Test imtahan prosesi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisə və təşkilatlarına
yüksək hazırlıqlı kadrların seçilməsi, kadr ehtiyat bazasının formalaşdırılması,
şirkətdaxili işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, Təlim, Tədris
mərkəzlərinə qəbul, həmçinin yay məktəbi üzrə müraciət edən vətəndaşların zəruri
bilik səviyyəsi test üsulu ilə yoxlanılır.
Test imtahanları informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə xüsusi
proqram təminatı vasitəsilə elektron və ya kağız üzərində keçirilir.Test tapşırıqları
mürəkkəblik səviyyələrinə görə sahə üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən
hazırlanır və testologiya üzrə ekspertlər tərəfindən müsbət rəy verildikdən sonra
Test Tapşırıqlarının Elektron Bazasına əlavə olunur və test imtahanlarında istifadə
edilir.
Test imtahan prosesinə dəvət olunan vətəndaş imtahan zalına şəxsiyyəti
təsdiq edən sənədi təqdim etdikdən sonra buraxılır. Vətəndaşın şəxsiyyəti təsdiq
edən sənədi olmadıqda (şəxsiyyət vəsiqəsi, hərbi bilet, xarici pasport, sürücülük
vəsiqəsi və etibarlılıq müddəti bitməyən işçi vəsiqəsi) və ya üzrsüz səbəbdən təyin
olunan vaxtda gəlmədikdə o imtahana buraxılmır.
Test imtahanı başlamazdan əvvəl vətəndaşlar test tapşırıqlarının yerinə
yetirilməsi şərtləri, hüquq və vəzifələri, imtahan zalında davranış, texniki
təhlükəsizlik qaydaları haqqında (elektron və ya şifahi), eləcə də, imtahan
prosesinin test otağında quraşdırılan kamera vasitəsi ilə çəkilişi barədə testi keçirən
nəzarətçi tərəfindən məlumatlandırılırlar. Test imtahanı üçün müəyyən edilmiş
vaxt bitdikdən sonra imtahan yekunlaşdırılır. Vakansiyalar üzrə elan edilmiş
müsabiqələrin test imtahanı yekunlaşdıqdan dərhal sonra vətəndaşın topladığı
ballar haqqında bildiriş vərəqəsi onun email ünvanına göndərilir. Test imtahan
nəticələri bal sistemi üzrə qiymətləndirilir. Ballar hesablanarkən yalnız doğru
seçilən cavablar nəzərə alınır. Hər bir sualın doğru cavabı 1 (bir) balla
qiymətləndirilir.
Test imtahanlarının istiqamətləri
İşə qəbul prosesi üzrə
Kadr ehtiyat bazasının formalaşdırılması üzrə
“Yay məktəbinə” qəbul üzrə
Təlim, Tədris Mərkəzlərinə qəbul üzrə
Şirkətdaxili işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə
Test tapşırığının strukturu
İşə qəbul prosesi üzrə
Kadr ehtiyat bazasının formalaşdırılması üzrə
Qulluqçu kateqoriyasına aid olan vakansiyalar üzrə test tapşırıqları
İxtisasa aid 20 sual
Məntiqi təfəkkürün yoxlanılmasına aid 10 sual
Azərbaycan və ARDNŞ-nin fəaliyyət sahəsinə aid 5 sual
Komputer biliklərinə aid 5 sual
Fəhlə kateqoriyasına aid olan vakansiyalar üzrə test tapşırıqları
İxtisasa aid 15 sual
Azərbaycan və ARDNŞ-nin fəaliyyət sahəsinə aid 5 sual
“Yay məktəbinə” qəbul üzrə
Məntiqi təfəkkürün yoxlanılmasına aid 50 sual
Təlim, Tədris Mərkəzlərinə qəbul üzrə ümumilikdə 70 sual
Fənnlər üzrə
Riyaziyyat
Fizika
Kimya
Milli dövlətçilik və tarix
Məntiqi təfəkkürün yoxlanılmasına aid test tapşırıqları
Şirkətdaxili işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə ümumilikdə 100 sual
İddia edilən sahəyə aid test tapşırıqları
Azərbaycan və ARDNŞ-nin fəaliyyət sahəsinə aid test tapşırıqları
Məntiqi təfəkkürün yoxlanılmasına aid test tapşırıqları
İnformasiya texnologiyalarına aid test tapşırıqları
Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid test tapşırıqları