Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 21// level= 1// sumtest=34 // name= Təlim psixologiyası //



Yüklə 0,85 Mb.
səhifə20/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 21// level= 1// sumtest=34 // name= Təlim psixologiyası //


1. Öyrənməyə qabilliyin hansı növləri vardır?

A) empirik və nəzəri

B) konkret və mücərrəd

C) aktual və perspektiv

D) ümumi və xüsusi

E) praktik və intellektual

2. Təlimin şəxsiyyətə istiqamətlənən modeli hansı özünəməxsus əlamətlərlə xarakterizə olunur?

A) təlim prosesində şagirdin intellektual, psixoemosional, iradi və estetik imkan - ları formalaşdırılır.

B) pedaqoji prosesdə müəllim – şagird münasibətləri qarşılıqlı inam və hörmət əsasında qurulur.

C) təlim prosesində çətinlik çəkən və geriliyini müstəqil surətdə aradan qaldırmağa nail ola bilməyən şagirdlərə fərdi yardım göstərilir.

D) yaxşı və zəif oxuyan şagirdlər müəyyənləşdirilir və bu zəmində onlarla fərdi işin aparılması təşkil edilir.

E) şagirdlərdə əqli qabiliyyətlərin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

3. Təlim psixologiyası hansı təlim metodlarının rolunu ön plana çəkir?

A) təlim motivlərinin formalaşması ilə müşaiyət olunan

B) praktik tapşırıq və məsələlərin yerinə yetirilməsinə istiqamətlənən

C) kreativliyin - yaradıcı qabiliyyətlərin inkişafını təmin edən

D) şagirdin fərdi - psixoloji xüsusiyyətlərini nəzərə alan

E) şagirdin əqli inkişafının səviyyəsinə əsaslanan

4. “Öyrənməyə qabillik” nədir?

A) mənimsəmənin sürətinin ümumi göstəricisi

B) mənimsəmənin sürətinin fərdi göstəricisi

C) mənimsəmənin keyfiyyətinin fərdi göstəricisi

D) mənimsəmənin sürət və keyfiyyətinin fərdi göstəricisi

E) mənimsəmənin keyfiyyətinin fərdi göstəricisi

5. Sadalanlardan hansı təlimin müsbət xarakterli motivasiyasının mahiy - yətini düzgün açıqlayır?

A) şagirdin təlim fəaliyyətində sosial və şəxsi eqoistik motivlər üstünlük təşkil edirlər.

B) təlim fəaliyyəti ilə bağlı şagirddə borc hissi açıq şəkildə özünü büruzə verir.

C) intellektual aktivliyin səviyyəsi yüksək olur.

D) şagird müstəqil surətdə özünün təlim fəaliyyətinin məqsədlərini dərk etməyə nail olur.

E) idrak maraqları sürətlə inkişaf edir.

6. Təlimə hansı kateqoriyalar aiddir?

A) adaptasiya

B) sosializasiya

C) öyrənmə və öyrətmə

D) tərbiyə

E) tədris

7. Təlim metodu yunan dilindən tərcümədə necə adlanır?

A) təlim məqsədinə nail olma yolları

B) təlim məqsədinə nail olma vasitəsi

C) təlim mexanizmi

D) təlim yolları

E) təlim üsulları

8. İnkişafetdirici təlim prinsipini ilk dəfə kim təklif etmişdir?

A) İvanov İ. P.

B) Vıqotski L. S.

C) Zankov L. S.

D) Yakimanskaya İ. S.

E) Makarenko A. S.

9. Aşağıdakılardan hansı təlim nəzəriyyəsinə aid deyildir?

A) vərdi.

B) bilik

C) bacarıq

D) motivasiya

E) tərbiyəlilik

10. Bunlardan biri dərsə aid deyildir?

A) seminar məşğələlər

B) laborator məşğələlər

C) praktik məşğələlər

D) ev tapşırıqları

E) müstəqil işlər

11. "Təlim müəllim və şagirdin yaradıcılığı" ifadəsini ilk dəfə kim işlətmişdir?

A) Komenskiy Y. A.

B) Makarenko A. S.

C) Babanskiy Y. K.

D) Şatalov V. F.

E) İvanov İ. P.

12. Öyrənməyə qabilliyin növləri hansılardır? Uyğun olanları seçin:

1 - ümumi

2 - birgə ünsiyyət

3 - kollektiv

4 - xüsusi

A) 2, 3

B) 2, 4

C) 3, 4

D) 1, 4

E) 1, 2

13. Öyrənməyə qabilliyin əsasında nə durur? Uyğun olanları seçin:

1 - şəxsiyyətin idrak proseslərinin inkişaf səviyyəsi

2 - temperament tipinin səviyyəsi

3 - qabiliyyətlər

4 - emosional sahənin inkişaf səviyyəsi

5 - maraqlar

6 - xarakter

A) 1, 4

B) 2, 6

C) 3, 5

D) 2, 3

E) 1, 5

14. Təlimin sosial motivlərinin səciyyəsinə dair aşağıdakı cavablardan hansı - lar düzgün sayıla bilər? Uyğun olanları seçin:

1 - sosial motivlər şagirdin yaşıdları və böyüklərə qarşılıqlı sosial münasibətləri - nin ifadəsi kimi təzahür edir.

2 - sosial motivlər uşağın idrak fəallığı ilə bağlı olur.

3 - sosial motivlər uşağın mövqeyini əks etdirir.

4 - təlimin sosial motivləri, şagirdin mənimsəmə fəaliyyətinin səmərəliyini təşkil edir.

5 - təlimin sosial motivləri təhsilin ictimai əhəmiyyətini ifadə edir.

A) 4, 5

B) 2, 3

C) 1, 4

D) 3, 4

E) 1, 5

15. Təlim fəaliyyəti hansı funksiyaları yerinə yetirir? Uyğun olanları seçin:

1 - inkişafetdirici

2 - çoxcəhətlilik

3 - qabillik

4 - idarəetmə

5 - tərbiyəedici

6 - məlumatvermə

A) 1, 5

B) 2, 6

C) 3, 5

D) 2, 3

E) 1, 4

16. Təlimin psixologiyası nəyi öyrənir? Uyğun olanları seçin:

1 - təlimin psixoloji qanunauyğunluqlarını

2 - tərbiyə işinin metodlarını

3 - təlim və inkişafın qarşılıqlı əlaqəsini

4 - tərbiyəvi tədbirlərin xüsusiyyətlərini

5 - konkret fəaliyyət məsələlərini

6 - şəxsiyyətin formalaşmasının mexanizmini

A) 4, 5

B) 2, 4

C) 1, 3

D) 3, 6

E) 1, 5

17. Proqramlaşdırılmış təlimin müsbət cəhətləri hansılardır? Uyğun olanları seçin:

1 - bu təlim dərs prosesi üzərində nəzarət qoymağı imkan verir.

2 - bu təlim proqramın tərkib hissələrinə yiyələnməyə imkan vermir.

3 - bu təlim dərsi düzgün tənzim etməyə şərait yaradır.

4 - bu təlim dərs prosesinə nəzarət qoymağa imkan vermir.

5 - bu təlimin köməyi ilə müəllim materialı daha çox şagirdə mənimsədə bilir.

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 3

E) 2, 4, 5

18. İzahlı - illüstrativ təlimin müsbət cəhətləri hansılardır? Uyğun olanları seçin:

1 - bu təlim dərs prosesinə nəzarət qoymağa imkan vermir.

2 - bu təlimdə müəllim subyekt, tələbə isə obyekt kimi idarəetmənin əsas ünsü - rüdür.

3 - bu təlim proqramın tərkib hissələrinə yiyələnməyə imkan vermir.

4 - bu təlimdə düz əlaqə vasitəsi ilə müəllimdən şagirdə informasiya ötürülür.

A) 2, 4

B) 1, 2

C) 3, 4

D) 1, 4

E) 1, 3

19. Problematik təlimin üstün cəhətləri hansılardır? Uyğun olanları seçin:

1 - bu təlim məntiqi, elmi fikir yürütməyi şagirdə öyrədir.

2 - bu təlimdə düz əlaqə vasitəsi ilə müəllimdən şagirdə informasiya ötürülür.

3 - bu təlim dərsi emosional edir, canlandırır.

4 - bu təlimdə düz əlaqə vasitəsi ilə müəllimdən şagirdə informasiya ötürülür.

5 - bu təlim intellektual hissləri inkişaf etdirir.

A) 1, 4, 5

B) 2, 4, 5

C) 1, 3, 5

D) 3, 4, 5

E) 2, 3, 4

20. Tərbiyəedici təlimin üstün cəhətləri hansılardır? Uyğun olanları seçin:

1 - bu təlim məntiqi, elmi fikir yürütməyi şagirdə öyrədir.

2 - bu təlimdə düz əlaqə vasitəsi ilə müəllimdən şagirdə informasiya ötürülür.

3 - bu təlim tədris materialının tərbiyəedici imkanlarını, tərbiyə məqsədlərini müəyyənləşdirir.

4 - bu təlim şagirdləri ümumbəşəri dəyərlər əsasında tərbiyə edir.

5 - bu təlim intellektual hissləri inkişaf etdirir.

6 - bu təlim şagirdləri bir - biri ilə əməkdaşlıq etmyə ruhlandırır.

A) 3, 4, 6

B) 1, 2, 3

C) 2, 3, 4

D) 3, 4, 5

E) 1, 4, 5

21. Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən hansı amillərdən asılıdır? Uyğun olanları seçin:

1 - kim və necə öyrədir?

2 - kimə və nəyi öyrədirlər?

3 - nəyi öyrədirlər?

4 - necə öyrədirlər?

5 - kimi öyrədirlər?

A) 2, 4, 5

B) 1, 2, 3

C) 3, 1, 5

D) 1, 2, 4

E) 2, 3, 5

22. Təlimin səmərəli surətdə formalaşmasının ən mühüm amilləri hansı - lardır? Ardıcıllığı müəyyən edin:

1 - şagird biliklərin mənimsənilməsinin əhəmiyyətini dərk edir.

2 - şagird nə üçün və hansı məqsəd naminə oxuduğunu dərk edir.

3 - bilik, bacarıq və vərdişlərin mənimsənilməsi şəxsi əhəmiyyət kəsb edir.

4 - şagirdin bütün fəaliyyəti qarşıya qoyulmuş yaxın və uzaq məqsədlərlə idarə olunur.

5 - şagird təlimlə bağlı məqsədlərə şüurlu münasibət bəsləyir.

A) 4, 5

B) 2, 3

C) 1, 5

D) 3, 5

E) 1, 2

23. Təlimin motivlərinin formalaşmasında hansı amillərin mühüm əhəmiyyəti vardır? Ardıcıllığı müəyyən edin:

1 - qiymətləndirmə

2 - müəllimin ümumi rəyi

3 - rəğbətləndirmə

4 - şifahi möhkəmləndirmə

5 - valideynlərin tələbi və oxumaq arzusu

A) 1, 4

B) 2, 3

C) 4, 5

D) 3, 4

E) 1, 2

24. Təlimin daxili motivasiyasının formalaşmasında hansı amillər mühüm əhəmiyyətə malikdir? Ardıcıllığı müəyyən edin:

1 - idrak maraqları

2 - müəllim və valideyn münasibəti

3 - biliksevərlik

4 - biliklərə yiyələnmənin zəruriliyinin dərk olunması

5 - sinif ktivində yüksək statusa malik olmağa meylollek

A) 4, 5

B) 2, 4

C) 1, 3

D) 3, 4

E) 1, 5

25. Təlim motivləri hansılardır? Ardıcıllığı müəyyən edin:

1 - təbii və ali motivlər

2 - maddi və mənəvi motivlər

3 - situativ motivlər

4 - eqoistik motivlər

5 - mühüm və qeyri - mühüm motivlər

6 - birincili və ikincili motivlər

7 - ictimai motivlər

A) 3, 4, 7

B) 1, 3, 5

C) 3, 2, 4

D) 2, 3, 7

E) 1, 4, 6

26. “Öyrənməyə qabillik” anlayışını irəli sürən və onun haqqında fikir söyləyən alimləri tarixilik baxımından təsnif edin. Ardıcıllığı müəyyən edin:

1 - Z. Y. Freyd

2 - N. A. Mençinskaya

3 - D. B. Elkonin

4 - N. İ. Muraçovski

5 - P. Y. Qalperin

6 - Ə. S. Bayramov

7 - Ə. Ə. Əlizadə

8 - A. M. Matyuşkin

A) 1, 3, 5, 8

B) 2, 5, 6, 7

C) 2, 4, 5, 3

D) 4, 5, 6, 7

E) 1, 2, 3, 4

27. Aşağıdakı təlim nəzəriyyələrini ardıcıllıqla düzün:

1 - izahlı - illüstrativ təlim

2 - tərbiyəedici təlim

3 - proqramlaşdırılmış təlim

4 - istiqamətləndirici təlim

5 - problematik təlim

6 - problemli təlim

A) 3, 4, 5, 6

B) 2, 5, 4, 6

C) 1, 3, 6, 2

D) 1, 3, 5, 6

E) 2, 3, 4, 5

28. Qeyd olunan fikirlərin şagirdlərin idrak fəallığının hansı tipinə uyğun olduğunu müəyyən edin:

I - Şagirdlərdə vərdişlərin, adətlərin yaranmasını təmin edir. Əks əlaqənin təmin olunması, ödənilməsi tələbatlarını yaradır.

II - Təlimdə öyrənməyə qarşı doyumluq yaranması, şagirdlərdə yaradıcılıq qabiliy - yətinin inkişafı üçün şərait yaranır.

1 - əyani

2 - məfhum və elmi ümumiləşdirmə tipləri

3 - adaptiv fəallıq tipi

4 - emosional fəallıq tipi

5 - yaradıcı fəallıq tipi

A) I - 2; II - 4

B) I - 4; II - 3

C) I - 3; II - 5

D) I - 1; II - 2

E) I - 5; II - 1

29. Təlimin mahiyyəti və qanunauyğunluqlarına aid olan uyğunluqları tapın:

I - Təlim müvəffəqiyyətini təmin edən amillər

II - Təlimin psixoloji strukturunun komponentləri

III - Təlim motivləri

a - nəyi öyrədirlər, kim və necə öyrədir, kimi öyrədir?

b - idrak tələbatları, təlim motivləri, təlim məqsədləri, vəzifələri, tədris işləri

c - geniş sosial motivlər

d - təlim fəaliyyətində xarakterik və xüsusi motivlər

e - şəxsi və maddi motivlər

A) I - b; II - a; III - e

B) I - e; II - c; III - d

C) I - a; II - b; III - c

D) I - e; II - d; III - a

E) I - d; II - e; III - b

30. Uyğunluğu müəyyən edin. Təlim strukturuna söylənmiş konsepsiyaların əsas nümayəndələrini tapın:

I - Təlim konkret obyektlər sinfinin, onların xassələrinin dərk olunması və ümumiləşdirilmiş idrak prosesidir

II - Təlim fikri fəaliyyətin mərhələlər üzrə mənimsənilməsi prosesidir. Bu nəzəriyyədə fikri fəaliyyət ön plana çəkilir, biliklərə isə fəaliyyətdən və onun mənimsənilməsindən törəmə kimi baxılır (1 - bələdləşmə əməliyyatı; 2 - idarıedici əməliyyat, nəzarət əməliyyatı) ;

III – Hər cür təcrübəyə yiyələnmək (konkret, ümumiləşmiş, idraki, emosional və s ) mənimsəmədən ibarətdir. Təlim fəaliyyəti : 1) təlim şəraiti və vəziyyəti 2) təlim işləri 3) mənimsəmə səviyyəsini qiymətləndirmə kimi komponentlərə malikdir.

1 - S. L. Rubinşteyn, N. X. Şvaçkin

2 - V. V. Davıdov, S. A. Nadiraşvili

3 - D. V. Elkonin, V. V. Davıdov

4 - P. Y. Qalperin, N. F. Talizina

5 - D. V. Boqoyavlenski, A. M. Matyuşkin

6 - L. S. Vıqotski, A. N. Leontyev

A) I - 2; II - 5; III - 1

B) I - 5; II - 3; III - 4

C) I - 6; II - 4; III - 3

D) I - 1; II - 6; III - 5

E) I - 3; II - 1; III - 2

31. Təlimin optimallaşdırmasına aid verilmişləri yğun prinsiplərə daxil edin:

I - Təlimin təsnifi aşağıdakılara görə aparılır: öyrənilən fənnlər, psixoloji məq - səd, əks əlaqənin yaranması, şagirdlərin fəallığının artırılması

II - Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün təşkili, təlimin struk - tur komponentlərinin dəqiq müəyyənləşdirilməsi, əqli inkişaf səviyyəsinin nəzərə alınması

III - Təlim prosesində anlayışlar və məfhumların formalaşdırılması - əşya və hadisələrin təhlili, ümumi və xüsusi əlamətlərin seçilməsi, qrupaşdırılması

1 - sistematiklik və ardıcıllıq prinsipi

2 - düzgün ümumiləşdirmə bacarığının formalaşdırılması prinsipi

3 - təlimin təsnifi və tədris fəaliyyətinin təşkilində onun nəzərə alınması prinsipi

4 - fənlərarası və fənndaxili əlaqənin nəzərə alınması prinsipi

5 - təlim prosesində psixi inkişaf səviyyəsi və inkişafın “yaxın zonası” nın nəzərə alınması prinsipi

6 - psixi inkişaf və fəaliyyət

7 - psixi inkişaf və ünsiyyət

A) I - 3; II - 5; III - 2

B) I - 4; II - 1; III - 5

C) I - 5; II - 2; III - 4

D) I - 2; II - 3; III - 3

E) I - 1; II - 4; III - 4

32. Uyğunluğu müəyyən edin:

I - Problematik təlimin üstün cəhətləri hansılardır?

II - Təlim motivləri hansılardır?

1 - situativ motivlər

2 - bu təlim məntiqi, elmi fikir yürütməyi şagirdə öyrədir.

3 - eqoistik motivlər

4 - bu təlim dərsi emosional edir, canlandırır.

5 - bu təlim intellektual hissləri inkişaf etdirir.

6 - ictimai motivlər

A) I - 2, 5, 6; II - 3, 4, 6

B) I - 3, 4, 6; II - 2, 4, 6

C) I - 1, 3, 5; II - 1, 3, 5

D) I - 2, 4, 5; II - 1, 3, 6

E) I - 1, 4, 5; II - 1, 4, 5

33. Uyğunluğu müəyyən edin:

I - İzahlı - illüstrati təlimin müsbət cəhətləri hansılardır?

II - Tərbiyəedici təlimin üstün cəhətləri hansılardır?

1 - bu təlim tədris materialının tərbiyəedici imkanlarını, tərbiyə məqsədlərini müəyyənləşdirir.

2 - bu təlim şagirdləri ümumbəşəri dəyərlər əsasında tərbiyə edir.

3 - bu təlimdə müəllim subyekt, tələbə isə obyekt kimi idarəetmənin əsas ünsü - rüdür.

4 - bu təlim şagirdləri bir - biri ilə əməkdaşlıq etmyə ruhlandırır.

5 - bu təlimdə düz əlaqə vasitəsi ilə müəllimdən şagirdə informasiya ötürülür.

A) I - 3, 5; II - 1, 2, 4

B) I - 2, 4; II - 1, 3, 4

C) I - 1, 3; II - 1, 4, 5

D) I - 3, 4; II - 2, 3, 4

E) I - 2, 53 II - 1, 2, 5

34. Təlim üsulları və vasitələrinə aid verilmişlərin uyğun sahələrini müəyyən edin:

I - Yeni mövzunun qavranılmasına və başa düşülməsinə xidmət edən üsullar

II - Bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi və tətbiqinə xidmət edən üsullar

III - Təlim üsullarının səmərəliliyini təmin edən amillər

1 - təlim üsulunun didaktik vəzifəyə uyğun seçilməsi

2 - təlim tələblərinin vəzifə borcuna çevrilməsi

3 - təkrarlar, müxtəlif tip çalışmalar

4 - problemli situasiyanın yaradılması

5 - təlim üsullarının əlaqəli tətbiqi

6 - məsələ və misal həlli

7 - problemli izah

8 - ölçmə vasitələrinin tətbiqi və laborator iş

9 - müəllimin hazırlıq səviyyəsi

10 - evristik müsahibə

A) I - 1, 2, 3, 4; II - 5, 6, 7; III - 8, 9, 10

B) I - 2, 4, 6, 9; II - 3, 4, 5; III - 7, 8, 9

C) I - 2, 4, 7, 10; II - 3, 6, 8; III - 1, 5. 9

D) I - 4, 6, 8, 10; II - 1, 2, 3; III - 5, 7, 9

E) I - 5, 7, 8, 9; II - 3, 6, 10; III - 4, 5, 8

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə