Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“ Ekoloji qanuna dair məlumatları bilir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“ Ekoloji qanuna dair məlumatları bilir” 

Ekologiya nədir? 

Ekoloji mühit dedikdə nə başa düşürsünüz? 

Ekoloji mühitin pozulması nəticəsində yaranan zərərlər hansılardır?
6.2.1. Ekoloji şəraitin yaxşılaşdırılmasına yardımçı olan üsulları sadalayır 

Atmosferi çirkləndirən sənaye sahələri 
Müasir dövrdə atmosferin çirklənməsi bəşəriyyətin, cəmiyyətin «bəlasına», 
«xəstəliyinə» çevrilmişdir. Bu «bəla» əsasən insanın sənaye fəaliyyətinin 
aktivləşməsi nəticəsində baş verir və insanın özünə, bütün canlılara, bitkilərə və 
bütövlüklə biosferə mənfi təsir göstərir. Atmosferin çirklənməsi ən çox 
sənayenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət 
müəssisələri cəmləşən, həyat tərzi yüksək səviyyəyə çatan, yüksək milli gəlirə malik olan, enerjidən 
yüksək dərəcədə istifadə edən ölkələrdə baş verir. Bu ölkələrdə havaya çoxlu miqdarda karbon qazı, 
müxtəlif sənaye qazları və tozları artır. 
Şəkil 6.3 


72 
Atmosferin çirklənməsi həmçinin qlobal problem olub təbii və dövlət sərhədlərini tanımır, 
onlarla məhdudlaşmır və havası intensiv çirklənmiş sıx yerləşən yaşayış məntəqələrindən və sənaye 
cəhətdən inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə 
yayılır. Odur ki, atmosferin çirklənməsi problemi bütün bəşəriyyəti narahat edir, bütün dövlətlər və 
xalqlar onun təmizliyinin qayğısına qalmalıdır. 
Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir (azot, oksigen, 
karbon qazı, arqon, hidrogen, ksenon, rodon və s ). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast 
gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər 
mövcuddur. Beləliklə, hava aerozol və ya dispers sistem halında olur. Bu çirkləndiricilər havaya 
biosferdən daxil olur. Ona görə ki hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk 
və maye hissəciklər havanın biosferin digər komponentləri, yəni su, torpaq və canlı orqanizmlərlə 
qarşılıqlı əlaqəsinin nəticəsidir (təzahürüdür). 
Qara metallurgiya, çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif 
qazlar atılır. Müasir qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması sobaları vardır. 
Koks kimyəvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. İş rejimi 
pozulduqda isə atmosferə küllü miqdarda təmizlənməmiş koks qazı atılır. Qara metallurgiya sahəsində 
sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət daha da kəskinləşir . 
Şəkil 6.4 
Kimya sənayesində turşuların (sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və 
s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni 
kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə 
tullantılar atılır. 
Respublikamızda kimya və neft – kimya müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərlərində 
cəmləşmişdir. Mövcud müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun yararsız 
vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqların sıradan çıxması ətraf mühitə normadan artıq 
tullantıların atılmasına səbəb olur. Belə vəziyyət təbii ehtiyatlardan istifadə edilərkən böyük itkilərə yol 
verilməsinə səbəb olur. 
Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. 
Nəqliyyat ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat 
problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdığı qazlar hava çirkləndirən qazların 68-80%-ni 


73 
təşkil edir. Əvvəllər buna əhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı az olduğuna görə bu, ətraf 
mühit üçün o qədər də qorxulu sayılmırdı. Lakin hazırda bu ciddi problemə çevrilmişdir. 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə