Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

37 



 

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxs ölkədə 



qaldığı  vaxtda  təminatı  öz  üzərinə  götürdüyü  hallar  istisna  olmaqla,  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan 

şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd; 

 

əcnəbilərin vətəndaşlığını, vətəndaşlığı olmayan şəxslərin isə vətəndaşsızlığını təsdiq edən sənəd; 



 

əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənəd



 

3x4 sm ölçüdə fotoşəkil - 4 ədəd (qırmızı fonda); 



 

yaşayış  sahəsinə  köçmək  üçün  əsas  verən  sənədin  (mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına  alınması 



haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə  müqaviləsi,  yaxud 

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) surəti; 

 

vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına); 



 

vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti. 



 

 



Qeyd:  İmmiqrant  statusu  almaq  istəyən  şəxslər  sağlamlıq  haqqında  arayışı  aşağıda  göstərilən  tibb 

mərkəzlərindən əldə edə bilərlər: 

a)

 

HİV virusları (QİÇS Əleyhinə Mübarizə Mərkəzi); 



b)

 

Hepatit B və C virusları (M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası); 



c)

 

RW (Respublika Dəri-Zöhrəvi Dispanseri); 



d)

 

Vərərmin açıq formaları (Ağciyər Xəstəlikləri İnstitutunun 4 saylı Vərəm Əleyhinə Dispanseri); 



e)

 

Psixi xəstəliklər (1 saylı Ruhi Əsəb Dispanseri). 

 

7. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə əlaqədar  hansı sənədlər tələb olunur? 

Əvvəllər  Azərbaycan  Respublikası  vətəndaşı  olmuş  və  ya  Azərbaycan  Respublikası  vətəndaşlığına  xitam  verilmiş 

şəxsin  öz  vəsatəti  əsasında  o,  Azərbaycan  Respublikası  vətəndaşlığına  bərpa  edilə  bilər.  Azərbaycan  Respublikası 

vətəndaşlığına  bərpa  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  adına  yazılmış  vəsatətləri  Azərbaycan 

Respublikası  ərazisində  yaşayan  şəxslər  Dövlət  Miqrasiya  Xidmətinə,  xarici  dövlətlərdə  yaşayan  şəxslər  isə 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərinə  və  ya  konsul  idarələrinə  təqdim  edirlər.  Bununla 

əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına yazılmış müraciət edilir. 

 



 

Vətəndaşlığa bərpa ilə bağlı tələb olunan sənədlər: 

 

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə); 



 

tərcümeyi-hal; 



 

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;  



 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);  



 

ailə tərkibi haqqında arayış;  



 

ədəd fotoşəkil (3x4 sm ölçüdə);  



 

QİÇS  müayinəsindən  keçməsi  və  sağlamlıq  haqqında  arayış  (vətəndaşlığa  bərpa  olunmaq  üçün  müraciət 



edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);  

 



dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat).  

 

8. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə əlaqədar tələb olunan sənədlər hansılardır? 

Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxma  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  adına  yazılmış 

ərizə-anketi  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  vətəndaşlar  Dövlət  Miqrasiya  Xidmətinə,  xarici 

dövlətlərdə  yaşayan  vətəndaşlar  isə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlikləri  və  ya  Konsulluq 

idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər. 

 

Vətəndaşlıqdan çıxma ilə bağlı tələb olunan sənədlər: 



 

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);  



 

tərcümeyi-hal;  



 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);  



 

yaşayış yerindən ailə tərkibi haqqında arayış;  



 

4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  



 

dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki 



şəxslərin  mənafeləri  ilə  bağlı  olan  əmlak  öhdəliklərinin  olmaması  barədə  müvafiq  sənədlər  (siyahısı 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlıq  Məsələləri  Komissiyası  tərəfindən  təsdiq 

edilmişdir);  

dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat). 



 


 

 

38 



9.  Azərbaycan  Respublikasına  gələn  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  ölkədə  müvəqqəti  olma 

müddətinin uzadılması ilə əlaqədar hansı sənədlər tələb olunur? 

 



müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd; 

 



əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədi, vətəndaşlığı 

olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədi

 

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda); 



 

müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd



 

Azərbaycan  Respublikasında  30  gündən  artıq  yaşamaq  istəyən  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 



qeydiyyata alınmasını təsdiq edən sənədi; 

 



14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı; 

 



yaşayış  sahəsinə  köçmək  üçün  əsas  verən  sənədin  (mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına  alınması 

haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə  müqaviləsi,  yaxud 

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin) notarial qaydada təsdiq olunmuş 

surəti; 


 

vətəndaşa  yaşayış  sahəsi  verən  şəxsin  ərizəsi  (Dövlət  Miqrasiya  Xidmətinin  rəisinin  adına  olmaqla  notarial 



qaydada təsdiq olunmuş); 

 



vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti. 

 

Qeyd:  Aşağıda  sadalanan  hallarda  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisində müvəqqəti olma müddəti uzadılır: 

a)

 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikası  ərazisində  təcili  müalicə 



olunmasına zərurət yarandıqda; 

b)

 



əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  yaşayan  yaxın  qohumları 

ağır xəstələndikdə və ya vəfat etdikdə

c)

 

xidməti  zərurətlə  əlaqədar  Azərbaycan  Respublikasına  gəlmiş  əcnəbilər  və  vətəndaşlığı  olmayan 



şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş 

təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə. 



 

10. Əcnəbilərin Azərbaycan Respublikasında qaçqın statusunu əldə etmələri ilə əlaqədar hansı sənədlərtələb 

olunur? 

Qaçqın  statusu  verilməsi  barədə  vəsatətlə  müraciət  edən  şəxs  vəsatətində  qaçqın  statusu  verilməsi  xahişinin 

səbəblərini  göstərməklə  xüsusi  anket  (Əlavə  7)  blankını  doldurmalı,  özünün,  habelə  (himayəsində  və 

qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, 

ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol 

vəsiqəsi və s.) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təhvil verməlidir. 



 

11.  Azərbaycan  Respublikasının  vətəndaşlığına  mənsubiyyətin  müəyyən edilməsi  ilə  əlaqədar  tələb olunan 

sənədlər hansılardır? 

Azərbaycan Respublikasında yaşayan şəxslərdən tələb olunan sənədlər: 

 



Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı ölkə ərazisində yaşayan şəxslər tərəfindən 

doldurulan ərizə-anket – 1 ədəd;  

 

3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd;  



 

tərcümeyi-hal;  



 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş);  



 

yaşayış yeri üzrə qeydiyyatı barədə F-A kartının surəti (müvafiq icra hakimiyyətinin təsdiqi ilə);  



 

18 yaşnadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial qaydada 



təsdiqlənmiş);  

 



qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).  

 

Xarici ölkələrdə yaşayan şəxslərdən tələb olunan sənədlər:  

 



Azərbaycan  Respublikası  vətəndaşlığına  mənsubiyyət  ilə  bağlı  xarici  ölkələrdə  yaşayan  şəxslər  tərəfindən 

elektron formada doldurulmalı olan ərizə-anket – 1 ədəd;  

 

3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd;  



 

tərcümeyi-hal;  



 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş);  



 

18  yaşınadək  uşaqların  valideynlərinin  şəxsiyyətlərini  təsdiq  edən  sənədlərinin  surətləri  (notarial  qaydada 



təsdiqlənmiş);  

qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş). 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə