Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Müəssisədə olan yanğınsöndürmə vasitələrindən düzgün istifadə edir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Müəssisədə olan yanğınsöndürmə vasitələrindən düzgün istifadə edir” 

İstehsalat otaqlarında yanğını söndürmək istifadə olunan vasitələr hansılardır? 

Su ilə söndürülə bilməyən yanğınlar hansılardır? 

Köpüklü yanğın söndürənlərdən hansı yanğınları söndürməkdə istifadə edilir?  

Yanğının tezliklə söndürülməsi üçün nə etmək lazımdır? 
6.4.1. Yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas və fərdi ehtiyat tədbirləri ilə otaqlardan 
çıxma qaydalarını uyğunlaşdırır 

Yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas və fərdi ehtiyat 
tədbirləri 
Müəssisəyə işə qəbul edilən bütün işçilər, həmçinin təcrübə keçmək və ya 
müvəqqəti işə qəbul edilmiş bütün şəxslər yanğın təhlükəsizliyi üzrə ilkin təlimat 
keçməlidirlər. Yanğın təhlükəsizliyi üzrə ilkin təlimatlandırma bu məqsədlə 
xüsusi otaqlarda keçirilməli, təlimatlandırılan işçilər aşağıdakı məsələlərlə tanış 
olmalıdırlar: 
- ümumi təhlükələrin və yanğınların baş vermə səbəbləri ilə; 
- müəssisənin ərazisində və obyektlərində həyata keçiriləcək yanğından mühafizə tədbirlərilə; 
- müəssisədə olan yanğınsöndürmə vasitələrinin istifadə qaydaları ilə; 
- yanğın baş verən hallarda hansı əməli hərəkətlərin həyata keçirilməsi ilə. 
İlkin təlimatlandırmanı müəssisənin yanğın təhlükəsizliyi xidməti keçirməlidir. İşçilər yanğın 
təhlükəsizliyi üzrə təlimatlandırılarkən və onlara məşğələlər aparılarkən elmi-texniki vasitələrdən, 
kompüter öyrətmə proqramlarından, video-filmlərdən geniş istifadə edilməlidir. İş yerlərində ilkin 
təlimat, işçilər texnoloji proseslə tanış olduqdan sonra aparılmalıdır.
Şəkil 6.9 


78 
İlkin təlimat sexin, qurğunun, şöbənin, laboratoriyanın, emalatxananın rəisi (rəis müavini) 
tərəfindən aparılmalı və əlavə 6-da göstərilən forma üzrə rəsmiləşdirilməlidir. Təlimatlandırmanın 
sonunda təlimatlandırılan şəxsin bilikləri yoxlanılmalıdır. Bilikləri qeyri-kafi qiymətləndirilən şəxslər 
təkrar təlimatlandırılmalı və yenidən imtahan verməlidirlər. Yenidən imtahan verənə qədər həmin 
şəxslər sərbəst işə buraxılmamalıdır. Əgər təkrar imtahan zamanı işçinin bilikləri qeyri-kafi 
qiymətlənldirilsə, həmin şəxsin bu işdə işləməsinə icazə verilmir. İş yerlərində təkrar təlimatlandırmanı 
obyektin yanğın təhlükəsizliyinə cavabdeh şəxs aparmalıdır. İşçilər bir obyektdən digərinə keçirildikdə 
həmin 
obyektin 
yanğın 
təhlükəsizliyi 
xüsusiyyətləri 
nəzərə 
alınmaqla 
onlar 
təkrar 
təlimatlandırılmalıdırlar. 
Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlər həyata 
keçirilməlidir:
- bina və otaqların konstruktiv-planlı həlli insanların tez köçürülmə imkanlarının həyata 
keçirilməsini, yanğının yayılmasının qarşısının alınmasını təmin etməlidir;
- insanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində yanar materialların, 
həmçinin yanmanı səthi ilə yayan və boğucu qazlar ifraz edən materiallardan istifadə edilməməlidir; 
- yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas tələblərilə və fərdi ehtiyat tədbirləri ilə
həmçinin otaqlardan insanların köçürülmə planı ilə bütün işçi heyət tanış olmalıdır; 
- tüstüdən mühafizə sisteminə daxil olan pilləkən qəfəsələrinin, dəhliz və tamburların 
germetikliyini təmin edən qurğular saz vəziyyətdə saxlanılmalıdır;
- köçürülmə yolları (dəhlizlər, pilləkən qəfəsələri, vestibüllər) gecə vaxtı normativ tələblərə 
uyğun işıqlandırılmalıdır;
Şəkil 6.10 
- təmir işləri, elektrik cihaz və qurğularının, isitmə sistemlərinin istismarı zamanı texniki 
təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına müəssisənin rəhbərliyi tərəfindən müntəzəm nəzarətin 
yaradılması. 
Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli 
binalarda yanğın zamanı binanın damına da qalxmaq olar. 
Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər 
şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də 
yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə 
çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar. Paltar 
söndükdən sonra həmin zərərçəkən şəxs müalicə müəssisəsinə göndərilməli və ya təcili yardım 
çağırılmalıdır. 
Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə 
də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır. Köçürmə 


79 
çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı 
qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər. 
6.4.2.Tələbələr üçün fəaliyyətlər 

Müəssisəyə işə qəbul edilən bütün işçilər, həmçinin təcrübə keçmək və ya müvəqqəti 
işə qəbul edilmiş bütün şəxslər yanğın təhlükəsizliyi üzrə ilkin təlimatın keçirilməsi 
haqqında esse yazın. 

Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirlər 
haqqında araşdırmalar aparın və müzakirə edin. 

Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması 
haqqında müzakirələr təşkil edin. 
6.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə