Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   2   3   4   5   6   7   8   9   ...   43

­  11 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

yeni  namizədlərin  seçiminə  başlanılmışdır.  Əslində,  dövlətin  özü  də  vəkillərin  sayının

artırılmasında bilavasitə maraqlıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının

müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramının təsdiq  edilməsi

haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 27  dekabr  2011‐ci  il  tarixli  Sərəncamı  ilə

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına bölgələrdə peşəkar vəkillərin sayının artırılması

tövsiyə edilmişdir.

Dördüncüsü, vəkillərin aldıqları qonorarın məbləğinin aşağı olması da dolayısilə hüquqi yardımın

göstərilməsinə  öz mənfi  təsirini  göstərən  amillərdəndir.  Azərbaycan  Respublikasının  Nazirlər

Kabinetinin  2010‐cu  ildə  qəbul  etdiyi  qərarına əsasən,  hüquqi  yardımın  göstərilməsinə  görə

müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat məbləğində müəyyən edilmişdir. Lakin gəlin

etiraf edək ki, bu məbləği o qədər də qənaətbəxş hesab etmək olmaz.

Digər  bir  problem  kimi  isə  aztəminatlı  ailələr  üçün  ödənişsiz  və  keyfiyyətli  hüquqi  yardımın

göstərilməsi üzrə məhkəməyəqədər ödənişsiz hüquqi yardım göstərmə mexanizminin olmamasıdır.

Dediklərim, əsasən, institusional problemlərdir. Lakin buraya ölkəmizdə 1 milyona yaxın qaçqın

və  məcburi  köçkünlərin  mövcudluğu,  həmçinin  ümumiyyətlə  əhalinin  hüquqi  məlumatlılıq

səviyyəsinin aşağı olması faktorları əlavə olunduqda mənzərə o qədər də ürəkaçan olmaya bilər.

Bayaq adını çəkdiyim İşçi Qrup tərəfindən hazırlanan məhz həmin Qanun layihəsi və Konsepsiya

sənədində hüquqi yardım sahəsinin tam gücü ilə fəaliyyətə başlaması üzrə təklif və mexanizmlər

öz əksini tapmışdır.



‐ Yəqin ki, bu məsələnin araşdırılması zamanı beynəlxalq təcrübə də gözdən keçirilmişdir.

Bizim üçün xüsusilə maraqlı olan qonşu dövlət Gürcüstanın təcrübəsidir.

‐ Bir neçə il bundan öncə Tiflis şəhərində beynəlxalq bir konfransda iştirak etmişdim. Təbii ki,

Gürcüstanın  təcrübəsi haqqında  qiyabi  məlumatım  olsa  da,  məhz  o  vaxt qonşu  ölkənin  hüquqi

yardım xidməti ilə tanış olmağa imkan tapdım. Məlumat üçün bildirirəm ki, orada ödənişsiz hüquqi

yardım xidməti sahəsində islahatlara 2004‐cü ildə dövlət, QHT‐lər və beynəlxalq təşkilatların triosu

formasında start verilmişdir. Həmin ildə aparılacaq islahatlar üzrə konsepsiya sənədi hazırlanmış

və təxminən həmin dövrdə Gürcüstanın Ədliyyə Nazirliyi nəzdindəki İctimai Müdafiəçi Xidmətinin

regional  bürolarında  pilot  şəkildə  hüquqi  yardım  xidməti  fəaliyyətə  başlamışdır.  Gürcüstan

Respublikasında  hüquqi  yardım  xidmətini  tənzimləyən  qanunvericilik  2007‐ci  ildə  qəbul

olunmuşdur.  İlk  təşkil  olunduğu  vaxtlar  Ədliyyə  Nazirliyinin  nəzdində  olan  bu  qurum  2009‐cu

ildən  yeni İslah  və  Hüquqi  Yardım  Nazirliyinin  tabeçiliyinə  keçirilmişdir.  Ölkə  üzrə  bu  sahədə

fəaliyyət göstərən 14 regional büro təsis olunmuşdur. Onlardan 11‐i hüquqi yardım bürosu, digər

3‐ü isə məsləhət mərkəzləridir. Məsləhət mərkəzlərinin fəaliyyəti ixtisaslaşmış QHT‐lərə həvalə

olunmuşdur. Bürolardan fərqli olaraq məsləhət mərkəzləri məhkəmələrdə vətəndaşları təmsil edə

bilməzlər. Qeyd olunan nazirliyin nəzdində kollegial orqan olan Hüquqi Yardım Şurası təsis olunub.

Həmin qurum hüquqi yardım bürolarının təftişini həyata keçirir. Kollegial orqanın üzvləri İslah

və Hüquqi Yardım naziri tərəfindən təyin olunurlar. Bundan başqa, quruma ümumi rəhbərlik edən

Direktor vəzifəsi mövcuddur.

Hazırda ölkə üzrə hüquqi yardım xidmətinə cəlb edilmiş şəxslərin sayı 170‐dən çoxdur. Hüquqi

yardım göstərən şəxslər vəkillər, ixtisaslaşmış konsultant‐hüquqşünaslar və ixtisaslaşmış hüquqi

şəxslərdirlər. Maraqlı fakt ondan ibarətdir ki, hüquqi yardım göstərən şirkətlər tender əsasında

müəyyənləşdirilirlər.  Orada  hüquqi  yardım  xidməti  göstərən  hüquqşünasların  məvaciblərinin

məbləği təxminən 1170 laridir (553 AZN). 2010‐cu ildə bürolar tərəfindən icraata qəbul olunan

müraciətlərin isə sayı 10140‐dır. Statistik məlumatlar ilə istənilən şəxs Hüquqi Yardım Şurasının

veb­səhifəsindən illik hesbatları yükləməklə tanış ola bilər.

­ İndi isə öz ölkəmizə qayıtsaq, yaxşı olar. Anar müəllim, Prezidentin 18 mart 2013‐cü il tarixli

Fərmanı  ilə  yeni  yaradılmış  "ASAN  xidmət"  mərkəzlərində  "hüquqi  yardım  xidmətləri"nin

təşkili nəzərdə tutulmuşdur. Bu model və onun səmərəliliyi barədə fikirlərinizi bilməyimiz

maraqlı olardı.



­  12 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

‐ Təbii ki, bu Fərmanın imzalanması bizi də sevindirdi. Bu günə kimi cənab Prezidentin imzaladığı

bir sıra əvvəlki sənədlərdə hüquqi yardım işinin təşkili ilə bağlı tapşırıqlar olmuşdur. Lakin hüquqi

yardım xidmətinin həyata keçirilməsinin bu modeli yenilikdir. Hətta deyə bilərəm ki, özünəməxsus

modeldir. Qonşu ölkələrin heç birində bu cür unikal model mövcud deyildir. Özünüz bilirsiniz ki,

"ASAN xidmət" mərkəzləri ölkəmizdə yeni yaradılmış təsisat olmaqla özündə dövlət orqanlarının

çoxsaylı  funkisyalarını  cəmləşdirir  və  belə  desək,  bu  qurumun  məqsədi  əhalinin  gündəlik

qayğılarının operativ həllinə yönəlmişdir. Düşünürəm ki, hüquqi yardım xidməti "ASAN xidmət"

mərkəzlərinin  əsas  funksiyalarından  birinə  çevrilməklə  onun  əsas  sütunlarından  biri  rolunu

oynayacaqdır.  Fərmana  əsasən,  orada  hüquqi  məsələlərə  dair  məsləhətlər,  izahatlar  veriləcək,

məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstəriləcək, ehtiyacı olan şəxslər

üçün  ərizələrin,  şikayətlərin  və  hüquqi  xarakterli  sənədlərin  tərtib  edilməsinə  köməklik

olunacaqdır.  Təbii  ki,  bu  işin  icrasına  peşəkar  hüquqşünasların  cəlb  edilməsi  zəruri  şərtdir.  Bu

xidmət növünün yeni olmasını nəzərə alaraq onun fəaliyyətinin ilkin mərhələsində vəkillərin, habelə

uzun illərin təcrübəsinə sahib olan hüquqşünasların peşəkarlıqlarından yararlanılması labüddür.

Çünki nəzərə almaq lazımdır ki, təkcə 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin əhatə etdiyi Nəsimi,

Binəqədi  və  Nərimanov  rayonlarının əhalisinin  sayı  600  min  nəfərdən  çoxdur.  İndi Siz  özünüz

təsəvvür edin ki, hüquqi yardım üçün müraciət edən şəxslərin sayı o qədər də az olmayacaqdır.

Bunun  üçün  həmin  qurumda  ilkin  mərhələdə  hüquqi  yardım  xidmətinin  təşkili,  "ASAN  xidmət"

mərkəzinin    fəaliyyətinin  təşkili  kimi  o  dərəcədə  də sözün əsl  mənasında  "asan"  olmayacaqdır.

Zənnimcə, bunun üçün həm hüquqi yardımın göstərilməsinin mexanizmi müəyyənləşdirilməli, həm

hüquqi yardım xidməti göstərəcək hüquqşünasların seçim meyarları dəqiqləşdirilməli, həm "ASAN

xidmət" mərkəzlərinin ölkənin bütün regionlarını əhatə edəcəyi nəzərə alınarsa ölkə üzrə hüquqi

yardım xidmətinin koordinasiyası formalaşdırılmalı, habelə fəaliyyətin səmərəliliyinin artırılması

istiqamətində  xüsusi  elektron  proqram  təminatı  yaradılmalıdır.  Əlavə  olaraq  vətəndaşların  bu

sahədə elektron xidmətlərdən yararlanma imkanları təmin edilməlidir. Bilirsiniz, Hollandiya kimi

tanıdığımız Niderland Krallığında göstərilən hüquqi yardım xidmətinin 60%‐dən çoxu vətəndaşlar

bu xidməti göstərən qurumların inzibati binasına gəlmədən həyata keçirilir. Yəni orada əhaliyə

hüquqi yardım xidməti əsas etibarilə telefon və ya internet vasitəsilə göstərilir.

Təbii ki, dövlətimiz tərəfindən irəli sürülmüş və artıq reallığa qovuşmuş bu təşəbbüs ən azından

təqdirəlayiqdir. Bu fəaliyyətin səmərəliliyini aşağdakı kimi dəyərləndirə bilərəm:

Əvvəla, bu xidmət vasitəsilə dövlət vətəndaşların hüquqi yardıma olan ehtiyaclarının qarşılanması

ilə bağlı öz üzərinə götürdüyü konstitusion öhdəliyini yerinə yetirəcək. İkincisi, əhali və dövlət

orqanları arasında mövcud olan bir sıra anlaşılmazlıqlar öz həllini tapacaq. Məsələn, əvvəllər hər

hansı fərdi hüquqşünasın  hazırladığı  sənədə  biganəlik  nümayiş  etdirən  hər  hansı  qurum,  artıq

dövlət orqanı statusu qazanmış "ASAN xidmət" mərkəzi tərəfindən tərtib olunan ərizə, şikayət və

s. sənədə pretenziya tutmaqda bir qədər çətinlik çəkəcəkdir. Üçüncüsü, hüquqi yardım xidmətinin

təşkili  sonda  müəyyən  dövr  keçdikdən  sonra  istər‐istəməz  vətəndaşların  hüquqi  biliklərinin

artmasına rəvac verəcəkdir ki, bu da öz növbəsində cəmiyyətin ictimai təfəkkürünün inkişafına

müsbət təsir göstərəcəkdir.

Belə xidmətin mövcudluğu təkcə institusional vəzifələrin icrasına yönəlməmişdir. Axı qəpiyin digər

üzü də var. Həmin üz isə məsələnin psixoloji tərəfidir. İnsanların şüurunda hər hansı problematik

hüquqi  vəziyyətlərdə  müraciət  edə  biləcəkləri  təsisatın  olması  cəmiyyətdə  gərginliyi  aradan

qaldırmaqla psixoloji rahatlıq, sabitlik ab‐havası yarada bilər.

Düşünürəm ki, hüquqi yardım xidmətinin "ASAN xidmət" mərkəzlərində təşkili modeli məsələlərin

kompleks həllinə xidmət edəcəkdir. Ola bilsin ki, vətəndaş "ASAN xidmət" mərkəzindəki hüquqi

yardım  xidməti  vasitəsilə  hər  hansı  hüquqi  probleminin  həllini  tapmaqla  elə  Mərkəzin başqa

xidmətlərindəki digər ehtiyaclarını da operativ həll edəcəkdir.

Dolayısilə,  sualınıza  ümumiləşmiş  cavabım  o  olacaqdır  ki,  hüquqi  yardım  xidmətinin  bu  modeli

həqiqətən bu günkü reallıqda ən optimal variantdır.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə