Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Ekoloji şəraitin yaxşılaşdırılmasına yardımçı olan üsulları sadalayır”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Ekoloji şəraitin yaxşılaşdırılmasına yardımçı olan üsulları sadalayır” 

Atmosferin çirklənməsi dedikdə nə başa düşürsünüz? 

Atmosferi çirkləndirən amilləri sadalayın. 

Atmosfer havasının işlənmiş qazlarla çiklənməsini azaltmaq üçün nə etmək lazımdır? 

Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır? 

Ətraf mühitin çirklənmədən necə mühafizəsi etmək olar? 
 


75 
6.3.1. Müəssisədə olan yanğınsöndürmə vasitələrindən düzgün istifadə edir 

Müəssisədə olan yanğınsöndürmə vasitələrindən istifadə 
İstehsalatda və elektrotexniki qurğularının təmir quraşdırma işlərində yanğına 
qarşı tədbirlər pozulduqda, həmçinin qəza hallarında yanğına çevrilə bilən 
yanma ocaqlarının əmələ gəlməsi mümkündür. Məsələn, elektrotexniki 
qurğularda, harada ki, elektrik maşın və aparatların izolyasiyasının, kabellərin 
naqillərinin və transformator yağının yanması baş verə bilər. Bununla əlaqədar 
təhlükəsizlik texnikasının qaydalarına və yerli yanğına qarşı təlimatlarda yanğının yayılmasının qarşısını 
almaq və yanma ocaqlarının ləğvi barədə tədbirlər nəzərdə tutulur.
Açıq halda qoyulmuş kabellərin xarici zirehini odadavamlı boyaqla rənglənir. Kabellər 
bərkidiləcək qurğu və konstruksiyalar odadavamlı materiallardan hazırlanmalıdır. Elektrik maşınları 
quraşdırılmış otaqlarda ilkin mühafizə vasitələri – yanğın söndürən və quru qum olan yeşik olmalıdır. 
Şəkil 6.7 
İstehsalat otaqlarında, yarımstansiyalarda və elektrik maşınları quraşdırılmış yerlərdə ilkin 
yanğınsöndürən vasitələr olmalıdır və bunlardan istifadə etməklə işçilər yanğının yayılmasının qarşısını 
almalıdırlar (yanğınsöndürənlər gələnə qədər). 
Yanğının yayılmasında böyük təhlükəli yağ doldurulmuş aparatlar – transformatorlar və açarlar 
yaradırlar. Transformator yağının yanması nəticəsində yaranan təhlükəni məhdudlaşdırmaq üçün 
transformatorun altında yağ qəbul edən çuxur (çala) qazırlar, üstünü barmaqlıqda (şəbəkə) örtülür və 
üstünə xırda daş qırıntıları (qınçıllar) tökülür. Transformatorda yanğın baş verdikdə, onun aşağı 
hissəsində quraşdırılmış krandan yağ çuxura axıdılır və beləliklə yayılmasının qarşısı alınır. Yağ 
transformatorları və yağ açarları (böyük həcmli, 60kq) saxlanılan kameraların qapılarını çətin yanan 
materialdan hazırlanır. Kameradan çıxış, xaricə (yəni çölə) və ya odadavamlı döşəməyə, divarlara və 
örtüyə malik otağa olmalıdır. Bu tələbləri yerinə yetirdikdə transformatorda yağın yanması və ya açarın 
partlayışı zamanı yaranan yanğının yayılmasının (qonşu otaqlara) qarşısı alınır. Bütün otaqlarda (harada 
yağdoldurulmuş aparatlar quraşdırılıb) quru qum doldurulmuş yeşik və yanğınsöndürənlər olmalıdır. 
Yanğını söndürmək üçün sudan, onun buxarından və xüsusi kimyəvi maddələrdən istifadə etmək 
olar. Su daha ucuz və geniş yayılmış yanğınsöndürən vasitə yayılır. 


76 
Ancaq, tezalışan mayeləri (benzin, kerosin, mineral yağı) su ilə söndürmək olmaz (suyun sıxlığı 
çox olduğundan o tezalışan mayelərin altında yayılaraq yanma səthinin sahəsini çoxaldır). 
Su ilə həmçinin, kalsium karbidi və ya silitranı söndürmək olmaz (bu maddələr su ilə görüşdükdə 
yanar maddələr əmələ gətirir). Bundan başqa su ilə gərginlik altında olan elektrik avadanlıqlarını da 
söndürmək olmaz (su şırnağı ilə elektrik cərəyanından xəsarət yarana bilər).
Qapalı (bağlı) otaqlarda yanğın söndürmək üçün su buxarlardan istifadə etmək məsləhət görülür 
(buxarın təsirindən yanar qarışıqdakı oksigenin miqdarı və onun temperaturu azalır). Su buxarından 
həmçinin elektrik maşınlarının dolaqlarında yaranan yanğını, eləcə də müxtəlif bərk və maye halda olan 
yanar maddələri söndürmək üçün istifadə olunur. 
Yanğınların söndürülməsində kimyəvi köpük yaxşı nəticələr verir. Kimyəvi köpük, köpük yaradan 
tozların su ilə qarışdırılması nəticəsində alınır. Köpüyün yanğınsöndürmə keyfiyyəti onun izoləetmə 
qabiliyyətinə (xassəsinə) əsaslanmışdır. Bu halda yanan maddənin buxarlanmasının qarşısı alınır və onun 
üst qatı soyuyur, beləliklə yanğının yayılmasının qarşısı alınır. Köpüklü yanğın söndürənlərin müxtəlif 
tipləri (OP-5; OU-2; OU5-7) mövcuddur və bunlardan əsasən neft məhsullarının yanması nəticəsində 
yaranan yanğınları söndürmək üçün istifadə edilir. 
Yuxarıda qeyd etdiyimiz texniki yanğın söndürənlərlə yanaşı, praktikada daha sadə yanğın 
söndürən vasitələrdən də (quru qum; asbest və ya kobud toxunmuş yun parçalar) istifadə olunur. Bu cür 
mühafizə vasitələrini yanğın mənbəyinin üstünə atdıqda o tezliklə sönür (oksigenin çatışmazlığı 
səbəbdən). 
Yanğının tezliklə söndürülməsində xüsusi yanğın siqnalizasiyasının rolu böyükdür. Belə 
siqnalizasiyanın köməyilə yanğın yerinə təcili olaraq yanğın söndürülənlərin komandası çağırılır. Yanğın 
siqnalizasiyası kimi şəhər və zavod daxili telefon rabitəsindən istifadə edilir. Müəssisənin bütün işçiləri 
şəhər və yerli yanğınsöndürən komandanın telefon nömrələrini bilməlidir. Telefon rabitəsindən başqa 
yanğınsöndürən komandası çağırmaq üçün xüsusi siqnalizasiyadan da istifadə olunur. Xüsusi 
siqnalizasiya, xəbərdaredici cihazlardan, qəbuledici stansiyadan, siqnalları ötürən şəbəkədən və qida 
mənbəyindən ibarət olur. Xəbərdaredicilər kimi əllə idarə olunan və ya avtomatik işləyən cihazlardan 
(istilik xəbərdaredicilər) istifadə oluna bilər. 
6.3.2.Tələbələr üçün fəaliyyətlər 

İstehsalatda və elektrotexniki qurğularının təmir quraşdırma işlərində yanğının baş
verməsi haqqında araşdırma aparın və müzakirə edin. 

Transformatorda yanğının baş verdikdə onun qarşısının alınması haqında diskussiya 
təşkil edin. 
Şəkil 6.8 


77 

Yanğını söndürmək üçün istifadə olunan vasitələr haqqında təqdimat hazırlayın. 

Qapalı (bağlı) otaqlarda yanğın söndürmək üçün nə etmək lazımdır?-bu sual ətrafında 
debat təşkil edin. 

Aşağıdakı şəklə münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini 
göstərin. 
6.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə