Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə112/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   105   106   107   108   109   110   111   112   113

7.
 
1995-ci  ildə  qəbul  edilən,  Avropa  İqtisadi  Komissiyasının 
Direktivinə uyğun olaraq müştəri və turist agentləri arasında imzalanan 
Nümunəvi kontrakt 
8.
 
Beynəlxalq Sosial turizm Bürosunun baş Assambleyası tərəfindən 
qəbul edilən Monreal bəyannaməsi (1996-cı il) 
9.
 
Turizm  sferası  rəhbərlərinin  Ümumdünya  yığmcağı  tərəfindən 
qəbul edilən turizmin sosial-qarşılıqlı əlaqələri üzrə Manila razılaşması 
(1997-ci il) 
10.2003-cü  ildə  sərnişin  və  yüklərin  avtodaşıyıcılarmı  birləşdirən 
Beynəlxalq  Avtodaşıyıcılar  Assosiasiyası  tərəfindən  qəbul  edilən 
müntəzəm texniki baxışlar üçün vahid şərtlər haqqında razılaşma və s. 
Beynəlxalq  turizmin  inkişafında  bu  sahələr  üzrə  ixtisaslaşan 
aşağıda qeyd edilmiş qeyri-hökumət təşkilatlarının da rolu böyükdür: 
-
 
Turist  Agentlərinin  Ümumdünya  Federasiyası  (FUAAB)  özündə 
71  milli  assosiasiyanı  birləşdirir  ki,  bura  20-dən  artıq  turist  agenti 
daxildir. Bu təşkilat 1996-cı ildə yaradılmış və onun əsas məqsədini tirist 
agentlərinin  peşəkar  maraqlarının  qorunması  və  onlara  lazımı  peşəkar, 
texniki və hüquqi köməyin göstərilməsi təşkil edir. 
-
 
Turizm  üzrə  beynəlxalq  ekspertlərin  beynəlxalq  assosiasiyası 
(AİEST) 1951-ci ildə yaradılmışdır. 
-
 
Turizmdə peşəkar təhsil üzrə Beynəlxalq Assosiasiya (1960-cu il). 
-
 
1963-cü ildə bir sıra həmkarlar təşkilatının təşəbbüsü ilə əhalinin 
geniş  təbəqələrinin  beynəlxalq  turizmdə  iştirakını  dəstəkləmək 
məqsədilə şəraitin yaradılması üçün yaradılan sosial turizmin Beynəlxalq 
bürosu. 
-
 
Xaricdə  avtomobil  daşımalarının  sığortası  üzrə  ixtisaslaşan 
Beynəlxalq turist alyansı. 
372 


-
 
Konqreslərin peşəkar təşkiiatlannm beynəlxalq təşkilatı. 
-
 
Beynəlxalq  kommersiya  təşkilatları  kimi  çıxış  edən  orta  ölçülü 
turist bürolarının nümayəndələrini özündə birləşdirən turist agent- lərinin 
beynəlxalq assosiasiyası. 
Beynəlxalq turizmin inkişafına təsir göstərən digər milli və regional 
təşkilatlardan aşağıdakılanm göstərmək olar: 
-Milli  turist  təşkilatı  İEÖ-nün  hökumət  (nazirlik)  təşkilatlarını 
özündə  birləşdirir  və  turist  məhsullarının  formalaşması  və  işlənməsini, 
turist  bazarlarmda  turist  məhsullarının  irəlilədilməsini,  bir  çox  yerli 
məsələlərin  həllini,  marketinq  işləmələrini,  potensial  auditoriyanın 
(bazar  seqmentini  məşğul  etməyən)  öyrənilməsini  və  s.  uğurla  həyata 
keçirir. 
-
 
Turist agentlərinin Amerika cəmiyyəti (ASTA). 
-
 
Britaniya turist agentlərinin Assosiasiyası. 
-
 
Latın Amerikasının turizm üzrə Konfederasiyası (KOTAL). 
-
 
18 ərəb və 11 Afrika ölkəsinin turizmin İnkişafı üzrə təşkilatlarını 
özündə birləşdirən turizm üzrə Ərəb birliyi və s. 
ÜTT-nin  Madriddə  yerləşən  katibliyi  tərəfindən  hər  il  BMT-nin 
beynəlxalq  turizm  üzrə  statistik  məlumatları  dərc  olunur.  Beynəlxalq 
turizm  üzrə  əməliyyatların  statistik  uçotu  ilə  yanaşı,  BVF  ölkələrin 
ödəniş  balansında  “Turizm”  bölməsi  üzrə  daxil  olmaların  və  xərclərin 
uçotunun aparılması məqsədilə tədiyyə balansınm aktiv hissəsinə xüsusi 
bəndlərin əlavə edilməsi üçün uyğun tövsiyələr hazırlanmışdır. 
Beynəlxalq  turist  hüququ  beynəlxalq  turizm  mübadiləsinin 
intensivləşməsi ilə bağlı olan turist fəaliyyətinin beynəlxalq normalarının 
yaradılması  ilə  əlaqədar  meydana  gəlmişdir.  Müasir  dövrdə  kütləvi 
turizmin  inkişafı  ilə  əlaqədar  xüsusi  hüquq  sahəsi  -  turist  hüququ 
formalaşmışdır.  Beynəlxalq  turist  hüququ  yuxarıda  qeyd  edilən 
sənədlərə, konvensiyalara əsaslanaraq bir çox digər konven- 
373 


siya, beynəlxalq müqavilə və razılaşmalarla tənzimlənir. Bu sahədə ilk 
növbədə  turizmin  fundamental  inkişafı  adlanan  asudə  vaxt  və  istirahət 
hüququnun əsas normalanmn işlənməsi və təminini qeyd etmək olar. 
İqtisadi,  sosial,  mədəni  hüquqların  Beynəlxalq  paktım  imzalayan 
bütün dövlətlər hər bir insanın istirahət, asudə vaxt, iş saatlarımn ağıllı 
şəkildə təşkili və məzuniyyətlərin ödənilməsi və s. üzrə hüquqların təmin 
edilməsi  öhdəliklərini  qəbul  etmişlər.  Beynəlxalq  turist  hüququnun 
formalaşması  sahəsində  əsas  istiqamət  kimi  turist  sahəsində  termin  və 
anlayışların  əldə  edilməsidir.  1976-cı  ildə  BMT  ilk  dəfə  olaraq  əsas 
praktiki  termin  və  anlayışlarm  siyahısım  dərc  etmişdir.  Onlar  turist 
statistikasının  -  Provisinal  Guidelines  On  International  Tourism, 
lINCTAD qaydalarının standartlaşdırılması üçün müəyyən edilmişdir. 
374 


**Beynalxalq kommersiya işP fənninin öyrənilməsi ilə 
bağlı test nOmunələri 
1.
 
Əsas əməliyyatları göstərin: 
A)
 
İcarə və yüklərin beynəlxalq daşınması 
B)
 
Texniki xidmətlərin göstərilməsi, beynəkcalq turizm 
C)
 
Məsləhət xidmətləri və yüklərin sığortalanması 
D)
 
Elmi- texniki biliklərin mübadiləsi və beynəlxalq hesablaşmalar 
E)
 
Əmtəələrin mübadiləsi və beynəlxalq daşınmalarda yüklərin saxlanılması 
2.
 
Əlavə əməliyyatları göstərin: 
A)
 
Ticarət patentləri, lisenziyalar formasında elmi- texniki biliklərin 
mübadiləsi 
B)
 
NOW-HOW formasında biliklərin verilməsi və yüklərin sığortalanması 
C)
 
Beynəlxalq hesablaşmalar və nəqliyyat- ekspeditor xidmətləri 
D)
 
Yüklərin beynəlxalq daşınması və beynəlxalq icarə əməliyyatlan 
E)
 
İdarəetmə və informasiya sahəsində məsləhətlərin verilməsi və 
beynəlxalq daşınmalarda yüklərin saxlanması 
3.
 
... Beynəlxalq kommersiya əməliyyatlarının hüquqi formasıdır: 
A)
 
Beynəlxalq sazişlər 
B)
 
Firmalararası razılaşmalar 
C)
 
Beynəlxalq ticarət sövdələşməsi 
D)
 
Beynəlxalq icarə müqaviləsi 
E)
 
Yüklərin beynəlxalq daşınması və sığortalanması müqavilələri 
4.
 
Beynəlxalq kommersiya əməiiyyatiannda dolayı metoddan hansı 
hallarda istifadə olunur? 
A)
 
Məhsullann idxalçılara göndərilməsi 
B)
 
Xarici bazarda uzunmüddətli kontraktlar əsasında əmtəələrin 
reallaşdın İması 
C)
 
Bahalı və iri ölçülü avadanlıqların ixracı 
D)
 
Əmtəələrin vasitəçi firmalardan xüsusi razılaşma əsasında alınması 
E)
 
İnkişaf etməkdə olan ölkələrdən- fermerlərdən birbaşa kənd təsərrüfatı 
məhsullannın alışı 
5
 
Beynəlxalq kontraktın bağlanmasında oferta nədir? 
A)
 
Alıcı sifarişinin qəbulu və təsdiqi 
B)
 
Danışıqlara başlanması haqqında kommersiya məktubunun alıcıya 
çatdırılması 
C)
 
ixracatçının müəyyən şərtlər əsasında əmtəələrin satışı haqqında yazılı 
təklifinin mümkün alıcıya göndərilməsi 
O) Alıcının sorğusunun təsdiqi 
E) Gələcəkdə bağlanacaq kontrakt şərtlərinin göndərilməsi 
6
 
Beynəlxalq kommersiya əməliyyatlarında hesab-proform nədir? 
A)
 
Əvvəlcədən ödəniş sənədi 
B)
 
Hesablaşmaların həyata keçirilməsi 
C)
 
Qiymət valyutası 
375 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə