Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə108/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   105   106   107   108   109   110   111   112   113

 
Şəkil 12.3. Turist xidmətlərinin təqdim olunması uzrə əsas razılaşmalar və 
onlan bağlayan subyektlər 
l.
 
Agent  razılaşmaları  -  turist  turunun  təşkilatçısı  olan  turope- 
ratorla  turizm  satıcısı  olan  tur  agenti  arasında  bağlanılır.  Agent 
razılaşması  prinsipial  adlanan  turist  xidmətinin  təşkilatçısı  tərəfindən 
turist agentinə həm ayn-ayrı xidmət növlərinin satışı, həm də inkiyuziv 
-turların  öz  adından  və  prinsipialın  hesabına  satış  hüququnun 
ötürülməsini  nəzərdə  tutur.  Burada  agentin  yerinə  yetirməli  olduğu 
müəyyən  vasitələr  üzrə  göstərişlər,  onun  fəaliyyət  sferasının  ərazi 
məhdudiyyətləri, prinsipiala görə agentin hüquq və öhdəlikləri, həmçinin 
komissiya mükafatı göstərilir. Agent razılaşması həm 
359 


şifahi və həm də yazılı formada rəsmiləşdirilə bilər. Agentə lisenziyanın 
təqdimi,  adətən  özündə  bir  çox  şərtləri  birləşdirir.  Nümunəvi  agent 
razılaşması, hər şeydən əvvəl, aşağıdakı şərtləri əhatə edir: 
-
 
agent  öz  fəaliyyətini  turist  agenti  kimi  yalnız  lisenziya  (icarə) 
verilən ünvan üzrə və binada həyata keçirə bilər; 
-
 
agent bilet və turist xidmətini yalnız prinsipial tərəfindən müəyyən 
edilən qiymətlər üzrə sata bilər
-
 
komissiya  mükafatını  ödəməyə,  onu  güzəşt  kimi  təqdim  etməyə 
agentin ixtiyan yoxdur
-
 
xidmətlərin  göstərilməsindən  əldə  edilən  pul  vəsaitləri  agentə 
məxsus deyil və onun xüsusi vəsaitlərindən ayn hesablanır; 
-
 
turist xidmətlərinin satılması ilə bağlı bütün sənədlər istənilən anda 
prinsipial tərəfindən yoxlanıla bilər; 
-
 
agent bütün mümkün vasitələrlə prinsipial tərəfindən təklif olunan 
reklam xidmətlərini təmin etməlidir. 
Komissiya  mükafatı  təqdim  olunan  xidmətin  növündən  və 
həcmindən  asılı  olaraq  dəyişə  bilər:  məsələn,  aviasiya  turlarının  satışı 
zamanı agent 5,5-7,5%, avtobus və gəmi turlarında isə 10- 15% mükafat 
alır. 
Agent razılaşması əsasında lisenziyanın verilməsi sistemi daha çox 
nəqliyyat  xidmətlərinin  satışı  zamanı  tətbiq  olunur.  Beynəlxalq 
kommersiya  təcrübəsində  beynəlxalq  aviasiya  nəqliyyatı  Assosiasiyası 
(lATA)  tərəfindən  hazırlanan  agent  razılaşmalarının  nümunəvi  şərtləri 
geniş yayılmışdır. 
2.
 
Mehmanxanada  yerləşdirmə  müqaviləsinin  standart  forması  ilk 
dəfə  olaraq  1921-ci  ildə  Beynəlxalq  Mehmanxana  Assosiasiyası 
tərəfindən  Beynəlxalq  mehmanxana  qaydalarında  əks  olunmuşdur. 
1981-ci  ildə  o,  yenidən  işlənmişdir.  Mehmanxanada  yerləşdirmə 
müqaviləsi müştəri tərəfindən sərbəst və ya onun adından üçüncü tərəflə 
bağlana bilər. Müqaviləyə uyğun olaraq mehmanxana 
360 


sahibi  qonağa  yer  təqdim  etməli  və  əlavə  xidmətlər  göstərməlidir. 
Müştəri isə müqavilə qiyməti üzrə ödənişlərə məsuliyyət daşıyır. 
3.
 
Mehmanxana kontraktı - Mehmanxana kontraktının əsas şərtləri 
Beynəlxalq  Mehmanxana  Assosiasiyası  və  turagentlərin  Ümumdünya 
Assosiasiyası  tərəfindən  hazırlanan  mehmanxanalar  və  turagentlər 
arasındakı  münasibətlər  haqqındakı  kodeksdə  göstərilmişdir.  Kodeks 
1993-cü  ildə  qüvvəyə  minmişdir.  Kodeksə  uyğun  olaraq,  mehmanxana 
kontraktında  mehmanxana  sahibi  müştəriyə  (və  ya  turagentin 
müştərisinə)  mehmanxana  xidmətləri  göstərməyi  öz  öhdəsinə  götürür. 
Kontraktı bağlayan turagent sənədlə göstərilən bütün xidmətləri ödəməyə 
borcludur. 
4.
 
Mehmanxana  və  daşıyıcı  arasında  bağlanan  kontrakt.  Belə 
standart  kontrakt  Beynəlxalq  Mehmanxana  Assosiasiyası  və  yol 
nəqliyyatı  iştirakçılarının  Beynəlxalq  Birliyi  tərəfindən  1994-cü  ildə 
işlənilmişdir.  Onun  əsas  məqsədi  mehmanxana  və  daşıyıcı  müəssisələr 
arasında  münasibətlərin  həm  daxili  və  həm  də  beynəlxalq  səviyyədə 
tənzimlənməsidir.  Kontraktda  mehmanxana  sahibinin  və  daşıyıcınm 
hüquq və öhdəlikləri, digər şərtlər, mübahisələr ətraflı göstərilir. 
5.
 
Franşiza müqaviləsi və ya franşiza sistemi  - turist xidmətlərinin 
istehsalçıları və turagentlər arasında bağlanan müqavilə olmaqla, onlann 
münasibətlərini,  qarşılıqlı  əlaqələrini  əks  etdirən  və  ən  geniş  yayılmış 
müqavilə sistemidir. O, lisenziya sisteminə oxşayır, bununla belə ondan 
idarəetmə  metodları  və  texnoloji  proseslərilə  fərqlənir.  Bu  müqavilə 
ticarət  markası  ilə  qorunan  və  yaxud  franşizanı  verənin  texnologiyası 
əsasında  istehsal  olunan,  turist  xidmətlərinin  satışı  üzrə  hüquqların 
verilməsini  özündə  əks  etdirir.  Bu  sistem  ilk  dəfə  ABŞ-da  tətbiq 
olunmuşdur. 
6.
 
Turist  xidmətlərinin  alqı-satqı  müqaviləsi  -  turist  xidmətlərini 
təklif edən turoperatorlar və ya turagentlərlə müştəri - turist 
361 


xidmətlərinin  istehlakçısı  (turistlər,  turların  alıcısı)  arasında  bağlanılır. 
Kontrakt  ümumi  və  xüsusi  şərtləri  və  həmçinin  satıçı  firmanın 
kataloqunu və ya nəşr olunmuş tur proqramım özündə əks etdirir. Ümumi 
şərtlərə  aiddir:  gəzintini  təşkil  edən  turoperatorunun  adı,  ünvanı, 
lisenziya,  telefon  nömrəsi,  turpaketləin  tərtib  olunması  üçün  istifadə 
olunan  milli  qanunvericilik  aktları  və  beynəlxalq  konvensiyalar, 
turpaketin təsviri. Xüsusi şərtlərə isə: turpaketin qiyməti və ona yenidən 
baxılması  şərti,  sığorta  şərtləri,  ödəmə  qaydaları  aiddir.  Kontraktın 
imzalanmasına qədər turagentə və ya turoperatora yazılı formada pasport 
və  viza  rejimi  ilə  əlaqədar,  eyni  zamanda  digər  turist  sənədləri  və 
şərtlərinin  rəsmiləşdirilməsi  İlə  bağlı  ümumi  xarakterli  informasiya 
təqdim olunur. 
12.6.
 
Beynəlxalq turizm əməliyyatlarının təşkilati formaları, 
beynəlxalq turist təşkilatları və beynəlxalq turizm hüququ 
Beynəlxalq turizmin müasir dövrdə təşkilati formalan müxtəlifdir və 
böyük dəyişdiklərə uğramışdır. Bu, hər şeydən əvvəl, turizmin inkişafı ilə 
bağlıdır. 
Hal-hazırda 
mehmanxana 
kompaniyaları 
tərəfindən 
avtomatlaşdırılmış  elektron  hesablama,  idarəetmə  və  yerlərin 
ehtiyatlanması  sistemi  geniş  tətbiq  olunur.  Beynəlxalq  turizm 
əməliyyatlarmm təşkilati formalarına aiddir: 
1.
 
Turoperator  firmalar  (tour  operator)  -  turist  xidmətləri 
müəssisələr  ilə  turagentlər  arasında  vasitəçi  rolunda  çıxış  edən  turist 
topdansatış firmalarıdır, Turoperator firmalar inklyuziv-turlar təşkil edir 
və  onları  turagenti  vasitəsilə,  ya  da  bilavasitə  müştəriyə  öz  adından 
reallaşdırır. 
Turların  təşkili  proseslərində  turoperator  turist  xidmətlərinin 
topdansatış  alıcısı  kimi  yerləşdirmə,  qidalandırma,  nəqliyyat 
müəssisələri, həmçinin turun xarakterindən asılı olaraq mədəni- 
362 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə