Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

2.
 
Həyat tərzinin bahalaşması effekti və xarici turistlərin əxlaqı ilə 
əlaqədar sosial-mədəni və psixoloji nəticələr. Onlar özəl» xalqa məxsus 
ənənələrin unudulmasına və “qərb fikir tərzinin” yaranması və artmasına 
səbəb olur. 
3.
 
Təbii  landşaftın  sənayeləşməsi,  yolların,  limanların  tikintisi,  su 
hövzələrinin  və  çimərliklərin  çirklənməsinin  sürətlənməsilə  əlaqədar 
ekoloji nəticələr. 
4.
 
Valyuta  nəticələri.  Əlbəttə,  milli  iqtisadiyyat  üçün  beynəlxalq 
turizm  ilk  növbədə  valyuta  daxilolmalarının  əsas  mənbələrindən  biri 
hesab  olunur.  Amma,  bununla  yanaşı  onun  ölkədən  axmma  da  səbəb 
olur.  İEÖ-lər  turizm  sənayesi  üçün  lazım  olan  avadanlığı  və  həmçinin 
turistlər  üçün  əhəmiyyətli  miqdarda  əmtəə  və  məhsulları  idxal  etməyə 
məcbur  olurlar.  Turistlər  belə  ölkələrə  gələrkən  xarici  istehlak 
əmtəələrinin idxalını da artınrlar. Bütün bunlara baxmayaraq beynəlxalq 
turizm inkişaf etməkdə davam edir və onun məqsədləri də genişlənir. 
12.4.
 
Dünya turist mərkəzləri və bazarlannm müasir inkişaf 
ənənələri və perspektivləri 
Dünya  turizm  bazarlarmda  turizm  mərkəzlərini  və  ya  ölkələri 
aşağıdakı kimi fərqləndirirlər: 
•“ Turistləri göndərən ölkələr; 
- Turistləri qəbul edən ölkələr. 
Turistləri  göndərən  əsas  lider  ölkələrə,  bir  qayda  olaraq,  ABŞ, 
Almaniya,  İngiltərə,  Belçika  və  s.,  qəbul  edən  ölkələrə  isə  Fransa, 
İspaniya, ABŞ, İtaliya və s. aiddir. Turizmdən daxil olan gəlirlərə görə 
İEÖ, o cümlədən ABŞ, İspaniya, Fransa, İtaliya liderlik edirlər. 
Avropa  regionunun  payma  ümumdünya  turizm  daxil  olmalarının 
50%-ə yaxını və beynəlxalq turist gəlmələrinin 60%-ə qədəri düşür. 
352 


Avropa ölkələrinin dünya turizm bazanndakı uğurları aşağıdakılarla 
izah olunur: 
-
 
ümumdünya  əhəmiyyətli  tarixi-mədəni  memarlıq  abidələri  və 
təbii - gəzinti xarakterli milli parklann mövcudluğu
-
 
turizm sənayesi və ticarətinin geniş, inkişaf etmiş sferaları; 
-
 
avropalıların  öz  məzuniyyətlərini  yaxm  xarici,  hətta  uzaq 
ölkələrdə ənənəvi keçirmək istəkləri və s. 
Avropa regionu ölkələri arasmda cənub orta Aralıq dənizi ölkələri: 
İspaniya,  İtaliya,  Yunanıstan,  Almaniya,  Avstriya  liderlik  edirlər.  Bu 
ölkələrin payına turist gəlmələrinin təxminən 20%-i  düşür. Mərkəzi  və 
Şərqi Avropa ölkələri, Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan dünya 
turizm bazarlanmn 11%-ə yaxınını tuturlar. 
Dünya  turizm  mərkəzləri  içərisində  Asiya-Sakit  Okean  regionu 
xüsusi  yer  tutur.  Hətta  bu  Ölkələri  gələcyin  turizm  yönəldiciləri  də 
adlandırırlar.  Onların  payına  dünya  turizm  bazarlanmn  20%-ə  yaxını 
düşür.  Bu  regionda  subregional  ölkələr  kimi  Şimal-Şərqi  Asiya 
(Yaponiya)  və  Cənub-Şərqi  Asiya  ölkələri  (Malaziya,  İndoneziya, 
Tayland)  və  həmçinin  Cənubi  Asiya  ölkələri  (Vyetnam,  Hindistan, 
Şri-Lanka)  xüsusi  yer  tutur.  Şərqi  Asiya,  Sakit  okean  regionu  xarici 
turistləri,  hər  şeydən  əvvəl,  öz  unikal  təbiətinə,  həm  də  yeni  sənaye 
ölkələrinin mövcudluğuna görə cəlb edir. Yaponiya, Cənubi Koreya və 
Tayvanda  əyləncə  turizmi  daha  çox  inkişaf  etmişdir.  Honkonq  və 
Sinqapur  isə  əla  şoppinq-turizm  xidmətləri  təklif  edir.  Regionda  ən 
mühüm  turist  ölkəsi  kimi  Tayland  artıq  bütün  dünyada  tanınmaqdadır. 
Bu  ölkələrin  cənubunda  yeni  çimərlik  sahələrinin  açılması,  şimal 
istiqamətində  mədəni-dərketmə  gəzintilərinin  təşkili  bu  sahənin 
inkişafına təkan vermişdir. 
Amerika  regionu  dünya  turizm  bazarlarında  üçüncü  yeri  tutur  və 
təxminən  17%  paya  malikdir.  Bu  regionda  əsas  yeri  Şimali  Amerika 
ölkələri - ABŞ, Meksika və Kanada tutur. ABŞ dünyada ən geniş 
353 


mehmanxana sektoruna və inkişaf etmiş nəqliyyat strukturuna malik ölkə 
hesab edilir. 
Dünya turist mərkəzləri içərisində sonrakı mövqelər Afrika (CAR, 
Tunis,  Marokko  və  s.)  və  yaxın  şərq  ölkələrinə  (BƏƏ,  Səudiyyə 
Ərəbistam və s.) aiddir. 
Son  dövrlərdə  Türkiyənin  bir  Ölkə  kimi  dünya  turizminin 
inkişafında  xüsusi  rolu  vardır.  Hər  il  Türkiyəyə  turist  axınları  artır  və 
orada  ildə  təxminən  10  mlyn  xarici  turist  istirahət  edir.  Türkiyədə 
gələcəkdə  turizmin  qlobal  inkişaf  ənənələrinə  uyğun  olaraq,  dövlət  və 
xüsusi sektorun yenidən təşkili və inkişafı, turizm sektoru obyektlərinin 
məcburi sığortası, Al normalarına uyğun turist kadrlarının hazırlanması 
və  s.  tədbirlər  nəzərdə  tutulur.  Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki, 
Türkiyədə xaricilər tərəfindən kurort rayonlarında daşınmaz əmlakın əldə 
edilməsi üçün əlverişli şərtlər yaradılmışdır. 
Dünya  turist  bazarlarındakı  daimi  dəyişmələr,  xüsusilə  Yaxın 
Şərqdə  mövcud  siyasi  vəziyyətlə  sıx  bağlıdır.  İran  körfəzindəki 
müharibədən bir çox ölkələr, o cümlədən İraq çox zərər çəkmişdir. Bu da 
ölkənin turist sektorunun inkişafına zərbə vuran əsas faktorlardandır. 
Dünyanın  quru  sahəsinin  1/6-ni  əhatə  edən  keçid  iqtisadiyyatlı 
keçmiş SSRİ Ölkələri turizmin inkişafi üçün çox böyük təbii resurslar, 
tarixi yerlər, arxitektura abidələri və s. cəlbedici imkanlara malikdirlər. 
Bazar  iqtisadiyyatma  keçidlə  əlaqədar  olaraq  bu  ölkələrə,  o  cümlədən 
Azərbaycana da turizm sənayesinin inkişafı ilə əlaqədar böyük axın hiss 
olunmaqdadır. Ancaq bu sahədə bir çox problemlərin mövcudluğu turizm 
sənayesinin  inkişafının  dünya  səviyyəsi  göstəricilərindən  hələlik  geri 
qalmasına  səbəb  olmuşdur.  Bütün  bunlara  baxmayaraq  dünya  turizm 
mərkəzlərinin inkişafı daim genişlənməkdədir. Proqnozlara görə 2020-ci 
ildə dünya turist xidmətlərindən daxil olmalar 2 trilyon ABŞ dolları təşkil 
edəcəkdir. 
354 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə