 
balıqların başını əzdikləri toppuzu isə qayıqda saxladılar. 
Əlbəttə, qocanın şey-şüyünü heç kəs oğurlamazdı; amma 
nəmişlikdən kəndirlər islana, dəmir alətlər pas ata bilərdi. 
Qoca yaxşı bilirdi ki, qəsəbədə ona sataşan olmaz, lakin 
başqalarını şərləyib günaha batmamaq üçün nəinki yüngül 
şeyləri, hətta ağır nizə-qarmağı da hər dəfə evə aparar, heç 
birini qayıqda saxlamazdı.


www.vivo-book.com 
11 
Yoxuşu yanaşı qalxıb, qapısı həmişə açıq olan komaya 
girdilər. Qoca yelkən sarınmış dorağacını divara söykədi. 
Oğlan da əlindəki zənbili və gətirdiyi şey-şüyləri onun 
yanına qoydu. Dorağacı yetərincə uzun idi, bu yerlərdə 
diapo deyilən şahağacı palmasının çubuqlarından hörülmüş 
komanın hündürlüyü boydaydı. Komada bir çarpayı, bir stol, 
bir dənə də stul vardı. Ocaq çoxdan sönmüşdü. Şahağacı 
palmasının preslənmiş yarpaqlarından olan divarların 
birindən müqəddəs Məryəmin, digərindən Həzrət İsanın 
yağlı boya ilə çəkilmiş şəkilləri asılmışdı; Həzrət İsanın 
geniş, açıq köksündə ürəyi şəfəq saçırdı. Hər iki şəkil 
qocaya mərhum arvadından yadigar idi. Əvvəllər elə 
arvadının da rəngli fotoşəkli divardan asılmışdı. Qoca hər 
dəfə şəklə baxdıqda tənhalığını daha dərindən hiss edir, bu 
vaxt ürəyi olmazın qüssə ilə dolurdu; buna görə də axırda 
onu divardan çıxardıb küncdəki taxçada, təmiz paltarların 
altında gizlətmişdi; şəkil indi də orada idi.
– Şam yeməyinə nəyin var? – oğlan soruşdu.
– Bir qab düyü daşması, üstündə də balıq. İstəyirsən, 
bir az ye!



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə