Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

lərinə intensiv cəlb olunmaqla, əhəmiyyətli təsir göstərdi. Bu dövrlərdə 
qrup şəklində olan turist xidmətlərinin həcmi də artmağa başladı. Çünki, 
belə xidmətlər mehmanxana müəssisələrinə, nəqliyyat vasitələrinə təklif 
olunan  güzəştli  tariflərlə  bağlıdır.  Beləliklə,  beynəlxalq  turizmin 
inkişafının əsasmı aşağıdakı faktorlar təşkil edir: 
1.
 
İqtisadi  artım  və  sosial  inkişaf,  işgüzar  səfərlər  və  dərketmə 
məqsədli səyahətlərin sayının artmasına gətirib çıxartdı. 
2.
 
Bütün  növ  nəqliyyatların  təkmilləşdirilməsi  səyahətlər  və 
gedişlərin ucuzlaşmasına səbəb oldu. 
3.
 
İnkişaf edən ölkələrdə muzdlu işçi və qulluqçuların sayının artımı 
və onların maddi və mədəni səviyyəsinin yüksəlməsi. 
4.
 
Əməyin intensivləşməsi və işçilər tərəfindən daha uzunmüddətli 
məzuniyyətlərə malik olmaları. 
5.
 
Ölkələr  arasında  dövlətlərarası  münasibətlərin  və  mədəni 
mübadilələrin  inkişafı  həm  regionlararası,  həm  də  regionlardaxili 
şəxsiyyətlər arasında əlaqələrin genişlənməsinə səbəb oldu. 
6.
 
Xidmət  sferalarının  inkişafı  daşınma  strukturlarının  və 
telekommunikasiya  sahələrində  texnoloji  irəliləyişlərin  əldə  edilməsini 
stimullaşdırdı. 
7.
 
Bir  çox  ölkələrdə  valyutaların  aparılması  məhdudiyyətlərinin 
zəifləməsi və sərhəd rəsmiləşdirilməsi qaydalanmn sadələşdirilməsi və s. 
Müasir  cəmiyyətdə  beynəlxalq  turizmin  rolu  getdikcə  artmaqdadır 
ki, bu da hər bir aynca ölkənin iqtisadiyyatına onun daim artan təsiri ilə 
bağlıdır.  İqtisadiyyatda  beynəlxalq  turizm  bir  çox  funksiyaları  yerinə 
yetirir. Bu da onun əhəmiyyətini və rolunu artırır. Beləliklə, beynəlxalq 
turizmin iqtisadiyyat üçün əhəmiyyəti və onun funksiyaları aşağıdakılarla 
izah olunur: 
1.
 
Beynəlxalq turizm ölkələr üçün valyuta daxil olmalarının 
349 


mənbəyi  kimi  çıxış  edir  və  məşğulluğun  artınlmasmın  vasitəsi  rolunu 
oynayır.  Bundan  başqa,  beynəlxalq  turizm  turistlərə  yerli  məhsullann 
satılması yolu ilə “daxili ixrac” ilə valyutaların ölkəyə daxil olmasmı da 
təmin edir. Beynəlxalq turizmdən daxilolmalar dedikdə xarici turistlərin 
ölkəyə gələrkən əmtəə və xidmətlərə görə həyata keçirdikləri ödənişlər 
(əlavə məşğulluqdan və beynəlxalq nəqliyyat ödənişlərindən daxil olan 
mənfəətlər  istisna  olmaqla)  başa  düşülür.  Beynəlxalq  turist  xərclərinə 
verilən ölkənin vətəndaşları tərəfindən xaricdə əmtəə və xidmətlərə görə 
həyata keçirdikləri ödənişlər daxildir. Proqnoz hesablamaları göstərir ki, 
beynəlxalq  turizmdən  gəlirlər  2020-ci  ildə  təxminən  2  milyard  ABŞ 
dollarını ötəcək. Beynəlxalq turizmdən gəlir və xərclər arasındakı nisbətə 
görə region və ölkələr bir-birindən fərqlənir. Belə ki, daha çox müsbət 
saldoya  malik  olan  ölkələr  arasında  İspaniya,  Fransa,  Avstriya,  İtaliya 
xüsusi  yer  tutur,  daha  çox  mənfi  saldoya  malik  ölkələr  Yaponiya  və 
Almaniya hesab edilir. 
2.
 
Turizmdən  valyuta  daxilolmaları  geridə  qalmış  regionların 
inkişafını sürətləndirməklə, nəinki turist sferasında, həm də regional və 
milli  iqtisadiyyatın  digər  sahələrində  investisiya  proseslərinin 
sürətlənməsinə  təkan  verir.  Beynəlxalq  turizmin  yüksək  inkişafı  ilə 
əlaqədar  bu  sferaya  mehmanxana  təsərrüfatı,  nəqliyyat,  yeyinti, 
ayaqqabı, tikiş və digər sahələr də cəlb olunur. Tibbi xidmətə tələb artır, 
hədiyyələrin  hazırlanması  ilə  bağlı  xalq  sənətkarlığı  stimul-  laşdırılır. 
Beləliklə,  turizmin  inkişafı  yeni  iş  yerləri  yaratmaqla,  ölkədə  ÜDM-in 
gəlirlərinin artmasma səbəb olur. 
3.
 
Beynəlxalq  turizm  ölkənin  UDM-ni  artırmaqla,  ödəniş-tədiyyə 
balansının da müsbət saldoya malik olmasına böyük imkanlar açır. Bir 
çox ölkələr beynəbcalq turizm vasitəsilə ödəniş balansının problemlərini 
həll  etməyə  çalışırlar.  ÜTT-nın  məlumatlarına  əsasən,  dünyanın  15 
ölkəsində turizmdən daxil olmalar onların ixrac 
350 


gəlirlərini hətta bir neçə dəfələrlə ötür. Belə (Əkələrə subtropik zonada 
yerləşən  ada  ölkələri  -  Barbados,  Seyşel  adaları  və  s.  aiddir.  45  dünya 
ölkəsində turizmdən daxil olmalar ixracın 1/4 hissəsini ötür. Bura əsasən, 
iqtisadiyyatı  zəif  inkişaf  edən  ölkələr  aiddir  (Avstriya,  İspaniya  və 
Portuqaliya istisna olmaqla). 
4.
 
Beynəlxaq  turizm  məşğulluğu  artıqmaqla,  əhalinin  gəlirlərinin 
yüksəlməsinə səbəb olur və nəticədə millətin həyat səviyyəsi yaxşılaşır. 
Turizmdə  əmək  resurslarının  əsas  hissəsi  mehmanxana  və  restoran 
təsərrüfatının, müxtəlif turist xidmətlərinin, həmçinin qarışıq sahələrin - 
yeyinti,  tikinti,  dağ-xizək  inventarlarının  istehsalı  və  s.  payına  düşür. 
Turist  qəbul  edən  ölkələrdə  turizmin  inkişafı  nəinki  valyuta  daxil 
olmalarını  təmin  edir,  həmçinin  yeni  iş  yerlərinin  yaranmasına  təkan 
verir. 
5.
 
Beynəlxalq  turizm  bu  sferaya  xidmət  edən  sahələr  yaratmaqla, 
iqtisadiyyatın diversifıkasiyasma səbəb olur. Beləliklə, müasir dövrdə  - 
XXI əsrdə beynəlxalq turizm ən kütləvi fenomen olmaqla, onun inkişafı 
ölkələrin  infrastrukturlarının  genişlənməsi  və  sülh  proseslərinin 
güclənməsinə təkan verir. 
Beynəlxalq  turizmin  inkişafı  müsbət  nəticələrə  səbəb  olmaqla  və 
böyük  əhəmiyyətə  malik  olmaqla  yanaşı,  onun  ölkələr  üçün  bir  sıra 
neqativ  nəticələri  də  mövcuddur.  Beynəlxalq  turizmin  neqativ 
nəticələrinə aiddir: 
1.
 
Sosial-iqtisadi nəticələr. Onlar ilk növbədə inflyasiyanın mümkün 
idxalı  ilə  əlaqədardır.  Belə  ki,  xarici  turistlərin  ölkəyə  axmı  turist 
sferalanndakı əmtəələrə  tələbin artması, verilən ölkənin vətəndaşlarının 
alıcılıq qabiliyyətinin artması və bu ənənələrin digər sahələrə yayılması 
ilə  əlaqədar  ölkədə  qiymətlərin  artımına  səbəb  olur.  Bir  qayda  olaraq, 
turizmin inkişafı ölkədə ənənəvi kənd təsərrüftainın istehsal formalarının 
sıxışdırılmasına, yerli əhalinin yerdəyişməsinə səbəb olur. 
351 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə