Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

39 



 

Azərbaycan  Respublikasının  “Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında”  Qanununun  12-ci 

maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmışdırlarsa - 

barələrində  cinayət  təqibi  üzrə  icraat  başa  çatanadək;  cinayət  törətdiyinə  görə  məhkum  olunublarsa  —  cəza 

çəkməkdən azad olunana, yaxud cəzanı tam çəkənədək; məhkəmədə onlara qarşı mülki iddia verilibsə — müvafiq 

olaraq  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada  mülki  iş  üzrə  qərar  qüvvəyə 

minənədək əcnəbilərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. 

 

“Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-cu  maddəsinə 

əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan 

Respublikasının  beynəlxalq  müqavilələrində  nəzərdə  tutulmuş  və  ya  Azərbaycan  Respublikası  Konstitusiyasının 

109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. 

 

Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması ilə əlaqədar əcnəbiyə 

yaşayış  sahəsi  verən  şəxs  (ev  sahibi)  tərəfindən  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəisinin 

adına müraciət olunan müvafiq ərizədə ev sahibinin və qediyyata düşən şəxsin adı, soyadı, atasının adı, həmçinin 

şəxsin qeydiyyata düşmək istədiyi ünvan göstərilməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti və ya 

daimi qeydiyyata düşməsinə etiraz edilməməsi barədə qeydlər öz əksini tapmalıdır. 

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2000-ci  il  6  dekabr  tarixli  214  saylı  qərarı  ilə  təsdiq  edilmiş 



“Əcnəbinin  Azərbaycan  Respublikası  ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyətini  həyata  keçirməsi  üçün  fərdi 

icazənin verilməsi Qaydaları”nin 1.3-cü bəndinə əsasən, işəgötürən fərdi icazə almış əcnəbini başqa işəgötürənin 

yanında  işə  keçirə  bilməz.  Belə  ki,  əcnəbini  və  vətəndaşlığı  olmayan  şəxsi  Azərbaycan  Respublikası  ərazisində 

haqqı  ödənilən  əmək  fəaliyyətinə  cəlb  etmək  istəyən  digər  işəgötürən  yeni  fərdi  icazənin  alınması  ilə  bağlı 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. 

 

-Birillik müvəqqəti yaşama icazəsinə görə 120 (yüz iyirmi), fərdi icazəyə görə isə işəgötürən tərəfindən 1000 (min) 

manat məbləğində dövlət rüsumu Kapital Bankın yerli filiallarından birinə ödənməlidir  

 

17. Avtomobilin alınması və  texniki baxışdan keçirilməsi 

 

1.Avtomobil alarkən onun rəsmləşdirilməsi üçün qaydalar və rüsumlar necə müəyyən olunur? 

Avtomobil alarkən daha çox istifadə olunan iki qayda mövcuddur: 

 

Ümumi etibarnamə ilə (Generalnı) 



 

Alqı-satqı yolu ilə 



 

2. Avtomobilin etibarnamə yolu ilə alınmasının qaydaları nədir?    

Etibarnamə ilə avtomobil alarkən sadəcə avtomobi satan şəxs həmin avtomobil üzərində bütün hüquqları müəyyən 

olunmuş  müddətə  etibar  edir.  Ancaq,  mülkiyyət  hüququ  satan  şəxsdə  qalır,  yəni  avtomobilin  qeydiyyat 

şəhadətnaməsi (texniki pasportu) satan şəxsin adında qalır.  

 

Etibarnamənin  müddəti  ərzində  avtomobili  alan  şəxs  onun  üzərində  müstəqil  olaraq  sərəncam  verə  bilər.  Onu  öz 



adına rəsmləşdirə bilər, kiməsə bağışlaya bilər, sata bilər, girov qoya bilər və digər hərəkətlər edə bilər. Amma əgər 

müəyyən olunmuş müddət ərzində avtomobili alan şəxs heç bir hərəkət etmirsə, etibarnamənin müddəti bitdikdən 

sonra  həmin  şəxs    avtomobil  üzərində  hüquqlarını  itirmiş  olur.  Bu  halda  təkrar  olaraq  avtomobili  satan  şəxsdən 

yenidən etibarnamə alınmalıdır.  

 

3. Etibarnamə ilə bağlı xərclər nə qədərdir? 

Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.9-cu maddəsinə görə Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və 

üzərində sərəncam verilməsi ilə bağlı etibarnamələrə(generalnı)görə dövlət rüsumu 10 manat nəzərdə tutulmuşdur. 

Əgər etibarnamə ərə(arvada), uşaqlara, nənəyə, babaya, nəvəyə, bacıya, qardaşa verilərsə bu zaman 5 manat dövlət 

rüsumu  ödənilməlidir.    Etibarnamələr  Dövlət  Notariat  Konturlaraında  verilir.  Həmin  Etibarnamə  10  gün 

müddətində  qeydiyyatda  olduğu  yer  üzrə  DYP-nin  qeydiyyat  şöbəsində  10  manat  dövlət  rüsumu  ödənilməklə 

qeydiyyata alınmalıdır.  

 

4. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə necə verilməlidir və xərclər nə qədərdir? 

Avtomobilin  istifadə  edilməsi  ilə  bağlı  etibarnamə  isə  yalnız  sürücülük  vəsiqəsi  olan  şəxslərə  verilir.  Bu  halda 

Dövlət  Rüsumu  haqqında  AR-sı  qanunun  10.11-ci  maddəsinə  görə  Nəqliyyat  vasitələrinin  istifadə  edilməsi    ilə 




 

 

40 



bağlı  etibarnamələrə  görə  dövlət  rüsumu  5  manat  nəzərdə  tutulmuşdur.  Əgər  etibarnamə  ərə  (arvada),  uşaqlara, 

nənəyə, babaya, nəvəyə, bacıya, qardaşa verilərsə bu zaman 3 manat dövlət rüsumu ödənilməlidir. 

 

Avtomobilin alqı-satqı yolu ilə alınmasiının qaydaları nədir?    

5. Avtomobilin alqı-satqı yolu ilə alınması isə ən etibarlı və məqsədəmüvafiq qaydadır. Bu zaman avtomobili alan 

şəxslə  satan  şəxs  arasında  alqı-satqı  müqaviləsi  bağlanılır.  Həmin  müqəvilə  əsasında  avtomobil  tam  olaraq  alan 

şəxsin  mülkiyyətinə  keçir.  Bu  halda  avtombilin  qeydiyyat  şəhadətnaməsi(texniki  pasportu)  alan  şəxsin  adına 

rəsmləşdirilir və həmin şəxs avtomobilin tam mülkiyyətçisi sayılır.  

 

Avtomobilin alqı-satqı yolu ilə alınması üçün xərclər nə qədərdir? Avtomobilin alqı-satqı müqəviləsi üzrə xərclərə 



gəlincə isə qeyd edim ki, Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.2-cu maddəsinə görə Nəqliyyat vasitələrinin 

özgəninkiləşdirilməsi  ilə  bağlı  müqavilələrə  görə  dövlət  rüsumu  50  manat  nəzərdə  tutulmuşdur.  Əgər  müqavilə 

ərə(arvada),  uşaqlara,  nənəyə,  babaya,  nəvəyə,  bacıya,  qardaşa  verilərsə  bu  zaman  25  manat  dövlət  rüsumu 

ödənilməlidir.  

     

6.Avtomobillər  texniki baxışdan hansı vaxtlarda  keçirilir və nə qədər rüsum ödənilməlidir? 

Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə "Yol hərəkəti haqqında" Qanunun 30-

cu  maddəsinin  altıncı  hissəsində  qeyd  olunduğu  kimi  ildə  bir  dəfə  texniki  baxış  keçirilir.  Nəqliyyat  vasitəsinə 

texniki baxış keçirilməsi üçün: 

 

mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub 



sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin  həcminin 2000 kub sm-dən çox hissəsi üçün 

hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi 

üçün 10 manat dövlət rüsumu ödənilir. 

 

Texniki baxış üçün avtomobillərin markaları nəzərə alınmaqla aşağıdakı müddətlər müəyyən olunmuşdur: 



 

VAZ markalı avtomobillər üçün – yanvar ayının 1-dən may ayının 1-dək. 



 

QAZ, Moskviç, ZAZ, UAZ və digər MDB istehsalı olan avtomobillər üçün – may ayının 1-dən iyul ayının 1-



dək. 

 



Yük avtomobilləri və avtobuslar üçün – iyul ayının 1-dən sentyabr ayının 1-dək. 

 



Digər  xarici  dövlətlərdə  istehsal  olunmuş  minik  avtomobilləri üçün  – sentyabr ayının  1-dən  noyabr  ayının  1-

dək. 


 

18. Dövlət qulluğuna qəbul  

 

Dövlət qulluğu dedikdə nə başa düşülür? 

Dövlət  qulluğu  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq 

dövlətin  məqsədlərinin  və  funksiyalarının  həyata  keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz  vəzifə 

səlahiyyətlərini yerinə yetirməsidir. 

 

 



Hansı orqanlar dövlət orqanları hesab edilirlər? 

Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş  hüdudlarda  Azərbaycan  Respublikasının 

məqsəd  və  funksiyalarını  həyata  keçirən,  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  və  dövlət  büdcəsindən 

maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. 

 

Kimlər dövlət qulluqçuları hesab edilirlər? 

Dövlət  qulluqçuları  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununu  ilə  müəyyən  edilmiş 

qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan 

Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşlarıdır. 

 

Hansı şəxslərin dövlət qulluğuna girmək hüququ vardır? 

Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  27.1-ci  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  16  yaşına  çatmış,  irqindən,  milliyyətindən,  dilindən,  cinsindən,  sosial  mənşəyindən,  əmlak 

vəziyyətindən,  yaşayış  yerindən,  dinə  münasibətindən,  əqidəsindən,  ictimai  və  digər  birliklərə  mənsubiyyətindən 

asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna 

girmək hüququ vardır. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə