QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 

32 


gətrilir.  Peyğəmbər:  «(Saç-saqqalını  qəsd  edərək)  bunu  bir  şeylə 

dəyişdirin və (bu işdə) qara rəngdən çəkinin»

129

.  


 

VAXTIN SÜRƏTLƏ GETMƏSİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Zaman  qısalmadıqca  Qiyamət 

qopmaz”


130

.  Əbu  Hureyrə,  Ənəs  -  radıyallahu  anhm  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Vaxt  sürətlə 

getməyənə  qədər  Qiyamət  qopmaz.  İl  aya,  ay  həftəyə,  həftə  günə,  gün 

saata,  saat  da  xurma  yarpağının  yanıb  kül  olması  qədər  olacaqdır»

131


Zamanın  qısalmasıyla bağlı alimlərin dəyişik  görüşləri vardır: 1. Bundan 

qəsd  zamandakı  bərəkətin  az  olmasıdır.  2.  Bundan  qəsd  Mehdi  və  İsa  

əleyhissəllam  -  ın  zamanında  olacaq  həyatın  insanlara  xoş  gəlməsi, 

əminliyin  və  ədalətin  artmasıdır.  Buna  görə  də  uzun  olsa  da  belə  xoş 

günlərin  insanlara  qısa  gəlməsi,  qısa  da  olsa  acı  günlərin  onlara  uzun 

gəlməsidir.  3.  Bunda  qəsd  o,  zamanda  uzaqda  yaşayan  insanların  sürətli 

vasitələrlə tez bir zamanda istədikləri yerə getmələridir. 4. Dəccəl çıxdığı 

vaxt günlərin uzun olduğu kimi, qısa da olacaq

132

.  


 

İNSANLARIN BİR-BİRİNƏ OLAN İNAMININ 

İTMƏSİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İnamın  itdiyi  zaman  Qiyaməti 

gözləyin»

133

.  


 

ALIŞ-VERİŞ YERLƏRİNİN BİR-BİRİNƏ YAXIN 

OLMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Fitnələr  çıxmadıqca,  yalan 

çoxalmadıqca və alış-veriş mərkəzləri bir-birinə yaxın olmadıqca Qiyamət 

qopmaz”

134


.  

 

MƏSCİDLƏRİN VƏ QURANIN BƏZƏDİLMƏSİ 

Ənəs  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi və səlləm – buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərlə 

                                                        

129

 Müslim 3/1663.  



130

 Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.  

131

 İmam Əhməd “Musnəd” 2/537-538, Tirmizi, əl-Albani “Camius-Sağir” 6/175, H. 7299.  



132

 Məalimus-Sünnə” 6/141-142, “Camiul-Usûl” 10/409. “Fəthul-Bəri” 13/16, “Muxtəsər  Sünən Əbu 

Davud”, Munzirî 6-142, “İslam Etiqadı” Seyyid Sabıq s:247.  

133


 Buxari. 

134


 Musnəd 2/519, Heysəmi “Məcmauz-Zəvaid” 7/327.  


 

33 


öyünmədikcə  Qiyamət  qopmaz»

135


.  Ənəs  -  radıyallahu  anhu  –  deyir  ki, 

insanlar  məscidlərlə  öyünəcək  və  onları  az-az  ziyarət  edəcəklər.  Onlar 

məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas - radıyallahu anhu – deyir 

ki:  “Siz  məscidləri  Yəhudilərin  və  Xaçpərəstlərin  etdikləri  kimi 

bəzəyəcəksiniz»

136


.  Əbu  Dərdə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər siz məscidləri 

və Quran vərəqlərini bəzəməyə başlasanız onda siz  məhv  olacaqsınız»

137


Ömər  -  radıyallahu  anhu  –  məscidi  inşa  edərkən  deyir:  “Sən  sadəcə 

insanları  yağışdan  qoru.  Nə  badə  (məscidləri)  al-sarı  rəngə  boyamaqla 

bəzəyib insanları fitnəyə salma”

138

. Məscidləri yaşatmaq onları bəzəməklə 



deyildir. Məscidləri yaşatmaq orada namaz qılmaq və Allahı zikr etməklə 

olur.  Məscidlər  insanları  yağışdan,  istidən  və  soyuqdan  qorumaq  üçün 

tikilib.  Şafiilər  deyirlər  ki:  “Kəbə  daxil  olmaqla  məscidləri  qızıl  və 

gümüşlə bəzəmək haram, digər bəzəklərlə bəzəmək isə məkruhdur”

139

.  


 

AXŞAM GÖRSƏNƏN HİLALIN UZUN MÜDDƏT 

QALMASI 

İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Axşam görsənən Təzə ayın göydə 

qalma  müddətinin  uzanması  Qiyamətin  əlamətlərindəndir”

140

.  Əbu 


Hureyrə,  Ənəs  -  radıyallahu  anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Təzə  ayın  göydə  qalma 

müddətinin  uzanması  Qiyamət  əlamətlərindəndir.  Hilal  ay  bir  gecə 

görsənəndə: “İki gecə görsəndi” deyilər.

141


  

 

YUXULARIN ÇİN ÇIXMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Vaxtın  sürətlə  getməsindən 

müsəlmanların  yuxuları  demək  olar  ki,  onları  aldatmayacaqdır.  Xeyirli 

yuxular  görən  kimsə  ən  xeyirli  insan  sayılacaq.  Müsəlmanın  yuxuları 

Peyğəmbərliyin  qırx  beşdə  biridir  (Başqa  rəvayətdə:  Qırx  altıda  biridir, 

yetimşdə biridir)»

142


. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: 

                                                        

135

 İmam Əhməd “Müsnəd” 3/134, əl-Albani səhih “Sahihul-Cami” 6/174, H. 7298.  



136

 Buxari.  

137

 Həkim, Tirmizi, əl-Albani «Səhih Hədislər Silsiləsi» 3/337, H. 1351, Camius-Sağir” 1/220, H. 599.  



138

 Fəthul-Bəri, Buxari “Salât” 1/539.  

139

 “Feyzul-Qadîr’ 1/367.  



140

  Təbərâni  “Kəbir”,  Heysəmi  “Məcmauz-Zəvâid”  3/146,  əl-Albâni  “Camius-Sağir”  5/213-214,  H. 

5774.  

141


 Təbəranî “Sağir”, Heysəmi “Məcmauz-Zəvâid” 3/146, 7/325,  əl-Albâni “Camius-Sağir” 5/214, H. 

5775.  


142

 Buxari, Müslim.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə