Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Müxtəlif güclü və tezlikli səslərin nizamsız (xaotik) birləşməsindən səs-küy (gurultu)



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Müxtəlif güclü və tezlikli səslərin nizamsız (xaotik) birləşməsindən səs-küy (gurultu) 
yaranmasını müəyyən edir” 

Xaotik sözünün mənası nə deməkdir? 

Gurultulu səslərin yaranma səbəblərini sadalayın. 

Havada səsin yayılma sürəti nə qədərdir? 
 


70 
Təlim nəticəsi 6: Ətraf mühitin mühafizəsi və yanğınsöndürmə vasitələrinə dair ilkin tədbirləri 
bilir və həyata keçirməyi bacarır 
6.1.1. Ekoloji qanunlari təsvir edir
 
 

Ekologiya haqqında məlumat  
Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm). Lakin yunan sözü 
olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest Hekgel işlətmişdir. 
Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə 
haqqında sintetik bioloji elmdir. Ekologiyanın əsas predmeti daxilində enerji və 
üzvi maddələrin transformasiya prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə 
olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və 
materiyanın qarşılıqlı təsirini öyrənməkdir. Müasir ekologiyanın diqqət mərkəzində ekosistemin 
konsepsiyasının – ekoloji paradiqmanın konstruksiyası əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar
növlər, qruplaşmalar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi də ekoloji tədqiqat obyektləri hesab 
olunur, lakin müstəqil bir elm kimi ekologiya üçün spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər 
(botanika, zoologiya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur.
Şəkil 6.1

Ekologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu 
illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə, təbii 
ehtiyatlara qarşı mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri 
sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii 
ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekologiyaya olan maraq dairəsini özünün qanuni 
bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana gələrək 
sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası, coğrafi ekologiya, heyvan 
ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası, atmosferin, hidrosferin 
ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, ekoloji biologiya, 
geokimyəvi ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası, 
kosmik ekologiya və s. 
Ekologiya elminin son tətbiqi nəticələri aşağıdakılardan ibarət olmalıdır:

müasir və gələcək nəsilləri sağlam ətraf mühitlə təmin etmək üçün elmi əsaslar 
hazırlamaq;

təbii ehtiyatların mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək; 


71 

optimal və etibarlı fəaliyyət göstərən süni (antropogen) ekosistemlər, xüsusilə kənd 
təsərrüfatı yaratmaq;

rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasında 
ekoloji mədəniyyətə yiyələnmək. 
Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, çəmənlərin, kənd təsərrüfatına 
yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, Kür, Araz və digər çayların, 
Xəzərin, torpağın, havanın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin 
pozulması və ya azalması ekologiya kitabına ehtiyac olduğunu sübut edir. Kitab ekoloqlar, bioloqlar, 
coğrafiyaşünaslar, torpaqşünaslar, meşəçilər, geobotaniklər, kənd təsərrüfatı, həm də təbii 
ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər üçün 
nəzərdə tutulmuşdur. 
6.1.2.Tələbələr üçün fəaliyyətlər 

Ekologiyanın əsas predmetini araşdırın və müzakirələr aparın. 

Ekologiya elminin inkişafı haqqında araşdırmalar aparın və nəticə çıxarın. 

Ekoloji mühitin pozulması haqqında esse yazın. 
6.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə