Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə9/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

19 


 

Effektiv  dövlət  maliyyələşdirməsi  sənaye  və  kommersiya  yönümlü  digər  tədbirlər 

vasitəsilə  dəstəklənməli  olan  sahənin  inkişafına  təkan  verir.    Onlar  film  sənayesinə 

(vergi güzəştləri, müştərək maliyyələşdirmə, güzəşt layihələri, investisiya fondları və 

müştərək istehsallara göstərilən dəstək vasitəsilə) sərmayə yatırmaq məqsədilə özəl və 

xarici kapitalın cəlb edilməsinə istiqamətlənə bilər.  Güzəşt layihələri bu baxımdan ən 

dəqiq  vasitələrdən  biridir  və  bir  çox  Avropa  ölkələri  xarici  istehsalları  cəlb  etmək 

üçün  intensiv  layihələrin  tətbiq  edilməsi  istiqamətində  rəqabət  apardığından  bu 

ehtimalı Azərbaycanda da nəzərdən keçirmək lazımdır. Ölkə qonşu ölkələrin bəziləri 

ilə  müqayisədə  ona  rəqabət  üstünlüyü  qazandıran  maraqlı  yerləri,  mədəni  irs 

nümunələrini  və  müvafiq  təhlükəsizlik  imkanlarını  təklif  edə  bilər.  Bununla  yanaşı, 

güzəşt  proqramı  olmadan  bacarıqlar  və  avadanlıqlar  baxımından  digər  ölkələr  ilə 

rəqabət  aparmaq  və  yerli  sənaye  sahəsi  yaratmaq  çətin  olardı.  Digər  ölkələrin 

təcrübələri  göstərir  ki,  yerli  istehsalatda  güzəşt  proqramının  tətbiq  edilməsi  sahənin 

inkişafında  iri  həcmdə  əlavə  dəyər  yaradır  və  filmlərin  istehsalı  prosesinə  yerli 

kapitalı cəlb edir.  



İlk addımlar:  

 



Digər 

ölkələrdən 

gəlmiş 

ekspertlərin 

köməyilə 

audio-vizual 

sahə 

(maliyyələşdirmənin  bir  neçə  modeli  mövcuddur)  üçün  büdcə  vəsaitləri  ayıracaq 

Azərbaycan Film Fondunun yaradılması məqsədilə planın işlənib hazırlanması. 

 



Sözügedən  sektora  dövlət  vəsaitlərinin  cəlb  edilməsi  məqsədi  daşıyan  cari 

təşəbbüslərin  genişləndirilməsi  –  investorları  sərmayə yatırmağa    (məsələn, gəlir 

vergisinin  azaldılması,  ƏDV-nin  azaldılması,  güzəşt  layihəsi)  təşviq  edən 

mümkün vergi güzəştlərinin siyahısını hazırlamaq, məlumatları toplamaq və sahə 

üzrə bu tipli tədbirlərə dair proqnozlar hazırlamaq. 



 

4.1.4. İnfrastruktur  

Sürətli  rəqəmsal  və  texnoloji  dəyişikliklər  səbəbindən  hal-hazırda  film  sahəsində 

mövcud  olan  texnoloji  və  fiziki  infrastruktur  müasir  standartlara  cavab  vermək  üçün 

fasiləsiz  investisiyalara  ehtiyac  duyur.  Yerli  sahədə  bacarıq  və  imkanların  sonrakı 

inkişafı üçün mühüm əhəmiyyət kəsb edən xarici istehsalları və birgə istehsalları cəlb 

etmək  üçün  lazımi  texnologiyaların  tətbiqinə  ehtiyac  var.  Texnoloji  infrastrukturun 

yeniləşdirilməsi  üçün  dövlət tərəfindən  istifadə  olunacaq  əsas  vasitələr  sırasına  kiçik 

miqyaslı dövlət subsidiyaları,  əlçatan bank kreditləri və  sözügedən sektor üçün təklif 

olunan,  infrastrukturun  yenilənməsini  təmin  edəcək  dövlət  zəmanətləri  daxildir.    Bu 

maliyyə  alətləri bütün sahə üçün  əlçatan olmalı  və keyfiyyətli  və  ictimai  əlavə  dəyər 

meyarlarına əsaslanmalıdır. 

Eynisi  film  infrastrukturunun  ayrılmaz  tərkib  hissəsi  hesab  olunan  kino 

infrastrukturuna  şamil  edilir.  Yerli  sənayenin  müasirləşdirilməsi  üçün  irihəcmli 

investisiyalara  ehtiyac  duyulur.  Hal-hazırda  Azərbaycanda  istehsal  olunan  filmlərin 

bir çoxu böyük ekrana çıxmaqda bir sıra çətinliklərlə üzləşir. Buna səbəb isə burada 

art-haus  və  ya  niş  auditoriya  kinematoqrafiyasının  tələblərinə  cavab  verə  bilən 

hərtərəfli  infrastruktura,  habelə,  paytaxt  şəhərin  hüdudlarından  kənarda  kino 

infrastrukturuna  ciddi  şəkildə  ehtiyacın  olmasıdır.  Bütün  ölkə  ərazisində  məşhur 

kinoteatrların bərpası prosesi uzunmüddətli olsa da, mühüm əhəmiyyət kəsb edəcək.   

İlk  addım:  Avadanlıqların  kiçik  miqyasda  satın  alınmasını  və  sahənin 

müasirləşdirilməsini  dəstəkləmək,  bütün  ölkə  ərazisində  kiçik  obyektlərin, 



 

20 


 

kinoteatrların,  film  klublarının  və  studiyaların  fəaliyyətini  stimullaşdırmaq  üçün 

proqramın  işlənib  hazırlanması.  Bu,  insanların  audio-vizual  məzmundan  istifadə 

imkanını  artıracaq,  yeni  film  auditoriyası  yaradacaq,  yeni  paylanma  sxemlərini 

işləyib hazırlamaq və sahəni dəstəkləmək imkanı verəcək.  

4.2. Film sahəsinin dəstəklənməsi 

4.2.1. Düzgün şəkildə təşkil olunmuş güclü və müstəqil film sahəsinin yaranması 

Dövlət  film  sahəsində  çalışanlar  və  müstəqil  fəaliyyət  göstərən  prodüserlər, 

kinematoqraflar  və  mütəxəssislər  arasında  tarazlığın  yaradılması  Azərbaycanın  film 

sənayesinin strateji inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu sahədə baş verən 

dəyişiklik  effektiv,  rəqabətə  davamlı  və  ədalətli  sənaye  mühitinin  yaradılmasında 

mühüm  rol  oynayır.  Müstəqil  sektorun  daha  yaxşı  tanınması  maliyyə  vəsaitlərindən 

daha  şəffaf  şəkildə  istifadə  edilməsi  və  mədəniyyət  siyasəti  çərçivəsində  onların 

sahədəki  statusunun  və  yerinin  müəyyən  edilməsi  ilə  nəticələnə  bilər.  Hökumət 

"aşağıdan  yuxarıya"  təşəbbüslərini  dəstəkləməklə  bu  məqsədə  nail  ola  və  onları 

gələcək  siyasət  ilə  bağlı  tərəfdaşlıq  dialoquna  cəlb  edə  bilər.  Hər  bir  mədəniyyət 

siyasətində,  o  cümlədən,  film  sahəsi  ilə  əlaqədar  siyasətdə  bütün  yaradıcı 

mütəxəssislər  üçün  bədii  azadlıqların  müdafiəsini  təmin  etmək  mühüm  əhəmiyyət 

kəsb edir. Şəffaf və açıq maliyyələşdirmə tədbirlərinin həyata keçirilməsi və  maraqlı, 

cəsarətli  və  innovativ  ideyaların  hazırlanmasına  imkan verən ssenari  müsabiqələrinin 

təşkili yolu ilə bu məqsədə nail olmaq mümkündür.  Məhz bu yolla hökumət, müstəqil 

fəaliyyət  göstərən  aktyorlar  və  özəl  sektor  arasında  strateji  ittifaqların  və  tərəfdaşlıq 

münasibətlərinin  əsası  qoyula  bilər  ki,  bu  da  öz  növbəsində  müasir  və  effektiv 

siyasətlərin işlənib hazırlanması və rəqabətə davamlı sahənin yaranması ilə nəticələnə 

bilər. 

İlk  addım:  Film  sahəsində  peşə  assosiasiyalarının,  QHT-lərin  və  dəstəkləyici 

strukturların  yaranmasını,  o  cümlədən,  potensialın  artırılmasını  dəstəkləmək 

məqsədilə  digər  ölkələrdən  olan  tərəfdaşlar  ilə  əməkdaşlıq  şəraitində  proqramın 

işlənib hazırlanması. 

4.2.2. Təhsil – uzunmüddətli müvəffəqiyyətin açarıdır 

Yaxşı peşə təhsili və hazırlığı olmadan ölkədə güclü film sənayesi yaratmaq mümkün 

deyil. Azərbaycanda hazırkı avadanlıqların və təhsil planlarının yenilənməsinə ehtiyac 

vardır.  Film  təhsili  sisteminin  islahatı  uzunmüddətli  investisiyadır.  O,  yeni  texnoloji 

bazanı,  infrastrukturu  və  təhsil  planlarının  nəzərdən  keçirilməsi  prosesini  özündə 

ehtiva edə  bilər. Yaradıcılıq sahələrinin  yaradıcı və  işgüzar bacarıqları özündə ehtiva 

edən xarakteri təhsil islahatında nəzərə alınmalı və film sahəsinin mütəxəssisləri üçün 

biznes kurslar və təlimlər təhsil planlarına daxil edilməlidir.  

Bununla  belə,  qısamüddətli  perspektivdə  bir  çox  işlər  həyata  keçirilə  bilər. 

"Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi altında keçirilən hazırkı təlim kursunun 

əhatə dairəsi genişləndirilməli, bu zaman sektorun tələbatlarına uyğun olaraq diqqətlə 

planlaşdırılmalı  və  prodüserlərin  ssenari  yazma  bacarıqlarının  və  səriştəsinin 

artırılması məsələsi prioritet təşkil etməlidir. Hökumət tələbələrə xaricdə təhsil almaq 

imkanı  verən  təqaüd  və  təcrübə  proqramlarını  tətbiq  edə  bilər,  bu  zaman  onları 

proqramı  başa  vurduqdan  sonra  Azərbaycana  qayıtmağa  və  burada  işləməyə  sövq 

etmək  məsələsinə  xüsusi  önəm  verilməlidir  (ilkin  qrantlar,  yerli  şirkətlərdə  və 




 

21 


 

studiyalarda  təcrübə  keçmələr  və  s.).    Xarici  ekspertlər,  müəllimlər,  film  sahəsinin 

peşəkarları  və  təhsil  müəssisələri  ilə  dəvət  olunmuş  mütəxəssislərin  mühazirələri, 

seminarlar  və  mübadilə  proqramları  formasında  sistematik  əməkdaşlıq  əlaqələrinin 

qurulması daha öncə qeyd olunmuş təhsil islahatının əsasını təşkil edə bilər.  

Təhsil  proqramları  mütəxəssislər  üçün  genişləndirilməli  və  auditoriyanın  inkişafı  və 

kino  sənətinin  gənclər  arasında  təbliği  məsələləri  prioritet  təşkil  etməlidir.  Çoxsaylı 

Avropa və dünya kino nümunələrində  alt-yazıların müşayiətinin təmin edilməsinə və 

onların  dublyaj  edilməsinə,  habelə,  ekranlaşdırma  ilə  əlaqədar  maarifləndirici 

tədbirlərin  (müzakirələr,  mühazirələr,  müsahibələr  və  s.)  keçirilməsinə  məqsədyönlü 

şəkildə  dəstək  göstərilməsi  əhali  arasında  film  sənayesi  baxımından  savadlılığı 

artıracaq.  



İlk addımlar: 

 



Seçilmiş  xarici  tərəfdaşlar,  "Azərbaycanfilm"  kinostudiyası  və  İncəsənət 

Universiteti ilə əməkdaşlıq şəraitində film sahəsinin mütəxəssisləri üçün səriştənin 

artırılması proqramının işlənib hazırlanması. 

 



Film sənayesinin inkişafı üçün pilot təlim proqramını işləyib hazırlayacaq və onun 

həyata keçirilməsini təmin edəcək beynəlxalq mütəxəssislər heyətinin seçilməsi.  

 

4.2.3. Beynəlmiləlləşmə  

Azərbaycanın  film  sənayesinin  inkişaf  etdirilməsinin  ən  effektiv  üsullarından  biri 

beynəlxalq 

arenaya  çıxış 

imkanından 

və  sərhədlərarası  əməkdaşlıqdan 

faydalanmaqdır. Bu addım müxtəlif sahələrdə "nou-hau" tipli çoxsaylı biliklərin tətbiq 

edilməsi ilə nəticələnə və sahənin hazırkı vəziyyətinə təkan verə bilər. Mədəniyyət və 

film  sahəsində  sərhədlərarası  əlaqələr  mövcud  olsa  da,  qonşu  ölkələrlə  qurulan 

əməkdaşlıq  əlaqələri  daha  müntəzəm  və  qanuniləşdirilmiş  xarakter  daşıya  bilər. 

Regional  əməkdaşlıq  imkanlarının  araşdırılması  və  regional  birgə  istehsal 

layihələrinin,  proqramların  və  təşəbbüslərin  hazırlanması  prosesi  Azərbaycanda  kino 

sənayesinin  və  digər  analoji  regional  təşəbbüslərin  əsasını  təşkil  edə  bilər.  Birgə 

istehsallara  göstərilən  dəstək  regional  miqyasdan  kənara  çıxa  bilər.  "Eurimages" 

fonduna üzv olmaq bu istiqamətdə ilk addım sayıla bilər. 

Ölkənin  xarici  istehsallar  üçün  film  çəkiliş  meydançası  qismində  təbliğ  edilməsi 

məqsədilə  effektiv  və  fəal  şəkildə  fəaliyyət  göstərən  Film  Komissiyası  film 

sənayesinin  beynəlmiləlləşməsinə  təkan  verir.  Belə  bir  idarə  yuxarıda  göstərilən 

planlaşdırma  metodlarından  istifadə  etməklə  sahə  və  onun  potensialı  üzrə  aktual 

məlumatlara sahib olmalıdır.  Azərbaycana yeni  istehsalların cəlb edilməsi sayəsində 

yerli  sahə  həcm,  bacarıq  və  bədii  keyfiyyət  baxımından  inkişaf  edəcək.  Film 

Komissiyası  və  bütövlükdə  sektor  (xüsusilə,  qeyri-dövlət)  arasında  sıx  əlaqələrin 

qurulmasını  təmin  etmək  olduqca  vacibdir.  Film  Komissiyasının  rolu  (ölkəni  film 

çəkiliş  meydançası  qismində  təbliğ  etmək)  və  ölkənin  təklif  etdiyi  vergi  güzəşti 

arasında  sıx  əlaqə  vardır.  Ölkə  daxilində  xərclənmiş  pul  vəsaitlərinin  faizinin 

motivasiya  məqsədilə  xarici  prodüserlərə  geri  qaytarılmasını  nəzərdə  tutan  diqqətlə 

işlənib  hazırlanmış  və  perspektivli  "vergi  güzəştləri"  layihəsi  prosesin  həlledici 

elementi  ola  bilər.  Vergi  güzəşti  yerli  prodüserlərə  yardımçı  ola  və  özəl  sektordan 

sözügedən sahəyə pul vəsaitlərinin və investisiyaların cəlb edilməsini təmin edə bilər. 



 

22 


 

Azərbaycan  filmlərinin  xarici  ölkələrə  satışını  stimullaşdırmaq  və  dəstəkləmək, 

habelə,  inkişaf  etməkdə  olan  sahənin  inkişafına  imkan  yaratmaq  məqsədilə  Kino 

haqqında  Məlumat  Mərkəzi,  Film  Müəssisəsi  və  ya  Film  İxracatı  Bürosu  kimi  bir 

müəssisə  yaradıla  bilər.  Bu  müəssisəni  peşə  assosiasiyaları  və  sahənin  digər 

iştirakçıları ilə əməkdaşlıq şəraitində idarə etmək mümkündür. 

Beynəlxalq  film  festivalları  film  sənayesinin  beynəlmiləlləşdirilməsinin  mühüm 

hissəsidir. Festivallar sözügedən sahənin mütəxəssislərini cəlb edir və ölkə, onun kino 

sənayesi  haqqında  beynəlxalq  məlumatlılığı  artırır.  Bakı  şəhərində  ən  azı  bir  və  bir 

neçə  beynəlxalq  film  festivalının  təşkil  edilməsi  həm  hökumətin,  həm  də  sahənin 

prioritet istiqamətlərindən  biri ola  bilər. Beynəlxalq komandaya  və  peşəkar dramatik 

kompozisiyaya  yatırılan  ilkin  investisiyaların  əvəzi  beynəlxalq  ictimaiyyətin 

tanınması və maraqları sayəsində ödəniləcək. 

İlk addımlar: 

 



Azərbaycan prodüserləri maliyyə resurslarına və beynəlxalq arenaya çıxış imkanı 

ilə təmin edən "Eurimages" fonduna üzv ola bilərdi.  

 



Regional  əməkdaşlığın  və  ikitərəfli və  ya çoxtərəfli  maliyyələşdirmə  layihələrinin 

potensialının təhlili. 

 



Film  Komissiyasının  yaradılması,  vergi  güzəştlərinin  tətbiqini  nəzərdə  tutan 

layihənin konsepsiyasının işlənib hazırlanması (beynəlxalq ekspertlərin köməyilə).  

 



Azərbaycanda  beynəlxalq  film  festivalının  təşkili  üçün  Beynəlxalq  Məsləhət 

Şurasının yaradılması.  

4.2.4. Əsas diqqətin rəqəmsal inkişafa yönəldilməsi 

Rəqəmsal dəyişiklik yaradıcılıq texnologiyalarından, paylanma sxemlərindən, habelə, 

yeni  istehlak  modellərindən  və  biznes  modellərdən  daha  asanlıqla  istifadə  etmək 

imkanı verməklə film sənayesinə ciddi şəkildə təsir göstərmişdir.  Kino sənayesi üçün 

rəqəmsallaşdırma  infrastrukturuna  və  rəqəmsal  reklam  və  paylanma  mexanizmlərinə 

(VOD  platformaları,  axın  xidmətləri,  internet-marketinq  və  s.)  sərmayə  yatırılması, 

habelə,  yeni  biznes  modellərin  və  prodüserlərin  səriştəsinin  artırılması  prosesinin 

dəstəklənməsi  Azərbaycanda  sözügedən  sahənin  inkişafına  əhəmiyyətli  dərəcədə 

töhfə  verə  və  onun  nailiyyətlərini  beynəlxalq  miqyasda  təbliğ  edə  bilər.  Dəstək 

dedikdə, gəncləri rəqəmsal film istehsalı texnologiyaları ilə işləməyə həvəsləndirən və 

onlara  film  çəkməyi  öyrədən  proqramların  (bir  dəqiqəlik  video  müsabiqələr,  onlayn 

kurslar  və  s.)  tətbiqi  nəzərdə  tutulur.  Bu  maarifləndirici  fəaliyyətlər  filmsevərlərin 

sayını  artıra,  gənc  istedadları  və  kinematoqrafların  gələcək  nəslini  tanımaq  imkanı 

verə bilər. 



İlk  addım:  Film  sahəsinin  rəqəmsal  hazırlığına,  o  cümlədən,  bütün  ölkə  ərazisində 

rəqəmsal ekranların quraşdırılmasına, istehsalat şirkətlərinin və universitetlərin yeni 

avadanlıqlarla  təmin  edilməsinə  sərmayə  yatırmaq  üçün  dəstək  proqramının  işlənib 

hazırlanması. 

 

 

 




 

23 


 

5.  YEKUN 

Bu  hesabat  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi  və  British  Council 

tərəfindən  təqdim  edilmiş  onlayn  məzmun,  yazılı  materiallar  və  Azərbaycanın  film 

sənayesinin  çoxsaylı  iştirakçıları  ilə  aparılan  fərdi  görüşlərin  və  danışıqların  bir  sıra 

mərhələləri  əsasında tərtib edilmişdir. O, Azərbaycanın kino və  film sənayesinin cari 

vəziyyətinin  icmalını,  onun  güclü  tərəflərini,  ölkənin  sözügedən  sahəni  müasir  və 

rəqabətə  davamlı  sektora  çevirmək  cəhdlərində  qarşılaşdığı  problemləri,  tövsiyələrin 

və  mümkün  həll  yollarının  kompleks  dəstini  və  yol  xəritəsinin  ilk  addımları  ilə 

əlaqədar təklifləri özündə ehtiva edir. 

Azərbaycan  cəmiyyətinin  keçid  vəziyyəti  və  coğrafi-mədəni  mövqeyi  ölkənin  film 

sənayesinin  inkişafına  təkan  verən,  onu  vətəndaşların  qürur  və  mənsubiyyət 

mənbəyinə çevirən və beynəlxalq miqyasda tanınmasını təmin edən effektiv tədbirləri 

işləyib hazırlamaq üçün əlverişli imkan yaradır. Yaradıcılıq potensialını üzə çıxarmaq 

üçün əlverişli şərait yaradan bədii yaradıcılıq və mükəmməllik, bədii azadlıq və dövlət 

siyasəti  bütün  digər  yaradıcılıq  sahələrində  olduğu  kimi  burada  da  uğurun  rəhni 

sayılır.    Azərbaycan  hökuməti  həll  yollarının  axtarıb  tapılması  üçün  beynəlxalq 

ictimaiyyətin  nümayəndələrinə  müraciət  edə,  ekspertləri  və  əməkdaşları  dəvət  edə, 

kinoları beynəlxalq miqyasda birgə istehsal edə bilər. 

 



 

24 


 

 

 



 

 

 



 

QEYD

 

Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının 

dəstəyi  ilə  tərtib  olunur.    Sözügedən  hesabatın  məzmunu  Avropa  İttifaqının  rəsmi 

nöqteyi-nəzərini əks etdirmir. Hesabatda əksini tapmış məlumatlara və  fikirlərə görə 

məsuliyyət tamamilə müəllifin üzərinə düşür.   

 

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının məqsədi 



mədəniyyət  və  yaradıcılıq  sektorlarının  Azərbaycan,  Belarus,  Gürcüstan,  Moldova, 

Ukrayna  və  Ermənistanda  davamlı  humanitar,  sosial  və  iqtisadi  inkişafa  verdiyi 

töhfənin dəstəklənməsidir. 

 

Proqram Avropa İttifaqı 



t

ərəfindən maliyyələşdirilir 



 

Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə