Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 22// level= 1// sumtest=35 // name= Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri //



Yüklə 0,85 Mb.
səhifə21/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 22// level= 1// sumtest=35 // name= Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri //


1. Müəllimin şagirdə pedaqoji təsirinin davamlı və səmərəli olmasında hansı amilin mühüm əhəmiyyəti vardır?

A) şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınmasının

B) şagirdin valideynləri ilə işgüzar əlaqələrinin olmasının

C) şagird şəxsiyyətinin inkişafının psixoloji mexanizmlərinin nəzərə alınmasının

D) məktəb psixoloqu ilə daimi məsləhətləşmələrin aparılmasının

E) şagirdin imkan və qabiliyyətlərinə uyğun tələblərin irəli sürülməsinin

2. Pedaqoji prosesdə müəllimin tərbiyəedici funksiyasının reallaşmasında hansı xüsusiyyətlərin mühüm əhəmiyyəti vardır?

A) tələbkarlıq, qayğıkeşlik, xeyirxahlıq

B) perseptiv qabiliyyətlər, pedaqoji təxəyyül, emosional sferanı və davranışı idarə etmək qabiliyyəti

C) həssaslıq, prinsipiallıq, empatiya hissi

D) humanistlik, ünsiyyətlilik, tələbkarlıq

E) xoşxasiyyətlilik, ədalətlilik, xeyirxahlıq

3. Müəllimin şagirdə pedaqoji təsirinin davamlı və səmərəli olmasında hansı amilin mühüm əhəmiyyəti vardır?

A) məktəb psixoloqu ilə daimi məsləhətləşmələrin aparılmasının

B) şagirdin valideynləri ilə işgüzar əlaqələrinin olmasının

C) şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınmasının

D) şagird şəxsiyyətinin inkişafının psixoloji mexanizmlərinin nəzərə alınmasının

E) şagirdin imkan və qabiliyyətlərinə uyğun tələblərin irəli sürülməsinin

4. Verilənlərdən hansı müəllimin pedaqoji qabiliyyətlərinə aiddir?

A) inkişafetdirici, tərbiyəyəedici, şəxsi

B) səfərbəredici, təşkilati, kommunikativ

C) şəxsi, didaktik, təşkilati - kommunikativ

D) didaktik, qnostik, inkişafetdirici

E) kommunikativ, qnostik, təşkilati

5. Hansı əlamətlər pedaqoji qabiliyyətləri şərtləndirən amillər kimi xarak - terizə oluna bilərlər?

A) müəllim şəxsiyyətinin istiqaməti; ümumi akademik qabiliyyətlər; xüsusi didak - tik qabiliyyətlər

B) pedaqoji takt; didaktik qabiliyyətlər; pedaqoji tələbkarlıq; şagird kollektivini təşkil etmək bacarığı

C) ünsiyyət mədəniyyəti; pedaqoji təxəyyül; müəllimin şəxsi keyfiyyətləri

D) akademik qabiliyyətlər; nitqin məzmunluluğu və parlaqlığı; pedaqoji prosesdə kreativlik

E) şagirdə fərdi yanaşma bacarığı; müəllimin öyrətmə üsullarını dərindən bilməsi; ümumi psixoloji – pedaqoji və metodiki hazırlıq

6. Pedaqoji mərifətin komponentləri hansılardır?

A) şagirdləri düzgün dəyərləndirmək

B) şagirdləri düzgün başa düşmək

C) sadəlik, təbiilik, səmimilik və xeyirxahlıq

D) şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşmaq

E) istənilən pedaqoji şəraitə uyğunlaşmaq

7. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq neçə qrupa bölürlər?

A) dörd

B) beş

C) üç

D) iki

E) altı

8. İdarəetmə ilə bağlı olaraq neçə rəhbərlik üslubunu müəyyən etmişlər?

A) altı

B) iki

C) beş

D) dörd

E) üç

9. Müəllimin fərqləndirici diqqət modelində hansı mənfi cəhətlər özünü göstərir?

A) şagirdlər müəllimə qarşı biganə olmurlar.

B) müəllim - şagird kollektivi sistemində qarşılıqlı təsir aktı möhkəmlənir.

C) müəllim - şagird kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur.

D) güclü qarşılıqlı təsir olur.

E) müəllim şagirdlərlə geniş ünsiyyət yaradır.

10. Müəllimin təmassız modelində hansı mənfi cəhətlər özünü göstərir?

A) qarşılıqlı təsir zəif olur, şagirdlər müəllimə qarşı laqeyd olurlar.

B) güclü qarşılıqlı təsir olur.

C) şagirdlər müəllimə qarşı biganə olmurlar.

D) əməkdaşlıq yaranır.

E) müəllimlə şagirdlər arasında mehribanlıq yaranır.

11. Müəllimin diktator davranış modelində hansı mənfi cəhətlər özünü göstərir?

A) psixoloji təmas olur, şagird fəal olur.

B) psixoloji təmas olmur, şagird passiv olur.

C) müəllim şagirdlərlə geniş ünsiyyət yaradır.

D) müəllimlə şagirdlər arasında əməkdaşlıq yaranır.

E) müəllimlə şagirdlər arasında mehribanlıq yaranır

12. Müəllimin hiperefleks modelində hansı mənfi cəhətlər özünü göstərir?

A) sinfin replikasına adekvat reaksiya verir.

B) müəllimin sosial - psixoloji həssaslığı güclənir.

C) müəllimin sosial - psixoloji həssaslığı zəifləyir.

D) sinfin hərəkətinə adekvat reaksiya verir.

E) güclü qarşılıqlı təsir olur.

13. Müəllimin hiporefleks modelində hansı mənfi cəhətlər özünü göstərir?

A) öyrədən və öyrədənlər arasında qarşılıqlı təsir olur.

B) öyrədən və öyrədənlər arasında qarşılıqlı təsir olmur.

C) ünsiyyət prosesinin tərəfləri bir - birindən asılı olurlar.

D) güclü qarşılıqlı təsir olur.

E) müəllimlə şagirdlər arasında xoş münasibət yaranır.

14. Müəllimin avtorita modelində hansı mənfi cəhətlər özünü göstərir?

A) təşəbbüskar olmayan insanlar tərbiyə olunur.

B) təlim yaradıcı xarakter kəsb edir.

C) idrak fəallığı artır.

D) şagirdlərin təşəbbüskarlığı yüksəlir.

E) idrak fəaliyyətində motivasiya sahəsi yüksəlir.

15. Fəal qarşılıqlı təsir modelində hansı cəhət özünü göstərir?

A) müəllimlə şagirdlər arasında qarşılıqlı təmas olmur.

B) müəllim şagirdlərlə dost mövqeyində olur.

C) müəllimlə şagirdlər arasında xoş münasibət yaranmır.

D) şagirdlər müəllimə qarşı biganə olurlar.

E) müəllimin sosial - psixoloji həssaslığı zəifləyir.

16. Təşkilati - kommunikativ qabiliyyətlərin mahiyyətinə dair hansı cavablar doğrudur? Uyğun olanları seçin:

1 - təşkilati - kommunikativ qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyaları ilə şərtlənir.

2 - müəllim - şagird münasibətləri işgüzar və səmimi xarakter xarakter daşıyır.

3 - təşkilati - kommunikativ qabiliyyətlər müəllimin ünsiyyət mədəniyyəti ilə şərt - lənir.

4 - müəllim - şagirdə təsir etməklə onu öz iradəsinə tabe etməyi bacarır.

5 - müəllim yüksək pedaqoji fakt nümayiş etdirməklə şagird kollektivini qarşıda duran məqsəd ətrafında birləşdirməyə nail olur.

A) 4, 5

B) 2, 3

C) 1, 3

D) 3, 4

E) 1, 4

17. Müəllimin pedaqoji fəaliyyətində stress vəziyyəti hansı əlamətlərlə müşaiyət olunur? Uyğun olanları seçin:

1 - yorğunluq, üzgünlük

2 - əsəbilik, inamsızlıq, dözümsüzlük

3 - kobudluq, qiymətləndirmədə neqativ yönəlişlik, səbirsizlik

4 - narahatlılıq, frustrasiya

5 - şagird kollektivi ilə işləmək bacarığının olmaması, əsəbilik, şagirdlərlə qarşı - lıqlı inama və hörmətə əsaslanan münasibətin olmaması

A) 1, 5

B) 1, 3

C) 1, 4

D) 3, 4

E) 2, 3

18. Pedaqoji prosesdə müəllimin təşkilati - kommunikativ qabiliyyətlərinin əsas komponentləri hansılardır? Uyğun olanları seçin:

1 - kommunikativ qabiliyyətlər; pedaqoji takt; təşkilatçılıq qabiliyyətləri; təlqinə məruz qoymaq qabiliyyəti

2 - müşahidəçilik; pedaqoji mədəniyyət; kommunikativ qabiliyyətlər; kollektivlə iş aparmaq bacarığı

3 - kollektivi təşkil etmə bacarığı; münaqişələri ədalətlə aradan qaldırmaq bacarığı

4 - fərdi yanaşmaq bacarığı; kollektivin fəaliyyətini təşkil etmək qabiliyyəti; kom - mu nikativ qabiliyyətlər; pedaqoji nüfuz

5 - şagird kollektivi ilə səmimi və işgüzar münasibət yaratmaq qabiliyyəti; təşkilat - çılıq qabiliyyəti; obyektiv və ədalətli olmaq bacarığı

A) 1, 2

B) 3, 4

C) 4, 5

D) 1, 4

E) 2, 5

19. Pedaqoji qabiliyyətlərə uyğun olanları seçin:

1 - şəxsi, didaktik

2 - didaktik, təşkilati, induktiv

3 - şəxsi, təşkilati, müşahidəçilik

4 - təşkilati – kommunikativ

5 - məntiqi – nəzəri, kommunikativ, tərbiyəedici

A) 1, 3

B) 1, 4

C) 2, 3

D) 3, 5

E) 3, 4

20. Şagird kollektivinin formalaşdırılmasında və möhkəmləndirilməsində hansı amilin mühüm əhəmiyyəti vardır? Uyğun olanları seçin:

1 - kollektiv təfəkkürün inkişaf etdirilməsi

2 - məsuliyyət hissi və qarşılıqlı yardım

3 - birgə fəaliyyət və tələbkarlıq

4 - müəllimin şəxsi nüfuzu və ictimai rəy

5 - şüurlu qarşılıqlı münasibətlərin formalaşdırılması

A) 4, 5

B) 1, 3

C) 1, 5

D) 1, 2

E) 3, 4

21. Müəllimin məlumatverici bacarıq və vərdişinə uyğun olanları seçin:

1 - şagirdlərə əldə etdikləri bilikləri tətbiq etmək vərdişlərini tətbiq etmək bacarıq - larını aşılamaq.

2 - xüsusi metodlar sistemini tətbiq etməklə kifayətlənməmək, eyni zamanda onları inkişaf etdirmək.

3 - kollektivin inkişafına rəhbərlik etmək, işləri dəqiq planlaşdırmaq.

4 - dərsdə əks - əlaqəni təmin etmək.

5 - şagirdlərin anlayacağı məntiqli, rəvan və aydın dildə məlumat vermək.

A) 1, 2, 4

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 3, 5

E) 2, 3, 5

22. Şəxsiyyətə istiqamətlənən təlim modelində müəllimin şagirdlərlə müna - sibətində hansı psixoloji əlamət üstünlük təşkil edir? Ardıcıllığı müəyyən edin:

1 - müəllim – şagird münasibətləri qarşılıqlı inama əsaslanır .

2 - müəllim şagirdlərə fərdi yanaşır.

3 - təlim prosesində zəif və qüvvətli şagirdlərin mənimsəmə imkanları nəzərə alınır.

4 - təlim prosesində çətinliklərlə qarşılaşan şagirdlərə fərdi yardım göstərilir.

5 - müəllim – şagird münasibətləri işgüzar xarakter daşıyır.

A) 2, 5

B) 1, 3

C) 1, 5

D) 4, 5

E) 3, 4

23. Pedaqoji prosesdə müəllim humanist təlim və tərbiyənin prinsiplərinə əsaslanarkən hansı elmi istiqamətlərin nailiyyətlərindən faydalana bilər? Ardıcıllığı müəyyən edin:

1 - humanist psixologiya

2 - assosianizm

3 - biheviorizm

4 - freydizm

5 - koqnitiv psixologiya

6 - funksionalizm

7 - atizm

8 - intereksionizm

9 - genetik nəzəriyyə

10 - ideolizm

A) 3, 6, 9

B) 1, 4, 7

C) 1, 3, 5

D) 2, 7, 8

E) 3, 4, 10

24. Pedaqoji fəaliyyət üçün zəruri olan xüsusi qabiliyyətlər hansılardır? Ardıcıllığı müəyyən edin:

1 - didaktik, kommunikativ

2 - müşahidəçilik, didaktik, yaradıcı təxəyyül

3 - kommunikativ, texniki təfəkkür, obrazlı təfəkkür

4 - didaktik, təşkilatçılıq, şəxsi

5 - kommunikativ, pedaqoji təxəyyül, ünsiyyət mədəniyyəti

A) 4, 5

B) 1, 3

C) 2, 4

D) 1, 4

E) 2, 3

25. Müəllimin özünütərbiyə ardıcıllığı hansılardır?

1 - şagirdləri səmərəli üsullarla silahlandırmaq.

2 - şagirdləri özünütəhlilə məcbur etmək.

3 - şagirdlərdə özünütərbiyə meyli yaratmaq.

4 - şagirdə hansısa keyfiyyəti aradan qaldırmağı müəyyənləşdirməkdə kömək etmək.

5 - özünütərbiyə proqramı tərtib etməyə yardım etmək.

6 - hansı keyfiyyəti inkişaf etdirirlməsini müəyyənləşdirməyə kömək etmək.

7 - öz nöqsanlarını görmə bacarığı formalaşdırmalı.

A) 4, 5, 6. 3, 2, 1, 7

B) 2, 3, 4, 5, 6, 7, 1

C) 3, 2, 7, 5, 6, 4, 1

D) 5, 7, 6, 4, 3, 2, 1

E) 7, 6, 5, 4, 3, 2, 1

26. Müəllimin didaktik qabiliyyətlərini ardıcıllıqla düzün:

1 - təşkilatçılıq qabiliyyəti

2 - nəzəri qabiliyyətlər

3 - şəxsi qabiliyyətlər

4 - ekspressiv nitq qabiliyyəti

5 - suqqestiv qabiliyyətlər

6 - müəllimin izah edə bilmək qabiliyyəti

A) 3, 4, 5

B) 6, 4, 2

C) 1, 2, 6

D) 3, 5, 6

E) 2, 4, 5

27. Müəllimin pedaqoji mərifəti nədən asılıdır? Ardıcıllığı müəyyən edin:

1 - onun ümumi əxlaqi keyfiyyətlərindən

2 - şəxsi sosial keyfiyyətlərindən

3 - onun təşkilatçılıq qabiliyyətindən

4 - şagirdlə ünsiyyət zamanı pedaqoji etika qanunlarını nəzərə almasından

5 - onun didaktik qabiliyyətindən

A) 1, 2, 4

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 3, 4

E) 1, 3, 5

28. Psixoloq A. k. Markova görə, pedaqoji təsirin təşkili xüsusiyyətlərindən asılı olaraq yaranan psixoloji çətinlikləri ardıcıllıqla düzün:

1 - şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərini bilməmək

2 - yeni proqramla işləyə bilməmək

3 - şagirdi inkişaf prosesində tam şəxsiyyət kimi görə bilməmək

4 - şagirdi tam şəxsiyyət kimi dəyərləndirməmək

5 - şagirdlərin əqli xüsusiyyətlərini və şəxsiyyətini psixoloji cəhətdən öyrənmək üsullarına yiyələnməmək

A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 3, 5

D) 2, 4, 5

E) 1, 3, 5

29. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı çətinliklərin hansı təsir formalarını ardıcıllıqla düzün:

1 - müxtəlif səbəblərdən irəli gələn psixoloji çətinlik

2 - xarici səbəblərdən irəli gələn psixoloji çətinlik

3 - xarici səbəblərdən yaranmış daxili səbəblərlə şərtlənən psixoloji çətinlik

4 - daxili səbəblərdən irəli gələn psixoloji çətinlik

5 - daxili səbəblərdən yaranmış xarici səbəblərlə şərtlənən psixoloji çətinlik

A) 2, 3, 5

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 3, 4

E) 1, 2, 5

30. Müəllim haqqında söylənilmiş fikirlərin uyğun müəlliflərini müəyyən edin:

I - Günəş öz şüası ilə canlı aləmə həyat verdiyi kimi, müəllim də öz saçdığı bilik şüası ilə gənc nəsli həyata hazırlayır.

II - Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, pedaqoqlara uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bununla bərabər öz vətənimizin gələcəyini etibar edirik.

III - Ölkənin həqiqi sahibi olan və yeni cəmiyyət quran ağıllı və geniş qəlbli insan tərbiyə etmək ən böyük xoşbəxtlikdir.

1 - A. S. Makarenko

2 - N. Ostrovski

3 - Ə. Həşimov

4 - K. D. Uşinski

5 - Ə. Ə. Əlizadə

6 - N. M. Kazımov

7 - Y. A. Kazımov

8 - A. Disterveq

9 - Y. Talıbov

10 - Y. N. Kulyutkina

A) I - 5; II - 8; III - 9

B) I - 6; II - 3; III - 4

C) I - 7; II - 4; III - 2

D) I - 2; II - 1; III - 10

E) I - 10; II - 5; III - 8

31. Müəllimlik işinin sahələrinə uyğun olanları tapın:

I - Obyektiv ideologiya və siyasi yanaşma tərzinə, elmi dünyagörüşünə malik ol - malı, tədris etdiyi fənni yaxşı bilməli, sənətinin ustası olmalı, uşaqlara qayğı ilə yanaşmalı , əxlaqca saf olmalıdır.

II - Şərəfli və nəcib işdir, məsuliyyətlidir, mürəkkəb və çətindir.

1 - müəllimə verilən psixoloji tələblər

2 - müəllimin şəxsi keyfiyyətləri

3 - müəllimə dövlət qayğısı

4 - müəllimin cəmiyyətdə sosial rolu

5 - müəllimlik sənətinin xüsusiyyətləri

6 - müəllimin vəzifələri

A) I - 1; II - 2

B) I - 4; II - 3

C) I - 2; II - 5

D) I - 3; II - 4

E) I - 5; II - 1

32. Uyğunluğu tapın:

I - Müəllimin pedaqoji mərifəti nədən asılıdır ?

II - İnkişafetdirici bacarıq və vərdişlər

1 - onun ümumi əxlaqi keyfiyyətlərindən

2 - təlim və ya fikri iş sisteminin formalaşması prosesində şagirdlərin əqli fəaliy - yətini təmin etmək.

3 - şəxsi sosial keyfiyyətlərindən

4 - tədris prosesində müşahidə metodundan və məktəb təcrübəsindən istifadə etmək.

5 - şagirdlə ünsiyyət zamanı pedaqoji etika qanunlarını nəzərə almasından

A) I - 1, 3, 4; II - 3, 4

B) I - 2, 3, 4; II - 1, 4

C) I - 1, 3, 5; II - 2, 4

D) I - 2, 3, 5; II - 4, 5

E) I - 1, 4, 5; II - 2, 5

33. Uyğunluğu müəyyən edin:

I - Müəllim şagird şəxsiyyətini inkişaf etdirmək üçün hansı prinsiplərə riayət etməlidir ?

II - Müəllim şagird kollektivində nəyə riayət etməlidir ?

1 - əxlaqi, etil qaydaları fərdi şəkildə inkişaf etdirməlidir.

2 - şagird şəxsiyyətinə hörmət etməli, onların ləyaqətini qorumalıdır.

3 - fərdiyyətçiliyə yol verməməlidir.

4 - uşaqların yaradıcı fəaliyyətini inkişaf etdirməlidir.

5 - şagird şəxsiyyətini alçaldan tədbirlərdən uzaq olmalıdır.

6 - şagirdlər arasında ayrı - seçkiliyə yol verməməlidir.

A) I - 3, 4, 5; II - 1, 4, 5

B) I - 1, 2, 3; II - 2, 3, 4

C) I - 2, 4, 5; II - 1, 3, 6

D) I - 1, 4, 5; II - 3, 4, 5

E) I - 2, 3, 4; II - 1, 5, 6

34. Uyğunluğu müəyyən edin:

I - Müəllimin məlumatverici bacarıq və vərdişlər

II - Müəllimin səfərbəredici bacarıq və vərdişlər

III - İnkişafetdirici bacarıq və vərdişlər

IV - İstiqamətverici bacarıq və vərdişlər

1 - şagirdlərə əldə etdikləri bilikləri tətbiq etmək vərdişlərini tətbiq etmək bacarıq - larını aşılamaq.

2 - xüsusi metodlar sistemini tətbiq etməklə kifayətlənməmək, eyni zamanda onları inkişaf etdirmək.

3 - təlim və ya fikri iş sisteminin formalaşması prosesində şagirdlərin əqli fəaliyyətini təmin etmək.

4 - elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti təşəkkül etdirmək.

5 - şagirdlərin anlayacağı məntiqli, rəvan və aydın dildə məlumat vermək.

6 - kollektivin inkişafına rəhbərlik etmək, işləri dəqiq planlaşdırmaq.

7 - tədris prosesində müşahidə metodundan və məktəb təcrübəsindən istifadə etmək.

8 - şagirdlərdə tədris fəaliyyətinə, peşəyə davamlı maraq tərbiyə etmək.

A) I - 1, 3; II - 3, 4; III - 2, 5; IV - 1, 2

B) I - 3, 4; II - 1, 5; III - 4, 8; IV - 5, 7

C) I - 2, 4; II - 2, 6; III - 3, 6; IV - 3, 6

D) I - 2, 5; II - 1, 6; III - 3, 7; IV - 4, 8

E) I - 2, 3; II - 4, 8; III - 3, 5; IV - 4, 6

35. Uyğunluğu tapın:

I - Müəllimin didaktik qabiliyyətləri

II - Müəllimin təşkilatçılıq - kommunikativ qabiliyyətləri

1 - perseptiv, suqqestiv qabiliyyətlər

2 - müəllimin izah edə bilmək qabiliyyəti

3 - pedaqoji mərifət və pedaqoji təxəyyül

4 - ekspressiv nitq qabiliyyəti

5 - avtoritar qabiliyyət və pedaqoji refleksiya

6 - nəzəri qabiliyyətlər

A) I - 1, 4, 6; II - 1, 4, 5

B) I - 3, 5, 6; II - 2, 3, 4

C) I - 2, 4, 6; II - 1, 3, 5

D) I - 2, 3, 5; II - 2, 4, 6

E) I - 1, 4, 5; II - 3, 4, 6

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə