Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

41 



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya hansı vəzifələrin 

tutulması üzrə müsabiqə elan edir? 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  28.2-ci  maddəsinə  müvafiq  olaraq  inzibati 

vəzifələrin  altıncı-doqquzuncu  təsnifatlarına  uyğun  olan  vəzifələr  boşaldıqda,  müvafiq  icra  hakimiyyəti  orqanı 

(Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya)  həmin  vəzifələrin 

tutulması üçün müsabiqə elan edir.  

 

Prokurorluq, Ədeliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Fövqəladə Hallar, sərhəd xidməti, Miqrasiya xidməti, daxili 



işlər,  gömrük,  vergi  xarici  işlər  və  feldyeger  rabitəsi  orqanlarına  qəbulla  bağlı  imtahanlar  Dövlət  Qulluğu 

komissiyası tərəfindən aparılmır.  

 

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin  keçirilməsi ilə bağlı 

məlumatı haradan əldə etmək olar? 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  tərəfindən  dövlət 

orqanlarında  vakant  dövlət  qulluğu  vəzifələrinin  tutulması  üçün  müsabiqələrin  keçirilməsi  ilə  bağlı  elanlar 

mütəmadi  olaraq  kütləvi  informasiya  vasitələrində  dərc  edilir,  o  cümlədən  Komissiyanın  rəsmi  internet  saytında 

(http://www.csc.gov.az/) yerləşdirilir. 

 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar hansı sənədləri təqdim etməlidirlər? 



 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı sənədləri Azərbaycan Respublikası Prezidenti yanında 

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər:  

 



ərizə  

 



şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş)  

 



kadrlar uçotunun şəxsi vərəqəsi  

 



ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş)  

 



əmək kitabçasının surəti (olduğu təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən təsdiq edilmiş)  

 



ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən 

təsdiq edilmiş)  

 

sağlamlıq haqqında arayış  



 

ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6) 



 

Sənədlərin  qəbulu  müsabiqə  elan  edilən  gündən  etibarən  30  gün  Azərbaycan  Respublikasının  Prezidenti 



yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır.  

 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  13.2-ci  maddəsinə  əsasən  inzibati  vəzifə 



iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır, orta təhsilli vətəndaşlar elan edilən müsabiqələrdə iştirak edə 

bilməzlər.  

 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşların  təqdim etməli olduqları ərizə formasını və kadrlar uçotunun şəxsi 



vərəqəsini  Komissiyanın  rəsmi  internet  saytından  (

http://www.csc.gov.az/

)  yükləyə  və  ya  inzibati  binasından 

(AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) əldə edə etmək olar.  

 

Dövlət qulluğuna qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir? 

Qanunvericiliyə uyğun olaraq müsabiqə vahid test imtahanından və söhbətdən ibarətdir. Test İmtahanında mümkün 

olan  baldan  ən  azı  80  faizini  toplamış  namizəd  imtahanı  müvəffəqiyyətlə  vermiş  hesab  edilir.  Əlavə  olaraq 

bildiririk ki, test imtahanında hər namizədə 100 sual təqdim edilir və hər düzgün cavab bir balla qiymətləndirilir. 

 

19. Vərəsəlik hüququnun ümumi müddəaləri 

 

1. Vərəsəlik nə deməkdir? 

Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməsidir.  

 

2. Miras qoyanın əmlakı vərəsələrə hansı əsaslarla keçir? 

Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. 

Qanun  üzrə  vərəsəlik  (ölmüş  şəxsin  əmlakının  qanunda  göstərilmiş  şəxslərə  keçməsi)  o  zaman  qüvvədə  olur  ki, 

miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 

 

3. Vərəsələr kimlərdir? 



 

 

42 



1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın 

ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 

2.  Vəsiyyət  üzrə  vərəsəlik  zamanı  vərəsələr  miras  qoyanın  öldüyü  məqamda  sağ  olmuş  şəxslər,  habelə  miras 

qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-

olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 

 

QANUN  ÜZRƏ VƏRƏSƏLİK 



 

4. Qanun üzrə vərəsələr kimlərdir? 

Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 

1.  Birinci  növbədə  -  ölənin  uşaqları,  miras  qoyanın  ölümündən  sonra  doğulmuş  uşaq,  arvad  (ər),  valideynlər 

(övladlığa götürənlər). 



(Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin 

uşaqlarına və onların övladlarına bərabər tutulurlar.) 

2.  İkinci  növbədə  -  ölənin  bacıları  və  qardaşları.  Miras  qoyanın  bacısı  uşaqları  və  qardaşı  uşaqları  və  onların 

uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ 

olmasın.  Onlar  qanun  üzrə  vərəsəlik  zamanı  onların  ölmüş  valideyninə  çatası  miras  payını  bərabər  olaraq  miras 

alırlar. 

3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və 

atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt 

nənə və baba sağ olmasın. 

4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 

5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların 

uşaqları. 

 

VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK 



 

5. Vəsiyyət üzrə vərəsəlik nə deməkdir? 

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar 

sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmalıdır. 

 

6. Vəsiyyətnamə necə tərtib olunur? 

Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm notariat  formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol 

verilir.  



 

Vəsiyyətnamənin  notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən özü yazır və imzalayır, notarius  isə 

təstiqləyir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən iki şahid olmaq şərti ilə notarius yaza bilər, vəsiyyət edən 

isə vəsiyyətnaməni notariusun və şahidlərin yanında oxuyub imzalayır. Əgər vəsiyyət edən hər hansı bir səbəbdən 

vəsiyyətnaməni özü imzalaya bilmirsə, başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən 

vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.  

 

Ev vəsiyyətnaməsi- vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Bu halda o, vəsiyyətnaməni zərfə 

qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər notariusa bəbrabər tutulan şəxsə) verə bilər. 

 

Mirasda məcburi pay nə deməkdir? 

Vəsiyyət  edənin  uşaqlarının,  valideynlərinin  və  arvadının  (ərinin)  vəsiyyətnamənin  məzmunundan  asılı 

olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı  onlara çatası payın yarısını (məcburi 

pay) təşkil etməlidir.  

Məcburi  pay  almaq  hüququ  olanvərəsə  onu  qəbul  etməkdən  imtina  edə  bilər,  lakin  bu  imtina  digər  qanun  üzrə 

vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 

 

Mirasın qəbul edilməsi qaydası nədir? 

Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 

Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik 

etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə 

miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və 

harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə