Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 19// level= 1// sumtest=20 // name= Pedaqoji psixologiyanın mövzusu və vəzifələri //



Yüklə 0,85 Mb.
səhifə18/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 19// level= 1// sumtest=20 // name= Pedaqoji psixologiyanın mövzusu və vəzifələri //


1. Hansı funksiyanın yerinə yetirilməsi pedaqoji psixologiyanın əsas məqsədi kimi xarakterizə oluna bilər?

A) təlim və tərbiyənin elmi – nəzəri əsaslarının öyrənilməsi

B) psixi inkişafın şərait və amillərinin ətraflı planda öyrənilməsi və təhlili

C) pedaqoji fəaliyyətin psixopedaqoji və psixososial əsaslarının öyrənilməsi

D) təlim və tərbiyənin psixoloji – pedaqoji qanunauyğunluqlarının öyrənilməsi

E) məktəb təliminə, onun təşkilinə verilən psixoloji və pedaqoji tələbləri

2. Pedaqoji psixologiya elmi nəyi öyrənir?

A) təlim və tərbiyənin psixopedaqoji qanunauyğunluqlarını

B) pedaqoji fəaliyyəti

C) uşağın psixi inkişafını

D) məktəb təliminə verilən pedaqoji tələbləri

E) təlim və tərbiyənin nəzəri əsaslarını

3. Pedaqoji psixologiya anlayışını elmə kim gətirib?

A) V. M. Bexterev

B) S. L. Rubinşteyn

C) A. A. Lüblinskaya

D) P. F. Kapterev

E) A. F. Lazurski

4. Pedaqoji psixologiyada təlim fəaliyyətinin əsas istiqaməti necə xarak - terizə olunur?

A) təlim fəaliyyəti prosesində biliklər sisteminin mənimsənilməsinin çoxsaylı üsullarının formalaşdırılması təmin edilir.

B) təlim fəaliyyəti şagirdin məqsədyönlü və şüurlu yönəlişliyinin ifadəsidir.

C) təlim - fəal pedaqoji prosesdə çoxşaxəli məqsədlərin reallaşdırılmasını təmin edən mühüm psixopedaqoji amildir.

D) təlim - biliklərin mənimsənilməsinə, vərdiş və bacarıqların formalaşdırılmasına yönələn bir prosesdir.

E) təlim fəaliyyəti şəraitində şagirdin ahəngdar inkişafı ilə əlaqədar vəzifələrin həyata keçirilməsinə nail olunur.

5. Sadalanlardan hansı pedaqoji problemlərin psixoloji qanunauyğunluqla - rını öyrənir?

A) ümumi psixologiya

B) yaş psixologiyası

C) şəxsiyyət psixologiyası

D) pedaqoji psixologiya

E) uşaq psixologiyası

6. Pedaqoji psixologiyanın predmetini nə təşkil edir?

A) tərbiyə, təlim və pedaqoji fəaliyyətin qanunauyğunluqları

B) ruhi hadisələr

C) pedaqoji psixologiyanın xüsusi məsələləri

D) pedaqoji psixologiyanın ümumi məsələləri

E) güzəran məsələləri

7. Aşağıdakılardan hansılar pedaqoji psixologiyanın predmetinə aiddir? Uyğun olanını seçin:

1 - şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi

2 - sosial psixoloji konfliktlərin öyrənilməsi

3 - tərbiyə və özünətərbiyənin idarə olunmasının psixoloji mexanizmi

4 - psixoloji münasibətlərin xarakteri

5 - təlim prosesinin psixoloji əsasları

A) 1, 3, 4

B) 1, 3, 5

C) 3, 2, 4

D) 2, 3, 5

E) 1, 4, 5

8. Pedaqoji psixologiyanın praktik əhəmiyyəti nədən ibarətdir? Uyğun olanını seçin:

1 - təlimin idarə olunması

2 - baxımsız uşaqlar problemi

3 - şəxsiyyətin formalaşdırılması

4 - senzitiv dövrün aşkara çıxarılması

5 - şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi

6 - şagirdlərin dünyagörüşünə yiyələnməsi

A) 1, 5

B) 2, 4

C) 4, 5

D) 3, 6

E) 1, 4

9. Pedaqoji psixologiyanın bölmələrinə aiddir? Uyğun olanını seçin:

1 - təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixologiyası

2 - təlim, anomal uşaqların psixologiyası

3 - müəllimlik fəaliyyətinin psixoloji əsasları

4 - tərbiyə, yaş, pedaqoji psixologiya

5 - özünütərbiyə və şəxsiyyət formalaşmasının psixoloji xüsusiyyətləri

A) 2, 3, 5

B) 1, 3, 4

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 2, 3

10. Pedaqoji psixologiyanın predmetinə uyğun olanları müəyyənləşdirin:

1 - təlim və tərbiyənin psixoloji qanunauyğunluqları

2 - pedaqoji proses və müəllim şəxsiyyətinin psixologiyası

3 - yaş dövrlərinin psixologiyası

4 - özünütərbiyə və əxlaq tərbiyəsinin psixoloji əsasları

5 - təlim və tərbiyənin nəzəriyyəsi

A) 2, 3, 4

B) 1, 2, 3

C) 2, 3, 5

D) 1, 2, 4

E) 1, 4, 5

11. Pedaqoji psixologiyanın vəzifələri nədən ibarətdir? Uyğun olanını seçin:

1 - pedaqoji fəaliyyətin öyrənilməsi

2 - tərbiyə işinə köməkliyin göstərilməsi

3 - təlim - tərbiyənin inkişafının araşdırılması

4 - öyrədici təsirlərin aşkarlanması

5 - yaşla bağlı cəhətlərin araşdırılması

6 - tərbiyəedici təsirlərin öyrənilməsi

A) 3, 5

B) 2, 4

C) 4, 5

D) 3, 6

E) 1, 3

12. Aşağıdakılardan hansılar pedaqoji psixologiyanın öyrəndiyi məsələlərə aiddir? Ardıcıllığı müəyyən edin:

1 - yaş xüsusiyyətləri

2 - təlim psixologiyası

3 - tərbiyə psixologiyası

4 - təfəkkürün xüsusiyyətləri

5 - psixi proseslərin xüsusiyyətləri

A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 3, 4

D) 1, 4, 5

E) 2, 3, 5

13. Pedaqoji psixologiya haqqında nəzəri fikir söyləmiş alimləri xronoloji ardıcıllıqla düzün.

1 - P. S. Lesqaft

2 - K. D. Uşinski

3 - U. Ceyms

4 - L. S. Vıqotski

5 - P. F. Kapterev

6 - A. Adler

7 - K. Xorni

A) 6, 5, 1, 7, 2, 3, 4

B) 1, 2, 6, 3, 4, 7, 5

C) 1, 2, 6, 5, 7, 4, 3

D) 1, 2, 3, 4, 5, 6, 7

E) 4, 5, 6, 7, 1, 2, 3

14. Aşağıdakılardan hansılar pedaqoji prosesin nəzəri əhəmiyyətini ifadə edir? Ardıcıllığı müəyyən edin:

1 - pedaqoji prosesin psixi inkişafının imkanlarını

2 - pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri

3 - müəllim şəxsiyyətinin psixologiyası

4 - təlim - tərbiyənin ümumi psixoloji qanunauyğunluqları

5 - yaşla bağlı cəhətlər

6 - çətin uşaqlar məsələsi

A) 3, 5

B) 2, 3

C) 1, 4

D) 2, 6

E) 1, 5

15. Pedaqoji psixologiyada eksperiment metodunun neçə növü var? Ardıcıllığı müəyyən edin:

1 - təbii

2 - riyazi, kibernetik, təbii

3 - təbii, süni

4 - laborator

5 - laborator, müşahidə

A) 1, 4

B) 1, 5

C) 4, 5

D) 2, 3

E) 1, 3

16. Pedaqoji psixologiyanın tədqiqat metodlarını tətbiqi ardıcıllığına görə müəyyən edin.

1 - öyrədici eksperiment

2 - müsahibə

3 - fəaliyyət nəticələrinin qiymətləndirilməsi

4 - müşahidə

5 - müəyyənedici eksperiment

A) 4, 1, 2, 3, 5

B) 4, 2, 1, 5, 3

C) 1, 2, 3, 4, 5

D) 3, 4, 5, 2, 1

E) 2, 3, 5, 4, 1

17. Pedaqoji psixologiyanın vəzifələrinə aid olanları uyğun bölmələrə daxil edin:

I - Nəzəri vəzifələr

II – Təcrübi vəzifələr

1 - təlim - tərbiyə prosesində psixi inkişaf imkanlarının öyrənilməsi

2 - təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarının öyrənilməsi

3 - şəxsi keyfiyyətlərin formalaşdırılmasının psixoloji xüsusiyyətləri

4 - təlim və əqli inkişafın qarşılıqlı əlaqəsinin öyrənilməsi

5 - şagirdlərin bilik , bacarıq və vərdişlərə yiyələnməsinin psixoloji əsasları

A) I – 1, 4, 5; II – 2, 4

B) I – 2, 3, 4; II – 1, 5

C) I – 3, 4, 5; II – 3, 4

D) I – 1, 2, 3; II – 4, 5

E) I – 2, 4, 5; II – 2, 3

18. Uyğunluğu tapın:

I - Pedaqoji psixologiyanın bölmələri:

II - Pedaqoji psixologiyanın tədqiqat metodları:

1 - müşahidə

2 - tərbiyə

3 - eksperiment

4 - təlim

5 - müsahibə

6 - pedaqoji fəaliyyət

7 - müəllim şəxsiyyətinin psixologiyası

8 - müəyyənedici eksperiment

9 - anketləşdirmə

A) I - 2, 5, 6, 8; II - 5, 3, 4, 9

B) I - 3, 4, 5, 6; II - 4, 5, 7, 9

C) I - 2, 4, 6, 7; II - 3, 5, 8, 9

D) I - 1, 2, 5, 7; II - 6, 5, 4, 9

E) I - 2, 5, 8, 9; II - 7, 5, 6, 9

19. Uyğunluğu müəyyən edin:

Verilən fikirlər pedaqoji psixologiyanın hansı tədqiqat metodlarına aiddir?

I - Şagird kollektivinin istiqamətləri, şəxsiyyətlərarası münasibətlərin xüsusiyyət - ləri, qrupda şəxsiyyətin vəziyyəti və s. bu kimi məsələlər müəyyən olunur.

II - Müşahidə zamanı qaranlıq qalan məsələlər aydınlaşdırılır, şagirdin yaşayışı, dünyagörüşü və əqidəsi , maraq və meylləri, keçdiyi həyat yolu və gələcəyə baxışı, idealları üzə çıxarılır, müəyyən edilir.

III - Şagirdin psixi inkişaf səviyyəsi, bacarıq və vərdişləri, qarşılıqlı münasibətlərinin inkişaf səviyyəsi, şəxsiyyətlərinin formalaşma səviyyəsi və s. aşkara çıxarılır.

1 - müşahidə

2 - müsahibə

3 - test

4 - sosiometrik metodlar

5 - müəyyənedici eksperiment

6 - öyrədici eksperimentə

7 - laborator eksperiment

8 - fəaliyyət məhsullarının təhlili

9 - anketləşdirmə

10 - əkizlər metodu

A) I - 4; II - 2; III - 5

B) I - 1; II - 4; III - 7, 8

C) I - 6; II - 8; III - 9

D) I - 7; II - 10; III - 3

E) I - 3; II - 5; III - 10

20. Aşağıdakı nəzəri fikirlərin uyğun müəlliflərini müəyyən edin.

I– Psixi inkişaf bütün insan nəslinin təcrübəsinə yiyələnməklə başa gəlir və təcrübəni mənimsəmənin başlıca yolu təlimdir.

II– Şagirdlərin fəaliyyət prosesində biliklərə yiyələnmələri onların yerinə yetirdikləri müəyyən iş sistemləri nəticəsində və şəraitində həyata keçirilir

III– Əgər pedaqogika insanı hərtərəfli tərbiyə etmək istəyirsə , hər şeydən əvvəl, onu bütün münasibətləri dairəsində öyrənməlidir.

1 - U. Ceyms

2 - A. Neçayev

3 - K. Uşinski

4 - A. Makarenko

5 - D. Elkonin

6 - L. Vıqotski

7 - L. Bojoviç

8 - P. Qalperin

9 - H. Rumyantsev

10 - Q. Kostyuk

A) I – 7; II – 5; III – 10

B) I – 1; II – 2; III – 3

C) I – 4; II – 6; III – 8

D) I – 6; II – 8; III – 3

E) I – 3; II – 8; III – 9

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə