Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə7/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   2   3   4   5   6   7   8   9   10   ...   113

qiymətlərdə  hesablanır.  Beynəlxalq  ticarətin  ümumi  həcmi  bütün 
ölkələrin  ixracatının  həcmini  toplamaqla  müəyyən  olunur.  Milli 
bazardakı  şərtlərlə  müqayisədə  beynəlxalq  ticarətin  həyata  keçirilməsi 
şərtlərinin xarakterik xüsusiyyətləri vardır. Bunlara aiddir: 
1.
 
Daxili  bazara  nisbətən  beynəlxalq  ticarət  bazarlarında  rəqabət 
mübarizəsi  çox  kəskin  xarakter  daşıyır.  Bunun  əsas  səbəbi  belə 
bazarlarda  öz  dövlətlərinin  köməyinə  arxalanan  iri  beynəlxalq 
kompaniyaların iştirakıdır; 
2.
 
Beynəlxalq ticarətin həyata keçirildiyi dünya bazan çox mürəkkəb 
struktura malikdir; 
3.
 
Beynəlxalq ticarət şərtləri üçün dünya qiymətləri mövcuddur
4.
 
Beynəlxalq  ticarətdə  yüksək  səviyyəli  monopol-inhisarçı 
siyasətin mövcudluğu. 
Beynəlxalq  ticarətdə  ölkənin  iştirakı  onun  iqtisadi  vəziyyəti, 
sahəsinin  ölçüsü,  coğrafi  mövqeyi,  əhalisinin  sayı,  təbii  resurslarınm 
dərəcəsi,  daxili  bazann  tutumu,  iqtisadi  siyasəti  və  s.  ilə  şərtləndirilir. 
Beynəlxalq ticarət əməliyyatları çox vaxt onun hansı valyutada və hansı 
şərtlərlə həyata keçirilməsindən çox asılıdır. Ona görə də xarici ticarət 
kontraktlarının  valyuta-maliyyə  şərtləri  böyük  əhəmiyyət  kəsb  edir. 
Bu şərtlərə aiddir: 
1.
 
Xarici ticarət hesablaşmalarının prinsip və formaları; 
2.
 
Qiymət və Ödəniş valyutasımn seçilməsi və razılaşdırılması; 
3.
 
Valyuta  itkilərindən  mümkün  ola  bilən  risklərin  sığortalanması 
sistemi; 
4.
 
Ödənişlərin  vaxtında  həyata  keçirilə  bilinməməsi  səbəbindən 
zəmanətlər. 
Xarici  ticarət  əməliyyatlannın  valyuta,  maliyyə  şərtləri  bu 
əməliyyatm  əsas  məzmunu  ilə,  daha  doğrusu  göndərilən  məhsulun 
çeşidləri, göndərilmə müddəti və s. ilə çox sıx bağlıdır. Buna görə də 
21 


ödənişin həyata keçirilməsində valyutanm seçilməsinin əsaslan- dınlması 
böyük əhəmiyyət kəsb edir. Bununla bağlı xarici ticarət kontraktlarında 
valyuta məzənnələrinin vəziyyətinin qeyd edilməsini nəzərdən qaçırmaq 
olmaz. 
Məlumdur  ki,  bazar  şəraitində  xarici-iqtisadi  əməliyyatlara  və  ya 
xarici  ticarət  sövdələşmələrinə  müxtəlif  vətəndaşlığa  malik  subyektlər 
olan  tərəflər  arasında  bu  və  ya  digər  suallar  üzrə  kommersiya 
əməliyyatları  aiddir.  Alqı-satqı  əməliyyatiarının  xarici  ticarət 
sövdələşmələri  dedikdə,  ticarətdə  müxtəlif  xarici  ölkələrin  fiziki  və 
hüquqi şəxslərinin əmtəə və xidmətlərin alqı-satqısı zamanı vətəndaşlıq 
hüquq  və  öhdəliklərin  yaradılmasına,  dəyişdirilməsinə  və  ya  ləğv 
edilməsinə yönəldilmiş fəaliyyəti başa düşülür. Başqa sözlə, beynəlxalq 
kommersiya sövdələşməsi dedikdə, əldə olunan damşıqlara uyğun olaraq 
(əmtəələrin beynəlxalq alqı-satqısı haqqında BMT-nin 1980-ci il Vyana 
Konvensiyasına  əsasən)  maddi-  material  formada  əmtəələrin 
göndərilməsi və yaxud xidmətlərin göstərilməsi üzrə müxtəlif ölkələrdə 
yerləşmiş  iki  və  ya  bir  neçə  tərəf  arasmda  bağlanan  müqavilə  başa 
düşülür.Ölkə  daxilində  belə  sövdələşmələrin  tənzimlənməsi  milli 
qanunvericiliklə həyata keçirilir. Xarici ticarət sövdələşmələri ölkədaxiİi 
sövələşmələrdən  təkcə  maliyyə  və  iqtisadi  şərtləri  ilə  deyil,  həmçinin 
hüquqi  tənzimlənməsi  ilə  də  fərqlənir.  Bu  zaman  hüquqi  rejim  təkcə 
ölkənin  daxili  qaydalarından  deyil,  eyni  zamanda  beynəlxalq  hüquq 
öhdəliklərinin  nəzərə  alınmasından  yaranan  normaların  məcmusundan 
formalaşır.  Bütün  bu  normalar  ölkələrarası  beynəlxalq  sazişlərdə, 
konvensiyalarda  və  digər  iqtisadi  əməkdaşlıq  forma-  larmda 
razılaşdırılır.  Bu  konvensiyalar  içərisində  1980-ci  ildə  Vyana 
Konvensiyası adı ilə məhşur olan “Əmtəələrin alqı-satqısının beynəlxalq 
müqavilələri  haqqında  BMT-nin  konvensiyası”  xüsusi  yer  tutur. 
Dünyamn bir çox ölkələri bu konvensiyaya qoşulub və 
22 


xarici-ticarət  sövdələşmələrində  idxalçı  və  ixracatçı  ölkələr  onun 
şərtlərinə  əməl  etməyə  borcludurlar.  Vyana  konvensiyası  xarici  ticarət 
sövdələşmələrinin  rəsmiləşdirilməsi,  razılaşdırılması,  hazırlanması  və 
yerinə yetirilməsi ilə bağlı olan bütün qaydaları aydınlaşdırır. Bu zaman 
alqı-satqı  müqaviləsinin,  yəni  kontraktın  bağlanması  haqqında  təklifin 
forması və ona qoyulan tələblər (oferta) və bu təklifin qüvvəyə minməsi 
şərti  dəqiq  müəyyənləşdirilir.  Burada  həmçinin,  tərəfdaşın  bu  təklifi 
qəbul etmə qaydaları (aksept razılaşma) da təsvir olunur. Bu ilkin hazırlıq 
mərhələsindən  sonra,  xarici  ticarət  alqı-satqı  kontraktı  bu  və  ya  digər 
formada bağlanılır (şifahi, yazılı və s.). 
Beləliklə,  beynəlxalq  kommersiya  əməliyyatlarının  həyata 
keçirilməsi  müəyyən  hüquqi  formalann,  onlarm  reallaşdınlmasının 
konkret  istiqamətlərinin  tətbiqini  tələb  edir.  BKƏ-nin  hüquqi  forması 
beynəlxalq  ticarət  sövdələşməsi  (BTŞ)  adlanır.  Yuxarıda  qeyd  edildiyi 
kimi,  BTŞ  tərəflər  arasmdakı  razılaşmaya  uyğun  olaraq  xidmətlərin 
göstərilməsi,  müəyyən  edilmiş  miqdarda  və  keyfiyyətdə  əmtəələrin 
göndərilməsi  üzrə  müxtəlif  ölkələrdə  yerləşən  iki  və  ya  bir  neçə  tərəf 
arasında  bağlanan  müqaviləni  nəzərdə  tutur.  Müqavilənin  beynəkalq 
xarakteri  onunla  bağlıdır  ki,  bu  halda  tərəflər-subyektlər  kimi  müxtəlif 
ölkələrdə  yerləşən  kommersiya  firmaları  çıxış  edir.  Müqavilə  o  vaxt 
beynəlxalq  müqavilə  sayılır  ki,  bu  hüquqi  sənəddə  qeyd  edilən  və 
müxtəlif  ölkələrə  məxsus  tərəflər  eyni  ölkə  ərazisində  yerləşməsin. 
Bundan  başqa,  eyni  milli  mənsubiyyətə  malik  tərəflərin  kommersiya 
müəssisələri  müxtəlif  ölkələrin  ərazilərində  yerləşərsə,  bu  tərəflər 
arasında  bağlanan  müqavilə  də  beynəlxalq  xarakterli  olur.  BTS-də 
tərəflər xüsusi hüquqi rejimə tabe olan kommersantlar adlanır. BTŞ həm 
əsas və həm də təminedici BKƏ-ni əhatə edir. 
Müasir dövrdə BTS-in aşağıdakı xarakterik xüsusiyyətləri 
23 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə