Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

kimi çıxış edən həmin istehsalçılar idxal tarifmdə maraqlı deyillər. Çünki 
idxal  tarifi  daha  aşağı  qiymətlə  idxal  əmtəəsini  əldə  etmək  imkanını 
məhdudlaşdırır. Bu ziddiyyət müəyyən mənada gömrük siyasətinin tarif 
kvotası  adlandınlan  aləti  ilə  aradan  qaldırılır.  Tarif  kvotası  dedikdə 
dərəcələri  idxalın  həcmindən  asılı  olan  dəyişkən  gömrük  rüsumlarımn 
müxtəlifliyi  başa  düşülür:  müəyyən  edilmiş  kəmiyyət  çərçivəsində 
həyata  keçirilən  idxal  zamam  ona  baza  tarif  dərəcəsi,  əksinə,  idxalın 
həcmi  müəyyən  edilmiş  səviyyəni  keçdikcə  ona  münasibətdə  daha 
yüksək tarif dərəcəsi tətbiq edilir. Yuxanda qeyd olunduğu kimi, gömrük 
rüsumlarmm  bir  növü  ixrac  rüsumlandır.  İxrac  rüsumları  ixrac 
əmtəələrinə  münasibətdə  tətbiq  edilir  və  əksər  inkişaf  etmiş  ölkələrdə 
mövcud deyildir. Hətta, onun tətbiqinə ABŞ- da konstitusiya ilə qadağa 
qoyulub. İxrac tarifi əsasən inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı 
ölkələr  tərəfindən  tətbiq  edilir  və  ənənəvi  ixrac  əmtəələrinə  aid  olur 
(Braziliyada kofe, Rusiyada neft və s.). 
Gömrük tariflərinin aşağıdakı təsnifləri vardır: 
1.
 
Abnma üsuluna görə: 
a)
 
advalor - əmtəənin gömrük dəyərinə faizlə hesablanan rüsumdur 
(məs: - əmtəənin gömrük dəyərinin 15%-i); 
b)
 
spesifik - əmtəənin vahid dəyərinə hesablanır (məs: 1 qr. əmtəəyə 
görə 10$); 
c)
 
qarışıq - kombinə edilmiş gömrük rüsumları yuxandakı hər iki 
növdən istifadə etməklə alınan rüsumlardır. 
2.
 
Tətbiq olunma obyektinə görə: 
a)
 
idxal rüsumları - ölkəyə idxal olunan əmtəəyə tətbiq olunur
b)
 
ixrac rüsumları - ixrac olunan əmtəəyə tətbiq olunur (ixrac və 
dünya qiymətləri arasında fərq olduqda); 
c)
 
tranzit rüsumlan - verilən ölkənin ərazisindən tranzit kimi daşman 
əmtəələrə tətbiq olunur. 
44 


3.
 
Xarakterinə görə: 
a)
 
mövsümi - məsələn, kənd təsərrüfatı məhsullarına tətbiq olunur; 
b)
 
antidempinq  -  əgər  əmtəə  öz  ölkəsindən  ixrac  qiymətlərindən 
aşağı satılan ölkəyə gətirilərsə; 
c)
 
kompensasiya  -  istehsalına  subsidiya  tətbiq  olunan  idxal 
əmtəələrinə  tətbiq  olunur,  (əgər  onlar  belə  məhsullann  milli 
istehsalçılarına zərər vurursa). 
4.
 
Mənşəyi və ya mənbəsinə görə: 
a)
 
avtonom - birtərəfli qaydada dövlət orqanlannm qərarı əsasında 
həyata keçirilir
b)
 
konvension - iki və çoxtərəfli danışıqlar və razılaşmalar yolu ilə 
(məs:  ÜTT  tərəfindən  gömrük  ittifaqı  haqqmda  razılaşmalar)  tətbiq 
olunan tariflərdir; 
c)
 
preferensial  -  inkişaf  etməkdə  olan  ölkələrdən  gətirilən 
məhsullara  və  onlann  mövcud  gömrük  tarifləri  ilə  müqayisədə  aşağı 
dərəcələr olduqda tətbiq olunur. 
5.
 
Dərəcəsinin tipinə görə: 
a)
 
sabit,  daimi  -  dövlət  orqanları  tərəfindən  müəyyən  edilən 
tariflərdir; 
b)
 
dəyişən - dünya qiymətlərindən asılı olaraq dəyişir. 
6.
 
Hesablama üsuluna görə: 
a)
 
nominal - gömrük tariflərində göstərilən dərəcələrdir
b)
 
effektiv  -  son  məhsula  hesablanan  gömrük  tariflərinin  real 
səviyyəsidir, (şəkil 2.2) 
Rüsumlar əmtəənin  gömrük dəyərinə  görə təyin  olunur. Əmtəənin 
gömrük dəyəri - alıcı ilə satıcı arasında açıq bazarda formalaşan, gömrük 
bəyannamələrinə  təqdim  edilən  anda  təyin  olunmuş  ölkədə  əmtəənin 
satıldığı qiymətdir. Bunun üçün 
45 


 


beynəlxalq  əmtəə  nomenklaturasmdan  istifadə  olunur.  Bunlardan 
dünyada  ən  geniş  yayılanı  1988-ci  ildə  qüvvəyə  minmiş  “Malların 
kodlaşdırılması və təsvirinin harmoniyalaşdırılmış sistemi” və BMT- nin 
Standart  Beynəlxalq  Təsnifləşdiricisidir.  Əmtəənin  gömrük  dəyəri 
sövdələşmə  əsasında  xərclər  daxil  edilmiş  faktiki  ödənilən  və  ya 
ödənilmək üçün təqdim edilən qiymətlərə əsasən təyin olunur. Bu dəyər 
bir  neçə  metodlarla  hesablanır  (əmtəə  sövdələşməsinə  uyğun  əmtəənin 
qiyməti,  eyni  tipli  əmtəə  qiymətlərinə  görə),  ən  geniş  yayılan  metod  - 
əmtəənin sövdələşmə qiymətinə görə olan metoddur. 
Tariflərin  müsbət  və  mənfi  cəhətlərini  (və  ya  tarifin  lehinə  və  ya 
əleyhinə olan arqumentləri) aşağıdakı kimi qeyd etmək olar: 
1.
 
Tariflərin müsbət arqumentlərinə (tərəfləri) aiddir: 
a)
 
gənc sahələri mühafizə edir
b)
 
milli istehsalı stimullaşdırır; 
c)
 
büdcə gəlirlərinin mənbəyidir; 
d)
 
milli təhlükəsizliyi, mədəniyyət və ənənələri mühafizəsi edir; 
2.
 
Tariflərin mənfi arqumentlərinə aiddir: 
a)
 
iqtisadi artımı ləngidir; 
b)
 
ticarət müharibələri yaradır; 
c)
 
məşğulluğun ümumi səviyyəsi aşağı düşür. 
Beynəlxalq  ticarətin  tənzimlənməsinin  qeyri-tarif  metodları. 
Beynəlxalq  ticarətin  dövlət  tənzimlənməsinin  tarif  metodları  ilə  yanaşı, 
hökumətlər  qeyri-tarif  metodlarından  da  (kəmiyyət,  gizli  və  maliyyə 
vasitələrindən)  geniş  istifadə  edirlər.  Qeyri-tarif  metodlarının 
əksəriyyətini tariflərdən fərqli olaraq kəmiy>'ət baxımından ölçmək çətin 
olduğundan,  onları  statistikada  əks  etdirmək  mürəkkəb  məsələdir. 
Qeyri-tarif metodlanmn məhz bu xüsusiyyəti ticarət siyasətinin müəyyən 
edilmiş məqsədlərinə çatmaq üçün ölkələri onlardan istifadə etməyə sövq 
edir. Hal-hazırda dünyada 50-dən çox qeyri-tarif ticarət məhdudiyyətləri 
mövcuddur. 
47 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə