QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


FAİZİN (SƏLƏMÇİLİYİN) ÇOXALMASI



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 

28 


FAİZİN (SƏLƏMÇİLİYİN) ÇOXALMASI 

İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Qiyamətdən  öncə  %  çoxalır”

108


Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “İnsanların  üzərinə  elə  bir  vaxt 

(zaman) gələcək ki, artıq insanı qazancının halal və ya haram yolla olması 

maraqlandırmayacaq”

109


.  

 

ƏMANƏTƏ XƏYANƏTİN ARTMASI 

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» 

O: «Əmənət qaldırılacağı zaman siz Qiyaməti gözləyin» deyə buyurdu. O, 

kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana 

əmanət  verilərsə  əmanət  korlanmış  olar»  deyə  buyurdu

110

.  Əmanət  – 



xəyanətin  ziddidir.  “Biz  əmanəti  (Allaha  itaət  və  ibadəti,  şəri  hökmləri 

yerinə  yetirməyi)  göylərə,  yerə  və  dağlara  təklif  etdik.  Onlar  ona 

yüklənməkdən  (götürüb  özləri  ilə  daşımaqdan)  qorxub  çəkindilər.  Ona 

insan  yükləndi.  Həqiqətən,  o  çox  zalım,  çox  cahildir.  (İnsan  bu  ağır 

əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, 

ağır  nəticəsini  bilmədi)”.  (əl-Əhzab  72).  Alimlər  əmanəti  bir  çox 

mənalarda  açıqlamışlar.  1)  Tövhid  –  çünki  o,  qulun  yanında  qoruması 

lazım  olan  bir  əmanətdir.  2)  Əməl  –  qulun  qoruması  lazım  olan  bir 

əmanətdir.  Əmanət  dinin  əmrlərini  yerinə  yetirmək  və  qadağalarından 

qaçmaqdır

111


. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm  –  bizə  iki  hədis  rəvayət  etdi.  Onlardan  birini 

gördüm,  ikincisini  isə  gözləyirəm.  Birinci  -  əmanətdir.  İnsanların  (saleh 

kimsələrin)  qəlblərinin  dərinliyinə  enər.  Sanki  o,  insanlar  Quran  və 

Sünnəni bilirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə əmanətin 

qaldırılmasından  da  danışdı.  Bir  kimsə  yatar  və  əmanət  onun  qəlbindən 

(hafizəsindən)  silinib  alınar.  Əmanətin  əsəri,  rəngi  solğun  bir  nöqtə 

halında  yanıq  yeri  kimi  qalır.  Sonra  həmən  şəxs  bir  də  yatdığı  zaman 

əmanətin  qalan  qismi  də  alınır.  Bunun  da  izi  əməksevər  bir  kimsənin 

ovcundakı qabarcıq (suluq) kimi yeri qalar. Belə ki, əmanət sənin ayağına 

saldığın  bir  közün  düşdüyü  yeri  şişirdib  sənin  onu  qabarcıq  (suluq) 

halında  gördüyün  kimidir.  Halbuki  bu  qabarcıqda  (suluqda  həyata  təsir) 

bir  şeylər  yoxdur.  Bu  şəkildə  insanlar  bir-birilərilə  alış-veriş  etməkdə 

                                                        

108


 Munzirî “Tərğib və Tərhib” 9/3.  

109


 Buxari 2059, Nəsəi “Buyu” 7/243.  

110


 Fəthul-Bəri, Buxari “Rikâk” 11/333, Müslim. 

111


 Əhkamul Quran 3/1588,1589, Nəvəvi Şərh Müslim 2/168, İbn Kəsir 6/477, Fəthul Bəri 11/33.  


 

29 


sabahlayarlar.  (Heç  kimsə  əmanəti  kim  ödəyər  deyə  bir  kimsə  tapmaz). 

Belə  ki:  “(Gah)  Filan  oğulları  içində  əmin  bir  kimsə  vardır  (əmanəti  ona 

verək)”  deyərlər.  Yenə  o,  kimsə  üçün:  “O,  nə  ağıllı,  nə  tədbirli,  nə  də 

cəsur  bir  kimsədir”  deyərlər.  Halbuki  o,  kimsənin  qəlbində  xardal  dənəsi 

qədər  iman  yoxdur.  Xuzeyfə:  “Mən  elə  bir  zamanda  yaşadım  ki,  o 

dövürdə  biri  ilə  alış-veriş  etdikdə  heç  narahat  olmazdım.  (Alış-veriş) 

edəcəyim  kimsə  müsəlmandırsa  onu  İslamı  (xəyanət)  etməkdən 

çəkindirərdi.  Əgər  (alış-veriş)  edəcəyim  kimsə  Xristian  və  Yəhudidirsə 

onu yaşadığı yerin vəlisi xəyanətdən çəkindirər. Bu gün isə mən filan və 

filankəsdən başqa heç kəslə alış-veriş edə bilmirəm”

112

.  


 

QUL QADININ ÖZ AĞASINI DOĞMASI, 

KASIBLARIN VARLANIB HÜNDÜR BİNALAR 

TİKMƏKDƏ BİR-BİRLƏRİ İLƏ YARIŞMALARI 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  Qiyamətin  əlamətləri 

haqqında  soruşan  Cəbrailə  belə  cavab  vermişdir:  «Qul  qadın  öz  ağasını 

doğması,  ayaq  yalın,  cılpaq,  cobanların  hündür  bina  tikməkdə  bir-birləri 

ilə  yarışmaları»

113


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Qulun  xərclədiyi  hər  bir  şeydə  əcr  vardır.  Lakin  bina  bundan 

müstəsnadır»

114


.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlar binaları qat-

qat yüksəltmədikcə Qiyamət qopmaz”

115


. İbn Həcər – rahmətullahi aleyhi 

-  deyir  ki:  “Axır  zamanda  cariyələr  hədisdə  işarə  edilən  tərbiyə  edilənlər 

olacaqlar.  Çünki  cariyələr  azad  qadınlardan  ayrı  olaraq  güclü  adamların 

himayəsində  olacaqlar.  Buna  görə  də  hədisdə:  “...Ayaq  yalın,  cılpaq, 

cobanların  hündür  bina  tikməkdə  bir-birləri  ilə  yarışmaları”  ləfzi  ilə  zikr 

edilmişdir

116


.  

 

İNSANLARIN YALNIZ TANIDIQLARI 



KİMSƏLƏRƏ SALAM VERMƏLƏRİ 

İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri  də 

insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»

117

.  


 

                                                        

112

 “Fəthul-Bəri”, Buxari “Rikâk” 11/333, “Fitən” 13/38.  



113

 Buxari, Müslim.  

114

 əl-Albani «Cəmius Səhih» 4442. 



115

 Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.  

116

 “Fəthul-Bəri” 1/122-123.  



117

 İmam Əhməd “Müsnəd” 5/326, Əhməd Şakir “Səhih”.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə