Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 17// level= 1// sumtest=20 // name= Kiçik məktəblinin psixoloji xüsusiyyətləri //



Yüklə 0,85 Mb.
səhifə16/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

##num= 17// level= 1// sumtest=20 // name= Kiçik məktəblinin psixoloji xüsusiyyətləri //


1. Kiçik məktəb yaşı dövründə aparıcı fəaliyyət növü hansıdır?

A) əmək fəaliyyəti

B) təsviri fəaliyyət

C) təlim fəaliyyəti

D) oyun fəaliyyəti

E) quraşdırıcı fəaliyyət

2. Aşağıdakı sadalanan fikirlərdən hansı doğrudur?

A) görkəmli psixoloq J. A. Piajenin təsnifatında uşaqlarda intellektin inkişafının formal əməliyyatlar mərhələsi 8 - 14 yaşlara təsadüf edir.

B) uşaq şəxsiyyətinin ilkin əlamətlərinin təzahüründə təsviri fəaliyyətin rolu ön plana çəkilə bilər.

C) kiçik məktəblinin emosional inkişafında onun həyat tərzinin dəyişməsinin və ünsiyyət dairəsinin genişlənməsinin mühüm əhəmiyyəti vardır.

D) uşağın öz fikirlərini sərbəst ifadə etməyə çalışması onun eqosentrik nitqinin ən mühüm əlaməti kimi xarakterizə oluna bilər.

E) psixi inkişafın yaş dövrləri arasında qarşılıqlı asılılığın təmin edilməsi “psixi inkişafın senzitiv dövrləri” anlayışının mahiyyətini xarakterizə edir.

3. Aşağıda irəli sürülən fikirlərin hansını düzgün hesab edirsiniz?

A) məktəblinin təlim fəaliyyətinin motivasiya əsasını idraki və sosial motivlər təşkil edir.

B) qavrayışın inkişafında uşağın yaşlılarla ünsiyyəti aparıcı mövqeyə malikdir.

C) uşağın inkişafının psixoanalitik nəzəriyyəsi K. Q. Yunq tərəfindən irəli sürülmüşdür.

D) erkən yaşlarda uşağın əxlaqi hisslərini inkişafında onun yaşıdları ilə münasibəti mühüm rol oynayır.

E) insanın sosial yaşı onun davranış fəallığının səviyyəsi ilə xarakterizə olunur.

4. Yeniyetmələrin anatomik - fizioloji inkişafında özünü göstərən fizioloji dəyişiklik nədən ibarətdir?

A) boy artımı

B) baş beyin kütləsinin artımı

C) cinsi yetkinləşmə prosesinin formalaşması

D) əzələ sisteminin inkişafı

E) sinir sisteminin inkişafı

5. Yeniyetmələrdə əxlaqi şüurun təzahürü nədə ifadə olunur?

A) hiss və emosiyalarda

B) yeniyetmənin təfəkküründə

C) yeniyetmənin fərdiyyətində

D) insanların rəfrat və davranışlarını cəmiyyətin əxlaq normaları baxımından qiymətləndirilməsində

E) yeniyetmələrin tələbatlarında

6. Məktəbə daxil olan uşağın emosional sferasının inkişafına hansı psixo - sosial amillər əsaslı təsir göstərirlər? Uyğun olanını seçin:

1 - inkişafın yeni sosial situasiyası

2 - müəllimin yüksək tələbkarlığı

3 - ünsiyyət dairəsinin genişlənməsi

4 - təlim fəaliyyəti

5 - həyat tərzinin dəyişilməsi

6 - davranış qaydalarının mənimsənilməsi

A) 1, 3, 5

B) 2, 4, 6

C) 2, 4, 5

D) 1, 4

E) 3, 4, 5, 6

7. 6 - 10 yaşlı uşağın emosional inkişafında hansı amillər daha mühüm rol oynayırlar? Uyğun olanını seçin:

1 - uşağın məktəbə daxil olması

2 - uşağın həyat tərzinin dəyişilməsi

3 - yeni tələbatların meydana gəlməsi

4 - ünsiyyət dairəsinin genişlənməsi

5 - təlim prosesi və onun məzmunu

6 - sosial yönümlü hisslərin inkişafı

A) 3, 4, 5

B) 1, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 3, 6

8. Kiçik yaşlı məktəblini təlim fəaliyyətinə yönəldən motivlər sistemində hansı motiv üstünlük təşkil edir? Uyğun olanını seçin:

1 - yazmaq və oxumaq vərdişini mənimsəmək

2 - yeni bilik və məlumatlara yiyələnmək

3 - təlim prosesinin özünün sosial dəyərli fəaliyyət kimi əhəmiyyəti

4 - müəllimin rəğbətini qazanmaq

5 - idrak tələbatları

6 - valideynlərini sevindirmək və onları razı salmaq

A) 3 və 5

B) 2 və 4

C) 4 və 6

D) 1 və 4

E) 5 və 6

9. Yeniyetmə şəxsiyyətinin inkişafında hansı psixoloji amil rol oynayır? Uyğun olanını seçin:

1 - özünüdərk

2 - mənlik şüuru

3 - yaşlılıq hissi

4 - özünüqiymələndirmə

5 - əxlaqi şüurun formalaşması

6 - ünsiyyət fəaliyyəti

A) 2, 6

B) 1, 4

C) 3, 5

D) 2, 6

E) 1, 3

10. Yaşlılıq hissinin təzahürü öz ifadəsini nədə əks etdirir? Uyğun olanını seçin:

1 - yeniyetmənin rəftar və davranışında

2 - yeniyetmənin geyimində

3 - yeniyetmənin emosiya və hisslərində

4 - yeniyetmənin ailəyə münasibətində

5 - yeniyetmənin iradi sferasında

A) 3, 2, 4

B) 1, 3, 5

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 4, 5

11. Kiçik məktəblilərdə emosional sferanın inkişafında mühüm rol oynayan psixoloji amillərin ardıcıllığını müəyyən edin:

1 –ixtiyari hərəkətləri inkişafı

2 - sosial yönümlü hisslərin inkişafı

3 - təlim prosesi və onun məzmunu

4 - uşağın məktəbə daxil olması

5 - uşağın həyat tərzinin dəyişilməsi və ünsiyyət dairəsinin genişlənməsi

6 - yeni tələbatların meydana gəlməsi

A) 5, 6, 2, 4, 3

B) 2, 3, 4, 1, 5

C) 3, 4, 2, 6, 1

D) 4, 5, 3, 6, 2

E) 1, 2, 4, 5, 3

12. Təlim fəaliyyətinin əsas psixoloji amillərindən olan idrak motivlərinin mahiyyətini təşkil edən amillərin ardıcıllığını müəyyən edin:

1 - təlimin məzmunu və ya təlim prosesinin şərtləndirdiyi təlim motivləri

2 - biliklərin məzmunu ilə şərtlənən motivlər

3 - təlim prosesinə bəslənilən maraqla əlaqədar motivlər

4 - biliklərin mənimsənilməsi ilə əlaqədar motivlər

5 – valideynlərin tələbləri ilə əlaqədar olan motivlər

6 – qrup daxilində mövqe əldə etməklə əlaqədar motivlər

A) 1, 3, 4, 2

B) 2, 3, 1, 5

C) 3, 2, 4, 1, 6

D) 4, 5, 6, 3

E) 2, 4, 3, 6, 5

13. Yeniyetmənin kollektivdə mövqeyinin aşağı olmasını xarkterizə edən əlamətlərin ardıcıllığını göstərin:

1 – məktəb və məktəbdən kənar tədbirlərdə iştirak etməkdən imtina

2 – davranış və fəaiyyətin passiv xarakter daşıması

3 – iddia səviyyəsinin aşağı olması

4 – sinif kollektivində nüfuzun olmaması

5 – qrupdaxili münasibətlərə laqeyd yanaşma

6 – qrupdaxili münasibətlərdə passiv mövqe tutmaq

A) 6, 4, 3

B) 5, 2, 1

C) 4, 1, 6

D) 2, 1, 4

E) 5, 3, 2

14. Kiçik məktəblinin təlim fəaliyyətinin quruluşunun psixoloji komponent - lərinin ardıcıllığını müəyyən edin:

1 - qiymətləndirmə

2 - özünüqiymətləndirmə

3 - nəzarət

4 - problem situasiyanın mövcud olması

5 - təlim işləri

6 - əks əlaqə

A) 2, 4, 6, 5

B) 5, 3, 6, 2

C) 4, 5, 3, 1

D) 3, 2, 4, 1

E) 2, 1, 6, 3

15. Davranışın asosial əlamətlərini səciyyələndirən əsas psixoloji əlamətlərin ardıcıllığını müəyyən edin:

1 – hüquqa zidd davranışa aktiv meyl

2 – cinayətə və təcavüzə meylli davranış üslubu

3 – əxlaqi - mənəvi dəyərlərə uyğun gəlməyən davranış

4 – cəmiyyət tərəfindən qəbul edilməyən davranış tərzi

5 – ağlabatan və adekvat olmayan davranış üslubu

6 – sosial norma və tələblərə uyğun gəlməyən davranış

A) 4, 2, 6

B) 5, 1, 2

C) 6, 3, 4

D) 6, 1, 5

E) 3, 2, 5

16. Uyğuluğu müəyyən edin:

I- Kiçik məktəblinin emosional inkişafını xarakterizə edən əsas psixoloji əlamətlər

II- Kiçik məktəbliyə xas olan əsas təlim motivləri

1 - biliiklərin mənimsənilməsinə təlabatın olması

2 - uşağın həyat tərzinin xarakterinin dəyişilməsi

3 - idrak maraqları

4 - ünsiyyət dairəsinin genişlənməsi

5 - kollektivdə mövqe əldə emək arzusunun fəal xarakterə malik olması

6 - sosial istiqamətli hisslərin inkişafı

7 - valideynlərin mükafat vəd etməsi

A) I - 2, 3, 4; II - 1, 5, 6

B) I - 2, 3, 6; II - 1, 4, 5, 7

C) I - 2, 3, 5, 7; II - 1, 4, 6

D) I - 2, 4, 5; II - 1, 3, 6, 7

E) I - 2, 4, 6; II - 1, 3, 5

17. Uyğunluğu müəyyən edin:

I – Təlimin psixoloji quruluşu

II – Təlim motivlərinin inkişafına təsir göstərən amillər

1 – biliklərin mənimsənilməsinə tələbatın formalaşması

2 – problem situasiyasının mövcud olması

3 – idrak maraqları

4 – təlim işləri

5 – uşağın sinif kollektivində öz yerini tutmaq arzusu

6 – nəzarət və qarşılıqlı nəzarət funksiyası

7 – qiymətləndirmə

8 – intellektual hisslər

A) I – 2, 4, 5, 6; II – 1, 3, 7, 8

B) I – 2, 4, 5, 8; II – 1, 3, 6, 7

C) I – 2, 3, 6, 7; II – 1, 4, 5, 8

D) I – 2, 4, 6, 7; II – 1, 3, 5, 8

E) I – 2, 4, 7, 8; II – 1, 3, 5, 6

18. Uyğunluğu tapın:

I – Yeniyetmə şəxsiyyətinin inkişafının əsas amiiləri

II Yeniyetmənin anotomik – fizioloji inkişafının xüsusiyyətləri

1 – cinsi yetginləşmə prosesinin sürətlənməsi

2 – inkişafın sosial situasiyasının dəyişilməsi

3 – boy artımının sürətlənməsi

4 – özünüdərkin inkişafı

5 – sümük - əzələ sisteminin möhkəmlənməsi

6 – özünüqiymətləndirmənin fəal xarakter daşıması

7 – əxlaqi şüurun və əxlaqi davranışın formalaşması

8 – ali sinir sisteminin inkişafı

9 – özünütərbiyəyə tələbatın təşəkkülü

10 – ictimai – faydalı əməklə müşayiət olunan ünsiyyətin fəaliyyəti

A) I– 2, 4, 6, 7, 8, 10; II – 1, 3, 5, 9

B) I– 2, 4, 5, 7, 9, 10; II – 1, 3, 6, 8

C) I– 2, 4, 6, 7, 9, 10; II – 1, 3, 5, 8

D) I– 2, 3, 6, 7, 9, 10; II – 1, 4, 5, 8

E) I– 1, 4, 6, 7, 8, 9; II – 2, 3, 5, 10

19. Pedaqoqların, psixoloqların və hüquqşünasların yeniyetmə dövrünə məxsus fikirlərinin uyğunluğunu müəyyən edin:

I – Pedaqoqlar

II – Psixoloqlar

III – Hüquqşunaslar

1 – bu yaş mərhələsi təhlükəli dövr kimi xarakterizə oluna bilər

2 – bu dövr “çətin” dövr xarakteri daşıyır

3 – yeniyetmə asosial davranışa meyl edir

4 – bu yaş mərhələsi “psixoloji böhran ” dövrüdür

5 – yeniyetmə valideynlərinin tələblərinə əməl etmirlər

6 – yeniyetmə münasibətlərində kobudluğa meyl edirlər

7 – məktəbdən yayınma halları baş verir

8– yeniyetmə şagirdin davranışının və fəaliyyətinin idarə olunması müxtəlif xarakterli çətinliklərlə müşayiət olunur

9– müstəqilliyə meyl aktiv xarakter daşıdığından yeniyetmənin yaşlılarla münasibətində psixoloji gərginlik yaranır

A) I – 2, 5, 8; II – 4, 6, 9; III - 1, 3, 7

B) I – 2, 6, 9; II – 4, 5, 7; III - 1, 3, 8

C) I – 2, 4, 7; II – 6, 7, 8; III - 1, 3, 9

D) I – 1, 3, 5; II – 4, 7, 8; III – 2, 4, 6

E) I – 7, 8, 9; II – 1, 3, 6; III – 2, 4, 5

20. Uyğuluğu müəyyən edin:

I- Kiçik məktəblinin təlim fəaliyyətinin əsas funksiyaları

II- Kişik yaşlı məktəblinin psixoemosional inkişafına təsir göstərən amillər

1 - uşağın məktəbə daxil olması

2 - bilik bacarıq və vərdişlərin fomalaşıdırılması

3 - uşağın yeni həyat və fəaliyyət şəraitinə daxil olması

4 - təlim materiallarının fəal surətdə mənimsənilməsinin təmin edilməsi

5 - təlim prosesinin gedişi və məzmunu Şagirdin hərtərəfli əqli inkişafınıntəmin edilməsi

A) I - 2, 3, 4; II - 1, 5, 6

B) I - 2, 4, 5; II - 1, 3, 6

C) I - 2, 3, 6; II - 1, 4, 5

D) I - 2, 4, 6; II - 1, 3, 5

E) I - 2, 3, 5; II - 1, 4, 6

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə