Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə111/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   105   106   107   108   109   110   111   112   113

ÜTT bu növ informasiya resurslarmdgın istifadə etməklə yanaşı, öz 
fəaliyyətini aktiv və ardıcıl həyata keçirmək üçün beynəlxalq konfrans, 
dövlət  və  birliklərarası  əlaqələndirmə  işləri  aparır.  Belə  konfranslar 
sırasında  l980-cı  ildə  (27  sentyabr-10  oktyabr)  Filippinin  paytaxtı 
Manilada  turizm  üzrə  keçirilən  Ümumdünya  kofran-  sının  böyük  rolu 
vardır. Bu konfransda turizmin inkişafı ilə əlaqədar dövlətin məsuliyyəti 
məsələləri, sosial-iqtisadi şərait, insanın öz şəxsi istirahətinin təşkilatçısı 
olması,  turizm  üzrə  tələb  və  təklifin  tənzimlənməsi,  turizm  sferasında 
elmi-texniki  əməkdaşlıq,  kadr  hazırlığı  və  digər  aktual  məsələlər 
müzakirə  olunmuşdur.  Qeyd  edilən  konfransda  100-dən  artıq  dövlətin 
nümayəndələrinin iştirakı ilə Manila bəyənnaməsi qəbul edilmişdir. 
1985-ci  ildə  ÜTI'-ın  Baş  Assambleyasında  “Turizm  Xartiyası”  və 
“Turistin  Kodeksi”  sənədləri  qəbul  olunmuşdur.  Turizmin  ümumi 
anlayışlan  və  terminləri,  turistin  statistikasının  prinsipləri,  milli  turizm 
qanunvericiliyi  üçün  tövsiyələrin  hazırlanması,  turist  təhsil  sisteminin 
yaradılması  prinsipləri  ÜTT  tərəfindən  hazırlanmışdır.  Bundan  başqa 
turizmin  təşkilatçıları,  turistlərin  ümumi  hüquq  və  öhdəlikləri  də 
müəyyənləşdirilmişdir. 
Müasir dövrdə dövlətlər turizm fəaliyyəti sferasında əsas beynəlxalq 
razılaşmalara,  o  cümlədən  Haaqa  (1989-cu  il),  Manila  (1980-cı  il) 
razılaşmalarına, Akapulko (1982-ci il) sənədinə, turizm üzrə hazırlanan 
Osaka (1994-cü il) konfi^sına və s. əsaslanırlar. 
ÜTT  turist  məhsullarının:  idman  turizmi,  kruizlər,  işgüzar  turizmi 
MİCE  (konfranslar,  mükafatlandırıcı  gəzintilər,  konqres  və  sərgilər), 
həmçinin  turist  bazarlarının  seqmentləşdirilməsi,  eko-  turizm,  gənclər 
turizmi, yaşlı insanlar üçün turizm və s. məsələlərin öyrənilməsinə xüsusi 
fikir  verir.  BMT-nin  Ətraf  Mühit  Üzrə  Proqramı  ilə  birlikdə  təşkil 
olunmuş  Kvebek  (2000-ci  il,  may)  razılaşması  ekoturizmin  inkişafı  və 
idarəsi ü
20
-ə 49 ixtisaslaşdırıbmış tövsiyələri 
369 


özöndə 
dünya  üzrə  200-dən  artıq  beynəlxalq  turist  təşkilatı  fəaliyyət 
birləşdirən  deklorasiya  qəbul  etdi  və  onun  ekoturizm  sahəsində  böyük 
rolu vardır. 
Beynəlxalq turist təşkilatları (ÜTT, tATA, İCAO, ASOTB və s.) 
beynəlxalq turist mübadiləsinin inkişafı İlə bağlı yaranmağa başlamışdır. 
Bütün göstərir. Dünya ölkələri həmin təşkilatların fəaliyyəti və köməyinə 
əsaslanaraq öz regional, milli turist təşki- latlarmı yaratmaqla, turizmin 
inkişaf  və  perspektivləri  üçün  əlverişli  şərait  imkanlannın  meydana 
gəlməsinə böyük töhfələr verməyə başlamışlar. 
Beynəlxalq  Hava  Nəqliyyatı  Birliyi  (International  Air  Trans- 
port  Assosiation  -  lATA)  beynəlxalq  hava-təyyarə  nəqliyyatı  üzrə 
daşımalann  ümumdünya  təşkilatı  olaraq,  1919-cu  ildə  yaradılmış, 
1945-cİ  ildə  isə  yenidən  təşkil  olunmuşdur.  lATA  beynəlxalq  hava 
nəqliyyatı  marşrutlarını  seçən  və  həyata  keçirən,  yüksək  peşəkarlıq 
qabiliyyətinə malik, dünya səviyyəli bir aviasiya kompaniyası birliyidir. 
Bu təşkilat insanların, poçt bağlamaları və yüklərin dünyamn hər hansı 
bir  məntəqəsinə  daşıma  imkanlarına  malikdir.  Dünyanın  260-a  yaxın 
aviakompaniyası  bu  birliyin  üzvüdür.  Turizmlə  bağlı  qeyd  etmək 
lazımdır  ki,  onun  tərkibində  turist  agentliklərinin  qeydə  alınması  üzrə 
sərnişin  xidməti  kooperasiyası  fəaliyyət  göstərir.  Bu  turist  agentliyi 
lATA-nın  xüsusi  şöbəsi  olan  aviakom-  paniyalarm  beynəlxalq  təşkilatı 
vasitəsilə fəaliyyət göstərir. 
Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatı  (International  Civil 
Aviation Organization - ICAO) 1944-cü ildə ABŞ-ın Çikaqo şəhərində 
keçirilmiş  konfransda  yaradılmışdır.  Bu  təşkilat  BMT-nin  himayəsi 
altında fəaliyyət göstərir və 200-dən artıq dövlət bu təşkilatın üzvüdür. 
Onun dünya turizm fəaliyyətinə olan töhfəsi 
370 


insanların  öİkələrarası  hərəkətinin  səmərəli  təşkili  və  genişləndirilməsi 
ilə sıx bağlıdır. 
Asiya Sakit Okean Turist Birliyi - regional beynəlxalq turist təşkilatı 
kimi 1951-ci ildə yaradılmışdır. 35-ə qədər üzv ölkəsi vardır. Bu təşkilat 
Asiya-Sakit Okean regionunda mövcud turizm istiqamətlərinin təşkili və 
genişləndirilməsində  yaxından  iştirak  etməklə  yanaşı,  milli  dövlətlərdə 
turizmin  tənzimlənməsi  və  yaradılması  ilə  məşğul  olan  qurumlara  da 
köməklik göstərir. 
Beynəlxalq  turist  təşkilatlan  tərəfindən  yaradılan  sənədlər  turizm 
sahəsində  beynəlxalq  və  milli  qanunvericiliyin  harmoniyasım, 
beynəlxalq  hüquq  normalarının  standartlaşdırılması,  turist  bazaları 
iştirakçılarının  fəaliyyətinin  əlaqələndirilməsi,  həmçinin  milli  turist 
hüquqları  normalarmın  işlənməsini  təmin  edir.  Belə  sənədlərdən  ən 
əsaslarını -■ aşağıdakıları qeyd etmək olar: 
1.
 
Beynəlxalq turizm və səyahətlər üzrə BMT-nin Roma konfransı 
(1963-cü il) 
2.
 
Avropada  əməkdaşlıq  və  təhlükəsizlik  üzrə  iclasın  -  yığıncağın 
bağlanış aktı (1975-ci il) 
3.
 
Beynəlxalq  Mehmanxana  Assosiasiyası  tərəfindən  dəstəklənən 
(1981-ci il) beynəlxalq mehmanxana hüququ 
4.
 
Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  üzrə  yığıncağın 
iştirakçıları - dövlət nümayəndələrinin görüşlərinin Vyana yekun sənədi 
(1989-cuil) 
5.
 
Turist  Agentləri  Assosiasiyasmın  Beynəlxalq  Federasiyası 
(YFTAA)  və  Beynəlxalq  Mehmanxana  Assosiasiyası  tərəfindən  qəbul 
edilən  turist  agentləri  və  mehmanxanalar  arasındakı  münasibətlərin 
kodeksi (1991-ci il) 
6.
 
Beynəlxalq  Mehmanxana  Assosiasiyası  və  yol  nəqliyyatı 
iştirakçılarımn  Beynəlxalq  Birliyi  tərəfindən  qəbul  edilən  otel  və 
daşıyıcılar arasında standart kontrakt və razılaşma (1994-cü il) 
371 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə