Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

ticarət  və  istehsal  amilləri  axınının  istiqaməti,  tərkibi  və  həcminə  təsir 
göstərmək üçün hökumətin hər növ fəaliyyətinin məcmusu başa düşülür. 
XİS  həyata  keçirilən  ümumi  iqtisadi  siyasətin  tərkib  hissəsidir  və 
ölkədəki bütün iqtisadi fəaliyyətlə (milli pul, maliyyə siyasəti, məşğulluq 
və s.) sıx bağlıdır. 
XİS aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir: 
1.
 
Xarici ticarət siyasəti
2.
 
ödəniş balansı siyasəti
3.
 
Xarici investisiya siyasəti
4.
 
Xarici yardım siyasəti; 
5.
 
Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq siyasəti. 
Xarici  ticarət  siyasəti  (XTS)  XİS-in  aparıcı  sahələrindən  biri 
olmaqla  ölkənin xarici  ticarətinin  nizamlanmasına  yönəldilmiş  tədbirlər 
sisteminin məcmusudur. O, geniş mənada maliyyə mənbələri yaradılması 
və  istifadə  olunmasına  xidmət  edir.  XTS  anlayışı  altında  dövlətin 
müxtəlif  vasitələrdən  istifadə  etməklə,  digər  ölkələrlə  ticarət 
münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. 
Ölkənin bu və ya digər formada xarici siyasəti seçməkdə müəyyən 
məqsədləri  olur  ki,  onları  da  ümumi  şəkildə  aşağıdakı  kimi 
formalaşdırmaq olar: 
1.
 
Xarici  rəqabətdən  müdafiə.  Ölkələr  xarici  istehsalçılarla 
rəqabət  qabiliyyətində  olmayan  yerli  sənayeləri  müdafiə  üçün  idxalı 
məhdudlaşdıra bilərlər. 
2.
 
İqtisadi  artımın  təmin  edilməsi.  Ölkələr  xarici  ticarət 
siyasətindən iqtisadi artımın bir vasitəsi kimi istifadə etməyə çalışırlar. 
3.
 
Bazar  çatışmazlıqlarının  aradan  qaldırılması.  Xarici  ticarət 
daxili bazann strukturunun təkmilləşdirilməsi üçün geniş şəkildə istifadə 
edilir. 
4.
 
Daxili iqtisadi sabitliyin təmin edilməsi. Xarici ticarət 
37 


siyasəti işsizlik və inflyasiya kimi  mənfi meyllərin aradan qaldırılması 
üçün istifadə olunur. 
5.
 
Dövlət büdcəsinin gəlirlə təmin edilməsi. Bəzən idxala və ixraca 
tətbiq  edilən  çoxsaylı  vergilər  dövlət  büdcəsinin  gəlirlər  hissəsində 
əhəmiyyətli paya malik olur. 
6.
 
Xarici  bazarlarda  inhisar  mövqeyinin  təmin  edilməsi.  Bəzən 
XTC-in məqsədli dünya bazarlarında inhisar mövqe əldə etmək olur. 
7.
 
Sosial və siyasi səbəblər. XTS-dən ətraf mühitin qorunması, ölkə 
əhalisinin  sağlamlığının  və  ümumilikdə  genofondun  müdafiəsi  vasitəsi 
kimi istifadə edilə bilər. 
8.
 
Xarici siyasət məqsədləri. XTS ümumilikdə XİS-in tərkib hissəsi 
olduğundan birbaşa olaraq onun da məqsədlərinə xidmət edə bilər. 
Beynəlxalq  ticarətdə  ziddiyyətlərin  yaranması  səbəbləri  və 
xüsusiyyətləri XTS-in əsas formaları ilə sıx bağlıdır. Ölkənin beynəlxalq 
ticarətə müdaxilə etməsinin həcmindən asılı olaraq azad ticarət siyasəti 
və proteksionist ticarət siyasəti fərqləndirilir və bu iki istiqamət XTS-in 
formalarını təşkil edir. Beləliklə, XTS-in əsas formaları aşağıdakılardır: 
1.
 
Azad ticarət - ticarətin iiberallaşdırılması; 
2.
 
Proteksionizm - himayədarlıq siyasəti. 
Azad  ticarət  siyasəti  zamam  dövlət  xarici  ticarətə  minimum 
müdaxilə siyasəti yeridir və xarici ticarət azad bazar qüvvələri, tələb və 
təklif əsasında inkişaf edir. 
Müasir beynəlxalq ticarətdə gedən proseslər göstərir ki, azad ticarət 
-liberallaşdırma onun əsas ənənəsi olmaqda davam edir. Buna səbəb milli 
iqtisadiyyatm  artan  açıqlığı,  gömrük  rüsumlarının  azalması,  bir  çox 
kvota,  məhdudiyyətlərin  ləğvi,  dünya  bazannda  rəqabət  mübarizəsinin 
kəskinləşməsidir. Beynəlxalq ticarətin 
38 


Hberallaşdınimasının  qlobal  xarakteri  müasir  şəraitdə  rəqabətin 
beynəlxalq xarakteri ilə müəyyənləşir. Dünya bazarlarmda uğurlar daha 
çox  xarici  investisiyanın  cəlb  edilməsilə  bağlıdır.  Bunun  üçün  bir  çox 
ölkələr xarici investorlar üçün güzəştli ticarət - investisiya mühiti yaradır. 
Liberallaşdırmanm danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həyata 
keçirilməsi səmərəli, məqsədli, ikitərəfli fəaliyyətə böyük şərait yaradır. 
Ticarətin liberallaşdırılması özündə aşağıdakıları birləşdirir: 
1.
 
Daxili qiymətlərin dünya qiymətlərinə yaxınlaşdırılması; 
2.
 
Qeyri-tarif məhdudiyyətlərinin zəifləməsi
3.
 
Vahid tarif dərəcələrinin qəbulu və onlarm aşağı salınması; 
4.
 
Milli valyuta məzənnəsinin aşağı salınması və onun resurslarının 
normalaşdırılmasından imtina; 
5.
 
Daxili bazarın proteksionist müdafiəsinin ləğvi və s. 
Beynəlxalq ticarətdə liberallaşdırmanm çoxtərəfli prosesi ilə 
yanaşı, bu prosesin əksinə təsir göstərən proteksionizm fəaliyyət göstərir. 
Bu ənənə isə özlüyündə dərin iqtisadi siyasi maraqlarm mövcudluğu, hər 
cür  yolla  yerli  istehsalın  müdafiə  edilməsi  cəhdləri,  iş  yerlərinin 
saxlanması,  milli  məhsul  və  sahələrin  rəqabət  qabiliyyətini  qorumaq 
məqsədləri ilə bağlıdır. 
Beynəlxalq  təcrübə  göstərir  ki,  hər  iki  istiqamət  (azad  ticarət  və 
proteksionizm) beynəlxalq ticarətin daxili xüsusiyyətləridir. Bu iki ənənə 
araiarmdakı  ziddiyyətlərin  həll  edilməsində  başlıca  problem  -  onların 
bir-birinə səmərəli uyğunlaşdıniması mexanizminin tapıl- masındadır. 
Proteksionizm meyllərinin inkişafı, onun aşağıdakı formalarmı və ya 
növlərini fərqləndirməyə imkan verir. 
1.
 
Selektiv proteksionizm - bu zaman siyasət ayrıca götürülmüş bir 
ölkəyə, yaxud əmtəələrə qarşı istiqamətlənir. 
39 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə