Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə20/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

d)
 
əmtəələrin dəyərcə qiymətləndirilməsi. 
İxrac əmtəələri adətən FOB qiymətlərilə (şərtilə), idxal əmtəələri isə 
SİF qiymətlərilə uçota alınır. 
k) İxrac və idxalın ölkələr üzrə paylanması statistikası. Bu uçot iki 
istiqamətdə: 
-
 
əmtəələri istehsal edən ölkələr üzrə
-
 
əmtəələri istehlak edən ölkələr ü
2
orə aparılır. 
Beynəlxalq  təcrübədə,  adətən,  ixracın  əmtəəni  istehlak  edən  ölkə 
üzrə, idxalm isə əmtəəni istehsal edən ölkə üzrə uçotu aparılır. Bundan 
başqa, əmtəəni alan (və ya satan) ölkənin də uçotu aparılır. 
Beynəlxalq  ticarətin,  o  cümlədən  ixrac-idxal  əməliyyatlarının 
tənzimlənməsi  ilə  məşğul  olan  təşkilatlan  miqyasına  və  profilinə  görə 
şərti olaraq iki qrupa bölmək olar: 
-
 
ümumilikdə beynəlxalq ticarətin müxtəlif problemləri ilə məşğul 
olan beynəlxalq təşkilatlar
-
 
bir  və  ya  bir  neçə  əlaqəli  əmtəə  və  xidmətlərlə  ticarətin 
tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatlar. 
Birinci qrupa QATT/ÜTT, UNCTAD, UNCİTL, Beynəlxalq Ticarət 
Palatası daxildir. 
Əmtəələrlə,  o  cümlədən  xidmətlərlə  beynəlxalq  ticarətin 
tənzimlənməsində  apancı  rol  Ümumdünya  Ticarət  Təşkilatına  (ÜTT) 
məxsusdur.  Bu  təşkilat  formalaşmasına  qədər  uzun  bir  təkamül  yolu 
keçmişdir. Qısaca qeyd edək ki, Uruqvay raundunun (1994-cü il) ən əsas 
nəticəsi ÜTT-nin yaradılması oldu. 1995-ci il yanvarın 1-dən fəaliyyətə 
başlayan bu təşkilat sadəcə QATT-ın davamı deyil. Əksinə o, QATT-dan 
köklü surətdə fərqlənir. 
Hazırda ÜTT-yə 145-dən yuxarı ölkə üzvdür və 30-a yaxın ölkə, o 
cümlədən Azərbaycan bu təşkilatda müşahidəçi statusuna malikdir. Eyni 
zamanda bir neçə beynəlxalq  təşkilat  da ÜTT-də müşahidəçi  statusuna 
malikdir. 
66 


ÜTT-nin  məqsədi  beynəlxalq  ticarətin  liberallaşdınlması  və  onun 
möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişafın, eyni 
zamanda  insanların  həyat  səviyyəsinin  artınlmasıdır.  Bu  məqsədə 
üzv-ölkələr  arasında  ticarətə  aid  olan  saziş  və  qaydaların  işlənməsi  və 
tətbiq  edilməsi,  həmçinin  beynəlxalq  ticarətin  liberallaşdırılmasına 
yönəldilmiş danışıqların həyata keçirilməsi yolu ilə nail olunur. 
Beynəlxalq ticarətin və ticarət siyasətinin tənzimlənməsi sahəsində 
ÜTT-nin gözlədiyi iki əsas fundamental prinsip vardır: 
-
 
ticarətdə ayn-seckiliyə yol verməmək
-
 
bazarlara daxil olmanı təmin etmək. 
Ticarətdə ayn-seçkiliyə yol verməmək prinsipi daha əlverişli şərait 
rejiminin  (ölkə  ÜTT-nin  bütün  üzv-ölkələri  üçün  eyni  ticarət  şəraiti 
yaradır)  və  milli  rejimin  (bu  rejimə  görə  idxal  olunan  əmtəələrə 
münasibətdə  daxili  bazarlarda  ayn-seçkiliyə  yol  verilməməlidir)  tətbiq 
edilməsi  vasitəsilə  reallaşdırılır.  Bazarlara  daxil  olma  isə  yuxarıda  adı 
çəkilən  rejimlərin  tətbiq  edilməsi  ilə  yanaşı,  həmçinin  kəmiyyət 
məhdudiyyətlərinin aradan qaldıniması vasitəsilə təmin edilir. 
ÜTT-nin funksiyalan təşkilatın yaradılması haqqında qəbul olunmuş 
sazişin uyğun maddəsində göstərilib: 
-
 
ÜTT-nin hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin 
qəbul  olunmasına  və  imzalanan  çoxtərəfli  ticarət  sazişlərinin  yerinə 
yetirilməsinə nəzarət; 
-
 
ÜTT-nin üzv-ölkələr arasında ticarət danışıqlannın təşkil edilməsi 
və onların həyata keçirilməsinin təmin edilməsi
-
 
ÜTT-nin  üzv-ölkələrinin  həyata  keçirdikləri  ticarət  siyasətinin 
müşahidəsi; 
-
 
digər beynəlxalq təşkilatlarla əməkdaşlıq; 
-
 
yeni üzvlərin qəbulu; 
67 


“ üzv-ölkələr arasında ticarət mübahisələrinin həllinə köməklik
~  beynəlxalq  ticarətin  və  ticarət  siyasətinin  mexanizmlərindən 
istifadə  və  inkişaf  məsələləri  üzrə  informasiyaların  yığılması, 
öyrənilməsi və təqdim edilməsi. 
ÜTT-nin ali orqanı Nazirlər Konfransıdır ki, bu da ən azı iki ildə bir 
dəfə keçirilməlidir. Konfms ÜTT-nin təsis edilməsi haq- qmda sazişdə və 
çoxtərəfli  ticarət  sazişlərində  müəyyən  edilmiş  qaydaları  əldə  əsas 
tutaraq,  çoxtərəfli  ticarət  sazişlərinə  aİd  istənilən  məsələlər  üzrə  qərar 
qəbul etmək səlahiyyətinə malikdir. 
ÜTT-nin  cari  işlərinin  yerinə  yetirilməsinə  üzv-ölkələrin 
nümayəndələrindən  təşkil  edilmiş  Baş  Şura  cavabdehdir.  Baş  Şuranın 
funksiyalarına  sazişlərin  və  nazirlərin  qəbul  etdikləri  qərarlarm  yerinə 
yetirilməsinin müntəzəm şəkildə müşahidə olunması, mübahisələrin həll 
edilməsi  və  ticarət  siyasətinin  dövri  olaraq  icmalını  həyata  keçirmək 
daxildir.  Bu  funksiyaların  həyata  keçirilməsində  Baş  Şuraya  3 
ixtisaslaşdınimış  şura  kömək  edir:  əmtəələrlə  ticarət  üzrə  şura, 
intellektual  mülkiyyət  hüquqlannın  ticarət  aspektləri  üzrə  şura, 
xidmətlərlə ticarət üzrə şura. Bu şuralar uyğun sahələrdə çoxtərəfli ticarət 
sazişlərinin yerinə yetirilməsinə nəzarət edirlər. 
Əmtəələrlə  ticarət  üzrə  şura  ÜTT  və  QATT  1994  sazişlərinin 
prinsiplərinin  həyata  keçirilməsinə  nəzarət  edən  14  komitənin  işinə 
rəhbərlik edir. Xidmətlərlə ticarət  üzrə şuranın  tərkibinə isə iki komitə 
daxildir. Eyni zamanda Baş Şuraya 4 komitə və 2 xüsusi orqan tabedir. 
ÜTT-nin  icraçı  orqanı  isə  Katiblik  sayılır.  Katibliyə  Nazirlər 
Konfransı tərəfindən təyin edilən baş direktor rəhbərlik edir. Katibliyin 
təxminən 500 nəfər əməkdaşı vardır. Katibliyin əsas vəzifəsi üzv ölkələrə 
çoxtərəfli ticarət danışıqlarının təşkil edilməsində köməklik göstərmək, 
ticarət  siyasətini  öyrənmək  və  ticarət  mübahisələrinin  həllində  hüquqi 
məsləhətlər verməkdən ibarətdir. Katiblik 
68 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə