Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə110/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   105   106   107   108   109   110   111   112   113

firmalar  birliyi  qismində  mehmanxana  zəncirini  yaratmışlar.  Dünyada 
100-dən  artıq  belə  mehmanxana  zənciri  (1,6  milyon  nömrə  sayı  olan) 
fəaliyyət  göstərir.  Onların  içərisində  20-dən  artıq  iri  mehmanxana 
kompleksləri mövcuddur. Aparıcı mehmanxana kompleksləri işərisində 
fəaliyyət  sferasına  və  miqyasına  görə  mehmanxana  biznesi  ilə  məşğul 
olan iri TMK-lar çox fərqlənirlər. 
6.
 
Turist  biznesində  digər  sahələrin  kompaniyalarına  aşağıdakılar 
aiddir: 
a)
 
Nəqliyyat kompaniyaları - fərdi turistlərə ayrı-ayn növ, həmçinin 
kompleks  xidmətləri  özlərinin  mehmanxana  bazaları  əsasında 
inklyuziv-turlar formasında həyata keçirirlər. 
b)
 
Ticarət  firmaları  -  əsasən  iri  topdansatış  konsernlərinə  və 
ticarət-göndəriş firmalarına aiddir. Ticarət firmaları carter təyyarələri ilə 
turist  daşımalarını  təşkil  edirlər.  Onların  əsas  uğurları  turagentlərə 
nisbətən təqdim etdikləri turların dəyərinin, adətən, 5-10% aşağı olmaları 
ilə əlaqədardır. 
c)
 
Sənaye  firmaları  -  ilk  növbədə  turist  biznesinə  xidmət  edən  və 
turist  firmalarını  öz  sisteminə  cəlb  etməklə  fəaliyyət  göstərən  neft, 
tekstil,  yeyinti  və  s.  sahələrin  firmalandır.  (Məsələn:  “Eksson”  -  ABŞ, 
“Ajıp”  -  İtaliya,  “Colli”  -  İtaliya  və  s.).  Onlar  birbaşa  turist  turlarının 
təşkilində  iştirak  etməklə  yanaşı,  bank  və  sığorta  kompaniyaları  ilə 
birlikdə müxtəlif növ turist xidmətlərini göstərirlər. 
d)
 
Beynəlxalq  turist  təşkilatları  -  dünya  miqyasında  beynəlxalq 
turizm  əməliyyatlarının  intensivləşməsilə  əlaqədar  yaradılmışdır. 
Onların əsas istiqamətləri aşağıdakılardır: 
-
 
BMT sistemində ixtisaslaşdınlmış orqanlar və təşkilatlar
-
 
BMT  sistemində  beynəlxalq  turizmin  epizodik  suallarını 
müzakirə  edən  və  turist  problemlərinin  həllinin  onların  əsas  fəaliyyət 
sferaları olmayan digər orqanlar. 
Beynəlxalq Turizm Təşkilatı (BTT) 
366 


Ümumdünya  Turizm  Təşkilatının  (ÜTT)  əsas  vəzifəsi  dünya  üzrə 
turist  mübadiləsi  problemlərinin  həll  edilməsilə  bağlıdır.  Beynəlxalq 
turizm  hər  bir  ölkənin  sosial-iqtisadi  münasibətlərini  əks  etdirməklə 
yanaşı, beynəlxalq iqtisadi münasibətlərin əsas tərkib hissəsi kimi çıxış 
edir.  Bu  fəaliyyətin  və  ümumiyyətlə  dünya  üzrə  turizm  proseslərinin 
tənzimlənməsi  üçün  müəyyən  norma  və  standartların  işlənib 
hazırlanmasına zərurət yaranır. Bu baxımdan ÜTT- nin yaranması böyük 
əhəmiyyətə  malikdir.  ÜTT  hal-hazırda  13O-dan  artıq  dünya  ölkəsini 
özündə  birləşdirən  və  turizmin  inkişafına  cavabdeh  olan  beynəlxalq 
dövlətlərarası  təşkilat  statusunu  daşıyır.  ÜTT-nin  yaranmasına  qədər, 
1925-ci  ildə  “Turizmin  təbliği  üzrə  rəsmi  təşkilat”  adı  İlə  yaradılmış 
dövlətlərarası qurum, 1947-ci ildə yaranan “Rəsmi Turist Təşkilatlarının 
Beynəlxalq  İttifaqı’’  (UCOTO)  təşkilatları  fəaliyyət  göstərmişdir.  ÜTT 
öz fəaliyyətində dünya üzrə turizmin bütün sahələrini və istiqamətlərini 
əhatə edir. ÜIT-nin rəsmi dili: ingilis, ərəb, ispan, rus və fransız, ÜTT-nin 
bütün üzv ölkələri üç qrupa bölünür: 
1.
 
Həqiqi üzvlər - suveren dövlətlər (onların sayı 130-a qədərdir). 
2.
 
Birlik  -  assosiativ  üzvlər  (onların  sayı  dörddür:  Aruba,  Makao, 
Niderlandın Antil adaları, Puerto-Riko). 
3.
 
Sayı 330-dək olan birlik şəklində olan qurumlar. Bura turizm ilə 
məşğul  olan  hökumət  və  hökumətlərarası  təşkilatlar  və  həmçinin  digər 
kommersiya qurumları, birlikləri daxildir. (Məsələn: avia kompaniyalar, 
mehmanxanalar, bürolar, tədqiqat institutları, nəşriyyat qrupları və s.). 
ÜTT/UNCTAD-ın  birgə  proqramı  olan  “Dayamqlı  turizm  - 
kasıbçılığın aradan qaldırılmasının zəmanətidir” (STEP) iki əsas qarşılıqlı 
əlaqəli məsələnin həllinə yönəldilmişdir: 
367 


-
 
turizmin inkişafı, onun kasıbçılıqla potensial qarşılıqlı  asılılığını 
yüksəltmək məqsədilə kasibçılığın aradan qaldırılması; 
-
 
turizmin daha az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin 
dayanıqlı inkişafında rolunun artırılması. 
ÜTT-nin əsas məqsədlərinə aiddir: 
-
 
həm  daxili  və  həm  də  xarici  turizmin,  sülhün  qorunmasına  və 
möhkəmlənməsinə,  qarşılıqlı  anlaşmalara,  dünyada  bütün  insanların 
sağlamlığına  və  çiçəklənməsinə  olan  təsirini  gücləndirmək  və 
genişləndirmək; 
-
 
səyahətlər zamanı insanların təhsil almasına və mədəni- dərketmə 
səviyyəsinin artırılmasına zəmin və əsas yaratmaq
-
 
az  inkişaf  etmiş  regionlarda  turistlərin  yaşayış  səviyyə  və 
normalarının müəyyən edilmiş standartlara yaxınlaşdırılmasına köməklik 
göstəmək; 
-
 
turist qəbul edən ölkələrin imkan dairələrini genişləndirmək
-
 
ölkələrəarası 
əməkdaşlığın 
əlaqələndirilməsi 
məqsədilə 
beynəlxalq agentlik rolunda çıxış etmək; 
-
 
turizm  sahəsində  milli  təşkilatlar  üzrə  yaranan  turist  turlarına 
xidmət və köməklik göstərmək
-
 
turist  operatorları  birlikləri  arasında  daimi  əlaqə  saxlanılmasına 
yardımçı olmaq və s. 
ÜTT dünya üzrə bütün  turizm  sənayesinin işini  əhatə  etmək üçün 
internetdə öz saytından istifadə etməklə yanaşı, iri beynəlxalq sərgilərdə 
özünün daimi fəaliyyət göstərən informasiya stendlərinə malikdir. Belə 
beynəlxalq sərgilərdən aşağıdakılarını göstərmək olar: 
-FİTUR, Madrid (İspaniya); 
-İTB, Berlin (Almaniya); 
-MİTT, Moskva (Rusiya Federasiya); 
-WTM, London (Böyük Britaniya). 
368 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə