www.vivo-book.com
160
– Mən səninçün yaxşı bir bıçaq taparam.
Köhnə
“Ford”un yayını da aparıb itilədərəm. Səncə, bu şiddətli
brisa
9
neçə gün çəkər?
– Üç gün, bəlkə bir az da çox.
– Mən hər şeyi hazırlayıb sahmana salaram,
sən də o
vaxtacan əllərinə məlhəm qoyub sağaldarsan.
– Qaydasını bilirəm. Gecə tüpürəndə boğazımdan
qəribə bir maye gəldi; elə bil sinəmdə nəsə sancdı.
– Onu da sağalt. Özün də uzan dincini al. Rahatlan.
Mən sənə təmiz köynək gətirərəm. Yeməyə də bir şey
taparam.
– Burada olmadığım günlərin qəzetlərini də tap gətir.
Hansı olsa, fərq eləməz.
– Sən tez sağalmalısan. Bilirsən, mən hələ səndən çox
şey öyrənməliyəm.
Dünyada elə şey yoxdu ki, sən onu
bilməyəsən. De görüm, çox əziyyət çəkdin?
– Çox, lap çox.
9
Brisa – sahil küləyi
(ispanca)
www.vivo-book.com
161
– Gedim sənə yemək, bir də qəzet gətirim. Sən yaxşı-
yaxşı dincəl! Aptekdən əllərinə sürtməyə bir şey də tapıb
alaram.
– Yolüstü Pedrikoya de ki, balığın başını
özünə
götürsün. Denən ha, yadından çıxmasın.
– Yadımdan çıxmaz, arxayın ol.
Oğlan qapından çıxıb köhnə daş yolla üzüaşağı enəndə
onu yenə ağlamaq tutdu.
Həmin gün Terrasa bir dəstə turist gəlmişdi. Onlar
güclü şərq küləyinin buxtanın girəcəyində dalğaları
köpürdə-köpürdə körfəzə doğru necə qovduğuna tamaşa
edərkən ləpədöyəndəki boş pivə qablarının,
ölü meduza
qalıqlarının arasında qabarıb yırğaladığı upuzun, ağappaq
fəqərə sümüyü ucundakı nataraz quyruqla bərabər turist
qadınlardan birinin gözünə sataşdı. Qadın
onu ofisianta
göstərib soruşdu:
– O nədir elə?
– Tiburon, – ofisiant cavab verdi. – Köpəkbalığı.
Ardınca ofisiant istədi ki, baş verənlərin hamısını
qadına izah eləsin.
www.vivo-book.com
162
– Mən bilməzdim ki, köpəkbalıqlarının
bu cür gözəl,
bu cür zərif quyruğu olurmuş!
– Düzü, heç mən də bilmirdim, – yanındakı kişi qadının
sözünü təsdiqlədi.
Bu vaxt qoca yuxarıda, öz komasında yenə üzüqoylu
uzanıb yatırdı, oğlan da böyründə
oturub onun keşiyini
çəkirdi. Qoca yuxusunda şirləri görürdü.