QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 

34 


«Xeyirli  yuxu  Allahdan,  şərr  yuxu  isə  şeytandandır.  Biriniz  xoşlamadığı 

çirkin  bir  yuxu  görərsə  həmən  sol  tərəfinə  üç  dəfə  tüfürsün. Sonra  da  o, 

yuxunun  şərrindən  Allaha  sığınsın  (Başqa  rəvayətdə:  Hansı  tərəfdə 

yatmışsa  digər  tərəfə  dönsün).  Belə  edərsə  o,  pis  yuxu  artıq  ona  heç  bir 

zərər verə bilməz. Və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir 

yuxu  görərsə  həmən  sevinsin  və  o,  gözəl  yuxunu  sevdiyi  kimsələrdən 

başqasına xəbər verməsin»

143


. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu:  Yuxu  üç  cürdür:  «Saleh  bir  yuxu  Allahdan  bir  müjdədir, 

şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey haqda çox 

düşünməsindən görülən yuxu»

144

. Peyğəmbər – sallallahu aleyhi və səlləm 



  buyurdu:  «Mubəşşiratdan  başqa  nübuvətdən  bir  şey  qalmadı». 

Oradakılar:  «Mubəşşirat  nədir?»  deyə  soruşdular.  Peyğəmbər:  «Saleh 

yuxudur»  deyə  buyurdu

145


.  Bir  nəfər  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – in yanına gələrək dedi: «Mən yuxuda başımın kəsilmiş olduğunu 

və  başımın  ardıyca  getdiyimi  gördüm».  Peyğəmbər:  «Yuxuda  şeytanın 

səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu

146


. Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: Məni röyasında görən məni görmüş 

kimidir. Çünki şeytan mənim surətimə girməz»

147

. Peyğəmbər – sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Röyasında  məni  görən  ayıq  ikən  də  məni 

görəcəkdir.  Şübhəsiz  ki,  şeytan  mənim  surətimə  girməz»

148

.  Sələflər 



deyirlər  ki:  “Bu  hadisələrin  son  andan  baş  verməsinin  səbəbi  o,  vaxtı 

mömin  kimsənin  qərib  olmasıdır”.  Yenə  də:  “O,  vaxtı  mömin  kimsənin 

dostu  və  yardımçısı  az  olduğundan  ona  gördüyü  yuxunun  həqiqət 

olmasıyla ehtiram edilir”

149

.  


 

HUZEYFƏ B. YƏMƏN - Radiyallahu Anhu – NUN 

FİTNƏLƏR HAQQINADA XƏBƏR VERMƏSİ 

Huzeyfə  b.  Yəmən  -  radıyallahu  anhu  –  deyir  ki,  insanlar  Allah 

Rəsulundan xeyir haqqında soruşardılar. Mən isə başıma gəlir qorxusu ilə 

şərr  haqqında  soruşurdum.  Bir  dəfə:  «Ey  Allahın  Rəsulu!  Biz  cəhalət  və 

küfrün  içində  idik.  Allah  bizə  xeyir  nəsib  etdi.  Bu  xeyirdən  sonra  şərr 

olacaqmı?»  dedim.  Peyğəmbər:  «Bəli»  deyə  cavab  verdi.  Mən:  «Bu 

şərrdən  sonra  yenə  xeyir  varmı?»  deyə  soruşdum.  O:  «Bəli,  lakin  bu 

xeyirdə  Dəhan  vardır»  dedi.  Dəhan  nədir?  Ya  Rəsulullah!  –  deyə 

                                                        

143


 Müslim 2261.  

144


 Müslim 2263.  

145


 Buxari.  

146


 Müslim 2269.  

147


 Buxari.  

148


 Buxari, Müslim.  

149


 “Fəthul-Bəri” 12/406.  


 

35 


soruşulduqda o: «Elə bir topluluq gələcək ki, mənim sünnəmdən başqa bir 

sünnəyə  əl  atacaqlar.  Sənin  pis  gördüyün  bəzi  işləri  onlar  yaxşı 

görəcəklər»  dedi.  (Başqa  rəvayətdə:  «Onların  qəlbləri  insan  surətindəki 

şeytanların qəlbləri kimidir» dedi. Mən: «Ya Rəsulullah! Onlara yetişsəm 

nə edim?» dedim. O: «Belinə-belinə vursalar da belə əmirin sözünü dinlə 

və  ona  itaət  et!»).  Mən:  «Bu  xeyirdən  sonra  şərr  olacaqmı?»  deyə 

soruşdum. O:  «Bəli, Cəhənnəmin  qapılarında  duraraq insanları  ora dəvət 

edən  insanlar  olacaqdır.  Kim  onlara  itaət  edərsə  onu  Cəhənnəmə  atarlar» 

dedi.  Mən:  «Ya  Rəsulullah!  Onları  bizə  vəsf  et?»  dedim.  O:  «Onlar 

bizdəndirlər  və  bizim  dilimizdə  danışırlar»  dedi.  Mən:  «Bu  söylədiyin 

şeylər  məni  taparsa  onda  nə  edim?»  deyə  soruşdum.  O:  «Müsəlmanların 

cəmaatına  sarıl  və  imamlarına  uy!»  dedi.  Mən:  «Əgər  nə  cəmaat,  nə  də 

imamları olmasa necə!» dedim. O: «Onda ağacın kökündən sarılaraq ölüm 

sənə  gələnə  qədər  bu  firqələrin  hər  birindən  uzaqlaşıb  hamısını  tərk  et 

(Başqa  rəvayətdə:  Bundan  sonra  Dəccəl  çıxacaqdır)»

150


.  Xuzeyfə  

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: «Nəfsim əlində olan Zul Cələlə and olsun ki! İmamınızı 

öldürmədikcə,  qılınclarınız  bir-birilə  toqquşmadıqca,  dünyanıza  şərlilər 

varis olmadıqca Qiyamət qopmaz”

151


. Əbu Hureyrə - radıyallahu anhu – 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İki 

böyük  İslam  ordusu  bir-biri  ilə  savaşmadıqca  Qiyamət  qopmaz.  Bu  iki 

toplumun  ikisi  də  eyni  iddiada  olduqları  (ikisi  də  İslamiyyət  və  haqq 

iddiasında  olduqları)  halda  aralarında  böyük  savaş  olacaqdır.  «Şübhəsiz 

ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir 

Peyğəmbər  olduğunu  iddia  edəcəkdir.  Elm  yox  olmadıqca,  zəlzələlər 

çoxalmadıqca,  fitnələr  ortaya  çıxmadıqca,  adam  öldürmə  halları 

çoxalmadıqca,  aranızda  mal  çoxalıb  sel  kimi  axmadıqca  qiyamət 

qopmayacaqdır.  Mal  o,  qədər  çoxalacaq  ki,  mal  sahibi  malının  zəkatını 

kim  qəbul  edər  deyə səsləyəcəkdir. Belə  ki, bəzi  kimsələrə  zəkat vermək 

istəyəcəkdir  o,  da  mənim  zəkata  ehtiyacım  yoxdur!  deyəcəkdir.  Yenə 

insanlar  hündür  binalar  tikməkdə  bir-birləri  ilə  yarışacaqlar,  bir  kimsə 

başqasının  məzarının  yanından  keçərkən:  «Kaş  ki,  onun  yerində  mən 

olardım!»  deyərək  (ölümü  istəmədikcə)  qiyamət  qopmayacaqdır.  Günəş 

batdığı  yerdən  doğmadıqca yenə  də  qiyamət qopmayacaqdır. İnsanlar bu 

halı gördükdə iman gətirəcəklər. Lakin bu iman daha əvvəl iman etməmiş 

olan  və  ya  imanlarında  heç  bir  xeyir  qazanmamış  kimsələrin  imanlarının 

onlara  heç  bir  faydası  olmayacaqdır.  Heç  şübhəsiz  ki,  Qiyamət 

                                                        

150

 Buxari 3606, Müslim, Əhməd, Əbu Davud.  



151

 Tirmizi “Fitən” 9, 2171.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə