Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə19/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

rüsumlarını ləğv edirlər və üçüncü ölkəyə münasibətdə ümumi gömrük 
tarifləri siyasəti həyata keçirirlər. ^ 
Avropa İttifaqı (Aİ) belə gömrük sisteminə malikdir. 1968-ci ildən 
Aİ-da  üçüncü  ölkəyə  tətbiq  edilən  Vahid  Gömrük  Tarifi  (VGT)  də 
fəaliyyət  göstərir.  Gömrük  tarifi  daha  çox  idxal  edilən  əmtəənin 
dəyərindən faizlə (advalor gömrük tarifi), bir hissəsi isə həcmə, çəkiyə və 
s. görə hesablanır (xüsusi gömrük tarifi). 
Vahid Gömrük Tarifində iki gömrük rüsumları sütunu mövcuddur: 
a)
 
avtonom  gömrük  rüsumları  (VGT-ın  formalaşdıniması  zamanı 
At-nin iştirakçı ölkələrinin razılaşdırdığı ilkin səviyyə); 
b)
 
müqavilə gömrük rüsumları (Omumdünya Ticarət Təşkilatı - ÜTT 
çərçivəsində - qarşılıqlı razılaşma yolu ilə çoxtərəfli danışıqlar əsasında). 
İtƏ-nin  tənzimlənməsilə  bağlı  dempinq,  antidempinq  və 
lisenziyalaşdırma  məsələlərini  bir  daha  qeyd  etmək  lazımdu*.  Əvvəldə 
qeyd edildiyi kimi, İİƏ-nin gömrük-tarif tənzimlənməsinin bir aləti kimi - 
antidempinq  rüsumlarının  tətbiqidir.  Onlar  adətən  ixrac  əmtəələri 
dəyərindən  aşağı  qiymətə  satıldıqda  tətbiq  olunur.  Antidempinq 
rüsumları əvvəlcə müvəqqəti tətbiq olunur. Onlar çox hallarda müəyyən 
edilən  dempinqin  miqdarından  yüksək  olmur,  ancaq  aşağı  ola  bilər. 
Dempinq  bir  ölkənin  əmtəəsinin  digər  ölkənin  bazarında  onun  normal 
dəyərindən aşağı satılması ilə bağlıdır. Belə fakt  aşkar edildikdə həmin 
ölkə bu əmtəəyə aşağı ixrac qiymətilə onun normal dəyəri arasındakı fərq 
qədər əlavə antidempinq rüsumu tətbiq etmək hüququna malik olur. 
İxrac-idxal  əməliyyatlarının  lisenziyalaşdırılması  sistemi  milli 
firmaların  beynəbcalq  ticarət  sövdələşmələrinin  həyata  keçirilməsinə 
dövlət  nəzarətinin  və  tənzimlənməsinin  bir  vasitəsidir.  İxrac-idxal 
lisenziyası ixrac-idxal sövdələşmələrinin aparılması üçün dövlət 
63 


orqanları  və  ya  təşkilatlarından  olan  xüsusi  icazənin  müəyyən  edilmiş 
qaydalarını nəzərdə tutur. 
İdxal lisenziyasının əsasında kontingentləşdirmə dedikdə müəyyən 
dövrün  (adətən  il)  və  kəmiyyət  məhdudiyyətlərinin  -  kvotanın 
(kontingent) tətbiq edilməsilə konkret əmtəənin qeyd edilmiş dəyərdə və 
miqdarda ölkəyə gətirilməsi məsələləri başa düşülür. 
İxracın  lisenziyalaşdırılması  isə  əmtəə  axınlarmm  statistik  uçotu 
məqsədilə müəyyən nomenklaturalı əmtəələrin apanimasına nəzarətin bir 
vasitəsidir.  İlƏ  ilə  bağlı  lisenziyanın  2  növünü  fərqləndirirlər:  baş 
lisenziya - konkret dövrdə müəyyən növ əmtəələrin ixrac və ya idxalının 
kəmiyyət və dəyərində məhdudiyyət olmadan ölkələr qrupu və ya ölkə 
göstərilməklə, firma və ya təsərrüfat subyektinə verilən lisenziyadır və 
fərdi  lisenziya  -  əmtəənin  adı  göstərilməklə  konkret  beynəlxalq  ticarət 
sövdələşməsinin  bir  dəfə  həyata  keçirilməsinə  verilən  icazəni  nəzərdə 
tutan  lisenziyadır.  Lisenziya  xarici  ticarət  əməliyyatmın  beynəlxalq 
tənzimləmə  vasitələrindən  hesab  olunur.  Lisenziya  ölkənin  ticarət  və 
tədiyyə balansmın, ölkədə valyuta axınınm tənzimlənməsində böyük rol 
oynayır və milli qanunvericilik normalan ilə müəyyən olunur. 
Gömrük  vergiləri  və  yığımları.  BKƏ,  o  cümlədən  İİƏ-nin 
tənzimlənməsinin  vacib  eiementlərindəndir.  Onlar,  adətən,  2  növə: 
sərhəd  və  daxili  gömrük  vergilərinə  və  yığımlarına  ayrılır.  Sərhəd 
gömrük  vergiləri  yerli  əmtəələrdən  alımr.  Vergi  yığımlarına:  gerb, 
liman-port,  statistik,  fitosanitar  yığımlan  və  s.  aiddir.  Onların  əsas 
məqsədi gömrük rəsmiləşdirilməsi üzrə xərcləri ödəməkdir. Daxili vergi 
və  yığımlar  aksiz  yığımlarından,  qeyd  edilmə  vergisindən,  yol 
yığımlarından və s. ibarətdir. 
Çoxtərəfli  əsasda  gömrük-tarif  tənzimlənməsi  məsələləri  üzrə 
razılaşmalar aşağıdakılardır: 
1.
 
Gömrük məqsədləri üçün əmtəələrin qiymətləndirilməsi üzrə 
64 


razılaşmalar  ÜTT  tərəfindən  bunun  üçün  əsas,  idxal  olunan  əmtəənin 
hesab fakturası qəbul edilmişdir. Bu razılaşmaya Gömrük Əməkdaşlığı 
Şurasının 36 üzvü qoşulub. 
2.
 
Ümumi  preferensial  rejim.  İqtisadi  cəhətdən  inkişaf  etmiş 
ölkələrin  İEOÖ-dən  idxal  olunan  əmtəələrə  birtərəfli  qaydada 
gömrük-tarif güzəştlərinin tətbiqini nəzərdə tutur. 
İtə 
gömrük  uçotu,  beynəlxalq  əmtəə  axınlarının  statistik  uçotu 
üçün əsas bazadır. O, bir tərəfdən hər bir Ölkənin milli xalq təsərrüfatı 
statistikasının,  digər  tərədən  isə  bütövlükdə  beynəlxalq  ticarət 
statistikasının əsasıdır. Sonuncu statistika BMT-nin  beynəlxalq  iqtisadi 
təşkilatlan vasitəsilə aparılır və nəşr edilir. Ona görə də həm milli, həm də 
beynəlxalq  gömrük  statistik  uçotun  düzgün  aparılması  və 
standartlaşmasına  böyük  diqqət  verilir.  (İİƏ  sisteminin  uçotu,  gömrük 
əraziləri, uçot obyektlərinin əsas anlayışları və s. məlumatlar BMT-nin 
statistika şöbəsinin nəşrində: “Beynəlxalq Ticarət Statistikası. Anlayışlar 
və  izahlar”  (International  Trade  Statistics.  Concept  and  Definitions) 
verilir. 
Hər bir ölkənin xalq təsərrüfatı statistikasında bu ölkənin təsərrüfat 
subyektləri tərəfindən həyata keçirilən BKƏ-nin nəticələri əks olunur: 
a)
 
ixrac və idxal göstəricilərinin uçotu; 
Statistikada  Ölkənin  gömrük  sərhəddindən  keçən  və  müəyyən 
gömrük  qaydalarına  məruz  qalan  əmtəələrin  ixrac  və  idxalmm  uçotu 
aparılır.  Bu  uçot  gömrük  bəyannaməsi  əsasında  apanlır.  Gömrük 
bəyannaməsi aşağıdakı sənədlər üzrə rəsmiləşdirilir: 
-
 
alqı-satqı müqaviləsi; 
-
 
kommersiya və nəqliyyat sənədləri; 
-
 
əmtəənin göndəriş hesabı və s. 
b)
 
ixrac və idxalın uçot anı. 
c)
 
miqdar uçotu; 
65 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə