Publication1


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   2   3   4   5   6   7   8   9   ...   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

­  6 ­



Müxbir: İstintaq və məhkəmə ilə münasibətləriniz necədir? Problemlər olurmu?

A.T.: İstintaq və məhkəmə ilə münasibətdə heç bir problemimiz yoxdur desək, bu, doğru olmaz.

Əlbəttə ki, ayrı‐ayrı problemlər var və biz onları qanunvericiliyə uyğun qaydada həll edirik.

Qeyd edilməlidir ki, vəkillərimizin əllərində geniş səlahiyyətlər vardır. Vəkil də peşəkar fəaliyyətinin

həyata  keçirilməsi  zamanı  müstəntiq  kimi  sübutlar  toplayır,  səlahiyyətli  orqanların  rəylərindən

istifadə edir. Vəkillərimizin bu sahədə gileyləri yoxdur.

Müxbir: Təyinat üzrə işləyən vəkillər barədə nə deyə bilərsiniz? Belə bir bu təcrübə sizdə mövcuddurmu?

Məsələn, bizdə bu sahədə problemlər mövcuddur. Bu cür vəkillərin əməyinin ödəniş norması olduqca

aşağıdır.

A.T.: Bəli, bizdə də bu problem var. Biz hesab edirik ki, bu məbləği artırmaq lazımdır. Dövlət müdafiə

tərəfini maddi cəhətdən təmin etməlidir. Təklifimiz bundan ibarətdir: vəkil və prokuror məhkəmə

prosesində bərabər olduqlarına görə vəkilin bir saatlıq işə görə aldığı haqq prokurorun bir saatlıq

işə görə aldığı haqqa bərabər olmalıdır.



Müxbir: Dövlət hüquq bürolarına uyğun qurumlarınız varmı?

A.T.: Təbii ki, yox. Axı, bu, artıq vəkillik fəaliyyəti olmaz. Bizdə bu cür təsisatlar mövcuddur, lakin

onlar vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər.



Müxbir: Müsahibəyə görə minnətdarlığımızı bildiririk.


­  7 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

“Rusiyanın vəkil xəbərləri” jurnalının ötən nömrələrindən

birində  Azərbaycanın  “Vəkillik  və  vəkillik  fəaliyyəti

haqqında” Qanununu bütövlükdə nəşr etdik ki, oxucularımız

onunla  tanış  olsunlar.  Bu  qanunla  Azərbaycanın  vəkilləri

sərbəstlik  və  müstəqillik  əldə  ediblər.  Bizim  vəkillərə,

oxucularımıza təklif etdik ki, azərbaycanlı həmkarlarımızın

Qanununu  öyrənsinlər  və  sonra  bu  sənədin  hansı

müddəalarının  Rusiyanın  “Vəkillik  fəaliyyəti  və  Rusiya

Federasiyasında vəkillik haqqında” Qanununda istifadəsinin

mümkünlüyü  barədə  fikirlərini  bildirsinilər.  Fikir

bildirənlər  çox  oldu.  Biz  onlardan  ən  maraqlılarını

yayımlayırıq.

Rusiya  Vəkillər  Gildiyasının  prezidenti  Həsən  Borisoviç

Mirzəyevin fikirlərini yayımlayırıq.

RUS VƏ SOVET VƏKİLLİYİNİN ƏN YAXŞI ƏNƏNƏLƏRİ*

30 ildən çox daha əvvəl mənim vəkillik fəaliyyətimin başladığı günəşli Bakıya səfərimdə Azərbaycan

vəkilliyinin hazırkı vəziyyəti ilə tanışlıq məni müasir Rusiya vəkilliyinin vəziyyəti və ictimai statusu

barədə düşündürməyə vadar etdi.

Hələ  28  dekabr  1999‐cu  ildə  qəbul  olunmuş  Azərbaycan  Respublikasının  “Vəkillər  və  vəkillik

fəaliyyəti  haqqında”  Qanunu  məndə  tamamilə  dəqiq  təsəvvür  yaratdı  ki,  bu  Qanun  Rusiyanın

inqilabaqədərki və Sovet dövrünün vəkilliyinin ən yaxşı ənənələrini əxz edib. Xüsusi qeyd etmək

istərdim ki, Qanunda demokratik təmərküzləşmə prinsipi əsasında vəkillik institutunun konseptual

müddəalarının  qurulması  saxlanılıb  və  möhkəmlənib,  xüsusilə  də  vəkilliyin  özünüidarəetmə

orqanlarının üzvlərinin və Rəyasət Heyətinin sədrinin gizli seçimi.

Azərbaycanın "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununu oxuyarkən 31 may 2002‐ci ildə

qəbul olunmuş və sonuncu dəyişikliyi 21 noyabr 2011‐ci ildə edilmiş Rusiyanın “Vəkillik fəaliyyəti

və  Rusiya  Federasiyasında  vəkillik  haqqında”  qanunu  ilə  müqayisədə  görürsən  ki,  orada  hüquqi

yardım təkcə vəkillər tərəfindən deyil, həmçinin bilavasitə Rusiya ənənələrinə uyğun olaraq vəkil

qurumları tərəfindən həyata keçirilir.

Azərbaycanın həmin qanununda xüsusilə qeyd olunur ki, vəkilliyin rəsmi embleminin və vəkillərin

xüsusi geyim formasının təsvirini Vəkillər Kollegiyasının Ümumi Yığıncağı təsdiq edir.

Bundan başqa, bizim azərbaycanlı vəkil həmkarlarımızın Qanununda Rusiyanın vəkillik Qanunundan

fərqli  olaraq  vəkillərin  seçim  meyarlarında  müsbət  cəhətlər  vardır.  Belə  ki,  Azərbaycanda  vəkil

statusu almaq üçün 3 ildən az olmamaq şərtilə hüquq sahəsində iş təcrübəsi tələb olunur (Rusiyada

bu müddət 2 ildir).

Rusiyanın bu sahədəki qanunu ilə Azərbaycan Qanununu fərqləndirən cəhətlərindən biri də odur

ki, Azərbaycanda vəkillik fəaliyyətinə dövlət qrumlarının və icra hakimiyyətinin heç bir müdaxiləsi

yoxdur.  Korporativ    idarəetmə    və  vəkillik  fəaliyyəti  barədə  yaranmış  sualların  həlli  bu  ölkənin

vəkilliyin idarəedilməsi orqanlarının səlahiyyətinə daxildir.

Azərbaycanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununda xüsusi olaraq qeyd olunur ki,

vəkillər  öz  fəaliyyətini  qanunun  aliliyi,  müstəqillik,  demokratizm,  humanizm,  ədalət,  aşkarlıq  və

konfidensiallıq prinsipləri əsasında həyata keçirirlər. Azərbaycanın sözügedən Qanunu vəkillərin

və  onların  birliyinin  peşəkar  fəaliyyətinə  prokurorluq,  məhkəmə,  digər  dövlət  orqanları,  ictimai

birliklər,  hər  hansı  müəssisə,  idarə,  təşkilat  və  vəzifəli  şəxslərin  müdaxiləsinə,  təzyiqinə  yol

verilməməsinə zəmanət verir və bununla bağlı, məsuliyyət nəzərdə tutur.

Vəkillik  fəaliyyəti  irqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmlak




­  8 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər

ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının

üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər

arasında olan münasibətlərin könüllülük prinsipi əsasında və vəkil etikasına riayət edilməklə həyata

keçirilir.

Həmçinin  diqqəti  çəkən  digər  məqam  vəkillik  fəaliyyətinin  həyata  keçirilməsinin  həqiqi

təminatlarıdır. Qanunun 7‐ci maddəsinə əsasən, vəkili peşə borcunu həyata keçirməklə əlaqədar

ona  məlum  olan  hallar  barədə  dindirmək  qadağandır.  Qanunda  birbaşa  qeyd  olunub  ki,  peşə

fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar,

vəkillik icraatları istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Vəkillərə

və  onların  təşkilatlarına  edilən  bütün  müraciətlər  vəkillər  tərəfindən  sirr  kimi  qorunur,  habelə

tutulan,  həbs  edilən  və  ya  məhkum  edilən  şəxslərə  hüquqi  yardımın  göstərilməsi  üçün  vəkil  ilə

təklikdə  görüşlər  və  məsləhətləşmələr  üçün  lazımi  şərait  yaradılmalı,  konfidensiallıq  təmin

olunmalıdır.  Bu  normativ‐hüquqi  aktın  digər  müddəalarının  təfərrüatına  varmadan  öncə,  qeyd

etmək  lazımdır  ki,  "Vəkillik  fəaliyyəti  və  Rusiya  Federasiyasında  vəkillik  haqqında"  Qanunun

qəbulundan ötən 10 illik dövr bu Qanunun təkmilləşdirilməsinin zəruriliyini sübut etdi. Dəyişiklər

təkcə  bir  sıra  maddələrin  qeyri‐mükəmməlliyi  ilə  deyil,  həmçinin  hüquq‐mühafizə  orqanlarının

vəkilliyə  təsir  imkanlarının  artması  ilə  bağlıdır  ki,  dünya  praktikasında  da  bu,  qəbulolunmazdır.

Rusiyalı  vəkillər  üçün  dünya  təcrübəsinə  əsasən,  yüksək  təsir  gücünə  malik  normaların

qanunvericiliyə  daxil  edilməsinə  ehtiyacı  vardır.  Buraya  xüsusilə  vəkillik  fəaliyyətinin  həyata

keçirilməsinin əsas prinsipləri və onların müdafiəsi daxildir.

Bu gün müasir Rusiya şəraitində ibtidai araşdırma və məhkəmə prosesi zamanı vəkillərin bu prosesə

təsir imkanlarının və vəsitələrinin genişləndirilməsi aktuallıq kəsb edir. Başqa sözlə, bizə cinayət

mühakimə icraatında çəkişmə prinsipinin həyata keçirilməsinin qanunvericilik mexanizmi gərəklidir.

Xüsusi  diqqət  tələb  edən  digər  məsələ,  vəkilliyin  özünüidaretmə  orqanlarının  rəhbərlərinin

məsuliyyəti və daxili‐korporativ demokratiyanı tənzimləyən normaların təkmilləşdirilməsidir. Şura

üzvlərinin, palata prezidentlərinin və vəkillik orqanların idarə edən istənilən vəzifəli şəxsin seçimi

demokratik, açıq və gizli səsvermə yolu ilə keçirilməlidir.

* ‐ Bu yazı Rusiya Vəkillər Gildiyasının rəsmi orqanı olan “Rusiyanın vəkil xəbərləri”ndə Rus dilində çap

olunmuşdur. Yazı Azərbaycan dilinə AHİM tərəfindən tərcümə olunmuşdur.

Rusiya Vəkillər Gildiyasında görüş (Moskva, dekabr 2012)

Sağdan: Azər Tağıyev ‐ Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Həsən Mirzəyev ‐ Rusiya Vəkillər

Gildiyasının prezidenti, Muxtar Mustafayev ‐ Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə