QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 

44 


olduğunu ümüd  edirəm  deyəcəkdir. Kim  o, vaxtı  orada olarsa oradan bir 

şey götürməsin»

189

.  


 

ƏRƏBİSTAN YARMADASININ YAŞILLIĞA 

BÜRÜNMƏSİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Ərəb yarmadası bitkili (yaşıllı) və 

çaylar axan bir əraziyə dönmədikcə Qiyamət qopmayacaqdır»

190

. Muaz b. 



Cəbəl - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  Təbuk  döyüşü  zamanı  buyurdu:  “İnşallah,  siz  sabah  Təbuk 

ərazisində  olan  (su  quyusuna)  bulağa  çatacaqsınız.  Gündüz  olmadan  ora 

girməyin.  Sizdən  kim  ora  çatarsa  mən  gəlmədən  oranın  suyuna  əl 

sürtməsin.  Biz  oraya  çatdıqda  artıq  bizdən  öncə  iki  nəfər  ora  gəlmiş  və 

quyudan ayaqqabı bağı kimi incə su axırdı. Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  o,  iki  adama:  “Bu  suya  əlinizi  sürtdünüzmü?”.  Onlar:  “Bəli” 

dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları danladı. Sonra o, 

quyunun  (axmış)  suyunu  ovucu  ilə  götürərək  bir  şeyin  içinə  doldurdu. 

Əllərini  və  üzünü  yudu.  Qalan  suyu  quyunun  içinə  boşaltdı.  Quyunun 

suyu  artı.  Oradakılar  bol-bol  ondan  içdilər.  Peyğəmbər:  “Ey  Muaz!  əgər 

sənin 


ömrün  uzun  olarsa  buranın  baxçalarla  dolu  olduğunu 

görəcəksən”

191

.  


 

İNSANLARIN ŞƏRLİLƏRİNƏ ETİMAD EDİLMƏSİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamətdən  öncə  aldadıcı  illər 

olacaqdır. O, illərdə doğrular yalan, yalançılar doğru danışarlar, güvənilir 

bir  kimsə  xəyanət  edər,  xain  kimsəyə  güvənilir  və  dəyərsiz  kimsələr  söz 

sahibi olurlar»

192

.  


 

YAĞIŞLARIN ÇOXALMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu:  «Qiyamətə  yaxın  göydən o,  qədər 

yağış yağar ki, ondan qorunmaq üçün kərpiç evlər yetərli olmaz. Dəridən 

çadırlar  qurarlar”

193


.  Ənəs  -  radıyallahu  anhu  –    rəvayət  edir  ki, 

                                                        

189

 “Fəthul-Bəri, Buxari “Fitən” 13/78, “Nəvəvi Şərhi”, Müslim “Fitən” 18/18.  



190

 Müslim «Fitən» 29.  

191

 Nəvəvi Şərhi, Müslim “Fədail” 15/40,41.  



192

 Əhməd 2/338.  

193

 Musnəd 13/291, H. 7554, Əhməd Şakir “Səhih”.  




 

45 


Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın bir 

il yağış yağar, lakin yerdən bir bitki də bitməz”

194

.  


 

HEYVANLARIN VƏ ƏŞYALARIN DANIŞMASI 

Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu 



aleyhi və səlləm – buyurdu: «Canım əlində olan Allaha and olsun ki, vəhşi 

heyvanlar insanlarla danışmadıqca, insanın qılıncının ucu, ayaqqabılarının 

bağı  və  ailəsinin  (o,  evdən  çıxdıqdan)  sonra  nələr  etdiyini  baldırı  ona 

bildirmədikcə  Qiyamət  qopmayacaqdır»

195

.  Əbu  Hureyrə  -  radıyallahu 



anhu  –  ravayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Bir  nəfər  inəyin  üzərinə  minir.  İnək  insana  baxaraq  dilə  gəlir 

və:  «Mən  bunun  üçün  yaradılmadım.  Lakin  mən  əkinçilik  üçün 

yaradıldım». Xalq heyrət  və  qorxu ilə:  «Subhənəllah! Danışan bir inək» 

dedilər.  Peyğəmbər:  «Mən  (onun  danışmasına)  inanıram.  Əbu  Bəkr  və 

Ömər  də  inanırlar»  deyə  buyurdu.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  – 

rəvayət  edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:  «Bir 

çoban qoyun sürüsü içərisində olduğu vaxt bir canavar sürüyə hücum edib 

qoyunlardan birini götürür. Çoban da canavarı təqib edərək qoyunu ondan 

alır. Bunun üzərinə qurd çobana: «Mənim onların arasında qalacağım gün, 

qocaldığından dolayı onların məndən başqa bir çobanı da olmayacağı gün, 

onları  məndən  kim  qurtarır?»  dedi.  Xalq:  «Subhənəllah!»  dedilər. 

Peyğəmbər:  «Mən  (onun  danışımasına)  inanıram.  Əbu  Bəkr  və  Ömər  

radıyallahu anhum – də inanırlar» deyə buyurdu

196


.  

 

KEYSƏR VƏ KİSRA OLMAYACAQDIR 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Bizans impera-

toru)  Keysər  öldükdən  sonra  başqa  bir  Keysər  (Sasani  hökmüdarı)  Kisra 

öldükdən sonra başqa bir Kisra gəlməyəcəkdir. Canım əlində olan Allaha 

and olsun ki, onların xəzinələrini Allah yolunda xərcləyəcəksiniz»

197

.  


 

KAXTANLININ ÇIXMASI 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Kahtandan 

insanları  dəyənəyi  ilə  idarə  edən  bir  adam  çıxmadıqca  qiyamət 

qopmaz»


198

. Axır zamanda Kaxtan qəbiləsindən bir adam çıxar və insanlar 

ona  dini  lider  olaraq  itaət  edərlər  və  ətrafında  toplanırlar.  Qurtubi  – 

rahmətullahi  aleyhi  -  deyir  ki:  “İnsanları  dəyənəyi  ilə  idarə  edən  bir 

                                                        

194

 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/30, Musnəd 3/140, Heysəmi “Məcmauz-Zəvaid” 7/330.  



195

 Əhməd “Musnəd” 3/84, Tirmizi “Fitən” 6/409, əl-Albâni “Səhih Hədislər” 1/31, H. 122.  

196

 Müslim 2388. 



197

 Buxari «Əyman» 3, Müslim «Fitən» 75. 

198

 Buxari «Fitən» 23, Müslim «Fitən» 2910. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə