Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Səs-küylərin insan orqanizminə xoşagəlməz təsirinin profilaktikasını təsvir edir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Səs-küylərin insan orqanizminə xoşagəlməz təsirinin profilaktikasını təsvir edir” 

Səs-küylərin insan orqanizminə xoşagəlməz təsiri üçün nə etmək lazımdır? 

Elektrik mühərriklərinin insan orqanizminə xoşagəlməz təsiri üçün nə etmək lazımdır? 
5.4.1. Müxtəlif güclü və tezlikli səslərin nizamsız (xaotik) birləşməsindən səs-küy (gurultu) 
yaranmasını müəyyən edir 

Müxtəlif güclü və tezlikli səslərin nizamsız (xaotik) birləşməsindən 
yaranan səs-küy (gurultu) 
Müxtəlif güclü və tezlikli səslərin nizamsız (xaotik) birləşməsindən səs-küy
(gurultu) əmələ gəlir. Xaotik - qarmaqarışıq, qaydasız, nizamsız, sistemsiz 
deməkdir. İstehsal qurğularında müxtəlif maşın və aparatların işi havanı rəqsə 
gətirir və bunlarda insan orqanizmi tərəfindən gurultu kimi qəbul edilir. 
Müəssisələrin sexlərində (ələlxüsus elektrik maşınları quraşdırılmış) elektrik maşınlarının, 
ventilyatorların, müxtəlif dəzgahların, qaynaq aparatlarının, güc transformatorlarının və 
elektrikləşdirilmiş alətlərin işləməsi zamanı gurultulu səslər yaranır. 
Havanın və ya başqa elastiki mühitin rəqsi hərəkətləri, hansılar ki, müxtəlif cisimlər tərəfindən 
(polad maqnit nüvələrinin paketlərinin artıq maqnitləşməsi, mexaniki 24 ötürmələrdə dişli çarxların 
hərəkəti, ventilyatorların pərlərinin hərəkəti və s.) yaranır, səs adlanır. Maddələrin rəqs edən hissələri 
(məsələn, havanın) periodik olaraq kinetik və potensial enerjiyə (səs enerjisi) malik olur. 
Səs enerjisi mənbədən dalğavari formada ətraf fəzaya verilir, tədricən səpələnir və sönür. 
Məlumdur ki, havada səsin yayılma sürəti 330m

s-dir. 
Eşitmə, səs təzyiqinə və səs dalğalarının tezliyinə görə təyin olunur və adamların fərdi 
qabiliyyətindən asılıdır. Səs qüvvəsinin minimal və maksimal hədd qiymətlərini fərqləndirmək vacibdir. 
Minimal qiymətdə səs qüvvəsi qulaqlarda zəif eşidilən qavrama yaradır. 
Əgər iş yerində səs-küyün səviyyəsini azaltmaq mümkün deyilsə, onda işçilərə səs-küydən 
qorunması üçün qulaqcıqlar, qulaq üçün xüsusi tıxac “beruş” və ya pambıqdan olan tıxac kimi individual 
vasitələr verilir. 
Şəkil 5.10 Xaos 


69 
5.4.2.Tələbələr üçün fəaliyyətlər 

Müxtəlif güclü və tezlikli səslərin yaranmasının səbəblərini araşdırın və müzakirə edin. 

İş yerində səs-küyün səviyyəsini azaltmaq mümkün deyilsə nə etmək lazımdır?-bu sualı 
rollu oyundan istifadə edərək göstərin. 
5.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə