Orta ümumitəhsil məktəblərinin Ⅷ-Ⅸ sinif Azərbaycan dili dərslərində ara sözlərin mənimsədilməsi



Yüklə 53,21 Kb.
səhifə1/2
tarix04.08.2023
ölçüsü53,21 Kb.
#120333
növüDərs
  1   2
Belge (9)


Orta ümumitəhsil məktəblərinin Ⅷ-Ⅸ sinif Azərbaycan dili dərslərində ara sözlərin mənimsədilməsi

Magistrant: Xəlilzadə Aytac


aytacxelilzade60@gmail.com
Açar sözlər:ara sözlər, cümlə,bədii əsər,durğu işarəsi
Keywords: intermediate words,sentence,artistic work,punctuation mark
Fəal təlimdə müəllim yeganə bilik mənbəyi olmaq statusundan çıxır, şagird isə obyekt mövqeyini tərk edir.[2,128]
Müasir fəal təlimə uyğun olaraq təlimi aşağıdakı kimi həyata keçirmək olar.Şagirdlərə ara sözləri tədris edərkən onun özünəməxsus cəhətlərini izah etmək üçün fəal dərsin ilkin mərhələsi olan motivasiya qururuq.
1.Təəssüf, yekunlaşdıra bilmədik.
2.Təəssüf ikinci məğlubiyyətdir.
Şagirdlərə yönəldici suallarla müraciət edirik ki, hər iki cümlədə təəssüf sözü işlənmişdir.Birinci cümlədəki təəssüf sözü ilə ikinci cümlədəki təəssüf sözü arasındakı fərq nədir?
Şagirdlər tərəfindən dərsin mövzusu müəyyənləşdirildikdən sonra müəllimin şərhi kimi ara sözləri izah edirik.
Bəzən cümlədə elə söz və ifadələr olur ki, cümlə üzvləri ilə məna cəhətdən əlaqələnsə də, qrammatik cəhətdən əlaqəyə girmir.Xitab və ara sözlər belə sözlərdir.Onlar cümlə üzvləri ilə sintaktik əlaqəyə girmədiyi üçün cümlə üzvü ola bilmir.
Bəlkə,həqiqətdir ən iti qılınc?!
Oğul,sözlərimə yaxşı qulaq as.[4,122]
Şagirdlərə başa salırıq ki,bəlkə ara söz,oğul sözü isə xitabdır.
Ara sözlər və birləşmələr daxil olduğu cümlənin üzvləri ilə qrammatik cəhətdən bağlı olmur, cümlə üzvi vəzifəsində çıxış edə bilmir, əsas cümlə ilə mənaca bağlanaraq danışanın(və ya yazanın)söylədiyi fikrə münasibət bildirir .Məsələn: Deməli, bizə düşmən olacaqsan? (H.Mehdi) Görünür, əmimin bundan xəbəri yoxdur.(H.Mehdi) Qeyd edirik ki, deməli, görünür sözləri ara sözlərdir.[3,255]
Şagirdlərə mənimsədirik ki,ara sözlər daha çox cümlənin əvvəlində işlənir.Məsələn:Əlbəttə, göz ürəyin aynasıdır. Bildiririk ki, bəzən cümlənin ortasında, təsadüfi hallarda isə sonunda işlənən ara sözlərə də rast gəlirik.Məsələn:Türklərin igidliyi ,həqiqətən,məni heyran etdi. Uşaqlar bizə gələcək,deyəsən. Həyatı bu yerdə keçən dostlara Həsəd aparıram, sözün doğrusu (S.Rüstəm) Başa salırıq ki, həqiqətən ,deyəsən, sözün doğrusu ara sözlərdir.
Şagirdlərə izah edirik ki, dilimizdə elə sözlər var ki, onlar həm ara söz, həm də əsas nitq hissəsi kimi işlənir.Yazi lövhəsində nümunələr yazırıq.Görünür ,deyir, düzdür sözlərini həm əsas nitq hissəsi, həm də ara söz kimi kimi işlədirik. Əsas nitq hissəsi kimi: Düz deyirlər, tamam düzdür, doğrudur (S.Rəhimov) Gözüm aydın, gözümə surəti-canan görünür.(Nizami) Ə, onu hansı zalım oğlu deyir? (H.Mehdi) Ara söz kimi: Görünür,günəşə iştahan vardır?(S.Vurğun) Deyir,”adın nədir, Daşdəmir, yumşalısan, yumşalı”(S.Rəhimov) Düzdür, mən sizinlə razıyam.
Ara sözlərin morfoloji tipləri. Morfoloji tiplərinə görə ara sözləri iki hissəyə ayırmaq olar: ismi ara sözlər, feili ara sözlər.
İsmi ara sözlər feili olmayan nitq hissələri ilə (isim, sifət, say, əvəzlik, zərf) əlaqədar olur.Feili ara sözlər isə feillə əlaqədar olur.
İsmi ara sözlər. İsimlə əlaqədar olanlar: təəssüf, nöqteyi-nəzər, adətə görə,xoşbəxtlikdən, bədbəxtlikdən, məlumata görə və s.
Sifətlə əlaqədar olanlar: aydındır(ki), doğrusu, düzü, doğrudur, təbii ki, məlumdur ki və s.
Sayla əlaqədar olanlar: birinci, ikinci, üçüncü, dördüncü, birincisi, ikincisi, və s.
Əvəzliklə əlaqədar olanlar: məncə, sizcə mənə görə,sənə görə,bizə görə,sizə görə və s.
Zərflə əlaqədar olanlar:əlbttə, həqiqətən, adətən, hərfən,qəlbən, əksinə və s.
Feili ara sözlər. Belə sözlərin əksəriyyəti feilin şəxsli formalarında olur və ayrı-ayrı şəxslərinə görə dəyişir.Ona görə də belə ara sözlər ancaq xəbərdən ibarət olan cümlələri xatırladır,lakin bu halda həmin sözlərin əsil leksik mənaları itdiyinə görə onlar ancaq ara sözlər adlana bilir.
1.I Şəxsin tək və cəminə uyğun gələnlər: deyirəm ki , tutaq ki və s.
2.II Şəxsin tək və cəminə uyğun gələnlər: Görürsən ki, inan,inanın və s.
3.III. şəxsin tək və cəminə uyğun gələnlər: deyir,deyirlər və s.
Feili ara sözlər feili xəbər(deyirəm deyirlər), əmr ( deyək ki, tutaq ki,) vacib( deməli)
formalarına uyğun gələ bilir. Ara sözlər məsdərlə də uyğun gələ bilir (demək)[1,225]
Qəzənfər Kazımov ara sözlərin məna növlərini aşağıdakı kimi qruplaşdırır:
1.Yəqinlik bildirənlər: əsla, şübhəsiz, şəksiz ,doğrudur,qətiyyən, qeyd-şərtsiz, sözsüz, doğrudan da,əlbəttə və s.Sözsüz, insan gücü tükənməzdir.
2.Güman ,şübhə bildirənlər: görünür, olmaya, yəqin (ki), bəlkə (də),ehtimal, olsun ki, görəsən, güman(ki) və s.Görünür, sən onu tanımırsan.
3.Fikrin mənbəyi,kimə aid olduğunu bildirənlər: bizcə, məncə, atalar demişkən, deyulənə görə sənə görə və s. Məncə,o, yalan danışır.
4.Ümumiləşdirmə, nəticə , nitq hissələri arasında əlaqə bildirənlər:Beləliklə, nəhayət, deməli, demək, xülasə,qısası, əvvəla, təxminən ,əsasən, ikincisi və s. Nəhayət, görüşə bildik.
5.Söylənilən fikə hissi-emosional münasibət bildirənlər: heyif, heyif ki, çox heyif ki, əfsus, təəssüf, və s. Təəssüf ki, ona dəyər verilmədi.
6. Fikrin ifadəsi üsuluna münasibət bildirilənlər : Qısası, öz aramızda, sözün açığı,dediyim kimi,açığına desək, düzünə qalsa və s. Öz aramızda, yaxşı insan idi.
7. Söylənilən fikrin təbii, adəti üzrə olduğunu bildirənlər: adətə görə, adəti üzrə, həmişə olduğu kimi,bir qayda olaraq və s. Adətə görə,böyük gələndə kiçik durmalıdır.
8.Çağırış, diqqət bildirənlər: bağışla(bağışlayın),başa düşürsən (mi), təsəvvür edirsən(mi), bilirsən(mi) və s. Bağışlayın,gecikmişəm.[3,260]
Şagirdlərə yazı taxtasında nümunələrlə başa salırıq ki, ara sözlər quruluşca sadə və mürəkkəb olur.Məsələn: Görəsən, qapını döyən kim idi?(sadə ara söz) Onların iddiasına görə,guya Fazil bizə gəlməli idi.(Mürəkkəb ara söz)
Şagirdlərə tədris edirik ki,ara sözlər heç bir suala cavab verə bilmir.
Şagirdlərə söyləyirik ki, dilimizdə bəzi ara sözlər bağlayıcılar ilə, bəziləri isə həm bağlayıcılı, həm də bağlayıcısız işlənir.Fikrimizi çatdırmaq üçün yazı lövhəsində nümunələr veririk:
1.Bağlayıcısız işlənənlərə aid nümunə yazırıq. Məsələn: Məncə,adresi səhv salmışıq. (M.Hüseyn). Demək, mənimlə gəlmirsən ( Ə.Əbülhəsən)
2.Həm bağlayıcılı, həm bağlayıcısız işlənən ara sözlərə aid nümunə yazırıq. Məsələn: Əlbəttə, Aslan atasının xasiyyətinə bələddir.( M.Hüseyn) Əlbəttə ki,hamısını yox (M.Hüseyn) Bəlkə,bu yerlərə bir də gəlmədim, Duman salamat qal, dağ salamat qal (M.Araz) Bəlkə də, sən haqlısan.
Görünür, günəşə iştahan vardır? (S.Vurğun) Görünür ki, kənddə mənim verəcəyim mənfəət daha çox olacaqdır.(M.İbrahimov)[1,224]
Şagirdlərdən nümunələr soruşuruq. Daha doğrusu, deyə bilmərəm.(İ.Əfəndiyev) Qəribədir ki, bu adamın yerişi də, duruşa da yastı idi.(M.İbrahimov) Məncə, heç bir qəpik də almayıb.(S.Rüstəmxanlı) Ancaq,deyəsən,kənd cavanlarının çoxu qəzəbli idi.(İ.Şıxlı) Görəsən,bir ağıllı adam qabağımıza çıxar? Deyəsən, imtahan başlamayıb. Yaşılbaş sonası, heyf ki, yoxdur(M.P.Vaqif) Əlbəttə, onun qara qaşına, ala gözünə görə deyildi.( V.Babanlı)Deyəsən,çox danışdım. Təbii ki,bu dünyanın öz qaydaları var. Sözsüz, daha dünya gözü ilə bir-birmizi görməyəcəyik.(R.N.Gültəkin) Səncə, bu gün hava necə olacaq? Nəhayət, imtahan bitdi. Beləliklə,hər şey bitdi. Görəsən, dərslər nə zaman bitəcək? Deyəsən, dostlarımız bizi tərk etdi. Birincisi,bu dediklərim yaddan çıxmasın. Beləliklə,bütün ümidlər puç oldu.Yəqin ki,yad adamı naşı sayır. Nəhayət,gözlədiyim gün gəlib çatdı. Səncə, gövdəli, qollu-qanadlı palıd nəyə görə yıxılıbdır?




Yüklə 53,21 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə