Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə15/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

Bunlardan: ölkənin suverenliyi və iqtisadi maraqlannın təmini məqsədilə 
məhdudiyyətlər  sistemi,  ayrı-ayrı  əmtəə  növlərinə  sərhəddi  keçərkən 
qoyulan  xüsusi  qaydalar,  ixrac  və  valyuta  nəzarəti,  ixracatçı  ölkəyə 
münasibətdə  xüsusi  qeyd  rejiminin  tətbiqi,  ayn-ayn  əmtəə 
kateqoriyasmın  xüsusi  qeydi  və  s.-  ni  göstərmək  olar.  Bu  metodlardan 
daha çox inkişaf etmiş ölkələr istifadə edir. 
Beləliklə,  beynəlxalq  ticarətin  tənzimlənməsinin  qeyri-tarif 
metodları aşağıdakı bölmələrə ayrılır: 
1.
 
Miqdar-kəmiyyət məhdudiyyətləri metodlan
2.
 
Gizli metodlar; 
3.
 
Maliyyə metodları. 
Qeyri-tarif  metodlarmm  ən  geniş  yayılmış  növü  miqdar  və  ya 
kəmiyyət məhdudiyyətləridir. 
Miqdar-kəmiyyət məhdudiyyətləri - ticarət dövriyyəsinin qeyri-tarif 
dövlət  tənzimlənməsinin  inzibati  forması  olmaqla,  idxalına  və  ixracma 
icazəsi olan əmtəələrin miqdarmı və nomenklaturasmı müəyyən edir. 
Miqdar məhdudiyyətli qeyri-tarif metodlarma aiddir: 
1.
 
Kvota-idxal  və  ixrac  əməliyyatlarının  miqdar  məhdudiyyətini 
nəzərdə tutur. 
2.
 
Lisenziya-dövlət  tərəfindən  xarici  iqtisadi  fəaliyyətə  verilən 
icazədir. 
3.
 
İxracın “könüllü məhdudlaşdırılması”. 
Kəmiyyət məhdudiyyətlərinin ən geniş yayılmış forması kvota hesab 
edilir. 
Kvota - ölkəyə gətirilən - icazə verilən (idxal kvotası) və ya ölkədən 
aparılan  (ixrac  kvotası)  məhsulların  miqdarına  və  ya  dəyərinə  tətbiq 
edilən  məhdudiyyətlərdir.  İstiqamətinə  görə  kvota:  idxal  və  ixrac 
kvotalarına aiddir. 
48 


Xarici ticarətin kvotalaşdınlması, adətən, onun lisenziyalaşdırılması 
yolu ilə həyata keçirilir. 
Kvotanın gömrük tariflərindən üstün cəhətləri aşağıdakılardır: 
1.
 
Kvota idxalı müəyyən həddi keçməməyə imkan verir, bununla da 
xarici  rəqabətçiləri  qiymətləri  aşağı  salmaqla  bazarı  genişləndirmək 
imkanmdan məhrum edir, gömrük tarifinin isə buna imkanı yoxdur. 
2.
 
Kvota iqtisadi siyasətin çox mütəhərrik və operativ alətidir, çünki 
gömrük  tariflərinin  dəyişməsi,  adətən,  ya  milli  qanunvericiliklə,  ya  da 
beynəlxalq razılaşdırılmalarla dəyişdirilə bilər. 
S.Kvota  xarici  iqtisadi  siyasəti  məqsədyönlü  edir,  çünki  lisenziya 
vasitəsilə dövlət konkret müəssisəni qoruya bilər. 
txrac  kvotası  ya  milli-hökümət,  ya  da  beynəlxalq  razılaşmalarla 
müəyyənləşir,  idxal  kvotası  isə  yalnız  milli  hökumət  tərəfindən  daxili 
istehsalçıları  qorumaq  məqsədilə  həyata  keçirilir.  Daha  doğrusu,  ixrac 
kvotası  ya  müəyyən  əmtəə  üzrə  ümumi  ixracda  hər  bir  ölkənin  paymı 
müəyyən  edən  beynəlxalq  sazişlərə  uyğun  olaraq  (məsələn,  OPEK 
ölkələrindən  neft  ixracı),  ya  da  daxili  bazarda  çatışmayan  əmtəələrin 
ixracının  qabağını  almaq  məqsədilə  ölkə  hökumətləri  tərəfindən  tətbiq 
edilir.  İdxal  kvotaları  milli  hökumətlər  tərəfindən  yerli  istehsalçıları 
müdafiə etmək, ticarət balansınm tarazlığma nail olmaq, daxili bazarda 
tələb  və  təklifi  tənzimləmək,  həmçinin  digər  ölkələrin  ayrı-seçkilik 
tədbirlərinə cavab məqsədilə tətbiq edilir. 
Öz əhatəsinə görə kvotalar: qlobal və fərdi kvotalara bölünür. Qlobal 
kvotalar  müəyyən  müddət  ərzində  müəyyən  əmtəənin  idxalına  və 
ixracına (həmin əmtəənin  hansı  ölkəyə idxal  və ya bcrac edilməsindən 
asılı  olmayaraq)  münasibətdə  tətbiq  edilir.  Bu  cür  kvotaların  tətbiq 
edilməsindən məqsəd daxili istehlakın lazımi 
49 


səviyyəsinin təmin edilməsidir. Qlobal kvotaların həcmi daxili istehsalla 
əmtəənin daxili istehlakı arasında olan fərq kimi hesablanır. 
Fərdi  kvotalar  qlobal  kvotalar  çərçivəsində  müəyyən  edilməklə, 
əmtəəni  idxal  və  ya  ixrac  edən  hər  bir  ölkə  üzrə  kvotamn  həcmini 
göstərir. Bu cür kvotalar, adətən ikitərəfli sazişlər əsasında tətbiq edilir. 
Onlar  siyasi,  iqtisadi  və  digər  maraqlar  üzrə  sıx  əlaqələr  qurulmuş 
ölkələrə əmtəə idxalı və ya ixracmda əsas üstünlüyü əldə etməyə imkan 
verir. Fərdi kvotalar, adətən, mövsümi olurlar, yəni daxili bazann dövlət 
müdafiəsinə  daha  kəskin  ehtiyac  duyulduğu  müəyyən  müddət  ərzində 
tətbiq edilirlər. 
XİF-in  tənzimlənməsinin  digər  növü  olan  lisenziya  (və  ya 
lisenziyalaşdırma) da geniş tətbiq edilir. Lisenziya ümumi halda verilən 
kvota həddində əmtəələrin idxalı və ixracına verilən hüququ bir sənəddir. 
Lisenziyalaşdırma dedikdə dövlət orqanları tərəfindən müəyyən müddətə 
verilən və müəyyən edilmiş kəmiyyətlərdə əmtəə ixracını və ya idxalını 
nəzərdə  tutan  ticarət  vasitəsilə  XİF*in  tənzimlənməsi  nəzərdə  tutulur. 
Lisenziyalaşdırma kvotalaşdırma prosesinin tərkib hissəsi kimi də çıxış 
edə  bilər  və  bu  halda  onun  iqtisadi  məzmunu  kvotalaşdırma  ilə  eyni 
olacaqdır.  Qeyd  edilən  halda  lisenziya  sadəcə  olaraq  kvota  əsasında 
əmtəənin gətirilməsinə və ya aparılmasma icazə verən sənəd kimi çıxış 
edir. Bununla belə, lisenziyalar XİF-in tənzimlənməsinin müstəqil aləti 
kimi  də  çıxış  edirlər.  Bu  halda  lisenziyanın  aşağıdakı  növlərini 
fərqləndirmək lazımdır: 
1.
 
Birdəfəlik  lisenziya  -  hökumət  tərəfindən  konkret  firmaya  hər 
hansı bir xarici ticarət sövdələşməsinin (əməliyyatının) bir il müddətində 
həyata keçirilməsi üçün verilmiş yazılı icazədir. 
50 


2.
 
Baş lisenziya - bir iİ müddətində bu və ya digər əmtəənin ixracı və 
ya  idxalı  əməliyyatlarının  (sövdələşmələrinin)  miqdanna  məhdudiyyət 
qoyulmadan verilən icazədir. 
3.
 
Qlobal lisenziya - dünyanın istənilən ölkəsinə müəyyən dövr üçün 
kəmiyyət və ya dəyər məhdudiyyəti olmadan əmtəənin idxalı və ya ixracı 
üçün verilən icazədir. 
4.
 
Avtomatik  lisenziya  -  ixracatçı  və  idxalçı  tərəfmdən  müraciət 
edildikdən  sonra  dövlət  orqanı  tərəfindən  yubanmadan  (dərhal)  verilən 
icazədir. 
Lisenziyalaşdırma  dünyanın  əksər  ölkələri,  xüsusilə  də  İEOÖ 
tərəfindən  idxalm  dövlət  tənzimlənməsi  məqsədləri  üçün  geniş  şəkildə 
istifadə edilir. lEO isə lisenziyalaşdırmadan, adətən, kvotanı təsdiq edən 
sənəd kimi istifadə edirlər. 
XX əsrin 70-ci illərindən başlayaraq beynəlxalq iqtisadi təşkilatların 
proteksionizm meyli və onun həyata keçirilməsinin əsas vasitələrilə ciddi 
surətdə  mübarizəyə  başlamaları,  ölkələri  proteksionizm  siyasətinin 
alətlərini genişləndirməyə və yeni vasitələrdən istifadə etməyə sövq etdi 
ki,  bu  proses  də  iqtisadi  mənbələrdə  neoproteksionizm  meyli  adlanır. 
Beynəlxalq  ticarət  siyasətinin  bundan  sonra  baxılacaq  vasitələri 
neoproteksionizm 
meylinin  təsiri  altında  meydana  gəlmişdir. 
Neoproteksionizm  meyli  ilk  dəfə  olaraq  özünü  ixracın  “könüllü 
məhdudlaşdırılması”  adlanan  tədbirlərin  həyata  keçirilməsində  özünü 
göstərdi. 
İxracın  könüllü  məhdudlaşdırılması  zamanı  kvotanı,  yəni 
məhdudiyyəti idxalçı ölkə deyil, ixracatçı ölkənin özü müəyyənləşdirir. 
Beləliklə,  ixracın  könüllü  məhdudlaşdırılması  dedikdə  ticarət 
tərəfdaşlarından  birinin  əmtəənin  ixracına  kvota  qoyulması  haqqında 
rəsmi və ya qeyri-rəsmi saziş əsasında ixracın həcmini məhdudlaşdırmaq 
və ən azı genişləndirməmək üzrə götürdüyü öhdəlik başa düşülür. 
51 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə