Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas və fərdi ehtiyat tədbirləri ilə



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas və fərdi ehtiyat tədbirləri ilə 
otaqlardan çıxma qaydalarını uyğunlaşdırır” 

İlkin təlimatlandırma kim tərəfindən keçirilməlidir? 

İlkin təlimatlandırmada işçilər hansı məsələlər barəsində məlumatlandırılırlar?

Güclü tüstü olan sahədə necə hərəkət etmək lazımdır? 

Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, 
eləcə də köçürmə yollarının uzunluğu necə olmalıdır? 
6.5.1. İşləri başa çatdırdıqdan sonra ətraf mühitin qorunması naminə ərazini təmizləyir 

Ətraf mühitin qorunması 
Ətraf mühit həyat üçün əlverişli olmalıdır. Bizi əhatə edən ətraf mühitin ekoloji 
tarazlığını qorumaq sahəsində həlli vacib problemlər insanları çox ciddi şəkildə 
düşündürür. Artıq əməli tədbirlərin həyata keçirilməsi gündəlik zərurətə 
çevrilmişdir. Hamı başa düşməlidir ki, Yer Kürəsi bizim yaşadığımız ümumi 
məkandır və bir məkan verilməyəcəkdir. 
Hava, su, torpaq bır-biri ilə bağlı olduğu üçün insanlar 
onların qorunması ilə bağlı fəaliyyətdə tarazlığı saxlamalıdır. 
Havanın təmizlənməsində yaşıl bitkilərin əhəmiyy əti var. Bitkilər 
toz hissəciklərini udur və havaya oksigen qazı buraxırlar. Bunun 
üçün yaşıllıqlar salınmalı, çoxlu ağac əkməli, tullantılar lazım olan 
yerlərə atılmalı, çirkab sularının çay və dənizlərə axıdılmaması üçün
tədbirlər görülməlidir. Sənaye müəssisələrində havaya buraxılan 
zəhərli 
qazları 
zərərsizləşdirən 
texnologiya 
quraşdırılmalıdır.Təbiətə biganə münasibət bəsləyənlərə, yaşıllığa 
qarşı amansız olanlara qarşı birgə mübarizə aparılmalıdır. 
Hər bir insanın sağlam ətraf mühitdə yaşamaq hüququ var. 
Ətraf mühitin qorunması həm dövləti, həm icmaları, həm də ayrı-
ayrı insanları düşündürməlidir. Odur ki, bu işdə bizdən tələb olunan 
bütün qaydalara riayət etməliyik. Bizi əhatə edən mühiti 
insanların rahat yaşayış məkanına çevirmək üçün ağac əkmək çiçək 
becərmək, quşları qorumaq lazımdır. Küçə və meydanları 
zibilləmək olmaz. İctimai yerlərdə, nəqliyyatda günəbaxan tumu, dondurma kağızlan və buna bənzər 
Şəkil 6.11


80 
digər zibilləri yerə atmaq olmaz. Təbiətin bizə bəxş etdiyi yaşıllığın qayğısını çəkməli, onun gözəlliyini 
qorumalı, quş və heyvanlara qayğı göstərməli, yaşıllıqlar salmalıyıq.
Sənayenin sürətli inkişafı nəticəsində şəhərlər, yaşayış məntəqələri böyük zibil qalaqlan ilə 
örtülür və zibilliklərdən yayılan yoluxuc. xəstəliklər əsl ekoloji fəlakətə çevrilir. İnsanlar ətraf mühitin 
qorunması üçün birgə çalışmalıdır. Hər kəs bacardığı qədər öz öhdəsinə düşən işləri yerinə yetirməlidir. 
İnsanlar gündəlik həyatda istifadə etdikləri tələbat mallarının qalıqlarını müəyyən olunmuş yerə 
atmalıdır ki, bu tullantıları vaxtında yığışdıraraq zərərsizləşdirə bilsinlər. Əks halda tullantılar həyat üçün 
qorxulu xəstəliklərin mənbəyinə çevrilə bilər. Bəzi insanlar gigiyena qaydalarını pozduqlarından təhlükə 
yaranır. Belə adamları təmizliyə əməl etməyə dəvət etmək lazımdır. Yerdə zibil gördükdə onu zibil 
qabına atmaq lazımdır ki, başqaları da buna əməl etsin. 
İstehsalat tullantıları istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ 
gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, 
əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma 
xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və 
maddələrdir. 
Tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq 
məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılmasıdır. 
Vaxtı keçmiş, keyfiyyətini itirmiş və ya ekoloji tələblərə cavab verməyən sənaye, kənd 
təsərrüfatı, ərzaq və digər istehlak məhsullarının müvafiq tələblərə uyğun qaydada 
zərərsizləşdirilməsinə, tələf edilməsinə və təkrar emala göndərilməsinə nəzarət edilməlidir. 
Şəkil 6.12 
Təbii ehtiyatlardan istifadə zamanı əmələ gələn tullantıların dərinliklərdə basdırılması, 
yerləşdirilməsi zamanı ətraf mühiti çirklənmədən, zibillənmədən, tükənməkdən mühafizə etmək 
lazımdır. Müəssisə və təşkilatlarda təhlükəli tullantıların kəmiyyət və keyfiyyət göstəricilərini, illik 
hesabatlarını, sərhədlərarası daşınmasını, basdırılmasını, kənarlaşdırılmasını, saxlanması və təkrar emalı 
üsullarını öyrənməli, məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış 
xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar 
hazırlanmalıdır. Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman 
tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat 
vasitələrinin və piyadaların hərəkətinə mane olmaması meydançalardakı tutumlardan tullantıların 
küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, 
məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə 
obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır. 


81 
Ətraf mühitin mühafizəsi məqsədilə tullantıların yerləşdirildiyi tutumlar və meydançalar həmişə 
təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır. Lazım gəldikdə tutumlar yeniləri ilə əvəz olunmalı, 
meydançalar təmir edilməlidir. Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. 
İstehsalat tullantılarının (təhlükəli və təhlükəsiz) və təkrar xammalın məişət tullantıları üçün 
nəzərdə tutulmuş tutulmalarda yerləşdirilməsinə yol verilmir. Məişət tullantılarının daşınmasını, 
xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat 
qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə 
məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. 
Bazarlarda, xəstəxanalarda, məktəblərdə və uşaq bağçalarında əmələ gələn tullantıların bir 
gündən artıq saxlanması xüsusilə yolverilməzdir. 
6.5.2.Tələbələr üçün fəaliyyətlər 

Ətraf mühitin ekoloji tarazlığının qorunması haqqında təqdimat hazırlayın. 

Ətraf mühiti qorumaq üçün hansı qaydalara riayət etməliyik?-bu sual ətrafında debat 
təşkil edin. 

Tullantıların zərərsizləşdirilməsi haqqında müzakirələr aparın. 

Müəssisə və təşkilatlarda təhlükəli tullantıların kənarlaşdırılması haqqında araşdırmalar 
aparın.
6.5.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə