Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

L  İqtisadi  artımın  yüksəlməsi  (xüsusilə  İEOÖ-də)  məqsədilə 
beynəlxalq ticarətin inkişafına kömək və tə^r; 
2.
 
Beynəlxalq ticarətlə bağlı prinsiplərin işlənməsi
3.
 
BMT-nin  beynəlxalq  ticarət  sahəsində  digər  təşkilatların  işinə 
baxılması və onlara kömək edilməsi
4.
 
Ticarət  sahəsində  ehtiyac  yaranarsa  lazımi  hüquqi,  çoxtərəfli 
aktların qəbulu və danışıqlann aparılması; 
5.
 
Ticarət  sahəsində  dövlətlərin  və  regional  iqtisadi  qrupların 
siyasətinin razılaşdırılması və s. 
UNCTAD-m vəzifələrinə daxildir: 
-
 
dövlətlər 
arasında 
ticarət 
və 
iqtisadi 
münasibətlərin 
tənzimlənməsi; 
-
 
xammal  əmtəələrinin  beynəlxalq  ticarətinin  tənzimlənməsi  üzrə 
tədbirlərin işlənməsi
-
 
iqtisadi əməkdaşlıq üzrə tədbirlərin və vasitələrin işlənməsi
-
 
İEOÖ arasında iqtisadi əməkdaşlığın inkişafına kömək edilməsi
-
 
məhdud işgüzar təcrübənin tənzimlənməsi
-
 
dünya  ticarəti  və  digər  problemlər  üzrə  dövlətlərin  və  regional 
iqtisadi qrupların siyasətinin uzlaşdırılması; 
-
 
BMT çərçivəsində digər beynəlxalq təşkilatlarla - Ümum- dünya 
Ticarət  Təşkilatı  (ÜTT)  ilə  əməkdaşlıq  və  geniş  əhatəli  problemlər 
sahəsində analitik işlərin həyata keçirilməsi və s. 
BMT-nin 
AİK-si 
beynəlxalq 
kommersiya 
təcrübəsinin 
tənzimlənməsi  sahəsində  ticarətin  inkişafı  üzrə  komitə  çərçivəsində  bir 
çox  kompleks  məsələləri  həll  edir.  Ticarətin  İnkişafı  üzrə  Komitə 
beynəlxalq kommersiya fəaliyyəti sahəsində illik sessiyalarda aşağıdakı 
suallara baxır: 
-
 
iqtisadi  əməkdaşlıq  və  ticarət  haqqında  uzunmüddətli 
razılaşmalar; 
31 


-
 
ticarətin inkişafı yolunda müxtəlif növ maneələr
-
 
regionlarda güzəştli ticarət; 
-
 
bazarlar,  marketinq  metodları  və  işgüzar  əlaqələr  haqqında 
informasiya; 
-
 
beynəlxalq ticarət qaydalarınm təkmilləşdirilməsi
-
 
BMT-nin EDİFAKT (BMT-nin idarəetmə, ticarət və nəqliyyatda 
məlumatların elektron mübadiləsi qaydaları) standartlarının işlənməsi və 
s. 
Komitə  çərçivəsində  stabil  olaraq  sənaye  məhsullarmm 
göndərilməsi sahəsində beynəlxalq müqavilələr üzrə və bu müqavilələrin 
tərtibini işləyən ekspertlər qrupu və xarici ticarət informasiyası və xarici 
ticarət  sənədləşməsinin  ötürülməsi  sistemi  üzrə  təkliflər  işləyən 
beynəlxalq ticarət qaydalannm sadələşdirilməsi üzrə işçi qrupu fəaliyyət 
göstərir. 
1982-ci  ildə  sənaye  məhsullarının  göndərilməsi  sahəsində 
beynəlxalq  müqavilələrin  işlənməsi  üzrə  ekspertlər  qrupu  tərəfindən 
AİK-in  Ticarətin  İnkişafı  üzrə  Komitəsi  “Texniki  dəstək  aspektləri  də 
daxil olmaqla injinirinq məsələlərinin beynəlxalq prinsip və qaydaları” 
işlənmişdir. Qeyd edilən sənəd özündə məsləhətçi və sifarişçi arasındakı 
müqaviləyə  daxil  edilməsi  üçün  lazım  olan  şərtlərin  ətraflı  siyahısı  və 
xarakteristikaları,  həmçinin  mühəndis-  məsləhətçi  tərəfindən  təqdim 
olunan xidmətlərin siyahısını birləşdirir. 
Dünya 
iqtisadi 
təsərrüfat 
əlaqələri 
sistemində 
yaranan 
münasibətlərin təşkilati-hüquqi əsaslarını beynəlxalq müqavilələr təşkil 
edir  və  bu  müqavilə  münasibətlərinin  hüquqi  tənzimlənməsi  isə 
beynəlxalq hüquqi normalarla həyata keçirilir. Xarici iqtisadi fəaliyyətlə 
bağlı iki növ beynəlxalq müqavilələr böyük əhəmiyyət kəsb edir. Birinci 
növ beynəlxalq müqavilələrə iki dövlət və ya dövlətlər qrupu arasındakı 
münasibətlərdə ticarət rejimlərini 
32 


müəyyən edən müqavilələr aiddir. Məzmununa görə onlan ümumi olaraq 
beş əsas qrupa bölmək olar: 
-
 
ticarət müqavilə və razılaşmaları; 
-
 
iqtisadi və texniki əməkdaşlıq haqqmda razılaşmalar; 
-
 
iqtisadi razılaşmalar; 
-
 
maliyyə köməyinin təqdim edilməsi haqqında razılaşmalar; 
-
 
investisiyaların qorunması haqqında razılaşmalar. 
Ümumi  növ  ticarət  müqavilə  və  razılaşmalarında  tərəflər  daha 
əlverişli  rejimin qarşılıqlı  təqdimini  nəzərdə tuturlar. Bunlar, bir qayda 
olaraq,  gömrük  rüsumlannm  alınması,  ixrac  və  idxal  zamam  bütün 
mümkün  vergi  və  yığımlar  sahəsinə  və  s.  aiddir.  Ticarət  müqavilələri, 
adətən, uzun müddət üçün nəzərdə tutulduğundan, onlar ölkələr arasında 
ticarət  münasibətlərində  müəyyən  stabillik  yaradır.  İqtisadi  və  texniki 
əməkdaşlıq haqqında dövlətlərarası razılaşmalar elm tutumlu əmtəələrin 
ticarətinin  genişlənməsində  vacib  rol  oynayır  və  adətən  1-5  il 
müddətlərinə bağlanılır. 
Dövlətlərarası  iqtisadi  razılaşmalar  ümumi  xarakterli  ticarət 
razılaşmalarına oxşardır. Fərq ondadır ki, onlarda ümumi formada əmtəə 
və xidmətlərin mübadiləsi sualları ilə yanaşı, razılaşan tərəflər kapitalın 
hərəkəti  və  qarşılıqlı  ödənişlərlə  əlaqədar  münasibətlərdə  də 
diskriminasiyanı  tətbiq  etməməyi  öz  öhdələrinə  götürürlər.  İqtisadi 
razılaşmaların fəaliyyət müddəti adətən 1-1,5 il olur. 
Maliyyə  köməyi  haqqında  dövlətlərarası  razılaşmalar  tərəflərin 
birinin digərinə uzunmüddətli (kreditin  məbləği  göstərilməklə) kreditin 
təqdimini  nəzərdə  tutur.  İnvestisiyaların  qorunması  haqqında 
dövlətlərarası  razılaşmalar  tərəflərin  qarşılıqlı  kapital  qoyuluşları  ilə 
bağlı  diskriminasiyanı  tətbiq  etməməyi,  kapital  və  mənfəətin  sərbəst 
hərəkətinin  təmini,  siyasi  risklərdən  kapitalın  sığortalanması  və  s.-ni 
nəzərdə tutur. 
33 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə