Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   2   3   4   5   6   7   8   9   10   ...   43

­  13 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

‐ Sonuncu sualımız hər zaman olduğu kimi ənənəvidir. Jurnalımızın nəinki vəkillər, həmçinin

digər hüquqşünaslar arasında da paylanılacağını nəzərə alaraq gənc hüquqşünaslarımıza

tövsiyələrinizi eşitmək istərdik.

‐ Səmimi olsaq, özümü kiməsə məsləhət və ya tövsiyə verəcək səviyyədə görmürəm, çünki məsləhət

verməyin məsuliyyəti bəzən çox ağır olur. Bununla belə, sual verdiyiniz üçün onu cavablandırmağa

çalışacağam.  Belə  bir  deyim  var:  "Məsləhətin  ən  yaxşısı ən  rahat  icra  olunanıdır." Ona  görə

gənclərimizə rahat icra oluna bilən tövsiyələrimi aşağıdakı ardıcıllıqla çatdırıram:

1. Hüquqşünas daim öz peşə bacarıqlarını təkmilləşdirməlidir. Bunun üçün imkan daxilində müxtəlif

istiqamətli  hüquqi  təlimlərdə  iştirak  etməyə  həvəsli  olmalıdır.  Dar  çərçivədə  ixtisaslaşan

hüquqşünas istər‐istəməz digər hüquq sahələrindən geri qalır. Təbii ki, mən universal hüquqşünas

olmağın  da  tərəfdarı  deyiləm.  Atalar  demişkən:  "çox  istəyən,  azdan  da  olar."  Lakin  məncə,

hüquqşünas, xüsusilə vəkil peşəsi həkim peşəsi ilə oxşar cəhətlərə malikdir. İstənilən həkim hər

hansı  orqan  ilə  bağlı  diaqnoz  qoyanda  bədənin  digər  üzvlərinin  normal  funksiyaları  haqqında

məlumatlı olmalıdır. Yəni, bunun üçün həkim ixtisaslaşdığı sahədən başqa digər sahələr barədə də

məlumatlı  olmalıdır.  Bu  mənada,  hüququn  müxtəlif  istiqamətləri  üzrə  məlumatlı  olmaq

hüquqşünasın yalnız xeyrinədir.

2. Qanunvericilikdəki  yeniliklərin  izlənilməsi  hüquqşünasa  hava‐su  kimi  lazımdır. Orta  statistik

insanın xarakterində tənbəllik vardır və bəzən adam "internet"ə daxil olub hər hansı məlumatı əldə

etməyə belə ərinir. Bunun üçün isə ən yaxşı yol, reklam kimi çıxsa da deməliyəm ki, rəsmi dövlət

qəzetlərindən birinə abunə olmaqdır. İnsanın ki, hər hansı şeyə xərci çıxdıqda ona verdiyi əhəmiyyət

də fərqli olur. Heç kimə sirr deyildir ki, müasir dünyamızda ən güclü adam məlumatlı şəxsdir.

3. Hüquqşünasın başlıca keyfiyyətlərindən biri sözü bütöv və peşə faəliyyətində dəqiq olmasıdır.

Bu cür keyfiyyətlərin formalaşdırılmasında ən gözəl üsullardan biri qeydlərin aparılmasıdır. Digər

peşələrdən fərqli olaraq vəkillik peşəsi elədir ki, işlə bağlı vəkilə həmişə kütləvi məlumat axını gəlir.

İnanın ki, bunun öhdəsindən gəlmək o qədər də asan iş deyil. Bunun üçün hüquqşünaslarda qeyd

aparmaq vərdişlərinin formalaşdırılması həyati şərtdir. Öz təcrübəmə əsasən, deyirəm ki, bu cür

vərdişə  alışdıqdan  bir  müddət  sonra  insanın  həyat  tərzi  müəyyən  axara  düşməklə  qarşılaşılan

problemlərin həlli daha da asanlaşır.

4. Səhv eləmirəmsə, bu tövsiyəm dördüncüdür. Peşəkarlıq hüquqşünasın yalnız öz sahəsi üzrə daha

çox məlumatlı, bilikli olmasından asılı deyildir. Yaşından asılı olmayaraq hər bir hüquqşünas günün

heç olmazsa 1 saatını necə deyərlər "sinifdənxaric oxu"ya həsr etməli, dünyagörüşünü artırmalıdır.

Bunun  üçün  Qərb  ölkələrində  və  Rusiyada  nəşr  olunan və  o  qədər  də  baha  olmayan  "Science",

"Наука и Жизнь", "Вокруг света" və s. məzmunlu aylıq jurnallara abunə olmaq məsləhətdir. Bəzən

elə hallar olur ki, texniki sahədəki biliklər vəkilə hər hansı hüquqi – məhkəmə, cinayət və s. işin

daha ətraflı başa düşülməsinə köməklik edir. Bu isə dolayı olsa da məhkəmədə uğurlu müdafiə

taktikasının seçilməsində öz sözünü deyir. Təbii ki, işin xarakterindən də çox şey asılıdır.



5.  Sonuncu  məsləhətim  bir  balaca  mənəvi  çalarlıdır.  Bu  gün  cəmiyyətimiz  bazar  iqtisadiyyatı

şəraitində yaşayır. Sovet dövründəki kimi insanların maddi‐sosial cəhətdən təminatı əvvəlki kimi

deyil.  Dövlət  vətəndaşlarının  maddi‐sosial  rifahının  yaxşılaşdırılmasına  çalışsa  da,  bu, əhalinin

bütün  təbəqələrini  əhatə  edə  bilmir.  Dolayısilə  bazar  iqtisadiyyatı  şəraitində  insanların  həyatı

maddiyyatdan  daha  çox  asılı  olmuşdur.  Bu  isə  öz  növbəsində  insanların  xarakterlərinin

maddiləşməsinə gətirib  çıxarıb.  Gənc  hüquqşünaslarımıza  bu  faktorları  görməyi  və  onlara

məqsədləri naminə, abstrakt məfhum olsa da, "vicdan" səddinin üstündən aşıb o tərəfə keçməməyi

arzu edirəm. Kamil şəxsiyyətin, xüsusilə də hüquqşünasın özülündə məhz bu keyfiyyət durur.

Mənlik bu qədər.

‐ Maraqlı müsahibəyə görə çox sağ olun!

‐ Çox sağ olun! Sizə və kollektivimizə öz fəaliyyətində uğurlar arzulayıram!




­  14 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Kamandar Nəsibov

Hüquq üzrə Fəlsəfə Doktoru,

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü,

Vəkillər Kollegiyasının Fəxri Doktoru

VƏKİLLİK FƏALİYYƏTİ ZAMANI TƏCRÜBƏDƏ

RASTLAŞILAN PROBLEMLƏR

Müdafiə hüququ insanların ən əsas hüquqlarından

biridir. 

Müdafiə 


hüququ 

Azərbaycan

Respublikasının Konstitusiyası, ölkəmizin tərəfdar

çıxdığı  beynəlxalq  konvensiyalar  və  digər

normativ  hüquqi  aktlarda  öz  əksini  tapmışdır.

Ölkəmizdə  müdafiə  hüququnun  konstitusion

əsasları           Azərbaycan                Respublikasının

Konstitusiyasının 12 və 61‐ci maddələrində əks olunub. Belə ki, Konstitusiyanın 12‐ci maddəsinə

görə,  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  dövlətin  ali  məqsədidir.

Konstitusiyanın  61‐ci  maddəsinə  görə  isə,  hər  kəsin  yüksək  keyfiyyətli  hüquqi  yardım  almaq

hüququ  vardır.  Göründüyü  kimi,  bu  normalar  şəxslərin  müdafiə  hüququnu  elan  etməklə

kifayətlənmir, həm də bu hüququn dövlət tərəfindən təmin edildiyi vurğulanır. Bu konstitusion

müddəalar sahəvi qanunvericiliklərdə də öz əksini tapmışdır.

Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra insanların yüksək keyfiyyətli hüquqi

yardım almalarının təmin edilməsi üçün hüquq islahatlar aparılmış və hazırda bu tendensiya davam

etdirilir. Bu mənada müdafiə hüququnun əsasını təşkil edən vəkillik institutu da istisna deyildir.

Əsas vəzifələri hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə

edilməsindən,  onlara  peşəkar,  yüksək  keyfiyyətli,  vicdanlı  hüquqi  yardım  göstərilməsini  təmin

etməkdən,  vəkillik  peşəsinin  nüfuzunu  yüksəltməkdən  ibarət  olan  Vəkillər  Kollegiyasının

fəaliyyətini  təşkil  etmək  məqsədi  ilə  “Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”  Azərbaycan

Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanuna müvafiq olaraq Vəkillər Kollegiyasının

Nizamnaməsi  qəbul  edilmişdir.  Nəzər  saldıqda  son  dövrdə  Vəkillər  Kollegiyasının  üzvlərinin

sayında  kütləvi  artımın  olduğunu  görə  bilərik.  Həmçinin  qeyd  etmək  lazımdır  ki,  hal‐hazırda

Vəkillər Kollegiyasına üzv olmağa gənclərin marağı artmaqdadır. Biz də öz fəaliyyətimizin uğurlu

nəticələri ilə gənclərin vəkilliyə olan maraqlarını daha da artırmalıyıq.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92.1‐ci maddəsinə əsasən, cinayət

prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini

həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Cinayət‐prosessual qanunvericilik

vəkillər  kollegiyasının  üzvü  olmayan  hüquqşünasların  cinayət  prosesində  müdafiəçi  qismində

iştirak  etməsini  tamamən  istisna  edir.  Belə  ki,  Konstitusiyamızın  61‐ci  maddəsinin  birinci

hissəsində təkcə hüquqi yardım almaq deyil, məhz yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ

təsbit  olunmuşdur.  Məhz  bu  konstitusion  norma  vəkillər  kollegiyasının  üzvü  olmayan  şəxsləri

cinayət prosesində müdafiəçi qismində buraxmağı istisna edir.

Vəkillərin öz vəzifələrini həyata keçirməsi üçün həm təkmil qanunlar qəbul edilməli, həm də həmin

qanunların işlək mexanizmi olmalıdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra aparılan hüquq

islahatları  nəticəsində  qanunlarımız  təkmilləşməyə  başlamışdır.  Bununla  belə,  bəzən  qanunlar

arasında  ziddiyyətlərin  olması  hansısa  normanın  praktikada  tətbiqinə  müəyyən  çətinliklər

doğurur.  Hal‐hazırda  praktikada  vəkillərin  öz  vəzifələrini  həyata  keçirib  vətəndaşlara  yüksək

keyfiyyətli  hüquqi  yardım  göstərmələrində  müəyyən  çətinliklər  qalmaqdadır.  Toxunduğumuz

mövzu olduqca genişdir. Bu məqalədə vəkillərin praktikada rastlaşdığı belə çətinliklərdən bəziləri

barədə qısa formada məlumat verməyə çalışacağıq.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə