Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə8/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

vardır: 
1.
 
Beynəlxalq  əmtəə  dövriyyəsinə  daxil  olan  məhsulun  nomen- 
klaturasınm (çeşidinin) artımı və onun xarakterinin dəyişməsi
2.
 
Müəssislər üçün bütövlükdə avadanlıqların göndərilməsi; 
3.
 
Sövdələşmələrin miqyasının artması; 
4.
 
“Açar altında” xarakterli sövdələşmələrin genişlənməsi. Bu halda 
satıcı,  müəssisənin  tikintisi  üzrə  layihə  sənədlərinin  hazırlanmasmdan 
başlayaraq, müəssisənin işə buraxılması və nəzərdə tutulan göstəricilərin 
əldə  edilməsinə  qədər  olan  bütün  kompleks  işlər  üzrə  öhdəlikləri  öz 
üzərinə götürür. 
5.
 
Konsersiumun  yaranması  yolu  ilə  müxtəlif  ölkələrin  birgə 
kompaniyalannın iri miqyaslı sövdələşmələrinin həyata keçirilməsi və s. 
BTS-in ən vacib əlamətlərindən biri də istehsal təyinatlı məhsullara 
münasibətdə  onun  məqsədyönlü  xarakterdə  olmasıdır.  BKƏ-də 
fəaliyyətin  məqsədyönlü  olması  onun  istər  milli,  istərsə  də  xarici 
istehlakşıya  istiqamətlənməsi  deməkdir.  Bu  isə  özlüyündə  əvvəlcədən 
alınan  və  ya  əvvəlcədən  razılaşdırılmış  mallarm  (kompleks  avadanlıq, 
mürəkkəb  avadanlıq  növləri  üzrə)  əsasında  istehlakçılarla  birbaşa 
əlaqənin  qurulmasını  vacib  edir.  Nəticədə,  göstərilən  fəaliyyət 
istehsalçıya  vasitəçilik  xidmətlərinə  görə  adətən  30%  qədər  qənaət 
etməyə  imkan  verir.  Kompleks  avadanlıqların  göndərilməsi,  adətən, 
uzunmüddətli əlaqələrin fonnalaşması zamanı həyata keçirilir. Bu halda 
layihədən  başlanmış  istismara  qədər  olan  işlər  reallaşdınlır,  avans 
Ödənişləri baş verir, eyni zamanda həm məhsul formasında və ya həm də 
nəğd pul  formasında ixracatçının  idxalçını  kreditləşdirməsi  tətbiq  edilə 
bilər və s. Müasir şəraitdə firmalar arası əlaqənin geniş formalan tətbiq 
olunur: 
-
 
birgə elmi fəaliyyət
-
 
istehlakçıya texniki məsləhətlərin təqdimi; 
24 


-  yeni  məmulatların  və  onların  nümunələrinin  hazırlanms! 
proseslərində sifarişçilərin iştirakı; 
‘ yeni məhsula ixtiraçılar, kiçik fırma-yenilikçilər tərəfindən təqdim 
olunan  lisenziyanın,  yeni  texnologiyanın  iri  firmalar  tərəfindən  əldə 
etməsi yolu ilə kiçik və iri firmaların istehsal kooperasiyası və s. 
1.4.
 
Beynəlxalq kommersiya əməliyyatlannm əsas 
subyektləri və onlarm növləri 
Beynəlxalq  ticarətdə  əmtəələrin  alqı-satqısı  və  müxtəlif  növ 
xidmətlərin  göstərilməsi  üzrə  müqavilə  münasibətlərində  olan  tərəflər 
kontragentlər adlanır. Dünya bazarlanna daxil olan və fəaliyyət, məqsəd 
və xarakterlərindən asılı olaraq kontragentlər dörd kateqoriyaya aynlır: 
-
 
Firmalar; 
-
 
Sahibkarlar birliyi; 
-
 
Dövlət orqanları (nazirlik və bölmələr) və təşkilatları; 
-
 
BMT-nin beynəlxalq iqtisadi təşkilatlan. 
BKƏ-nin əsas hissəsini firmalar həyata keçirir. Dünya praktikasında 
“firma”  terminindən  əsasən  kommersiya  məqsədini  güdən  kontragenti 
nəzərdə  tutmaq  üçün  istifadə  olunur.  Firma  dedikdə,  sənaye,  ticarət, 
tikinti, nəqliyyat, kənd təsərrüfatında və s. mənfəət əldə etmək məqsədilə 
təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə başa düşülür. Hər bir firma 
özünə öz ölkəsinin ticarət reyestrində qeyd edilən müəyyən ad götürür. 
Firmanın  adı  onun  sahibkarlarının  birinin  və  ya  bir  neçəsinin  adı, 
familiyasını  (məsələn,  Ford,  Daymier  -  Kraysler  və  s.),  fəaliyyət 
xarakterini (General mo- tors, General elektrik və s.) ya da hər ikisini əks 
etdirə bilər. Firmanın adı mütləq firmanm hüquqi vəziyyətini özündə əks 
etdirməlidir. 
25 


Məsələn,  səhmdar  cəmiyyəti  olduğu  halda  firmanın  adında  mütləq 
səhmdar  sözü  göstərilməlidir.  Dünya  bazarlarma  çıxan  firmalan 
təsərrüfat fəaliyyətinin və həyata keçirilən əməliyyatlann növlərinə görə, 
hüquqi vəziyyətinə, mülkiyyətin xarakterinə, kapitalın nəzarət forması və 
mənsubiyyətinə, fəaliyyət sferalarına görə fərqləndirirlər. 
Sahibkarlar  birliyi  və  ya  ittifaqı  -  biznesmenlərin  (iş  adamlarının) 
ayrı-ayrı  qruplannın  birliyidir.  Sahibkarlar  birliyi  firmalardan  onunla 
fərqlənir ki, onların fəaliyyətinin məqsədi mənfəətin əldə edilməsi deyil, 
bu  qrupa  daxil  olan  biznesmenlərin  dövlət  orqanlarında  maraqlarının 
təmsil edilməsi və xüsusi sahibkarlara ixracı genişləndirməkdə köməyin 
göstərilməsidir. 
Birliyin rəsmi məqsədlərinə: 
-
 
müəyyən ümumi sahə, fəaliyyət sferalarının razılaşdırılması; 
-
 
məhsulun standartlaşdırılması; 
-
 
məsləhət xidmətlərinin təşkili
-
 
kadrların hazırlanması, sahə statistikasmm aparılması və s. aiddir. 
Bir çox ölkələrdə - Yaponiya, Fransa, İsveçrədə sahibkarlar ittifaqı 
dövlət  orqanları  ilə  razılaşmalarda  bütün  sahələrin  rəsmi  nümayəndəsi 
kimi çıxış edirlər. Sahibkarlar birliyi assosiasiya, federasiya, sovetlər və 
s.  formasında  yaradılır.  Birləşmənin  xarakterindən  asılı  olaraq,  sahə 
ittifaqları və fəaliyyət növünə görə sahibkarlar ittifaqım fərqləndirirlər. 
Sahə ittifaqları sənayenin bir sahəsini əhatə edən və ya bir növ məhsul 
istehsal  edən  sahibkarları  birləşdirir.  Sahibkarlar  birliyi  isə  sənaye, 
ticarət,  turist  və  digər  firmaların  birliyidir.  Formal  olaraq  sahibkarlar 
ittifaqı bazara və qiymətlərə təsir etmək məqsədini güdmür. Ancaq onlar 
kartellərə məxsus bir çox funksiyaları yerinə yetirir, ittifaqın iştirakçıları 
üçün  kvotalar  qoymaqla,  istehsal  məsələlərinə  qarışırlar.  Belə  ki, 
assosiasiya və federasiya, adətən, nəinki qiymətləri, hətta əmtəənin miq- 
26 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə