Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə13/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

2.
 
Sahə  proteksionizmi  -  bu  haida  müəyyən  bir  sahənin  xarici 
rəqabətdən  mühafizəsi  siyasəti  həyata  keçirilir.  Məsələn:  aqrar 
proteksionizmi. 
3.
 
Kollektiv  proteksionizm  -  ölkələr  birliyi  tərəfindən  bu  birliyə 
daxil olmayan ölkəyə istiqamətlənən siyasət başa düşülür. 
4.
 
Gizli  proteksionizm  -  daxili  iqtisadi  siyasət  metodlarmdan 
istifadə etməklə həyata keçirilən siyasət nəzərdə tutulur. 
XİS-in  həyata  keçirilməsi,  xarici  ticarətin  tənzimlənməsini  zəruri 
edir (şəkil 2.1). 
Xarici ticarətin dövlət tənzimlənməsinin vasitələri və ya metodları 
öz  xarakterinə  görə  tarif  vasitələrinə  (gömrük  tariflərinin  istifadə 
olunmasına əsaslamr) və qeyri-tarif vasitələrinə (bütün  digər metodları 
özündə cəmləşdirir: kəmiyyət vasitələri, gizli proteksionizm metodları və 
maliyyə alətləri) bölünür. Beləliklə, xarici ticarət siyasətinin əsas vasitə 
və ya metodlarının təsnifatı aşağıdakı kimidir: 
1.
 
Tarif metodları - ticarət siyasətinin vasitələri olan: 
a)
 
gömrük rüsumları və 
b)
 
tarif  kvotasını  əhatə  etməklə,  əsasən  idxalı  tənzimləmək 
məqsədini həyata keçirir. 
2* Qeyri-tarif metodları. O, üç bölmədən ibarətdir: 
a)
 
miqdar-kəmiyyət  qeyri-tarif  metodları  -  ticarət  siyasətinin 
vasitəsi  olan  kvota,  lisenziya  və  “könüllü  məhdudlaşdırma”  ilə  həyata 
keçirilir,  kvota  idxalı,  lisenziya  həm  ixracı,  həm  də  idxah,  “könüllü 
məhdudlaşdırma” isə yalnız ixracı tənzimləyir
b)
 
Gizli qeyri-tarif metodları - ticarət siyasətinin vasitəsi olan: 
-
 
dövlət alışları; 
-
 
yerli komponentlərin tərkibi və onlardan istifadə barəsində tələb
-
 
texniki maneələr; 
-
 
daxili vergi və rüsumlar ilə yalnız idxal əməliyyatları 
40 


 


tənzimlənir. 
c)
 
Maliyyə qeyri-tarif metodları - ticarət siyasətinin vasitələri olan: 
subsidiya,  kreditləşmə,  dempinq  ilə  yalnız  ixrac  əməliyyatları 
tənzimlənir. 
2.4.
 
Beynəlxalq ticarətin tənzimlənməsinin tarif-gömrük
qeyri-tarif metodları və siyasi vasitələri 
Xarici  ticarət  siyasətinin  gömrük-tarif  vasitələri.  Xarici  ticarətin 
tarif tənzimlənməsinin əsas hissəsini gömrük tarifləri təşkil edir ki, bu da 
gömrük  tarifinin  müxtəlif  cür  tətbiq  edilməsində  öz  əksini  tapır. 
Məzmunundan asılı olaraq gömrük tarifləri aşağıdakı kimi təyin olunur: 
-
 
Dünya bazarı ilə qarşılıqlı əlaqədə ölkənin ticarət siyasətinin və 
daxili bazann dövlət tənzimlənməsinin alətidir
-
 
Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq 
sistemləşdirilmiş  və  gömrük  sərhədindən  keçirilən  əmtəələrə  tətbiq 
olunan gömrük rüsumları dərəcələrinin məcmusudur
-
 
Ölkənin gömrük sərhədinə gətirilən və oradan aparılan müəyyən 
əmtəələrə  tətbiq  edilən  və  ödənilən  gömrük  rüsumlarının  xüsusi 
dərəcəsidir, bu halda gömrük tarifi anlayışı gömrük rüsumu anlayışı ilə 
üst-üstə düşür. 
Əmtəələr  xüsusi  gömrük  rejiminə  uyğun  olaraq  ölkənin  gömrük 
sərhədini  keçirlər.  Gömrük  rejimi  -  əmtəələrin  gömrük  sərhədini 
keçərkən  onlann  statusunu  müəyyən  edən  şərtlərin  və  qaydaların 
məcmusu olan xüsusi rejimdir. 
İstənilən ölkənin gömrük tarifləri sərhəddən keçən və gətirilən və ya 
idxal,  ixrac  olunan  əmtəələrdən  gömrük  orqanları  vasitəsilə  yığılan 
məcburi  ödənişlərdir.  Gömrük  tarifləri  aşağıdakı  3  funksiyanı  yerinə 
yetirir: 
42 


1.
 
Fiskal - bu funksiya vasitəsilə gömrük tarifləri dövlət büdcəsinin 
əsas gəlir mənbələrindən biri olmaqla, idxal və ixrac rüsumlarmı  təşkil 
edir; 
2.
 
Proteksionist  (müdafiə)  funksiyası  -  bu  funksiyada  gömrük 
tarifləri  idxal  rüsumlarım  əhatə  edir  və  o,  daxili  istehsalçılann  arzu 
olunmayan xarici rəqabətdən qorunması məqsədini həyata keçirir
3.
 
Balanslaşdırma - bu funksiyada gömrük tarifləri ixrac rüsumlarını 
əhatə  edir  və  onlar,  hər  hansı  səbəbdənsə  ixrac  məhsullarının  daxili 
tənzimlənən  qiymətlərinin  dünya  qiymətlərindən  fərqli  olduğu  hallarda 
tətbiq edilir. 
Bir  çox  ölkələrin  tariflərinin  strukturu  hazır  məhsulun  milli 
istehsalçılarını  qorusa  da,  xammal  və  yarımfabrikat  idxalına  elə  də 
maneçilik  törətmir.  Buna  tarif  eskalasiyasının  köməyi  ilə  nail  olunur. 
Tarif  eskalasiyası  dedikdə  əmtəələrin  emal  səviyyəsi  artdıqca  onlara 
tətbiq edilən gömrük vergi dərəcələrinin səviyyəsinin artımı başa düşülür. 
Xammaldan  hazır  məhsula  tərəf  hərəkət  etdikcə,  rüsum  dərəcələrinə 
qədər  çox  yüksəlmə  hazır  məhsul  istehsalçılannın  xarici  rəqabətdən 
müdafiə səviyyəsinin bir o qədər yüksəlməsinə şərait yaradır. 
Tarif dərəcəsi o qədər yüksək ola bilər ki, idxalı tamamilə dayandıra 
və bu ölkəyə ixracı xarici istehsalçılar üçün faydasız edə bilər, buna görə 
də ortaya tarifin optimal səviyyəsinin müəyyən edilməsi məsələsi çıxır. 
Tarifin  optimal  dərəcəsi  dedikdə  isə,  adətən,  milli  iqtisadi  rifahın 
maksimum səviyyəsini təmin edən tarif səviyyəsi başa düşülür. 
İdxal tarifi özündə daxili bir ziddiyyət daşıyır. Bu ziddiyyət özünü 
yerli  istehsalçı  və  istehlakçılann  maraqlarmm  üst-üstə  düşməmə-  sində 
göstərir. Bir tərəfdən istehsalçılar tarifin tətbiq edilməsində maraqlıdırlar. 
Bu  onlara  arzuolunmaz  beynəlxalq  rəqabətdən  qorunmağa  imkan  verir. 
Digər tərəfdən işdən kənar müddətdə istehlakçı 
43 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə