Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

dannı da tənzimləyir. Bir çox assosiasiyalar öz üzv firmaları üçün hətta 
nümunəvi kontrakt formaları da işləyif. 
Əksər  sahibkarlar  ittifaqı  birbaşa  BKƏ  həyata  keçirmirlər  və 
nəticədə  xarici  bazarda  kontragent  kimi  çıxış  etmirlər.  Ancaq,  bir  çox 
ölkələrdə  (məs.  Skandinaviya  ölkələri)  sahibkarların  sahə  itti>  faqları 
firmaların  sifarişilə  nəinki  böyük  həcmdə  BKƏ  apanr,  hətta  xarici 
bazarda  ixraca  inhisar  hüququ  əldə  etməklə,  müəyyən  növ  məhsulların 
vahid mal göndərənləri kimi çıxış edirlər. 
Sahibkarlar  birliyi  qeyd  edilənlərdən  başqa,  üzv  müəssisələrini 
xammal,  nəqliyyat  və  s.  ilə  təmin  etməklə  də  məşğul  olurlar.  Birliyin 
fəaliyyəti  üzv  firmalann  verdikləri  üzvlük  haqları  əsasında  həyata 
keçirilir. 
Dövlət  orqanları  və  təşkilatları  dünya  bazarlarında  üçüncü 
kontragent  növlərinə  aiddirlər.  Dövlət  firmalanndan  fərqli  olaraq  onlar 
kommersiya  məqsədi  güdmürlər.  Dünya  bazarlarında  kommersiya 
əməliyyatları ilə yalnız ölkənin hökuməti tərəfindən xüsusi icazəsi və ya 
lisenziyası  olan  nazirliklər,  orqanlar  və  təşkilatlar  məşğul  ola  bilərlər. 
Xarici bazara çıxmaq hüququ olan dövlət orqanları daha çox lEOÖ-dədir. 
Məsələn, Argentinada buğdam ancaq buğda üzrə Milli Komitə (MK), əti 
isə ət üzrə MK ixrac edir. 
Bundan  başqa,  dövlət  orqanları  və  nazirlikləri  digər  BKƏ-də 
kontragent  kimi  çıxış  edirlər.  Belə  kommersiya  əməliyyatlarına: 
elmi-texniki  mübadilə,  icarə  əməliyyatları  və  texniki  mübadilə  və 
başqalarmı aid etmək olar. 
Dünya  bazarlarında  əmtəə  və  xidmətlərin  kifayət  qədər  böyük 
alıcıları  kimi  BMT-nin  beynəlxalq  təşkilatları  çıxış  edirlər.  İnvestisiya 
obyektlərinin  tikintisini  həyata  keçirən  BMT-nin  belə  təşkilatla-  nndan 
PDUN  (The  program  of  development  of  United  Nations  -  BMT-nin 
İnkişaf  Proqramı)  və  UNİDO-nun  (United  Nations  Indus-  trial 
Development Orqanization - BMT-nin Sənaye İnkişaf Təşkila 
27 


tı) göstərmək olar. PDUN 1966-cı ildən fəaliyyət göstərir. O, hər tərəfli 
iqtisadi və texniki kömək üzrə operativ fəaliyyətin  maliyyələşdirilməsi 
üçün xüsusi fondlara malikdir. Bu təşkilatların maliyyə fondu dövlətlərin 
texniki  əməkdaşlıq  sisteminin  iştirakçıları  tərəfindən  könüllü  edilən 
üzvlük  haqları  hesabına  formalaşır.  PDUN  BMT-  nin  texniki  kömək 
vasitələrini  və  istiqamətlərini  tənzimləyən  baş  orqanıdır.  O,  həmçinin 
avadanlıq  və  materialları  da  lazım  olan  istiqamətlərə  alıb  göndərir. 
PDUN  əsasən  investisiya  qabağı  işlərin  yerinə  yetirilməsində  texniki 
köməklik  göstərir.  Texniki  işlər  ölkənin  öz  hesabına  həyata  keçirilir. 
Ancaq, son illərdə bir çox İEOÖ-də iri sənaye obyektlərinin tikintisinin 
maliyyələşdirilməsini  də  o,  öz  üzərinə  götürmüşdür.  BMT-nin  digər 
təşkilatları:  UNCTAD  (United  Nations  Conference  on  Trade  and 
Development - BMT-nin Ticarət və inkişaf üzrə Konferensiyası), UNEP 
(United  Nations  Environment  Programme  -  BMT-nin  Ətraf  Mühit 
Proqramı), UNESCO (United Nations Educational Scientific and Culture 
Organization  -  BMT-nin  Təhsil,  Elm  və  Mədəniyyət  məsələləri  üzrə 
Təşkilatı), FAO (The food and agricultural Organization - Ərzaq və Kənd 
təsərrüfatı  Təşkilatı),  Beynəlxalq  Əmək  Təşkilatı  da  bilavasitə  bir  çox 
irix  miqyaslı  layihələrin  və  BKƏ-nin  iştirakçılarıdır.  Onlar  subpodrat 
əsasında  layihələri  yerinə  yetirir  və  bunun  üçün  bütün  xidmət 
kompleksini həyata keçirən və “açar altında” tipli obyektlərin tikintisinin 
yerinə yetirilməsində xüsusi injinirinq firmaları ilə müqavilə bağlayırlar. 
28 


n FƏSİL. BEYNƏLXALQ KOMMERSİYA 
ƏMƏLİYYATLARININ TƏŞKİLATİ -HÜQUQİ ƏSASLARI
BEYNƏLXALQ TİCARƏT SİYASƏTİ, ONUN 
TƏNZİMLƏNMƏSİ VƏ İXRAC-İDXAL ƏMƏLİYYATLARI 
2.1.
 
Beynəlxalq iqtisadi-kommersiya fəaliyyətində ümumi 
qaydalarm işlənməsi və beynəlxalq müqavilələrin növləri 
Müasir  dövrdə  beynəlxalq  kommersiya  fəaliyyəti  əhəmiyyətli 
dərəcədə unifikasiya olunmuş (vahid şəklə salınmış) hüquqi dərəcəsi ilə 
xarakterizə  olunur.  Bu  isə  öz  növbəsində  mövcud  milli  hüquq 
sistemlərindəki  müxtəlif  hüquqi  normalar  arasmda  meydana  çıxa  bilən 
fərqləri  aradan  qaldırmağa  imkan  verir.  Bunlar  daha  çox  əsas 
problemlərə,  o  cümlədən  əmtəələrin  alqı-satqısının  beynəlxalq 
müqavilələrinə,  daşınma,  xidmətlərin  göstərilməsi  üzrə  müqavilələr 
aiddir. 
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  kommersiya 
işində,  ümumiyyətlə  beynəlxalq  ticarətdə  ümumi  qayda  və  prinsiplərin 
müəyyən edilməsi və işlənməsində beynəlxalq iqtisadi təşkilatların böyük 
rolu  vardır.  Belə  təşkilatlar  beynəlxalq  ticarət  hüququnun 
harmoniyalaşdırılmasını  və  standartlaşdınlımasını  həyata  keçirirlər, 
nəticədə  beynəlxalq  kommersiya  fəaliyyətini  tənzimləyərək,  bu  sahədə 
hüquqi maneələri aradan götürürlər. 
Beynəlxalq kommersiya fəaliyyətini tənzimləyən bir çox təşkilatlar 
mövcuddur.  Daha  böyük  rolu  olan  təşkilatlardan  aşağıdakıları  qeyd 
etmək olar: 
1.
 
UNCITL  -  BMT-nin  Beynəlxalq  Ticarət  Hüququ  üzrə 
Komissiyası. 
2.
 
UNİDROİT  -  Xüsusi  Hüquqi  unifikasiyasmın  beynəlxalq 
İnstitutu. 
29 


3.
 
UNCTAD - BMT-nin Ticarət və inkişaf üzrə Konferensiyası. 
4.
 
BMT-nin Avropa İqtisadi Komissiyası (AİK). 
UNCİTL (United Nations Commission on International Trade Law) 
- beynəlxalq ticarətin razılaşdırılması və unifikasiyası məqsədilə 1966-cı 
ildə təsis edilmişdir və l968-ci ildə fəaliyyətə başlamışdır. Bu təşkilatın 
fəaliyyətinin  əsas  istiqamətini  beynəlxalq  ticarət  hüququnun 
unifikasiyası  proqramı  üzrə  konversiyaların  (qanunverici  sənədlərin) 
hazırlanması və qəbulu təşkil edir. 
UNİDROİT  Millətlər  Liqasının  köməkçi  orqanı  kimi  1926-cı  ildə 
yaradılmışdır və əsas fəaliyyətinə 1940-cı ildən başlamışdır. 
UNİDROİT-in əsas məqsədlərinə aiddir: 
-
 
vahid  hüquqi  tənzimləmənin  beynəlxalq  təcrübəsinin  işlənməsi 
və  tətbiqi  yolu  ilə  beynəlxalq  iqtisadi  münasibətlərin  (BİM)  əlverişli 
inkişafı üçün şəraitin yaradılması; 
-
 
ayrı-ayrı  və  qrup  dövlətlərin  xüsusi  hüquqi  normalarının 
uzlaşdırılması və razılaşdırılması yollannm öyrənilməsi
-
 
müxtəlif  dövlətlərin  vahid  xüsusi  hüquqi  normalarımn  tədricən 
qəbul edilməsi prinsiplərinin işlənməsi və s. 
Bu  təşkilatın  işində  “Beynəbcalq  kommersiya  kontraktlarının 
prinsipləri” adlanan sənədin hazırlanması xüsusi yer tutur. 
Beynəlxalq  kommersiya  işinin  tənzimlənməsində,  BİM  sahəsində 
geniş məsələləri əhatə edən və dövlətlər tərəfindən imzalanan çoxtərəfli 
konvensiyalar  xüsusi  yer  tutur.  Çoxtərəfli  beynəbcalq  konvensiyalar 
beynəlxalq  kommersiya  fəaliyyətinin  əsas  sahələri  üzrə:  xarici 
investisiyalar,  dəniz  ticarəti,  hava  daşınmaları,  dəmiryol  nəqliyyatı, 
beynəlxalq  avtomobil  yollannda  yüklərin  daşınması,  ticarət  arbitrajı, 
intellektual  mülkiyyət,  əmtəə  nişanlarının  qeyd  edilməsi  və  s.  sualları 
üzrə bağlanmışdır. 
Beynəlxalq  kommersiya  işində  iqtisadi  təşkilat  kimi  UNCTAD 
xüsusi yer tutur. Onun məqsədlərinə aiddir: 
30 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə