Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

­  15 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Vəkillərin  praktikada  üzləşdiyi  əsas  problemlərdən  biri  məhkəmə  iclas  protokolları  ilə  bağlıdır.

Məhkəmə  iclasının  protokolu  müdafiəçi  üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Çünki  məhkəmənin

çıxaracağı yekun qərar üçün əhəmiyyət kəsb edən sübutlar məhkəmə iclasında qiymətləndirilib və

məhkəmə  iclasının  protokolunda  əks  olunmalıdır.  AR  CPM‐in  124.2.4‐cü  maddəsinə  əsasən

protokol  sübutlardan  biridir.  Məhkəmə  iclasının  protokolu  cinayət  işinə  baxılması  zamanı

qanunun  tələblərinə  riayət  olunmasını  özündə  əks  etdirən  yazılı  sənəddir.  Məhkəmə  iclasının

protokolu  məhkəmə  istintaqı  vaxtı  sübutların  düzgün  araşdırılması  və  qiymətləndirilməsinə

imkan  verir.  Məhkəmə  iclasının  protokolu  ilə  bağlı  problemlərdən  biri  budur  ki,  bəzən  hakim

yekun hökmdə məhkəmə istintaqı zamanı araşdırılmış və məhkəmə protokolunda əks olunmuş

sübutlara deyil ibtidai istintaqın sübutlarına əsaslanır. Həmçinin AR CPM‐nin 51.7‐ci maddəsinin

tələblərinə  əsasən,  məhkəmə  iclasının  protokolu  məhkəmə  iclasına  sədrlik  edən  hakim  və

məhkəmə  iclasının  katibi  tərəfindən  məhkəmə  iclası  qurtardıqdan  sonra  3  gün  müddətində

imzalanır.  Bundan  sonra  məhkəmə  tərəfindən  onunla  tanış  olmaq  hüququ  olan  şəxslərə  3  gün

müddətində protokolla tanış olmaq imkanı yaradılır. Müdafiəçi məhkəmə araşdırması zamanı əldə

edilən məlumatlardan istifadə etmək istəyirsə gərək özü məhkəmə iclasının qeydiyyatını aparsın.

Bütün prosesin müdafiəçi tərəfindən qeydiyyatının aparılması praktiki cəhətdən olduqca çətindir.

Buna  görə  də  hesab  edirəm  ki,  müdafiəçinin  yüksək  keyfiyyətli  hüquqi  yardım  göstərməsi,

məhkəmə  çıxışına  daha  yaxşı  hazırlanması  üçün  məhkəmə  iclasının  protokolu  ilə  məhkəmə

çıxışlarından  əvvəl  tanış  olması  müdafiə  mövqeyinin  qurulmasına  daha  çox  töhfə  vermiş  olar.

Gələcəkdə  bu  barədə  cinayət  prosessual  qanunvericilikdə  müvafiq  dəyişikliklərin  edilməsi

məqsədəuyğundur.

Digər  tərəfdən  məhkəmə  iclasında  araşdırılan  bütün  məlumatların  katib  tərəfindən  protokolda

qeyd  edilməsi  praktiki  cəhətdən  mümkün  deyil.  Bu  xüsusi  ilə  də  iştirakçıların  sayı,  məhkəmə

proseslərinin sayı və müddəti çox olan cinayət işlərində mümkünsüz olur. Belə olan halda katib

məhkəmə  iclasında  araşdırılan  məlumatların  hamısını  deyil,  müəyyən  bir  hissəsini  protokolda

qeyd  edə  bilir.  Ancaq  fonoqramdan  istifadə  edərkən  məhkəmə  iclasının  protokolunu  tam  tərtib

etmək  mümkündür.  Məhkəmə  iclasında  səsyazmadan  istifadə  edilməsinə  qanunla  icazə

verilməsinə  baxmayaraq,  onun  tətbiq  olunması  üçün  şərait  yaradılmır.  Hesab  edirəm  ki,

fonoqramdan  istifadə  olunması  hakimlərin  və  məhkəmə  iclasının  katiblərinin  işinin

asanlaşdırılması və məhkəmə iclas  protokollarının vaxtında və obyektiv tərtib edilməsinə şərait

yaradar.  Bütün  bunlar  müdafiəçilərin  sübut  kimi  daha  keyfiyyətli  protokollara  əsaslanmasına

səbəb olar. Bunları nəzərə alaraq məhkəmələrdə protokolun aparılması üçün texniki vasitələrdən

istifadə olunmasını və müdafiəçinin, həmçinin digər proses iştirakçılarının protokol ilə məhkəmə

çıxışlarından  əvvəl  tanış  olmasını  yüksək  keyfiyyətli  hüquqi  yardım  göstərmək  və  dövlət

ittihamçısının öz çıxışını məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında qurması üçün

məqsədəuyğun hesab edirik.

Təcrübədə  vəkillərin  ən  çox  rastlaşdığı  problemli  məsələlərdən  biri  də  “saxta”  hal  şahidləri  ilə

bağlıdır.  Hal  şahidi  dedikdə,  aparılan  cinayət  işində  şəxsi  marağı  olmayan,  öz  razılığı  əsasında

aşkar  olunan  faktların,  onların  məzmununun,  gedişinin  və  nəticələrinin  təsdiq  olunması  üçün

qanunvericiliklə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs başa

düşülür. Cinayət prosessual qanunvericiliyimiz baxış, axtarış və götürmə, şəxsi axtarış və götürmə

istintaq  hərəkətlərinin  aparılmasında  ən  azı  2  hal  şahidinin  iştirakını  məcburi  hesab  edir.

Bildiyimiz kimi şəxsiyyətin cəmiyyətdə vəziyyəti, o cümlədən hüquqi statusu təkcə onun müəyyən

hüquqlarının olması ilə deyil, həm də onun üzərinə müvafiq vəzifələrin qoyulması ilə səciyyələnir.

Bu  baxımdan  hal  şahidinin  istintaqın  aparılmasında  iştirakı  sübutların  saxtalaşdırılmasının

qarşısını almaq, müstəntiqlərin və əməliyyat işçilərinin qeyri‐obyektivliyinin qarşısını almaq üçün

nəzərdə  tutulmuşdur.  Əgər  hal  şahidinin  iştirakı  ilə  keçirilən  istintaq  hərəkətlərinin  tam  və

obyektiv  aparılmasına,  habelə  həmin  istintaq  hərəkətləri  nəticəsində  əldə  edilən  sübutlarla

əlaqədar şübhələr yaranarsa, hal şahidləri şahid qismində çağırılıb məhkəmədə dindirilə bilər. Bu

zaman  hal  şahidinin  prosessual  vəziyyəti  dəyişir  və  şahidin  Cinayət  Prosessual  Məcəlləsində



­  16 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

nəzərdə tutulmuş hüquq və vəzifələrinə malik olur.

Cinayət  prosessual  qanunvericiliyə  əsasən,  hal  şahidi  şəxsi  marağı  olmayan  şəxs  olmalıdır.

Təəssüf ki, praktikada bir çox hallarda hal şahidlərinin formallığı, eyni bir şəxsin bir neçə cinayət

işlərinə hal şahidi kimi cəlb olunması, “növbətçi hal şahidləri"ndən istifadə olunması baş verir.

Faktiki  olaraq  bəzi  “hal  şahidləri”  göstərdikləri  “xidmət”  müqabilində  əməliyyat  və  istintaq

orqanlarının  vəzifəli  şəxslərindən  “haqq”  alırlar.  Buna  görə  də  əksər  hallarda  hal  şahidinin

məhkəmədə  şahid  qismində  dəvət  olunub  dindirilməsi  məsələsi  ortaya  çıxır.  Belə  ki,  əksər

hallarda  hal  şahidləri  istintaq  zamanı  eyni  ifadələr  verirlər.  Qeyd  etdiyimiz  kimi  hal  şahidləri

məhkəmədə  dindirilən  zaman  şahidin  hüquq  və  vəzifələrinə  malik  olurlar.  Bu  zaman  hakim

tərfindən şahidə AR CM‐nin 297 və 298‐ci maddələrində nəzərdə tutulmuş bilə‐bilə yalan ifadə

vermə və ifadə verməkdən imtina etməyə görə məsuliyyət daşımaları barədə iltizam elan olunur.

Bir  çox  hallarda  hal  şahidinin  formallığı,  işdə  marağının  olması,  hal  şahidinin  müstəntiqin,

təhqiqatçının, əməliyyatçının “adamı” olması məhkəmədə açıq‐aşkar görür. Hal şahidlərinin belə

formallığı  istintaqda  arxayınlıqla  nöqsanlar  etmələrinə  səbəb  olur.  Bununla  bağlı  praktikada

rastaşdığımız bir məsələyə diqqət yetirək. Səlifov Müşviq Nəriman oğlunun AR CM‐nin 182.3.1 və

228.1‐ci  maddələri  ilə  təqsirləndirilməsinə  dair  cinayət  işi  üzrə  keçirilən  məhkəmə  istintaqı

zamanı  iş  üzrə  şahid  qismində  dindirilən  onun  tutulması  zamanı  əməliyyat  qrupunun  rəhbəri

Əzimov Seyfulla Səttar oğlu və hal şahidi Nəbiyev Fərrux Məsul oğlu məhkəməyə düzgün ifadə

vermək  barədə  iltizamı  imzalasalarda,  açıq‐aşkar  yalan,  həqiqətə  uyğun  olmayan  ifadələr

vermişlər. Belə ki, məhkəmədə dindirilən zaman Əzimov göstərmişdir ki, təsadüfən rast gəldiyi

Nəbiyev  Fərrux  Məsul  oğlu  və  Həsənov  Nizami  Müseyib  oğlunu  hal  şahidi  qismində  işə  cəlb

etmişdir və əvvəllər onları tanımamışdır. O, Müşviq Səlifovun üzərində axtarış apardığı zaman

ondan odlu silah aşkar etmişdir və hal şahidlərinin iştirakı ilə bu barədə protokol tərtib etmişdir.

Şahid Nəbiyev Fərrux Məsul oğlu eyni məzmunda, əzbərləmış kimi, ifadə verərək göstərmişdir ki,

əvvəllər heç vaxt nə Əzimovu görmüş, nə Həsənovu görmüş, nə də nə vaxtsa hal şahidi olmuşdur.

Nəbiyevin  ifadələrinin  əsas  məzmunu  ondan  ibarət  olub  ki,  o  düz  adamdır  və  yalan  şahidlik

etməklə heç bir arası yoxdur. Müşviq Səlifovun üzərindən odlu silahın çıxmasını göstərən bu şəxs

məhkəmədə  özünü  tam  ifşa  etmiş  və  onun  məhkəmədə  yalan  ifadə  verməsi  tam  sübuta

yetirilmişdir.  Müdafiə  tərəfinin  məhkəməyə  təqdim  etdiyi  məhkəmə  hökmlərindən  və  istintaq

protokollarından aydın olurdu ki, Nəbiyev Fərrux Məsul oğlu və Həsənov Nizami Müseyib oğlu

uzun  müddətdir  ki,  əməliyyatçı  Əzimov  Seyfulla  Səttar  oğlu  ilə  sıx  əməkdaşlıq  edib,  onun

keçirdiyi əməliyyatlarda növbətçi hal şahidi qismində çıxış ediblər. Belə ki, Ağır Cinayətlərə Dair

İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 iyun 2005‐ci il tarixli Quliyev Xaliq Əkbər

oğlu və Bağırov Şahmar Nəcəf oğlunun barəsində hökmündə adıçəkilən şəxslərin adları hal şahidi

qismində  keçir.  Bu  işdə  sübut  kimi  qəbul  edilmiş  07  mart  2005‐ci  il  tarixli  protokol  tərtib

olunmuş  və  orada  bu  hal  şahidlərinin  adları  göstərilmişdir.  Protokolda  S.Əzimovun  da  adı

protokolu  tərtib  edənlər  siyahısında  qeyd  olunur.  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan

Respublikası Məhkəməsinin 28 iyul 2005‐ci il tarixli Həşimov Elbrus Allahverdi oğlu və Turabov

İlham Qurbanxan oğlu barəsində hökmdə eyniliklə bu şəxslər, yəni Nəbiyev Fərrux Məsul oğlu və

Həsənov Nizami Müseyib oğlu hal şahidi qismində göstərilmişlər və işə əlavə olunmuş Seyfulla

Səttar oğlu Əzimov tərəfindən tərtib olunmuş 18 mart 2005‐ci il tarixli protokolda eyni şəxslərin

adları  hallandırılır.Ağir  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikası  Məhkəməsinin  17

fevral 2005‐ci il tarixli Abdullayev Fəxrəddin Mirlətif oğlunun barəsində hökmündə də Nəbiyev

Fərrux Məsul oğlunun adı çəkilir və 21 dekabr 2004‐cü il tarixli protokolda o, hal şahidi qismində

keçir.Bütün  bu  mötəbər  sübutlara  baxmayaraq  məhkəmə  bu  faktlara  qiymət  verməyib.  Bu

şəxslərlə  bağlı  bütün  sübutların  iş  materialından  xaric  olunması  ilə  əlaqədar  verilmiş  vəsatət

təmin edilməmişdir. Məhkəmə həmin iş üzrə 07.10.2005‐ci il tarixli ( İş N‐ 0795/05) çıxarılmış

hökmün  55‐ci  səhifəsində  göstərilən  məsələyə  qiymət  verərkən  qeyd  etmişdir  ki:  “O  ki  qaldı

müdafiəçilər  tərəfindən  məhkəmə  iclasında  təqdim  edilmiş  istintaq  protokollarına  və  məhkəmə

hökmlərinə,  məhkəmə   hesab   edir   ki,   bu   iş   üzrə   hal   şahidi kimi  iştirak  etmiş  F.Nəbiyev  və



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə