Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


Ekoloji zırda bu ciddi problemə çevrilmişdi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Ekoloji zırda bu ciddi problemə çevrilmişdi 
Atmosfer havasının işlənmiş qazlarla çiklənməsini azaltmaq üçün avtomobillərin vəziyyətinə 
gündəlik texniki nəzarət keçirilməlidir. Xəttə buraxılan maşınların sazlığını yoxlamaq bütün avtomobil 
təsərrüfatlarının vəzifəsi və borcudur. Texniki xidmətin aşağı səviyyədə olması, nəzarətin olmaması 
atmosfer havasının zərərli maddələrlə çirklənməsini artırır. Hazırda zəhərlilik dərəcəsini azaltmaq 
məqsədilə avtomobillərin konstruksiyasını təkmilləşdirməklə yanaşı onlara texniki xidmətin səviyyəsini 
artırmaq və avtomobillərin texniki vəziyyətinə nəzarəti təkmilləşdirmək günün aktual məsələsi hesab 
olunur. 
Şəkil 6.5 
Hazırda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil yanacağı kimi etilli benzindən 
istifadənin qadağan edilməsi böyük əhəmiyyət daşıyır. Kontinentin şimal ölkələrinin çoxunda praktiki 
olaraq etilli benzindən daha istifadə edilmir. Bununla yanaşı bütün yeni avtomobillər xüsusi katalizatorla 
təchiz olunmuş və yalnız etilsiz yanacaqla doldurulur. Belə katalizatorlar daha köhnə nəqliyyat 
vasitələrində də qoyulur. 
Hidrogendən əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı 
kökündən dəyişə bilər. Bununla da müasir dövrün mühüm problemi sayılan ətraf mühitin çirklənmədən 
mühafizəsi praktiki olaraq həll oluna bilər. Hidrogenin mühərrik yanacağı kimi xarakteristikası olduqca 
nadir sayılar, belə ki, onun yaxşı alovlanması, işlənmiş qazların zərərli olmaması, yüksək yanma 
intensivliyi və sürəti («benzin-hava» qarışığından 4 dəfə artıq) vardır. 
Dünyada ildə 50 milyon tona qədər hidrogen istehsal olunur. XXI əsrin ilk 25 ilində hidrogenin 
istehsalı və ondan istifadə bu günə nisbətən bir neçə dəfə çox olması proqnozlaşdırılır. 
Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü 
nizamlayaraq onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin 
strukturu – sənaye və yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti 
obyektləri nəzərə alınmalıdır. 
Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı 
mühitin sanitar-gigiyena vəziyyətinin dəyişməsinə təsir göstərən amil olmuşdur. Qiymətli balıq 
növlərinin kütləvi qırılması adi hadisəyə çevrilmişdir. 


74 
Şəkil 6.6 
6.2.2.Tələbələr üçün fəaliyyətlər 

Valideynlərinizdən atmosferin çirklənməsinin əsas səbəbləri haqqında müsahibə 
götürün və öyrəndiklərinizi sinifdə müzakirə edin. 

Qara metallurgiya, çuqunun əridilməsi zamanı atmosferin çirkləndirilməsi haqqında
diskussiya təşkil edin.

Havanı daha çox çirkləndirən mənbələr haqqında təqdimat hazırlayın. 

Xəzər dənizinin çirklənməsi haqqında araşdırma aparın və təhlil edin. 

Atmosfer havasının işlənmiş qazlarla çiklənməsini azaltmaq haqqında debat təşkil edin. 

Ekoloji vəziyyəti yaxşılaşdırmağın yolları haqqında evdə valideynlərinizdən məlumat 
toplayın və sinifdə müzakirə edin. 
6.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə