Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə109/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   105   106   107   108   109   110   111   112   113

maarif  təşkilatları  və  ekskursiya  büroları  ilə  ətaqələr  qurur.  Çox  vaxt 
turoperatorlar uzunmüddətli kontraktlar əsasında  mehmanxana və digər 
yerləşdirmə  vəsaitləri,  təyyarə,  gəmi,  avtobuslar  icarəyə  götürür. 
İstehlakçıya  informasiya  kataloqu  (gəlmə  yeri,  nəqliyyat,  marşrut,  qida 
növü, yerləşmə növü və s. göstərilən) verilə bilər. 
Turoperator  (təşkilatçı)  və  turagent  (turpaketin  satıcısı)  müştərinin 
günahı  üzündən  və  ya  hər  hansı  bir  fors-major  halında  yerinə  yetirilə 
bilinməyən öhdəliklərin məsuliyyətindən azaddırlar. 
Turist  adətən  alqı-satqı  müqaviləsi  əsasmda  və  ya  nəğd  ödənişli 
vauçer  əsasında  turist  xidmətlərini  əldə  edir.  Beynəlxalq  turizm 
təcrübəsində  vauçer  -  turistə  turist  agenti  tərəfindən  verilən  və  konkret 
növ xidmətin ödənilməsini və tura daxil olan xidmətin turist tərəfindən 
əldə olunmasını təsdiq edən sənəddir. 
Turist  vauçerləri  hər  bir  turist  firmaları  tərəfindən  fərdi  olaraq 
hazırlanır (müqavilənin konkret şərtlərinə uyğun olaraq). O, yola salınan 
ölkənin  dilində,  həmçinin  ingilis  dilində  və  ya  turistin  gəldiyi  ölkənin 
dilində tərtib olunur. 
Müştəri-turist  və  turist  agenti  arasındakı  münasibətlər  şifahi 
müqavilə  və  ya  inkiyuziv-turun  şərtləri  ilə  rəsmiləşdirilə  bilər.  Bu 
münasibət, adətən, müştəri-turistin agent xidmətlərinin təqdim olunması 
ilə bağlı turist agentinə müraciət etməsilə başlayır. 
Bununla  da  o,  maksimal  yüklənməni  təmin  edir  və  turist 
xidmətlərinin istehsalçılarmdan əhəmiyyətli güzəştlər əldə edir. Turların 
tərtib  olunması  zamanı  turoperatorlar  beynəlxalq  bazarda  turist 
xidmətlərinə  olan  tələbə  əsaslanaraq,  marketinq  prinsipləri  əsasında 
bazarı ətraflı öyrənir. 
Turoperator  turagentə  onlar  arasında  bağlanan  agent  müqaviləsinə 
əsasən  öz  turlarının  satışı  lisenziyasını  verməklə  yanaşı,  turagenti 
müxtəlif  reklam-kommersiya  ədəbiyyatı  ilə  təchiz  edir,  reklam 
xərclərinin bir hissəsini də ödəyə bilir. 
363 


Turoperator  firmaları  öz  fəaliyyət  istiqamətinə  uyğun  olaraq 
aşağıdakı əsas qruplara ayrılır: 
-
 
xüsusi icarə təyyarələrinin (carter) istifadəsilə olan turlar (air- tour 
operator); 
-
 
avtobus ekskursiyaları (coach-tour operator); 
-
 
dəmiryolu ekskursiyalan (rail operator); 
-
 
dəniz kruizləri (ocean operator), hər hansı bir ölkəyə səyahət və ya 
ixtisaslaşdırılmış turlar. 
Turoperatorlar  təşkil  olunmuş  turizm  fəaliyyətlərini  də  intensiv 
həyata keçirirlər. 
2.
 
Turist  agentləri  (travel  agency)  -  bir  tərəfdən  xidmətedici 
müəssisələr  və  ya  turoperator  firmalar,  digər  tərəfdən  isə  müştəri- 
turistlər arasında vasitəçilər kimi çıxış edən firmalardır. Turagentlər ya 
turoperatorlar tərəfindən təklif olunan inkiyuziv-turlar reallaşdırırlar, ya 
da  nəqliyyat  təşkilatları,  mehmanxana  korporasiyaları,  ekskursiya 
büroları ilə birbaşa əlaqələr quraraq, fərdi turistlərə və ya qrup şəklində 
olan  insanlara  ayn-ayrı  turist  xidmətlərinin  təqdim  edilməsilə  məşğul 
olurlar.  Ayn-ayn  turist  xidmətləri  növlərinin  satışını  əldə  etmək  üçün 
turagentlər  uyğun  nəqliyyat  və  mehmanxana  təsərrüfatlan  ilə  agent 
razılaşmaları bağlayaraq satış və ya franşiza üçün lisenziya əldə edirlər. 
Turagentlər iki istiqamətdə fəaliyyət göstərirlər: 
-
 
sərbəst formada, yəni digər firmalarla yaxınlıq əlaqələri olmadan
-
 
turoperator  firmaların,  turist  sənayesi  kompaniyalarının,  ticarət 
firmalarının,  bankların,  sığorta  cəmiyyətləri  və  digər  kompaniyaların 
filial və törəmə kompaniyalan formasında. 
Turagentlərin  sərbəstliyi  yalnız  digər  firmalar  tərəfindən  firmanın 
kapitalı üzərində nəzarətin olmadığı hallarda yarana bilər. Orta və kiçik 
turagentlər bəzən iri turist firmaları ilə Ümumi siyasət və 
364 


razılaşma şərtlərini işləmək üçün konsorsium formasında birləşə bilirlər. 
Məsələn belə turagentlərə misal olaraq, ABŞ-da 210 pəra- kəndə turagenti 
özündə birləşdirən “Cayents” kooperativini göstərmək olar. 
Turagentlərin  beynəlxalq  səviyyədə  koopeartiv  təşkilatı  kimi 
müxtəlif  ölkələrin  240  turagentini  özündə  birləşdirən  Turagentlərin 
Ümumdünya Assosiasiyası (BATA) fəaliyyət göstərir. 
3.
 
Turist  korporasiyaları  -  müxtəlif  növ  turist  xidmətlərini  təqdim 
edən  geniş  firmalar  dairəsini  özündə  birləşdirən  iri  turist  biznesi 
müəssisələridir.  Belə  korporasiyalara  turist  mehmanxana  kompleksləri 
daxildir. 
Turist  korporasiyaları  müxtəlif  ölkələrdə  turagent  və  turopera- 
torların  geniş  dairəsinə  malik  olurlar.  Onlar  vasitəsilə  turist 
korporasiyaları  inkiyuziv-turlar  və  ayrı-ayrı  turist  xidmətlərini  həyata 
keçirirlər. 
4.
 
Turist kompleksləri dedikdə öz ölkəsinin turist biznesində üstün 
mövqeyə  malik  olan  və  beynəlxalq  turist  bazarma  xidmət  edən  iri 
çoxsahəli konsernlər başa düşülür. 
5.
 
Mehmanxana  kompleksləri  -  müasir  dövrdə  turistlərə  təkcə 
yerlərin təqdim edilməsilə deyil, eyni zamanda turist xidmətlərinin digər 
geniş  kompleks  istiqamətlərini  də:  mehmanxananın  özündə  olan 
restoranda  qidalanma,  konfrans  və  iclasların  keçirilməsi  üçün  zalların 
təqdimi,  nəqliyyata  biletlərin  əldə  edilməsi,  avtoicarə  və  taksilərin 
sifarişi,  teatr,  ekskursiya  və  s.  biletlərin  təmini,  kommunal-  məişət 
xidmətlərinin  göstərilməsi,  idman  oyunları  və  əyləncələrinin  təşkili, 
hədiyyələrin və digər növ əmtəələrin alınması və s. təklif edirlər. 
Hal-hazırda  turist  sənayesində  iri  mehmanxana  kompleksləri 
birləşərək  avtomatlaşdırılmış  İdarəetmə  sistemlərinin  köməyilə 
mehmanxana fondunun bölüşdürülməsi və s. xidmətlərlə əlaqədar 
365 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə