Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“İşçilərin orqanizminə səs-küylərin təsirini izah edir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“İşçilərin orqanizminə səs-küylərin təsirini izah edir” 

Şiddətli səs-küy işçilərin hansı orqanlarına zərər verir? 

Gecə səs-küyü insan orqanizminin hansı hissəsinə təsir edir? 

Nəzarət olunmayan səs insanın hansı fəaliyyətlərinə təsir göstərir? 
5.3.1. Səs-küylərin insan orqanizminə xoşagəlməz təsirinin profilaktikasını təsvir edir 

Səs və vibrasiyalarla mübarizə üsulları
Səs və vibrasiyalarla mübarizədə əsas təbirlərdən biri səslərin uzaqlığını aşağı 
salması və vibrasiya rəqslərinin amplitudasının azaltmasıdır. Buna, istehsal 
qurğularının konstruktiv olaraq təkmilləşdirmək və istehsala yeni, daha müasir 
texnologiyaların tətbiqi ilə nail olurlar. Bundan başqa avadanlıqlarda səs 
izolyasiyasını gücləndirməklə səs və vibrasiyaların qarşısını almaq olur. 
İstehsalatda çalışan işçiləri fərdi yolla mühafizə etməklə, onlara səs və vibrasiyaların təsirini azaldırlar. 
Maşınların fırlanan hissələrinin səsini azaltmaq üçün onların səthlərini hamar, balansirovkanı 
daha dəqiq və diyircəkli yastıqları isə etibarlı seçirlər. Elektrik qurğularında gurultu və vibrasiyalar 
aşağıdakı səbəblərdən mümkündür: transformator nüvələrinin zəif sıxılması nəticəsində, qaynaq 
aparatlarının keyfiyyətsiz sazlanmasından, şinlərin izolyatorlara zəif bərkidilməsindən, kollektorların 
səthlərinin pis emalından və asinxron mühərriklərinin iki fazada işləməsindən və s.
Səslərin səviyyəsini azaltmaq məqsədi ilə maşın və aparatları örtmək üçün səslərdən izoləedici 
müxtəlif quruluşlardan (örtüklər və s.) istifadə olunur. Hiss olunacaq dərəcədə səslərin azaldılmasına 
divarların səs uducu materiallarla örtməklə nail olurlar. Səs uducu materialları adətən liflərdən və ya 
parçalardan hazırlayırlar. Bina konstruksiyalarının vibrasiyasını (maşınların hərəkətlərindən) azaltmaq 
üçün, onların altına amortizatorlar (rəqsləri söndürənlər) qoyurlar. 


67 
Şəkil 5.8 Müxtəlif peşələr
Elektrik mühərriklərinin və dəzgahların səsini və vibrasiyasını azaltmaq üçün aşağıdakı tədbirlər 
görülür: keyfiyyətli və etibarlı diyircəklər tətbiq edilir, maşınlar dəqiq yığılır, az səsli işçi çarxlardan 
istifadə olunur, metal çarxlar plastmas çarxlarla əvəz edilir. İşçilərin səslərdən (gurultudan) fərdi 
qorumaq üçün, muma və ya qliserinə hopdurulmuş pambıqdan və ya yumşaq rezindən hazırlanmış 
tıxaclardan, bəzi hallarda isə qulaqları sıx bağlayan xüsusi geyimlərdən (papaq) istifadə edilir. 
Ayaqlardan bədənə ötürülən vibrasiyalardan və sarsıntılardan qorumaq üçün keçədən və ya qalın rezin 
altlığa malik ayaqqabıların geyinməsi məsləhətdir. 
Ümumiyyətlə sexlərdə səs-küylə mübarizənin başlıca metodlarından biri səsi azaldan materiallar 
və ya səsboğucu quraşdırılmasıyla divarların işləməsi vasitəsi ilə əhəmiyyətli metodudur. Səs boğucu 
material qismində kapron lifi, porolon, mineral pambığı, şüşə lif tətbiq edilir. Səs-küyün azaldılmasında 
ərazinin və istehsalat sahəsinin düzgün planlaması, həmçinin tikinti materiallarının (səs boğucuları) 
düzgün seçilməsi böyük əhəmiyyət kəsb edir. 
Səs-küydən eşitmə orqanlarını iki üsulla mühafizə etmək olar:
1. Tıxaclar və kapsullar
2. Qulaqcıqlar
Qulaq tıxacları: kauçuk, rezin, silikon, plastik materialdan hazırlanır, bir ölçülü olub bütün ölçülər 
üçün istifadə olunur və qulaq kanalına yerləşdirilir.
Qeyd: pambıq topaları və ya pambıq parçası qulağın mühafizə olunması üçün qəbuledilməzdir. 
Şəkil 5.9 Yol ayrıcılığı 


68 
5.3.2.Tələbələr üçün fəaliyyətlər 

Səs və vibrasiyalardan mübarizə təbirləri haqqında esse yazın. 

Elektrik qurğularında gurultu və vibrasiyaların səbəblərini araşdırın. 

Səs-küydən eşitmə orqanlarını necə mühafizə etmək olar? sualı ətrafında dəyirmi masa 
təşkil edin və müzakirələr aparın.
5.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə