Publication1


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   2   3   4   5   6   7   8   9   ...   43

­  4 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Müsahibələr və mövqelər

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Cabir oğlu

Tağıyevin "Rusiyanın vəkil xəbərləri" nəşrinə verdiyi müsahibənin ana dilimizə tərcüməsi

VƏKİLLƏRİMİZ ŞİKAYƏTLƏNMİRLƏR

Bu  yaxınlarda  Azərbaycan  Respublikasının  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  sədri,

Azərbaycan  Respublikasının  “Əməkdar  hüquqşünası”  Azər  Cabir  oğlu  Tağıyevin  rəhbərliyi  ilə

Azərbaycan Respublikasının vəkillərindən ibarət nümayəndə heyəti Rusiyanın Vəkillər Gildiyasını

ziyarət etmişdir. Həmkarları arasında böyük nüfuza sahib olan, Rusiyanın Vəkillər Gildiyası ilə sıx

əlaqə saxlayan, “Rusiyanın fəxri vəkili” Azər Tağıyev Azərbaycanda və onun hüdudlarından kənarda

tanınmış  hüquqşünasdır.  Azər  Tağıyev  “Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”  Azərbaycan

Respublikası Qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir ki, məhz bu Qanun sayəsində

vəkillər tam müstəqillik əldə etmişlər. Qanunla jurnalımızın cari nəşrinin səhifələrində tanış ola

bilərsiniz.  Azər  Tağıyev  rusiyalı  vəkilləri  Azərbaycanda  vəkillik  fəaliyyətinin  incəlikləri  ilə  tanış

etmişdir.

Müxbir: Bizə məlumdur ki, Azərbaycan Respublikasında hələ 1999‐cu ildə hüquqi qüvvəyə minmiş

“Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”  Qanun  fəaliyyət  göstərir.  Qanunun  qəbulundan  əvvəl

vəziyyət necə idi?

Azər Tağıyev: 1999‐cu ilədək Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında”

Qanunu nəinki zamanın tələblərinə cavab vermir, hətta bəzi hallarda məhdudlaşdırıcı xarakterə

malik  idi.  Ədliyyə  naziri  bizim  qərarlarımızı  dayandıra  da  bilirdi.  O  dövrdə  Azərbaycan

Respublikasının vəkillik strukturunda 3 dövlət orqanının ümumi rəhbərliyi mövcud idi: Ali Sovet,

Nazirlər Kabineti və Ədliyyə Nazirliyi.

Müxbir: Yeni qanunun qəbuluna necə nail olundu? Qanun nələri ehtiva edir?

A.T.:  Qanun  layihəsi  üzərində  4  il  çalışdıq.  Bu  zəhmətli  işə  Avropa  Şurasının  dörd  eksperti  və

Azərbaycandan  dörd  nümayəndə  cəlb  edilmişdir.  Qanun  layihəsi  Parlament  tərəfindən  təsdiq

olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanaraq

qanun  statusu  almışdır.  Təbii  ki,  qanun  layihəsinin  müzakirəsi  zamanı  çətinliklər  və  müəyyən

anlaşılmazlıqlar da olurdu.

Müxbir: Bəs, Qanunun qəbulu ilə nəyə nail oldunuz?

A.T.: Qanun vəkillərin tam müstəqilliyini təmin etdi. Hazırda heç bir dövlət orqanının ‐ məhkəmə,

polis,  ictimai  təşkilatların  vəkillərin  peşəkar  fəaliyyətinə  müdaxilə  etməyə  hüquqları  yoxdur.

Sənəddə  elə  birbaşa  bu  cür  də  yazılıb:  “Vəkilliyin  əsaslarını  digər  əsaslarla  yanaşı  vəkillərin  və

onların  birliyinin  peşəkar  fəaliyyətinə  prokurorluq,  məhkəmə,  digər  dövlət  orqanları,  ictimai

birliklər,  hər  hansı  müəssisə,  idarə,  təşkilat  və  vəzifəli  şəxs  tərəfindən  müdaxiləyə    yol

verilməməsi;vəkillərin özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil

qərar qəbul edilməsi təşkil edir”.

Müxbir: Bu sizin böyük nailiyyətinizdir.

A.T.: Bəli, bu Qanun vəkilliyin müstəqilliyini tam təmin edir.

Müxbir: Bəs, Azərbaycan Respublikasında vəkilliyin strukturu necədir?

A.T.: Hal‐hazırda vəkilliyin strukturunda qeyri‐dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin

daxil olduğu təşkilat ‐ Azərbaycan Respublikasının Vəkillər Kollegiyası fəaliyyət göstərir.




­  5 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Kollegiyanın üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Vəkillər Kollegiyasının

ali orqanları Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı (Konfransı) və Vəkillər Kollegiyasının

Rəyasət  Heyətidir.  Vəkillik  fəaliyyəti  fərdi  qaydada  da  həyata  keçirilə  bilər.  Həmçinin,  ayrı‐ayrı

vəkillərin  təşəbbüsü  ilə  yaradılan,  müstəqil  qurumlar  olmaqla  Azərbaycan  Respublikasının

qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərən hüquq məsləhətxanaları və vəkillərin digər

birlikləri də mövcuddur.

Müxbir: Vəkillər Kollegiyasının Rəyasət Heyətinin funksiyaları və tərkibi barədə nə deyə bilərsiniz?

A.T.:  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyəti  Vəkillər  Kollegiyasının  Ümumi  Yığıncağında

(Konfransında) seçilən sədr, sədr müavinləri və onun üzvlərindən ibarətdir.

Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  sədri  və  onun  müavinləri  eyni  zamanda  Vəkillər

Kollegiyasının  sədri  və  müavinləri  hesab  olunurlar.  Rəyasət  Heyəti  hansı  məsələləri  həll  edir?

Buraya  çoxsaylı  təşkilati  məsələlərin  həlli  ‐  Vəkillər  Kollegiyasının  üzvlüyünə  qəbul,  Vəkillərin

İxtisas Komissiyasına üzvlərin təyin edilməsi, ixtisas imtahanının qaydalarının müəyyən edilməsi,

vəkillər  arasında  qanunvericilik  və  mövcud  məhkəmə  təcrübəsi  ilə  bağlı  məlumatlandırmanın

həyata keçirilməsi və s. daxildir.



Müxbir: Vəkillər Kollegiyasının üzvlüyünə kimlər və necə qəbul olunurlar?

A.T.: Vəkillər Kollegiyasının üzvlüyünə qəbul şərtləri qanunun əsas yeniliklərindəndir. Azərbaycan

Respublikasının  Vəkillər  Kollegiyasının  üzvü  olmaq  üçün  şəxs  ali  hüquq  təhsilinə,  o  cümlədən,

hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik olmalıdır. Bundan əlavə, namizəd

müvəffəqiyyətlə  xüsusi  testdən  keçməlidir.  İmtahan  ali  təhsil  üzrə  müstəqil  dövlət  imtahan

komissiyası tərəfindən qəbul edilir. Bu komissiya heç kimə tabe olmayan müstəqil orqandır.

Müxbir: Vəkillər Kollegiyasının hər hansı formada Ədliyyə Nazirliyinə tabeçiliyi varmı?

A.T.:  Azərbaycanda  vəkillik  Ədliyyə  Nazirliyinə  tabe  deyildir.  Biz  tamamilə  müstəqilik.  Vəkillər

Kollegiyası  ədliyyə  naziri,  Ali  Məhkəmənin  sədri,  vəkillər,  hüquqşünas  alimlər,  hakimlər,  o

cümlədən, Azərbaycan Respublikası Parlamentinin üzvlərindən ibarət olan Məhkəmə‐Hüquq Şurası

ilə əməkdaşlıq edir. Şurada hakimlər tərəfindən yol verilən hüquq pozuntuları məsələlərinə baxılır.

Vəkillər Kollegiyası həmçinin Hakimlərin Seçki Komitəsinin işində aktiv iştirak edir.

Müxbir: Vəkillərə münasibətdə intizam icraatı məsələsi nə yerdədir?

A.T.: Vəkillik fəaliyyətində intizam məsələlərinə gəlincə, qeyd olunmalıdır ki, Vəkillər Kollegiyası

nəzdində  vəkillərdən  ibarət  tərkibdə  İntizam  Komissiyası  fəaliyyət  göstərir.  Komissiya,  Vəkillər

Kollegiyası  üzvlərinin  Ümumi  Yığıncağı  (Konfransı)  tərəfindən  formalaşdırılır.  Vəkil  tərəfindən

qanunun tələbləri pozulduğu halda Vəkillər Kollegiyasının sədrinin qərarı ilə həmin vəkil barədə

məsələ baxılmaq üçün İntizam Komissiyasına göndərilir. İntizam Komissiyası isə öz növbəsində

vəkil tərəfindən qanunsuz hərəkətlərin mövcudluğu faktının aşkar edildiyi təqdirdə baxılan məsələ

barədə rəy verir və rəyi baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti özbaşına olaraq vəkili Kollegiyanın üzvlüyündən xaric edə

və  onu  peşəkar  fəaliyyətlə  məşğul  olmaq  hüququndan  məhrum  edə  bilməz.  Bu  cür  məsələlər

məhkəmə qaydasında həll olunur. Bu isə kifayət qədər çətin prosesdir.



Müxbir: Vəkil hər hansı bir səbəbdən hüquq‐mühafizə orqanları tərəfindən saxlanıldığı zaman nə baş

verir?

A.T.: Bizim qanuna əsasən, vəkil saxlanıldığı təqdirdə bu cür saxlama Azərbaycan Respublikasının

Baş Prokurorunun müavini və ya hər hansı digər bir şəxslə deyil, məhz  Azərbaycan Respublikasının

Baş Prokuroru ilə razılaşdırılmalıdır. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də bu barədə dərhal

məlumatlandırılır.



Müxbir: Deməli, sizdə vəkillərə hörmət göstərilir?

A.T.:  Hər  kəsə  hörmət  göstərilir,  istər  prokurorlara,  istər  hakimlərə,  istər  vəkillərə,  istərsə  də

həkimlərə və müəllimlərə.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə