Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə11/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

Beynəlxalq müqavilələrin ikinci növü xarici iqtisadi kontraktlardan 
meydana  çıxan  əmlak  münasibətlərini  tənzimləyən  hüquqi  qaydaları 
nəzərdə tutur. Belə növ müqavilələrdən ilk növbədə 1980-ci ildə qəbul 
edilmiş əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında BMT-nin 
konvensiyasım qeyd etmək olar. 
2*2. BMT-nin əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri 
haqqmda konvensiyası 
BMT-nin  əmtəələrin  beynəlxalq  alqı-satqı  müqavilələri  haqqında 
konvensiyası  (bu  konvensiya  BMT-nin  Avstriyanın  Vyana  şəhərində 
keçirilən  konfransında  qəbul  edildiyi  üçün,  onu  çox  vaxt  Vyana 
konvensiyası  da  adlandırırlar)  1980-ci  ildə  qəbul  edilmişdir.  Bu 
konvensiya  ölkələrin  milli  qanunvericiliyindəki  əhəmiyyətli  dərəcədə 
nəzərə  çarpan  fərqi  -  uyğunsuzluğu  aradan  götürməyə  imkan  verən, 
bağlanmış 
beynəlxalq 
alqlı-satqı 
sövdələşmələri 
şərtlərinin 
uzlaşdırılması,  həmçinin  müqavilələrin  bağlanması  və  yerinə 
yetirilməsini,  eyni  formada  tənzimlənməsi  məqsədilə  BMT-m 
beynəlxalq  ticarət  hüququ  üzrə  Komissiyası  (UNCİTL)  tərəfindən 
işlənmişdir. 
Vyana Konvensiyası müxtəlif ictimai, iqtisadi və hüquqi sistemlərə 
malik bir çox ölkələr üçün ümumi şəkildə qəbul edilə bilən əmtəələrin 
beynəlxalq alqı-satqısını tənzimləyən uzlaşdırılmış, unifikasiya edilmiş 
qaydaları əhatə edir və o, beynəlxalq ticarətdə hüquqi maneələrin aradan 
qaldırılmasım təmin etmək qabiliyyə- tindədir. 
Vyana  Konvensiyasının  əsas  məqsədi  -  əmtəələrin  beynəlxalq 
alqı-satqısını tənzimləyən milli  qanunlann unifikasiya  edilməsinə, eyni 
bir  formaya  gətirilməsinə  istiqamətlənmişdir.  Bu  sənəd  müasir 
beynəlxalq  ticarətdə  ən  geniş  yayılmış  sövdələşməni  -alqı-satqı 
müqaviləsinin hüquqi tənzimlənməsini həyata keçirir. Onun tətbiqi 
34 


nəticəsində  alqı-satqı  sövdələşməsinin  hüquqi  tənzimlənməsi  zamanı 
onun  iştirakçı  tərəfləri  olan  ölkələrin  hüquqi  baxımdan  aralarında  olan 
fərq  əhəmiyyətli  dərəcədə  aradan  götürülür.  Bu  da  müqavilənin  həm 
bağlanmasmı, həm də yerinə yetirilməsini asanlaşdırır. Çünki tərəflərin 
hüquq və öhdəliklərinin məzmunu eyni bir şəkildə müəyyən olunur. 
Konvensiya  normativ  xarakter  daşıyır.  Eyni  zamanda  tərəflər  öz 
razılıqları  ilə  onun  bəndlərindən  kənarlaşa  bilərlər.  Konvensiya  yalnız 
beynəlxalq  xarakterli  müqavilələrə  şamil  edilir.  Məlum  olduğu  kimi 
sövdələşmənin  beynəlxalq  xarakterli  olmasınm  əsas  şərti  kommersiya 
subyektlərinin müxtəlif ölkələr ərazisində yerləşməsidir. Konvensiyanm 
fəaliyyət  sferasmdan  alqı-satqı  sövdələşməsinin  müəyyən  növləri 
çıxarılmışdır:  istehlak  ticarəti,  hərracdan  satış.  Konvensiya  həmçinin 
qiymətli kağızları, hava və su nəqliyyatı gəmiləri, elektrik enerjisi, podrat 
xarakterli  kontraktlarına  aid  deyildir.  Konvensiya  xarici  ticarət, 
əmtəələrin  alqı-satqısı  zamam  ənənəvi  olaraq  meydana  çıxan  bir  sıra 
vacib  sualları  tənzimləmir.  Bunlara  misal  olaraq  öhdəliklərin  yerinə 
yetirilməməsi zamanı meydana çıxa bilən cərimələri göstərmək olar. Belə 
suallar qəbul edilən milli hüquq normalarına uyğun tənzimlənir. Bundan 
başqa,  Konvensiya  malgöndərmənin,  xarici  ticarət  sövdələşmələrinin 
tənzimlənməsi  üzrə  əvvəllər  bağlanmış  beynəlxalq  müqavilələrə  də 
toxunmur. 
Beynəlxalq ticarətdə vahid sənəd kimi bir qayda olaraq iri həcmli və 
mürəkkəb  kontraktlar  bağlanılır.  Konkret  tərəfdaşla  stabil  işgüzar 
münasibətlər  zamanı  alqı-satqının  onunla  razılaşdırılmış  ümumi 
şərtlərindən istifadə edilməsi təcrübəsi tətbiq olunur. 
Beləliklə,  əmtəələrin  alqı-satqısının  beynəlxalq  müqavilələri 
haqqında Vyana Konvensiyası özündə aşağıdakılan əks etdirir: 
1.
 
Əmtəələrin 
alqı-satqısmın 
beynəlxalq 
müqavilələrinin 
bağlanması və yerinə yetirilməsinin eyni bir şəkildə tənzimlənməsinin 
35 


prinsiplərim nəzərdə tutur və əsasən, milli qanunvericilikdə mövcud olan 
əsaslı fərqləri aradan götürür. 
2.
 
Xarici  qanunvericiliyi  öyrənməyə  və  tətbiq  etməyə  ehtiyac 
olmadığı  üçün  kommersiya  danışıqlannın  sürətləndirilməsinə, 
yüngülləşdirilməsinə və xərclərinin azaldılmasına imkan verir. 
3.
 
Müqavilənin tərəflərinə onlann hüquq və öhdəliklərini birmənalı 
başa düşmələri üçün şərait yaradır. 
4.
 
Beynəlxalq  ticarətə  münasibətdə  qeyri>bərabər  diskrimi> 
nasiyanm  ləğvində  əhəmiyyətli  rol  oynayan,  güclü  tərəfm  zəif  tərəfə 
özünə  əlverişli  müqavilə  şərtlərinin  diktə  edilməsi  imkanlanm  aradan 
götürür. 
5.
 
Müqavilə üzrə alıcı vəsaitinin əsas öhdəliklərini müəyyən edir. 
6.
 
Konvensiyada  iştirak  etməyən  dövlətlərə  məxsus  müqavilə 
tərəfdaşlan  arasında  mübahisələrin  meydana  çıxması  zamanı 
müqavilənin subyektləri (tərəfləri) və obyektləri (müqavilənin predmeti) 
üzrə olan münasibətləri tənzimləyir. 
7.
 
Konvensiyanm  tətbiq  sahəsinə  aid  olmayan  alqı-satqı 
müqavilələrinin obyektlərinin siyahısını və əlamətlərini müəyyən edir. 
Beləliklə,  Vyana  Konvensiyası  bərabərlik  əsasında  beynəlxalq 
ticarətin  inkişafına  şərait  yaradaraq,  dövlətlər  arasında  dostluq 
münasibətlərinin yaranmasımn vacib faktoru kimi çıxış edir. 
2.3.
 
Beynəlxalq ticarət siyasəti, onun əsas forma və vasitələri 
Beynəlxalq kommersiya fəaliyyəti beynəlxalq ticarət siyasəti ilə sıx 
bağlıdır.  Xarici  iqtisadi  siyasət  (XİS)  dedikdə,  dövlətin  beynəlxalq 
ticarətin  iqtisadi  əlaqələr  sistemi  sahəsində  qarşıya  qoyduğu 
məqsədlərinin  həyata  keçirilməsinə  yönəldilmiş  hökumət  fəaliyyətinin 
məcmusu nəzərdə tutulur. Geniş mənada XİS dedikdə xarici 
36 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə