QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 

23 


cahillikdə  çoxalır.  Huzeyfə  b.  Yəmən  -  radıyallahu  anhu  –  deyir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam 

paltarın  naxışları  silinib  yox  olduğu  kimi  silinib  yox  olacaqdır.  Belə  ki, 

(yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğu 

bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan 

bir  ayə  belə  qalmayacaqdır.  O,  zaman  insanlardan  yaşlılar  və  böyüklər 

qalacaqlar  və  deyəcəklər:  «Biz  babalarımızın  bu  kəlməni:  «Lə  İləhə 

İlləllah»  -  söylədiklərini  eşitdik.  Buna  görə  də  biz  də  onu  söyləyirik». 

«Bu  sözlər  onları  Cəhənnəmdən  qurtaracaq»  və  üç  dəfə  təkrar  etdi»

75



Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu:  «Yer üzündə  Allah, Allah kəlməsi 

itməyənədək Qiyamət qopmaz»

76

. İbn Kəsir – rahmətullahi aleyhi -



 

deyir 


ki: “Bu hədisin iki mənası vardır: 1. Kimsə pislikdən çəkindirməz, pisliyi 

edən  bir  kmsəni  gördüyü  zaman  ona  mane  olmaz.  Buna  görə  də:  Allah, 

Allah! Deyilməz. 2. Allah bilinməz, yer üzündə adı belə çəkilməz. Bu da 

insanlığın  yox  olduğu,  inkar,  üsyan,  fitnə,  fəsadın  çox  olduğu  zamanda 

olur”

77

. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə 



Lə  İləhə  İlləllah  deyildiyi  müddətdə  Qiyamət  qopmayacaqdır»

78



Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah, Allah deyən 

bir  adamın  üzərinə  Qiyamət  qopmayacaqdır»

79

.  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Zaman  içində  bir  gün  olsun  belə  Lə  İləhə 

İlləllah deyən kimsə şübhəsiz ki, Cəhənnəmdən çıxacaqdır»

80

. İbn Məsud 



-  radıyallahu  anhu  –  deyir  ki:  “Quran  aranızdan  qaldırılaraq  bir  gecədə 

yox  olur  və  insanların  qəlblərindən  gedər.  Ondan  heç  bir  əsər-əlamət 

qalmaz”

81

.  



 

ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI 

Auf  b.  Məlik,  İbn  Ömər  -  radıyallahu  anhum  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən 

qabaq altı hadisəni gözləyin: «Ümmətimin ölüm xəstəliyinə tutulmasıdır. 

Belə  ki,  qoyun  qırxarkən  yunlarının  yerə  düşdüyü  kimi  insanlar  da  yerə 

düşüb  öləcəklər»

82

.  İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



                                                        

75

  İbn  Məcə  4049,  Həkim  8460,  8646,  İbn  Həcər  «Fəthul  Bəri»  13/16,  əl-Albani  «Səhih  Hədislər 



Silsiləsi» 87, “Səhih Cəmius Səğir» 7933,8077.  

76

 Nəvəvi Şərhi, Müslim “İmân” 2/187.  



77

 “Nihayə” 1/186.  

78

 Əhməd 3/268. 



79

 Əhməd 3/162. 

80

 Əhməd 3/29.41. 



81

 Təbərâni, Heysəmi “Məcmauz-Zəvâid” 7/329-330, İbn Hacər “Fəthul-Bəri” 13/16.  

82

 Buxari «Cizyə» 15. 




 

24 


Qiyamətdən  öncə  Xarc  günləri  gəlir.  O,  günlərdə  elm  yox  olur,  cəhalət 

çoxalır”  dedi.  Əbu  Musa:  “Xarc  -  Həbəşi  dilində  mənası  adam 

öldürməkdir”  dedi

83

.  Əbu  Hureyrə,  Əbu  Musa  əl-Əşari  -  radıyallahu 



anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır» Biz: «Xarc nə deməkdir?» 

deyə  soruşduq.  O:  «Ölüm  hadisələrinin  çoxalması,  adam  öldürməkdir)». 

Səhabə:  “Biz  bir  ildə  (döyüşlərdə)  70  mindən  çox  adam  öldürürük. 

Bundan  daha  çox  öldürücəyik?”  dedi.  Peyğəmbər:  “Bu  sizin  müşrikləri 

öldürməyiniz  deyildir.  Bu  sizin  bir-birinizi  öldürməyinizdir”  deyə 

buyurdu. Səhabə: “Bunu etdiyimiz zaman ağlımız yerində olurmu?” dedi. 

Peyğəmbər:  “O,  gün  insanların  çoxunun  ağlı  yerində  olmaz.  Onların 

yerinə  boş  başlı  insanlar  gəlir.  Hamısı  özlərini  (böyük,  alim)  sayarlar. 

Lakin onlar heç bir şeydirlər” deyə buyurdu

84

. Əbu Hureyrə - radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Qəlbim  əlində  olan  Allaha  and  olsun  ki,  ölən  nə  üçün 

öldürdüyünü,  öldürülən  də  nə  üçün  öldürüldüyünü  bilmədikcə  Qiyamət 

qopmaz».  Biz:  «Bu  necə  olacaq?»  deyə  soruşduq.  O:  «Bu  elə  qətllər 

olacaq  ki,  ölən  də  öldürülən  də  Cəhənnəmə  düşəcək»

85

.  Əbu  Hureyrə  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: «Zaman qısalacaq, elm yox olacaqdır. Fitnələr meydana 

gələcəkdir.  Karğaşa  çoxalacaqdır».  Səhabələr:  «Karğaşa  nədir?  Ya 

Rəsulallah!»  dedilər.  Peyğəmbər:  «Öldürmədir,  öldürmə!  (Başqa 

rəvayətdə:  «Karğaşa  –  insan  yanında  əyləşən  yoldaşına  güvənməyəcək-

dir)»

86

.  İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  günü  Allahın  ilk  haqq-

hesab  etdiyi  şey  qanla  əlaqəsi  olan  şeylərdir»

87

.  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Xarc  və  Mərc  vaxtlarında  edilən  ibadət 

mənim  yanımda  hicrət  etmək  kimidir»

88

.  Sadaqa  b.  Musənna  Rabah  b. 



Həris,  Əbu  Burdə  -  radıyallahu  anhu  –  yolu  ilə  gələn  hədisdə  deyir  ki: 

“Ziyadın əmirliyi zamanı bazarda olarkən dəhşətdən əlimi digərinin içinə 

çırpdım. Ənsardan atası səhabə olan biri: “Nə üçün belə təəccübləndin ey 

Əbu Burdə?” dedi. Mən: “Dini bir, Peyğəmbər bir, döyüşü bir, Həcci bir, 

döyüşdükləri bir  olan  qövm bir-birilərini  öldürməyi  necə  halal sayırlar?” 

                                                        

83

 “Fəthul-Bəri”, Buxari “Fitən” 13/14.  



84

  Nəvəvi  Şərhi,  Müslim  “Fitən”  18/13,  Musnəd  4/414,  İbn  Məcə  “Fitən”  2/1309  H.  3959,  Şərhus-

Sünnə 15/28-29 H. 4234, əl-Albani “Camius-Sağir” 2/193, H. 2043.  

85

 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/35.  



86

 Buxari, Müslim.  

87

 Buxari, Müslim.  



88

 Müslim.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə