QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 

25 


dedim.  Mənə:  “Heç  təəccüblənmə.  Atam  mənə  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  in  belə  buyurduğunu  rəvayət  etdi:  “Mənim  ümmətim 

bağışlanmış  bir  ümmətdir.  Axirətdə  hesab  və  əzab  görməzlər.  Onların 

əzabı öldürmə, zəlzələ və fitnədir”

89

.  



 

QƏBİRDƏKİLƏRƏ QİBTƏ EDİLMƏSİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  qopmaz  o,  vaxta  qədər 

ki, qəbrin yanından keçən insanlar – «Kaş ki, onun yerində mən olaydım» 

deməyincə

90

. Xuzeyfə - radıyallahu anhu – rəvayət  edir ki, Peyğəmbər – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İnsanlar  üçün  elə  bir  zaman 

gələcək  ki,  Dəccəlin  çıxmasını  istəyəcəklər”.  Mən:  “Nə  üçün  Ya 

Rəsulullah!”  dedim.  Peyğəmbər:  “Çətinlik  və  sıxıtlırlarla  üzləşdikləri 

üçün” deyə buyurdu

91

.  


 

BƏLALARIN VƏ FİTNƏLƏRİN ARTMASINDAN 

İNSANIN ÖLMÜŞ BİRİSİNİN YERİNDƏ 

OLMASINI TƏMƏNNA ETMƏSİ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Ruhum  əlində  olan  Allaha  and 

olsun!  İnsan  qəbrin  yanından  keçərkən  (borca  görə  deyil  sadəcə  bəlalara 

görə)  özünü  toza  çırpıb  –  «Kaş  ki,  qəbrdə  mən  olardırm»  deməyincə 

Qiyamət  qopmaz

92

.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  “Sizin 



üzərinizə  elə  bir  zaman  gələcək  əgər  sizdən  birisi  ölümü  tapsa  onu  alar. 

Şairin dediyi kimi: “Bu həyatın dadı qalmadı, ölümü satan varsa mən alım 

onu”

93

.  



 

ANİ ÖLÜMÜN ARTMASI 

Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «...Ani  ölümün  çoxalması 

Qiyamətin əlamətlərindəndir”

94

.  


 

                                                        

89

  Həkim  “Mustədrək”  4/253-254,  “Səhih  Hədislər”  2/684-686,  H.  959,  Musnəd  4/410,  “Camius-



Sağir” 2/104, H. 1734.  

90

 “Fəthul-Bəri”, Buxarî “Fitən” 13/81,82, Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  



91

 Təbərâni “Əvsat”, “Məcmauz-Zəvâid” 7/284-285.  

92

 Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  



93

 “Feyzul-Kadir” 6/418.  

94

  Heysəmî  “Məcmauz-Zəvâid”  7/325,  “Təbərâni  “Sağir”  və  “Əvsat”,  əl-Albâni  “Camius-Sağir” 



5/214, H. 5775.  


 

26 


ZƏLZƏLƏLƏRİN VƏ XƏSTƏLİKLƏRIN 

ÇOXALMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Zəlzələlərin  sayı  çoxalmadıqca 

Qiyamət  qopmaz»

95

.  Sələmə  b.  Nufeyl  əs-Səkuni  -  radıyallahu  anhu  – 



deyir  ki,  biz  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  yanında 

oturmuşduq...  Qiyamətdən  öncə  yoxlucu  xəstəliklər  olacaq.  Sonra  isə 

illərlə  zəlzələlər  sürər”  deyə  buyurdu

96

.  Ömər  -  radıyallahu  anhu  – 



rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər 

hansı  bir  qövmdə  zinakarlıq  artarsa  Allah  onları  taunla  və  başqa  bir 

xəstəliklə  cəzalandırar.  Elə  bir  xəstəlik  ki,  bundan  qabaq  bu  haqda 

eşitməyiblər»

97

.  


 

KİŞİLƏRİN SAYCA AZALMASI VƏ QADINLARIN 

ÇOXALMASI 

Ənəs - radıyallahu anhu – rəvayət edir ki, sizə bir hədis söyləyəcəyəm. 

Onu məndən başqa kimsə sizə başa salmaz. Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  in  belə  buyurduğunu  eşitdim:  “Elmin  azalması,  cahilliyin 

artması,  qadınların  çoxalması,  kişilərin  azalması  Qiyamətin  əlamətlərin-

dəndir. Belə ki, bir kişiyə 50 qadın düşər”

98

. Əbu Musa - radıyallahu anhu 



– rəvayət edir ki: “Qırx qadının bir kişiyə tabe olduğunu və onu saxladığı 

görülür”


99

.  


 

İNSANLARIN GÖZ QABAQLARINDA ZİNANIN 

ARTMASI 

Nəvvas  b.  Səman  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Yer  üzündə  insanların  şərliləri 

qalar.  Onlar  orada  heç  bir  kəsdən  utanmadan  eşşəklərin  bir-biri  ilə  cinsi 

əlaqədə  olduqları  kimi  qadın  kişi  bir-birləri  ilə  cinsi  əlaqədə  olarlar. 

Qiyamət də onların üzərində qopar»

100

. Əbu Hureyrə - radıyallahu anhu – 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Qəlbim  əlində  olan  Allaha  and  olsun!  Bu  ümmət  məhv  olmaz  o,  vaxta 

                                                        

95

 “Fəthul-Bəri”, Buxari “Fitən” 13/81,82.  



96

 Musnəd 4/104, Heysəmi “Məcmauz-Zəvaid” 7/306.  

97

 İbn Məcə.  



98

 Fəthul-Bəri, Buxari “Elm” 1/178, Nəvəvi şərhi, Müslim “Elm” 16/221, Tirmizi 6/448, H. 2301.  

99

 “Fəthul-Bəri” 1/179.  



100

 Nəvəvî şərhi, Müslim “Fitən” 18/70.  




 

27 


qədər  ki,  bir  kişi  qadını  yolda  uzada  və  o,  günün  ən  xeyirli  insanları  isə: 

«Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər

101

.  


 

İÇKİNİN, ZİNANIN ARTMASI VƏ BUNLARIN 

HALAL QƏBUL EDİLMƏSİ 

Ənəs  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamətə  yaxın  zinakarlığın,  içkilərin 

artması (çoxalması) olacaqdır»

102

. Əbu Məlik əl-Əşari - radıyallahu anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Ümmətimdən  zinanı,  ipəyi,  içkini  və  musiqi  alətlərini  halal  qəbul  edən 

insanlar  çıxacaq»

103


.  Səhl  b.  Səd  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamətə  yaxın 

pozğunluq,  iflas  və  çirkinlik  baş  alıb  gedəcəkdir».  Biz:  «Ey  Allahın 

Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O:  «Musiqi alətlərinin və 

qadın  müğənnilərinin çoxaldığı  vaxt!»  deyə buyurdu

104


. Ubadə  b.  Sabit  

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: «Ummətimdən bir qism insanlar olacaq ki, içki içib onu 

başqa adla adlandıracaqlar»

105

.  


 

MUSİQİ VƏ ÇALĞI ALƏTLƏRİNİN ÇOXALMASI 

Səhl  b.  Səd  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamətə  yaxın  pozğunluq,  iflas 

və  çirkinlik  baş  alıb  gedəcəkdir».  Biz:  «Ey  Allahın  Rəsulu!  Bu  nə  vaxt 

olacaqdır?»  deyə  soruşduq.  O:  «Musiqi  alətlərinin  və  qadın 

müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu

106

. Ənəs b. Məlik, İmran b. 



Huseyn  -  radıyallahu  anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Bu  ümmətin  içərisində  yerə  batırılma  (yəni 

zəlzələ),  göydən  daş  yağma  və  surət  dəyişməsi  (heyvana  çevrilmə) 

olacaqdır.  Səhabələr:  «Nə  zaman  Ey  Allahın  Rəsulu?»  deyə  soruşdular. 

Nə  vaxt  ki,  içki  içiləcək,  qadın  müğənnilər  (cariyələr)  və  musiqi  alətləri 

(Ud)  (Bərabit  –  Uda  bənzəyən  (simli  alət)  bir  çalğı  alətidir.  Buna  səbəb 

bunu çalan kimsənin bu aləti köksünün üzərinə qoymasıdır. Köks də Bər 

deməkdir) zühur edəcəkdir»

107


.  

                                                        

101

 Əbu Yəla, əl-Heysəmi 7/331.  



102

 Fəthul-Bəri, Buxari “Elm” 1/178, Nəvəvi şərhi, Müslim “Elm” 16/221.  

103

 Fəthul-Bəri, Buxari “Əşribə” 10/51.  



104

 İbn Məcə, əl-Albəni səhih.  

105

 İmam Əhməd, İbn Məcə, əl-Albəni səhih.  



106

 İbn Məcə, əl-Albani səhih.  

107

  Tirmizi  2212,2213,  əl-Albani  «Səhih  Silsilə»  2203,  Tahrimu  alatit  Tarab  s.  78,  İbn  Əbu  Dunyə 



«Zəmmul Məlahi», İbnu Əsakir «Tarixu Dəməşk» 12/582.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə